"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

İki sabiq nazirlə bağlı həbs planı

19 Dekabr 2015 - 09:44
in XƏBƏR LENTİ
FacebookVatsap
İki sabiq nazirlə bağlı müdhiş həbs planı - niyə səhlənkarlıq maddəsi?

MTN və Rabitə Nazirliyindəki istintaqla bağlı şok xəbərlər; Eldar Mahmudovdan sonra sabiq rabitə naziri Əli Abbasov barəsində də faktiki ev dustağı edilməsi barədə qərar verilib; indi istintaqın işi o qədər qəlizləşib ki, RTYN-də həbs edilənlər həm də MTN işi üzrə istintaqa da ifadə verməli olurlar; YAP funksioneri: “hər iki keçmiş nazir həbs olunacaq…”

Bunu da oxuyun

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Sabiq milli təhlükəsizlik, eləcə də işdən çıxarılan rabitə və yüksək texnologiyalar naziri (RYTN) haqda həbs qərarı hazırlanır. Məlumata görə, Eldar Mahmudovdan sonra sabiq rabitə naziri Əli Abbasov barəsində də faktiki ev dustağı edilməsi barədə qərar verilib.
Maraqlıdır ki, Ə.Abbasovun uzun illər rəhbərlik etdiyi nazirlikdə MTN generalları da yaxından iştirak edib, bu qanunsuz əməllər çox zaman onların bilavasitə göstərişi ilə həyat keçirilib. Yəni indi istintaqın işi o qədər qəlizləşib ki, RTYN-də həbs edilənlər həm də MTN işi üzrə istintaqa da ifadə verməli olurlar. MTN işinə görə həbsdə olanların bəziləri isə Rabitə Nazirliyindəki istintaqda da dindirilirlər. Çünki RYTN-nin rəhbərliyindəki bəzi şəxslər də MTN-in sabiq rəhbərliyinin iş adamlarının sıxışdırılması, vətəndaşlarının hüquq və azadlıqlarının qanunazidd şəkildə məhdudlaşdırılması, ayrı-ayrı şəxslərin qanunsuz təqib edilməsi və dinlənilməsi kimi əməllərinə cəlb ediliblər.
Eldar Mahmudovu “fağır nazir” kimi tanınan Əli Abbasovla birləşdirən başqa ilginc faktlar da istintaqa məlum olub. Belə ki, son illər Ə.Abbasov da xeyli müstəqilləşmiş, Mahmudovun Prezident Administrasiyası ilə konfliktlərdə tərəfə çevrilmiş, vergi və audit yoxlamalarını ciddiyə almırmış. Məhz bu səbəbdən də nazirlikdə və ona tabe idarə-müəssisələrdə korrupsiya tüğyan edirmiş. Əli Abbasov “Mahmudovun prezidentin göstərişi ilə hərəkət etdiyinə” inanırmış və MTN şefinə çox güvənirmiş. Mahmudov isə əksinə, Ə.Abbasova heç vaxt lazımınca güvənməyib, onu zəif xarakterli hesab etdiyindən nazirlikdə özünə daha etibarlı əlaqələr qurub.
 
Hazırda bu məsələlərlə bağlı Baş Prokurorluq tərəfindən istintaq-təhqiqat işləri davam etdirilir. Başlanmış cinayət işi üzrə RTYN-in 10-dan çox əməkdaşı barəsində həbs-qətimkan tədbiri seçilib.
Dekabrın 4-də Beynəlxalq Bankın İdarə Heyətinin həbs edilən sabiq sədri Cahangir Hacıyev “Eldar Mahmudov haqda ifadə verməmişəm” desə də, qudaların kreditlərin mənimsənilməsində əlaqələri üzə çıxarılması istiqamətində intensiv iş gedir. C.Hacıyevin hələ də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmasının səbəbi həm də bu əlaqələrin çözülməsi ilə bağlıdır.
İstintaqdan bilgili mənbənin sözlərinə görə, C.Hacıyev qudasının kreditlərin verilməsində suçsuz olduğunu həqiqətən də israrlı şəkildə rədd edir. Bu isə daha çox C.Hacıyevə əvvəlcədən hazırlaşdığı  “ev tapşırığı” hesab olunur.
Yəni mart ayından dekabradək azadlıqda qalan C.Hacıyev E.Mahmudovu “Beynəlxalq Bank işi”nə qatmamağa çalışsa da, MTN-dəki həbslərdən sonra bu kifayət qədər çətinləşib. Çünki bir neçə sahibkar MTN-in təcridxanasından qurtulmaq üçün borclarını Beynəlxalq Bankdan “götürülmüş” kreditlərlə ödəyiblər. Belə xəbərlər var ki, həbs edilən keçmiş “mahmudovçular” sahibkarlardan kredit sənədinə qol çəkməklə azad edildiklərini istintaqda etiraf ediblər. Yəni C.Hacıyevin qudasını istintaqın əlinə verməməsi prinsipcə, E.Mahmudovun gələcək taleyində heç nəyi dəyişmir.
Daha bir sensasion məlumat budur ki, hər iki sabiq nazir ilkin olaraq səhlənkarlıq maddəsi ilə həbs ediləcəklər. Çünki hər iki nazirlikdə həbs edilənlərin arasında 6-7 general (MTN), idarə və müəssisə (RYTN) rəhbərləri var. Bu səviyyədə ağır cinayətlərdə sabiq nazirləri “təmiz saxlamaq” cəhdi varsa, bu yenə də onları məsuliyyətdən yayındırmır. Cinayət Məcəlləsində bununla bağlı səhlənkarlıq maddəsi var. Onların ilkin olaraq səhlənkarlıq maddəsi verilməsi iqtidarın da marağındadır. Bu, hər iki quruma nəzarət edən digər orqanların da maraqlarına uyğundur. Onları konkret cinayətlərə görə yox, səhlənkarlığa görə həbs edilməsi “hara baxırdılar” iradları ilə üzləşənləri də rahatladır. İstintaqda isə sabiqlərə ağır ittihamlar irəli sürülə bilər…
Yeri gəlmişkən, YAP icra katibinin müavini Siyavuş Novruzov APA-ya müsahibəsində sabiq nazirlər haqqında da danışıb. “Bəziləri yolunu azdı, tamah ardınca başqa istiqamətə getdi. Biz də bu gün şahidi oluruq ki, həmin insanlar cəzalandırılır. Hər iki qurumda baş verən bu hadisəyə hərə bir cür yanaşır. 
 
Təbii ki, burada xəyanət də, vəzifə səlahiyyətlərini aşma da, cinayət də var və sair. İndi bununla bağlı istintaq gedir və nəticəsi məlum olacaq. Onların verdiyi ifadələr göstərəcək ki, hər iki keçmiş nazir həbs olunacaq, ya yox”deyə, YAP funksioneri bildirib. S.Novruzov  aidiyyəti orqanların məsuliyyəti haqda da danışıb. “Aidiyyəti strukturlar gərək vaxtında o qurumlardakı halları görüb, məsələ qaldıraydılar ki, bunlar daha da dərinə getməsin” deyib…
Previous Post

İki sabiq nazirlə bağlı həbs planı

Next Post

“Eynulla Fətullayevi öldürməməyimi özümə bağışlamıram” – Akif Çovdarov

Bənzər yazılar

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30

AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ASEAN və Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyi...

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə anklav və eksklavların mövcudluğu, eləcə də ərazi mübadiləsi məsələsinə yenidən münasibət bildirib. Elchi.az...

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48

Bu gün axşam saatlarında Bakıdan İrəvana təyyarənin uçacağı bildirilir. Elchi.az xəbər verir ki, bu barədə “Flightradar24” saytına istinadən məlumat yayıb....

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

"Eynulla Fətullayevi öldürməməyimi özümə bağışlamıram" - Akif Çovdarov

"Eynulla Fətullayevi öldürməməyimi özümə bağışlamıram" - Akif Çovdarov

Son xəbərlər

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

15 Oktyabr 2026 - 16:30
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.