"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Əli Həsənov: “Azərbaycanda hamıya bəlli idi ki, “üzən məzənnə”yə keçid prosesi qaçılmaz həddə çatıb”- MÜSAHİBƏ

21 Dekabr 2015 - 21:41
in GÜNDƏM, MANŞET
FacebookVatsap

eli hesenov.jpg

Bunu da oxuyun

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

 

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun AZƏRTAC-a müsahibə verib.

Strateq.az müsahibəni oxuculara təqdim edir:

 

– Əli müəllim, məlum olduğu kimi, dünən Mərkəzi Bankın İdarə Heyəti ölkə ərazisində manatın “üzən məzənnə rejimi”nə keçilməsi barədə qərar qəbul edib. Bununla bağlı cəmiyyətdə müxtəlif rəylər və təhlillər səslənir. Sizcə həmin qərar hansı zərurətdən irəli gəlib və ölkədə bu sahə üzrə sonrakı proseslərə necə təsir göstərəcək?

– Bildiyiniz kimi, Azərbaycan hakimiyyəti milli valyutamızın sabit qalması üçün dünənə qədər mümkün olan bütün addımları atdı və tədbirləri gördü. Baxmayaraq ki, neft istehsal edən əksər ölkələr, o cümlədən Azərbaycanın yaxın ticarət və iqtisadi tərəfdaşları, MDB ölkələri öz pul siyasətlərinə xeyli əvvəl dəyişiklik etmişdilər. Mütəxəssislər yaxşı bilirlər ki, valyutanın sabitliyinin müdaxilə yolu ilə qorunması dövlətə nə qədər çətin itkilər hesabına başa gəlir. Lakin o da bəllidir ki, “üzən məzənnə”yə keçid də cəmiyyət üçün itkisiz başa gəlmir və özü ilə bir çox sosial-iqtisadi problemlər gətirir, dövlətin daxili həyatına, ictimai rəyə mənfi təsirsiz ötüşmür. Son günlər Azərbaycanda hamıya bəlli idi ki, “üzən məzənnə”yə keçid prosesi qaçılmaz həddə çatıb və Milli Bank bununla hesablaşmaq məcburiyyətindədir. Bilirsiniz ki, neçə vaxtdır dünyada iqtisadi böhran yaşanır, ölkələrin əksəriyyətində milli istehsal və gəlirlər azalır, valyutalar dəyərini itirir. İqtisadi qüdrətindən və potensialından asılı olmayaraq, əksər ölkələrdə, – dünyanın ən qüdrətli dövlətlərindən olan Çindən tutmuş, kiçik dövlətlərə qədər, – bütün ölkələrdə milli valyuta sürətlə dəyərdən düşür. Bizim ən yaxın ticarət tərəfdaşlarımız – Rusiya, Türkiyə, İran, Qazaxıstan, Gürcüstan və digərlərinin milli valyutaları çoxdan sərbəst buraxılmışdı ki, bu da onlar ilə iqtisadi və ticarət əlaqələrimizə problemlər yaradırdı.

Azərbaycanın daxili istehsalı manatın sabit və yüksək məzənnəsi səbəbindən getdikcə aşağı düşürdü. Belə bir vəziyyətdə manatın məzənnəsinin sərbəstləşdirilməsi qaçılmaz idi. Yalnız Azərbaycan hakimiyyəti əhalinin sosial vəziyyətinə mənfi təsir göstərə biləcək prosesləri mümkün qədər ağrısız etməyə və ləngitməyə çalışırdı. Amma, bilirsiniz ki, ölkəmiz qlobal dünyanın bir hissəsidir və biz də planetimizdə yaşanan iqtisadi proseslərlə ayaqlaşmaq, buna uyğunlaşmaq məcburiyyətində qaldıq.

Bir faktı da qeyd etmək istəyirəm ki, Azərbaycan neft ölkəsidir və bizim kimi ölkələr dövlət büdcəsinin əsas gəlir mənbəyi olan neftin kəskin ucuzlaşması amilini nəzərə almaya bilməz. Bu ilin əvvəlindən dünya bazarlarında neft və neft məhsullarının qiyməti 3 dəfə ucuzlaşıb. Bu hal müvafiq olaraq, Azərbaycanın neft gəlirlərinin də 3 dəfə azalması deməkdir. Əsas gəlir mənbəyi neft olan digər ölkələr, o cümlədən bizim yaxın qonşularımız artıq bu ilin əvvəlindən milli valyutalarının məzənnəsini sərbəst buraxmaq məcburiyyətində qaldığı halda, Azərbaycan Milli Bankı bu kəsiri uzun müddət öz ehtiyatları hesabına ödəməyə çalışdı. Lakin bu prosesi daim valyuta ehtiyatları hesabına tənzimləmək gələcəkdə ölkənin iqtisadi vəziyyətinə daha böyük zərbələr vura bilərdi. Çünki dünya bazarlarında neftin qiymətlərinin yaxın vaxtlarda bahalaşmayacağı hamıya aydındır. Təbii ki, bu, yalnız obyektiv bazar qanunları ilə bağlı proses deyil, ortada subyektiv səbəblər də var və bunun ən başlıcası ABŞ-Rusiya münasibətləridir. Hadisələri izləyən hər kəs üçün aydındır ki, Rusiya ilə geosiyasi rəqabətin gücləndiyi bir şəraitdə Birləşmiş Ştatlar öz rəqibini iqtisadi cəhətdən zəiflətmək üçün dünya bazarında neftin qiymətlərinə süni yolla təsir göstərmək siyasətini seçib. Bunun üçün Vaşinqton əvvəlcə OPEK-i nəzarətə götürdü və bu təşkilatın qiymətlərlə bağlı qərar qəbul etmək imkanını müxtəlif üsullarla məhdudlaşdırdı. Bunun ardınca Birləşmiş Ştatlar xaricə neft satışına qoyulmuş 40 illik qadağanı ləğv etdi. Nümayəndələr Palatasının bu qadağanın ləğvi barədə qanun layihəsini dəstəkləməsi dünya bazarlarında neftin sürətlə ucuzlaşması fonunda baş verirdi. Bu qərarı da iqtisadiyyat qanunları ilə izah etmək mümkün deyil. Çünki ABŞ-ın neft satışına qiymətin rekord həddə yüksək – az qala 150 dollar olduğu zaman deyil, rekord həddə ucuz – 37 dollar olan zaman başlaması sübut edir ki, məqsəd, qanun layihəsində göstərildiyi kimi, “iqtisadi inkişaf və istehsalatın artmasından çox, qiymətlərin bu yolla tənzimlənməsindən” ibarətdir. Nəhayət, neft satışına qoyulan qadağanın ləğvi ilə eyni vaxtda ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini artırması da dolların mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələrin valyutalarını zəiflətdi. Bu, onsuz da ucuzlaşmış nefti bir qədər də qiymətdən saldı və nəticədə neft satan ölkələrin gəliri daha da azaldı. Azərbaycanın qonşusu olan İranın da gələn ildən öz neftini dünya bazarına çıxarmağa hazırlaşdığını nəzərə alsaq, bu prosesin yaxın vaxtlarda nizama düşməsi çox mürəkkəb görünür.

Bir sözlə, dünyadakı iqtisadi böhran, Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarının milli valyutalarının sərbəst buraxılması, üstəlik beynəlxalq konyuktura, neftin kəskin ucuzlaşması və s. Milli Bankın son qərarını qaçılmaz edib. Lakin bu, o demək deyil ki, hakimiyyət bu prosesi öz axarına buraxıb heç bir tənzimləyici mexanizmlərdən istifadə etməyəcək. Hökumətimiz ilk növbədə, çalışacaq ki, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar üçün bu prosesi maksimum ağrısız etsin. İndiki şəraitdə daxili istehsalın stimullaşdırılması, kölgə iqtisadiyyatının hələ də haradasa qalan digər sahələrini – monopoliyaları, korrupsiya hallarını, sahibkarların fəaliyyətinə süni maneələr törədilməsini və s. aradan tam qaldırmaq üçün bütün addımlar atılacaq. İndiki mərhələdə əsas məqsəd devalvasiyanın qaçılmaz olan mənfi fəsadlarını yeni bazar mexanizmləri ilə kompensasiya etməkdir. Vətəndaşlarımız əmin olsunlar ki, Azərbaycan hakimiyyəti bunun üçün bütün lazımi tədbirləri görəcəkdir.

– Bu yaxınlarda ABŞ-ın Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit Konqresə Azərbaycana qarşı bəzi sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim edib. Bu təşəbbüsü necə qiymətləndirirsiniz və onun perspektivini necə görürsünüz?

– Bilirsiniz, Azərbaycan belə məsələlərə yanaşmada ayrı-ayrı ermənipərəst siyasətçilərin deyil, tərəfdaş olduğu dövlətlərin rəsmi mövqeyini əsas götürür və siyasətini də bu mövqeyə uyğun olaraq qurur. Kris Smitin bu qərəzli addımı isə hələ ABŞ rəsmilərinin və Ağ Evin mövqeyi demək deyil. Bu konqresmeni Azərbaycanda yaxşı tanıyırlar, onun hələ 2000-ci illərdən mütəmadi olaraq ermənipərəst bəyanatlar və təşəbbüslərlə çıxış etdiyini, hər vəchlə Azərbaycanın ABŞ ilə münasibətlərinə kölgə salmağa çalışdığını, özünü Konqresdə seçildiyi Nyu-Cersinin deyil, sanki Ermənistanın Abovyan vilayətinin təmsilçisi kimi apardığını çox yaxşı bilirik. Kris Smit ABŞ-ın qondarma “erməni soyqırımı”nın tanıması üçün canfəşanlıq edən çoxsaylı ermənipərəst konqresmenlərdən biridir. Elə bu il ərzində o, bir neçə dəfə “soyqırımı”nın tanınması zərurəti ilə bağlı bəyanat verib, hətta ABŞ Prezidentinə müvafiq yalvarış-müraciət də imzalayıb. Bir sözlə, bu adamın reputasiyasına münasibətim necədirsə, onun hazırladığı layihəyə də eynilə o cürdür. Əsas odur ki, indiyədək rəsmi Vaşinqton K.Smitin nə “erməni soyqırımı”, nə də Azərbaycana qarşı hər hansı təşəbbüslərinə əhəmiyyət verməyib. Odur ki, bu məsələni ciddiyə almaq lazım deyil. Ümid edirik ki, Smitin budəfəki hərəkəti də ABŞ rəsmiləri tərəfindən rədd ediləcək və bu layihə ermənipərəst qüvvələrin həyata keçməyən növbəti arzularından biri olaraq tarixə düşəcək. Əslində, Smit xarakterli siyasətçilər hər bir ölkədə var. Azərbaycanda da ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinə ermənipərəst mövqedən yanaşdığını, ölkəmizə qarşı bəzən qərəzli mövqedən çıxış etdiyini, erməni diasporu və lobbisinin təsiri altına düşdüyünü düşünən insanlar var. Onlar da Azərbaycan hakimiyyətindən ABŞ ilə strateji tərəfdaşlığa son qoyulmasını, ölkəmizə qarşı qərəzli yanaşmalara adekvat cavab verilməsini tələb edirlər. Lakin qeyd etdiyim kimi, biz bütün digər ölkələrlə əlaqələrdə olduğu kimi, ABŞ ilə də münasibətlərin inkişafında maraqlıyıq, ayrı-ayrı çağırışların ikitərəfli münasibətlərə xələl gətirməsinə imkan vermirik.

Amma təbii ki, ABŞ rəsmi şəkildə bu qərəzli layihəyə dəstək verərsə, ermənipərəst qüvvələrin “oyunu”na gedərsə, o zaman Azərbaycan hakimiyyəti buna lazımi reaksiya verəcək. Buna heç kəsin şübhəsi olmasın.

Previous Post

Əli Həsənov: “Azərbaycanda hamıya bəlli idi ki, “üzən məzənnə”yə keçid prosesi qaçılmaz həddə çatıb”- MÜSAHİBƏ

Next Post

Bakıda restoranda atışma – Yaralılar var (Yenilənib)

Bənzər yazılar

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

14 Avqust 2026 - 14:00

Türkiyə həm NATO üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətləri qoruyub saxlamaq istəyir, halbuki daxilən Aİ-yə heç vaxt qəbul...

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

Qüdrət Həsənquliyev ABŞ-İran qarşıdurmasını şərh edib

13 Avqust 2026 - 20:27

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ün canlı efirində ABŞ-İran münaqişəsi ilə bağlı mövcud durumu şərh...

Next Post

Bakıda restoranda atışma - Yaralılar var (Yenilənib)

Bakıda restoranda atışma - Yaralılar var (Yenilənib)

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.