"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Milli Məslisdə sensasion çıxışlar: “AXC hökumətinin kadrı Elman Rüstəmov…”

29 Dekabr 2015 - 16:22
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

Deputatlar hökumətə, Mərkəzi Bank rəhbərliyinə konkret təkliflərlə müraciət etdilər; ABŞ əleyhinə hazırlanan qərar layihəsi ilə bağlı mövqe qəfil dəyişdi
Milli Məclisin hazırda davam edən iclasında ölkə vətəndaşlarını narahat edən manat və neftin qiyməti ilə bağlı müzakirələr gedir.
Deputat Vahid Əhmədov ilk olaraq vəziyyətlə bağlı narahatlığını bölüşdü: “Təklif edirəm ki, əhalinin 10 min dollar olan kreditləri köhnə məzənnə ilə ödənilsin. Mən Azərbaycan höpkumətindən xahiş edirəm ki, əhaliyə kömək etsin. Bundan əllavə, əhalinin sığortalanan əmənətlərinin həcminin 30 min AZN-dən 500 min manata qaldırılmasını təklif edirəm. Bundan əlavə, Azərbaycanda 43 bankın olması çoxdur. Bu bankların bəziləri məmurlara, ayrı-ayrı adamlara xidmət etdiyi üçün onların sayının azaldılması, iri bankların yaradılmasına ehtiyac var. Azərbaycan hökuməti gecə-gündüz, çox çevik işlənməlidir ki, daha ağır problmelərlə üzləşməyək. Azərbaycan müstəqillik dövründə belə hadisələri çox görüb, uğurla çıxmışıq, inanıram ki, müvafiq tədbirlər görülsə, bu vəziyyətdən də çxıacağıq. Mən Azəbryacan əhalisini də təmkinli olmağa çağırıram”.
“Cənab prezident tərəfindən hökumətə ciddi tapşırıqlar verilib. Qarşıdakı aylarda əhali bu tədbirlərin təsirini hiss edəcək”- spiker Oqtay Əsədov bildirdi.
Deputat Fazil Mustafa dedi ki, dünyada gedən proseslər təbii olaraq Azərbaycaa da təsir göstərir. Ancaq on il ərzində gələn gəlirlərin xərclənməsində israfçılıq olduğu üçün belə vəziyyətlə üzləşmişik: Hökumətin iqtisadçı komandasının nə qədər zəif və hazırlıqsız olmasınlı devalvasiya bir daha üzə çıxartdı. 21 fevral devalvasiyasındfa da əhaliyə heç bir normal izahat verilmədi. Xatırlayıram, Milli məclisdə Zahid Oruc sinəsini qabağa verib bunun haqlı qərar olduğunu sübuit etməyə çalışdı. Bu gün yoxsul-varlı təbəqənin olamsından asılı olmayaraq hamı 50 faiz yoxsullaşdı. Bu gün konkret demir ki, inhisarçılıq ləğv olunacaqmı? “Naxçıvanbankı”nda 1 milyon dollar kredit köhnə kursla hesablanır.
Ancaq Mərkəzi Bank ölkə üzrə bunu tətbiq etməyi mümkün saymır. Bu gün sahibkarları günahkar çıxartmaq olmaz. “Sədərək”də, “Binə”də çarəsiz qalan vətəndaşların taleyini düşünərək addımlar atılmalıdır. Müəyyən isalahatlar həyata keçirilməlidir, qənaət birinci dövlətdən, yuxarı eşalondan başlanmalıdır ki, aşağılar da bu rejimə öyrəşə bilsin”.
 
Spiker bir daha dedi ki, bu istiqamətdə bütün tədbirlər görülməyə başlanılıb: “Yaxın günlərdə bunun təsirini görəcəksiniz”.
Deputat Fərəc Quliyev təklif etdi ki, Milli Məclisin iclaslarının həftədə bir dəfə keçirilsin: “Ayrı-ayrı nazirliklərin təmsilçilərinin də iştirak etdiyi müzakirələrlə bağlı ictimaiyyətə operativ məlumatlar çatdırılsın”.
Deputat Zahid Oruc da manat və neft mövzusundan danışdı: “Biz başa düşməliyik, bahalı neft dövrü arxada qaldı. Bəli, biz neft pullarından maksimum istifadə etməyə çalışdıq. Ancaq Azərbaycan neftsiz yaşaya bilər. Neftsiz eraya hazırlıqlar həyata keçirilməlidir. Çoxları deyirdi bu millət musiqi həvəskarıdır, şeiri sevir və rüşvətə meyillidir. Ancaq ASAN xidmət bunun belə olmadığını sübut etdi. Lazımsız nazirlik və komitələrədən xilas olmaq lazımdır”.
“Üzən məzənnə” barədə danışan deputat “imkan verməlityik ki, manat xəzər dənizində buruqlar arasından üzüb quruya çıxsın” söylədi.
Deputat Əli Məsimli hökuməti təcili tədbirlər görməyə, xüsusən bayram günləri ehtiyatlı olmağa çağırdı, dedi ki, əks halda qara bazar formalaşacaq: “50 fazi devalvasiya olubsa, bu ağırlığı tam olaraq əhalinin üzərinə atmaq düezgün deyil. Ya əhaliyə möhlət verilməsi, ya faizlərin aşağı salınması, ya köhnə qiymətlərin tətbiqi həyata keçirilməlidir. Xüsusən aşağı və orta təbəqənin əmək haqları və təqaüdləri müvafiq olaraq qaldırılmalıdır. Neftin 25-30 dollar olmasına da hazır olmalıyıq, hökumət qabaqlayıcı tədbirlər görməlidir. İnhisarçılıq, məmur özbaşınalığı və korrupsiyanı aradan qaldırmaq şərtilə sahibkarlığın inkişafına geniş meydan versək, bir müddət sonra ölkə yenə sabit yolu ilə həyatına davam edəcək”.
Deputat Tahir Rzayev isə prezidentin 210 nəfəri əfv etməsi ilə əlaqədar təşəkkür etdi. O, ödənişli təhsil alan gənclərin problemlərindən danışdı. Dedi ki, təhsil haqqı ildən-ilə artır, xüsusilə 1-ci kursda oxuyanlar təhsil haqqını birdəfəlik ödəyə bilmirlər. Onlar istəyirlər ki, heç olmasa təhsil haqqını hissə-hissə ödəsinlər, bəzi rektorlar bununla razılaşmır. Deputat spikeri bu məsələyə müdaxilə etməyə çağırdı.
Deputat Qüdrət Həsənquliyev dedi ki, R.Rzayevi narahat edən məsələ onun özünü də narahat edir: “2015-ci il Ermənistanın işğalçı ordusunun Azərbaycanda ən çox itki verdiyi ildir. Ona görə də erməni lobbisi narahatdır və Azərbaycana qarşı ABŞ-ın təzyiq göstərməsi üçün hərəkətə keçib. Amma sözün doğrusu, mən parlamentin bununla bağlı qanun qəbul etməsini düzgün hesab etmirəm”.
Q.Həsənquliyev iqtisadi vəziyyətlə bağlı da fikirlərini bölüşdü: “Dünyanın heç yerində Azərbaycandakı qədər yüksək bank faizləri yoxdur. 42 bankın hərəsi “Naxçıvanbank” kimi 370 vətəndaşa güzəşt etsə, vəziyyət dəyişər”.
Q.Həsənquliyev ardınca sensasion fikir söylədi: “AXC-nin uğursuz bir kadrı kimi, çox təəssüf ki, indiki iqtidar Elman Rüstəmovu uzun illər bu postda saxladı”.
Spiker isə etiraz etdi və şəxsiyyət haqqında danışarkən ehtiyatlı olmağa çağırdı: “Xalq Cəbhəsindən gələnlər çoxdur, nə olsun, deputat da olmaq olmaz?”
Eyni zamanda bankların vətəndaşlara güzəşt etməsinə də etiraz etdi.
Siyavuş Novruzov isə Azərbaycanın neft pullarından ən gözəl formada istifadə etdiyini dedi və israfçılığın olmadığını bildirdi: “Biz də Liviya kimi Neft Fonduna yığsaydıq, başqa-başqa ölkələr yığıb aparardılar”.
O da dedi ki, Mərkəzi Bank vətəndaşların kreditləri ilə bağlı sıfırdan başlamalıdır: “Kifayət qədər gəlirlər götürüblər, gətriib ortaya qoysunlar, birdəfəlik bu məsələ qurtarsın. Hər ay 2 milyard manata xərclənib. Qoy Mərkəzi Bank 2 milyardı xərcləsin, bu problem birdəfəlik həll olunsun”.
S.Novruzov gözlənilmədən R.Rzayevin qanun layihəsinə də etiraz etdi. Dedi ki, Milli Məclis adından belə qərar qəbul edərkən düşünməliyik: “Bu, Amerika dövlətinin yox, bir ermənipərəst konqresmenin mövqeyidir. Mətbuatda bir çoxları Amerika dövlətinə, Konqresinə qarşı mübarizəyə keçib. Biz dostluq qrupunu işə salmalıyıq”.
O.Əsədov dedi ki, R.Rzayev nə Azərbaycan hökumətidir, nə də parlamenti, bir parlament üzvüdür, qərar layihəsi hazırlayıb. Komitədə baxsınlar, götür-qoy etsinlər. Bu, çox böyük təxribatdır, biz də bilirik ki, bu, Amerika dövlətinin mövqeyi deyil. Ancaq lazım olsa, məsələyə baxacağıq. İstəmirəm ki, bu məsələni gərginləşdirsinlər”.
Previous Post

Milli Məslisdə sensasion çıxışlar: “AXC hökumətinin kadrı Elman Rüstəmov…”

Next Post

Gürcüstandan gələn maşınlara güzəşt ediləcək

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, readmissiya Azərbaycan...

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Elchi.az xəbər verir ki, təbrik mətnində deyilir: "Sizi...

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Next Post

Gürcüstandan gələn maşınlara güzəşt ediləcək

Gürcüstandan gələn maşınlara güzəşt ediləcək

Son xəbərlər

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33
BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

16 Oktyabr 2026 - 18:26
Emmanuel Makron beynəlxalq ареnada nüfuzunu itirir

Emmanuel Makron beynəlxalq ареnada nüfuzunu itirir

16 Oktyabr 2026 - 18:16
Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

16 Oktyabr 2026 - 17:59
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

16 Oktyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.