"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada təhsil almamışdı”

17 Dekabr 2015 - 19:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hacı Əbdüldən Ayaz Mütəllibova etiraz: “Elçibəy sadə adam idi, məgər adam sadə olanda, sadəlövh olur?…”


Hacı Əbdül bir neçə ay əvvəl “Şeyx getməlidir” deyib Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadəni kəskin tənqid etmişdi. Ancaq ötən həftə onu tədbirdə şeyxlə birgə gördük. Elə söhbətimizə də bu məsələdən başladıq.
Müsahibimiz “İmam Hüseyn” məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdüldür.
– Hacı, deyəsən, şeyxlə barışmısınız…
– Mən ondan heç vaxt küsməmişəm. Haqqı demək küsmək deyil.
– Şeyx necə, haqqı dediyinizə görə sizdən küsmüşdümü? 
– Vallah onu bilmirdim. Amma hərdən əlaqələrimiz olurdu. O gün “Heydər” məscidinin açılışı idi, biz də məscidin axundu kimi ora dəvət olunmuşduq, yüngülvari görüşdük.
– Görüşəndə ötənlərə görə zarafatlaşmadınız ki?
– Yox, mənim şeyxlə zarafatım yoxdur. Özü də bilir ki, heç kəsə qərəzim yoxdur.
– Təkliflər səsləndi ki, QMİ ləğv olunmalıdır, siz də “Şeyx getməlidir” demişdiniz. İndi nə fikirdəsiniz?
– QMİ şeyxin adına bağlı deyil. Onun ləğvi əlbəttə ki, yaxşı əlamət olmaz. Mən bu təklifin əleyhinəyəm. Çünki bütün Qafqaz müsəlmanlarını əhatə edən qurumdur.
– Heç Şeyxülislam olmaq ürəyinizdən keçib?
– Düzünü desəm, yox. Haqqa gələndə şeyxlik mənlik deyil. Çox ağır işdir. Şeyx dözür də… Çünki ustalaşıb.
– Yeni qanuna əsasən, xaricdə təhsil alanlar artıq dini mərasimləri idarə edə bilməyəcək. Bu qərara necə baxırsınız?
– Şəxsən mən burda, İslam Universitetində təhsil almışam, qanun mənə aid deyil. Amma bu qanunu yaxşı qarşılamadım. Onun yaxşı tərəfi də var, pis tərəfi də. Əməli, işi yaxşı deyilsə, təbii ki, həmin adamlara qadağa qoymaq lazımdır. Amma xalqa, millətə, dinə xidmət edirsə, niyə məclis aparmamalıdır? Hər kəsin getdiyi yol məlumdur. Görürsən yoldan çıxır, cəzalandır. Gözümüzün qabağında MTN-də görün nələr oldu. Ora etibarlı yer idi, orda belə hadisələr baş verdisə, başqa yerlər təəccüblü deyil. MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada, Səudiyyə Ərəbistanında təhsil almamışdı. Ancaq dövlətə xəyanət edənlərin, İŞİD-ə qoşulanların vətəndaşlıqdan məhrum edilməsini dəstəkləyirəm.
– Nardaranda baş verənlər sizinçün gözlənilməz olmadı ki?
– Gözləmirdim. Nə qanlı, nə qansız hadisəni… Nardaran hadisələri çoxşaxəlidir e…
– Hardan qaynaqlanır?
– Hər yerdən. Bir dənə İrana bağlayasan, ya MTN-ə bağlayasan, bu, düzgün olmaz. Yəni hamısının orda kəşfiyyatı var. Hər kəs lazım gələndə qızışdırır və arada məzlum camaat əziyyət çəkir.
– Hacı Taleni tanıyırdınız?
– Yox, heç görməmişəm.
– Necə bilirsiniz, Nardarandakı ocağı birdəfəlik sönmüş saymaq olarmı? 
– Əlbəttə, dövlətin kasıb kəndlərə yardımı olmalıdır. Nardaran bir o qədər də varlı kənd deyil. Kənd dənizin hesabına dolanırdı. Dənizi əllərindən aldılar, camaat müflisləşdi. Dənizi almısansa, başqa şey verməlisən də. Vermədilər. Fabrik yox, böyük heyvandarlıq kompleksləri, əkinçilik yox, bu kənd nə ilə dolansın? Tək ora deyil ki, Azərbaycanın istənilən məntəqəsində eyni vəziyyət yarana bilər. Vəhabilər hardan əmələ gəldi? Hamısı Səudiyyə Ərəbistanının maliyyəsidir də.
– Ölkədə hətta sünni-şiə qarşıdurması yaratmaq istəyən qüvvələr ola bilərmi?
– Hər kəs ki, Azərbaycanda sünni-şiə qarşıdurması yaratmaq fikrindədir, bilsin ki, bu, boş xəyaldır. Azərbaycanda heç vaxt sünni-şiə problemi olmayıb. Amma vəhabi təhlükəsi var, onlardan özümüzü gözləməliyik, hələ 50 il bundan qabaq demişəm. Vəhabilər hətta özlərini sünni kimi qələmə verirlər ki, sünni və şiələr arasında nəsə yaratsınlar, amma boş şeydir.
– Keçmiş dostunuz Ayaz Mütəllibovla münasibətləriniz nə yerdədir? 
– Ayaz Mütəllibovla bizim əlaqələrimiz çoxdan kəsilib.
– Əbülfəz Elçibəylə bağlı onun dediklərinə sizin münasibətiniz maraqlıdır. Yəqin oxumusunuz…
– Oxumuşam. Əvvəla, Əfülfəz bəy haqqında heç prezident olmasa da, bunu demək olar ki, yaxşı adam idi. Mən onu tanıyırdım, hələ meydan hadisələrindən də əvvəl. Meydan hadisələrində bir yerdə olmuşuq, lap yaxşı tanımışam. Yəni “primitiv” sözü ona yaraşmır. Heç “sadəlövh” də demək olmaz. Sadə adam idi. Məgər adam sadə olanda, sadəlövh olur? Səfehə sadəlövh demək olar. Elçibəy sadə adam idi, kiçiklə kiçik idi, böyüklə böyük, bu da insanın böyüklüyünü göstərir. Səmimi insan idi. Bir dəfə parlamentdə çıxış etdi, bayrağımızı Çinə, nə bilim Təbrizə sancmağımızdan, türkçülükdən, Türk dünyasından danışdı. Onda mən durub çıxış etdim, dedim, a kişi, biz bayrağımızı burdan-bura Qarabağa sanca bilmirik, sən bu ölkələri bizimlə niyə düşmən edirsən?
İclasdan sonra gəlib mənimlə görüşdü, dedi, Hacı, sənin səmimi danışığını qəbul edirəm. Deməyə də bilərdi, amma gəldi, səmimi şəkildə dedi. Belə adam haqqında Ayaz Mütəllibovun elə sözlər deməsi ona yaraşmaz. Münasibətim olmasa da, fikrimi qəzetiniz vasitəsilə çatdırıram. Əbülfəz Elçibəy prezident idi. Prezidentin prezident haqqında belə çıxışlar eləməsi heç yaxşı hal deyil. Tarixdə belə bir hadisə olub: padşah vəziri dar ağacına çəkdirir. Dar ağacında vəzir çox qəmgin dayanır. Padşah qəmgin olmağının səbəbini soruşur. Vəzir deyir, siz tarixdə olmayan bir toxum əkirsiniz, heç vaxt vəziri dar ağacından asmayıblar. İndi prezidentin prezident haqqında belə sözlər deməsi pis toxumlardır. Səhvlər deyilə bilər, haqqı demək yaxşı şeydir, illər keçsə də deyilməlidir ki, başqaları ibrət alsın. Ancaq təhqir etmək olmaz.
***
Bundan sonra Hacı Əbdüllə məscid, tövbə məsələlərindən danışdıq.
 – Bizim məscidimizin canı tövbədədir. Əsas məqsədimiz gəncləri tövbəyə dəvət etməkdir. Peyğəmbərimiz (s) buyurur ki, bir nəfəri düz yola gətirmək bir nəsli düz yola gətirməkdir.
– İndiyədək nə qədər adam tövbəyə gəlib?
– Allaha and olsun, heç sayını demək olmaz. Hər ay ən azı 15-20 nəfər gəlir.
– Ən çox nəyə görə tövbəyə gəlirlər?
– Daha çox narkotiklə bağlıdır. Narkomaniya çox geniş yayılıb, əsas da cavanlardır, hətta qadınlar, qızlar arasında geniş yayılıb…
– Gəlib tövbə edirlər. Sonra tövbəni pozub təkrar gələnlər olurmu?
– Bəli, təkrar da gəlirlər. Bu, elə bir xəstəlikdir ki, gəlməməsi mümkün deyil.
– Narkomaniya hətta müalicə ilə keçmir, tövbə ilə necə keçir?
– Yox, tövbə ilə keçir. Tövbənin əsas gücü Allaha bağlıdır. Allahdan qorxu, ona məhəbbət çox şeyi həll edir.
 
– Tanınmış adamların övladları da gəlirlər?
– Olub da, var da. Amma ad çəkmək istəmirəm.
“İmam Hüseyn” məscidinin tarixi qədimdir, 1889-cu ildə tikilib, hətta “Təzəpir”dən də əvvəl. Sovet dövründə fəaliyyəti dayandırılan məscidi sonralar elektrik sobalarının istehsalı ilə məşğul olan zavoda çeviriblər. Hətta sütunlara bərkidilmiş dəmir körpülər sonradan kəsilib və indiyə qədər nişanələri qalır. Bir də “İmam Hüseyn” məscidi milli-azadlıq hərəkatı illərində qapılarını dindarların üzünə açıb.
Hacı Əbdül deyir ki, məscidin həyətində zavoda məxsus tikililər olub, sonradan onları sökdürüb kənara atdırıb ki, möminlər rahat ibadət eləsin. Lakin son illərdə məscidin qarşısında tikilən “göydələnlər” dini ibadətgahın dənizə mənzərəsini qapadıb və küncə sıxışdırılmış vəziyyətə salıb. Ancaq hazırda ən ciddi problem “İmam Hüseyn” məscidinin uçub-dağılmaq üzrə olması ilə bağlıdır. Bunları Hacı Əbdül deyir və əlavə edir:
– İndiyə qədər buranın təmirinə nə dövlət, nə QMİ tərəfindən heç bir köməklik olmayıb, özümüz eləmişik, istilik sistemi çəkdirmişik. Hətta rəsmi müraciətlər etmişik ayrı-ayrı qurumlara, göndərdilər icra hakimiyyətinə, bir nəticə olmadı.
 
– Amma nəzir qutuları var və yəqin ki, nəzir yığılır. Bu vəsaitin hesabatını verirsinizmi? 
– Nə vəsait var ki, hesabat da verək? Millət kasıbdır. Tək indi deyil, əvvəldən beləydi vəziyyət.
 
– Heç buranı xarici ölkələrdəki məscidlərlə müqayisə edirsinizmi?
– Çox məscidlər görmüşəm. Amma mənimçün ən rahatı buradır. Burda olan ab-hava heç bir məsciddə yoxdur. Ancaq yeganə istəyimiz odur ki, dövlətimiz məscidin təmirinə kömək etsin. Dövlət hələlik bura nəzər salmayıb. 5-10 gün bundan qabaq damını sökdük, yağış suları içərini götürmüşdü. Suvağı uçub-tökülür… Bu, tarixi abidədir. Özü də “Heydər” məscidinin bu məscidə oxşarlığı çoxdur. Elə bil ki, layihəni bu məsciddən götürüblər. Bizim dövlətimiz xaricdəki kilsələr, məscidlərlə bağlı xeyriyyə işləri görür. Bunu görəndə adam sevinir ki, dövlət özünü dünyaya tanıtdırır. Ancaq digər tərəfdən də adamda qısqanclıq əmələ gəlir ki, məscidimiz dağılır, heç olmasa bizə də bir az yardım edin.
 
– Sizə də qazı pulsuz verirlər?
– Müəyyən qədəri pulsuzdur. Gərək məscidlərdə qaz pulsuz olsun. Bizim məsciddə qaz ancaq qışda işlənir, istilik sistemində. Rusiyanın özündə kilsələrə qaz pulsuzdur.
***
Sonbeşik övladı 5 yaşında olan Hacı Əbdül ömrünün 76-cı ilində idmanından qalmır. Həyətdə özünün idman zalı var, trenajorda davamlı məşq edir.
– Övladlarınızdan sizin yolunuzu davam etdirən varmı? 
– Sonbeşik idmanla məşğul olur. Zalda məşq edir (gülür)
Və… Tövbə məqamı gəlir. Daha doğrusu, ailə qurmağa hazırlaşan cütlüyün tövbə edib kəbin kəsdirməsi mərasimi başlayır. Əllərini Qurani-Kərimin üzərinə qoyan gənclər axundun dediyi kəlamları təkrarlayırlar: “And içirəm: ömrüm boyu Sənin halal buyurduqlarını halal biləcəyəm, haram buyurduqlarını haram biləcəyəm. Bu gündən ömrümün sonuna qədər heç bir vaxt, heç cür narkotik maddə qəbul etməyəcəyəm. Heç cür spirtli içki içməyəcəyəm, donuz əti yeməyəcəyəm. İslam bayrağını daima uca tutacağam, İslama, Vətənə, xalqa, ”Tövbə” Cəmiyyətinə heç bir vaxt xəyanət etməyəcəyəm. Söz verirəm ki, bu gündən ömrümün sonuna qədər bir-birimizə sadiq olub ailədə möhkəm olacağam. Amin, ya Rəbbilaləmin!”
Gənclər tövbədən sonra Quranı götürüb öpərək gözlərinin üstündə qoyurlar. Sonra isə gəncləri təbrik edərək Hacı Əbdül müqəddəs kitabı onlara bağışlayır: “Bu Quranı aparıb qoyursunuz evdə, gözünüzün qabağında, hər gün gözünüzlə görürsünüz”.
Hacı Əbdüldən şallaq barədə soruşuram. “Şallaq tövbəsini pozanlar üçündür, bunlar ilk dəfədir gəlir” deyir. Sonra köməkçisi kəbin kağızını da yazır və şahidlərin iştirakı ilə onlara təqdim edir, biz də təbriklərə qoşuluruq. Kəbin kağızında oğlanın həyat yoldaşına 21 qram qızıl hədiyyə verməsi barədə “öhdəlik” də əksini tapır və qəti xəbərdarlıq: “Əgər narazısan, az yazım. Amma bu 21 qram ödənilməsə, qiyamətə qədər cavab verəcəksən!” Oğlanın topdansatış mərkəzində işlədiyi məlum olandan sonra elə 21 qram yazılır…
Yarızarafat “Hacı, bəlkə hər ehtimala qarşı bəy oğlana qamçını göstərəsiniz, tövbəni pozmaq fikrinə düşməsin” dedikdən sonra Hacı Əbdül o biri otaqdan illərdir onda olan, məxsusi hazırlanmış məşhur qamçısını gətizdirir, fotosunu çəkirik. Hacı Əbdül deyir ki, bu şallağın faydasını görənlər də olub: “Tahir Kərimli tövbə elədi, düzəldi, hətta deputat oldu”. (musavat.com)
Previous Post

“MTN-də ifşa olunan dəstə ki, Nəcəfdə, Qumda, ya Suriyada təhsil almamışdı”

Next Post

Rusiya mediasından Qarabağda müharibə ssenarisi

Bənzər yazılar

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

Bu gün Azərbaycanda 38 dərəcə isti olacaq

12 İyul 2026 - 10:07

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraiti əsasən yağmursuz olacaq. Bu barədə Elchi.az - a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

Bu gün abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan verəcəklər

12 İyul 2026 - 10:05

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı (ikinci cəhd) keçirəcək....

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

12 İyul 2026 - 10:03

Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib. Bu barədə Elchi/az - a...

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

Bakıda küləyin maksimal sürəti 17 m/s-yə çatır – FAKTİKİ HAVA

12 İyul 2026 - 10:00

Azərbyacan ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az...

Next Post

Rusiya mediasından Qarabağda müharibə ssenarisi

Rusiya mediasından Qarabağda müharibə ssenarisi

Son xəbərlər

Mərakeş rəsmisi: Şuşa Qlobal Media Forumu sülh mədəniyyətinin təşviqinə töhfə verir

Mərakeş rəsmisi: Şuşa Qlobal Media Forumu sülh mədəniyyətinin təşviqinə töhfə verir

13 İyul 2026 - 13:09
Fransa Rusiya səfirini çağırmağı planlaşdırır

Fransa Rusiya səfirini çağırmağı planlaşdırır

13 İyul 2026 - 13:00
O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

13 İyul 2026 - 12:53
Sabahkı HAVA PROQNOZU

Sabahkı HAVA PROQNOZU

13 İyul 2026 - 12:45
Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır

Azərbaycan Prezidenti: Ancaq özümüzə və dövlətə güvənməliyik, birlik heç vaxt sarsılmamalıdır

13 İyul 2026 - 12:30
İndoneziyada 5.1 bal gücündə zəlzələ

İndoneziyada 5.1 bal gücündə zəlzələ

13 İyul 2026 - 12:24
Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur

Prezident İlham Əliyev: Azərbaycanın potensial daxili riskləri yoxdur

13 İyul 2026 - 12:18
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib – VİDEOd

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib – VİDEOd

13 İyul 2026 - 12:15
Prezident: Azərbaycanla bağlı müsbət mövqeyinə görə Rusiyada cəzalandırılanlar oldu

Prezident: Azərbaycanla bağlı müsbət mövqeyinə görə Rusiyada cəzalandırılanlar oldu

13 İyul 2026 - 12:13
Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

13 İyul 2026 - 12:07
Azərbaycan Prezidenti Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib

Azərbaycan Prezidenti Pakistanın ABŞ-İran münaqişəsinin həlli istiqamətində səylərini yüksək qiymətləndirib

13 İyul 2026 - 12:03
Prezident: Azərbaycandan Yaponiyaya xam neft tədarükü böyük əhəmiyyət kəsb edir

Prezident: Azərbaycandan Yaponiyaya xam neft tədarükü böyük əhəmiyyət kəsb edir

13 İyul 2026 - 11:57
Azərbaycan Prezidenti elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib

Azərbaycan Prezidenti elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib

13 İyul 2026 - 11:51
Banqladeşdə daşqınlar: Ölənlərin sayı artır

Banqladeşdə daşqınlar: Ölənlərin sayı artır

13 İyul 2026 - 11:45
ABŞ İrana qarşı daha bir zərbə seriyasının başa çatdığını elan etdi

ABŞ İrana qarşı daha bir zərbə seriyasının başa çatdığını elan etdi

13 İyul 2026 - 11:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.