"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“ASAN xidmət”dən növbəti uğur

14 Dekabr 2015 - 18:55
in XƏBƏR LENTİ
FacebookVatsap

Dekabrın 9-dan 11-dək Vyanada “Beynəlxalq Antikorrupsiya Akademiyasının beynəlxalq təşkilat qismində təsis edilməsi haqqında” Sazişə tərəfdaş dövlətlərin Assambleyasının IV sessiyası keçirilib.

Bunu da oxuyun

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

 

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, tədbirdə Azərbaycanı Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi və tərkibinə Xarici İşlər Nazirliyinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti təmsil edib.

Plenar iclasda K.Əliyev ötən ilin noyabrında Bakıda keçirilmiş III sessiya zamanı Assambleyanın sədri vəzifəsinə seçilmiş Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun adından çıxış edərək Azərbaycanda son illərdə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən ən uğurlu qabaqlayıcı institusional tədbirlərdən biri kimi “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, habelə ölkəmizin bu sosial bəlaya qarşı mübarizə sahəsində apardığı səmərəli beynəlxalq əməkdaşlıq barədə ətraflı məlumat verib.

Azərbaycanın Assambleyaya sədrliyi dövründə həyata keçirilmiş uğurlu fəaliyyət nəticəsində 5 ölkə Akademiyaya üzv qəbul olunmaqla qeyd olunan Sazişə qoşulub və ya ratifikasiya etmiş üzvlərin sayı 65-ə çatıb. Sessiyada Akademiyanın rəhbərliyi tərəfindən ötən müddət ərzində Azərbaycanın təşkilata verdiyi töhfələr yüksək qiymətləndirilib.

Assambleyanın nizamnaməsinə görə sessiyanın açılışında təşkilata sədrlik Nigeriyaya keçib.

Daha sonra Akademiyanın İdarə Heyətinə seçkilər keçirilib. Təşkilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələrin məntiqi nəticəsi kimi Azərbaycan Parlamentinin deputatı Vüsal Hüseynov 6 il müddətinə İdarə Heyətinə üzv seçilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti, Akademiyanın İdarə Heyətinin sədri xanım Marqarita Popova, Avstriyanın Daxili işlər naziri xanım Yohanna Mikl-Leytner, Akademiyanın dekanı və icraçı katibi Martin Kroytner və digər nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.

Tədbirdə Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov da iştirak edib.

Sessiya çərçivəsində tədbir iştirakçılarına Azərbaycan Respublikasında son 10 il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar paylanıb.

Previous Post

“ASAN xidmət”dən növbəti uğur

Next Post

MTN ləğv olundu; Nazirliyin bazasında iki dövlət xidməti yaradıldı

Bənzər yazılar

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

Cəlilabadda 10 yaşlı uşaq qızdırma nəticəsində ölüb

11 Noyabr 2026 - 23:43

Cəlilabad rayonunda azyaşlı uşaq ölüb. Elchi.az -ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb. Belə ki, 10 yaşlı...

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

“Reuters”: İran Omanın Hörmüz adasındakı naviqasiya sistemlərinə hücum edib

11 Noyabr 2026 - 23:37

İran Hörmüz boğazında Omanın Didamar adasında gəmi naviqasiya sistemlərinə zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətlə tanış...

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

İran və Oman Hörmüz boğazında gəmiçilik qaydaları barədə razılığa gəliblər

11 Noyabr 2026 - 21:26

Tehran və Maskat Hörmüz boğazında gəmiçilik dəhlizinin təşkili və dəniz hərəkətinin bölünməsi məsələləri üzrə qarşılıqlı razılığa gəliblər. Elchi.az xəbər verir...

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

QMİ: İrəvandakı Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi təxribatdır

11 Noyabr 2026 - 20:11

Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi ciddi şəkildə qınayıb,...

Next Post

MTN ləğv olundu; Nazirliyin bazasında iki dövlət xidməti yaradıldı

MTN ləğv olundu; Nazirliyin bazasında iki dövlət xidməti yaradıldı

Son xəbərlər

FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

FHN növbəti şərti yanğın təlimi keçirdi – FOTO/VİDEO

12 Noyabr 2026 - 11:10
Varşavada Müstəqillik Günü yürüşü zamanı 59 nəfər saxlanılıb

Varşavada Müstəqillik Günü yürüşü zamanı 59 nəfər saxlanılıb

12 Noyabr 2026 - 10:57
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb

Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb

12 Noyabr 2026 - 10:49
Goranboyda 35 yaşlı kişi güllələndi

Goranboyda 35 yaşlı kişi güllələndi

12 Noyabr 2026 - 10:35
Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

Azərbaycanda muzdla çalışanların sayı 1,8 milyon nəfərə çatıb

12 Noyabr 2026 - 10:27
Türkiyədə güclü külək səbəbindən bir sıra dəniz reysləri ləğv edilib

Türkiyədə güclü külək səbəbindən bir sıra dəniz reysləri ləğv edilib

12 Noyabr 2026 - 10:15
Millətlər Liqası: Türkiyə millisi Belçikanı qəbul edir

Millətlər Liqası: Türkiyə millisi Belçikanı qəbul edir

12 Noyabr 2026 - 10:09
Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

Stiv Uitkoff və Cared Kuşner Rusiyaya səfər ediblər

12 Noyabr 2026 - 09:59
FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

FHN-nin “Xilasedici” voleybol komandası Çempionlar Liqasının təsnifat mərhələsində qələbə qazanıb

12 Noyabr 2026 - 09:47
Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb

Azərbaycan neftinin qiyməti yenidən 100 dolları ötüb

12 Noyabr 2026 - 09:34
Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

12 Noyabr 2026 - 09:26

Bu günün valyuta məzənnələri

12 Noyabr 2026 - 09:20
Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

Konstitusiya Günü: hüquqi ənənələr və gələcəyə baxış

12 Noyabr 2026 - 09:11
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib

12 Noyabr 2026 - 09:04
Kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub

Kriptovalyuta bazarında əsas aktivlərdə eniş müşahidə olunub

12 Noyabr 2026 - 09:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.