"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Putindən şok qərar — Türkiyə sərhəddinə ordu göndərir

02 Dekabr 2015 - 08:49
in XƏBƏR LENTİ
FacebookVatsap

Putindən şok qərar —  Türkiyə sərhəddinə ordu göndərir

Bunu da oxuyun

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Moskva Ankaranı hərbi cavab tədbirləri ilə hədələyir.

Rusiya prezidenti Vladimir Putin Türkiyənin Suriya ilə sərhəddə Su-24 bombardmançısını vurmasına cavab olaraq bu ölkənin Ermənistanla sərhədinə təcili olaraq iri qoşun qruplaşması cəmləşdirmək barədə əmr verib.

Bu sensasion məlumat bu gün bir sıra Rusiya nəşrlərində yer alıb.

Məlumata əsasən Putin ötən bazar günü noyabrın 29-da səhər Şimali Qafqaz hərbi dairəsində dislokasiya olunmuş 58-ci orduya Türkiyə-Ermənistan sərhədində dərhal radio-elektron mübarizə qüvvələrinin seçmə polklarını və briqadalarını, zenit sistemlərini, reaktiv yaylım atəşi sistemlərini, tank əleyhinə kompleksləri, motoatıcı və artilleriya qoşunlarını cəmləşdirmək barədə təcili əmr verib. Söhbət üst-üstə 7 minlik qoşun qruplaşmasından gedir. Məlumatın mənbəyi olaraq Rusiya Müdafiə Nazirliyinin məruzəsi göstərilir.

Ermənistanın Türkiyə ilə sərhədi boyu bu qoşun qruplaşmasının yerləşdirilməsinə hüquqi əsas verən sənəd kimi Putinin noyabrın 11-də imzalanmasını əmr etdiyi Ermənistan-Rusiya vahid hava hücumundan müdafiə sisteminin yaradılmasına dair razılaşma göstərilir.

Həmin sənəd ötən həftə baş nazir Dmitri Medvedyev tərəfindən yekun olaraq təsdiqlənib və qüvvəyə minib. Əslində isə Rusiya Ermənistana iri qoşun qruplaşması cəmləşdirməklə Türkiyəyə meydan oxumaq istəyir.

Bildirilir ki, Türkiyə ilə sərhəddə, Ermənistan ərazisində yerləşdirilən qoşun qruplaşmasını S-400 “Triumf” zenit-raket kompleksləri, “Krasuxa-4” radio-elektron mübarizə sistemləri mümkün hava hücumlarından müdafiə edəcək. Bu vasitələr Türkiyə hava məkanının 85 faizinə nəzarət etməyə imkan verir.

Məlumatı Rusiyanın və Ermənistanın müdafiə nazirlikləri nə təsdiq, nə təkzib edib. Həmçinin 7 minlik ordunun, tankların və zirehli birləşmələrin, ağır reaktiv yaylım atəşi sistemlərinin və digər hərbi texnikanın Ermənistan ərazisinə qısa müddətdə necə daşınacağı sual doğurur.

Çünki bu qoşunları və texnikanı Ermənistana quru yolu ilə ancaq Gürcüstan ərazisindən keçirmək olar. Gürcüstan isə Ermənistana Rusiya hərbi yüklərinin daşınmasına icazə vermir.
Hərçənd ki, neçə vaxtdır Rusiyanın Ermənistandakı 102-ci Rusiya hərbi bazasına yükləri hava yolu ilə Gürcüstan üzərindən daşıdığı barədə məlumatlar var.

Su-24 təyyarəsinin vurulmasından sonra Rusiya Türkiyəyə qarşı sərt diplomatik, iqtisadi və siyasi tədbirlər görüb. Habelə Suriya ərazisində S-400 “Triumf” zenit-raket kompleksləri yerləşdirib, “Fort” zenit-raket sistemləri ilə təchiz edilmiş “Moskva” kreyseri Suriyanın Latakiyə şəhəri sahillərində mövqe tutub.

Rusiyanın Suriya əməliyyatlarında iştirak edən bombardmançıları isə hava reydlərinə qırıcıların müşayiəti ilə çıxır. Moskva Ankaranı hərbi cavab tədbirləri ilə hədələyir. (virtualaz.org)

Previous Post

Putindən şok qərar — Türkiyə sərhəddinə ordu göndərir

Next Post

ANAMIN ADI

Bənzər yazılar

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana işgüzar səfərini başa çatdırıb və Daşkəndə yola düşüb. Bu barədə Elchi.az prezidentin mətbuat xidmətinə istinadən...

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili xarici müdaxilənin və xarici maliyyələşdirmənin tənzimlənməsi üçün suverenlik, şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanan beynəlxalq standartın...

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17

Pakistanın Bakıdakı səfirliyi Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə təbrik...

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Beynəlxalq Biznes Qrupunun və Tailandın ən böyük konqlomeratlarından biri olan BTS-in nümayəndə heyəti ilə görüşüb....

Next Post

ANAMIN ADI

İqtidar Nardaranı dalandan çıxarır - “xilas əməliyyatı”

Son xəbərlər

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb

15 Oktyabr 2026 - 22:21
Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

Papuaşvili: Gizli xarici maliyyələşdirmə demokratiya və dövlət suverenliyi üçün ciddi risklər yaradır

15 Oktyabr 2026 - 22:19
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib

15 Oktyabr 2026 - 22:17
Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb

15 Oktyabr 2026 - 22:15
ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb

15 Oktyabr 2026 - 21:58
IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

IEA: Sərbəst buraxılan neft ehtiyatlarının həcmi 400 milyon bareli ötəcək

15 Oktyabr 2026 - 19:29
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib

15 Oktyabr 2026 - 19:09
Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15 Oktyabr 2026 - 18:51
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib – FOTO

15 Oktyabr 2026 - 18:43
COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

COVID-19 xəstələrinə qulluq edən tibb işçilərinin maaş əlavəsi uzadıldı

15 Oktyabr 2026 - 18:34
Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

Cəbrayılda günəş elektrik stansiyasının tikintisinə icazə müddəti uzadıldı

15 Oktyabr 2026 - 18:26
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü – YENİLƏNDİ

15 Oktyabr 2026 - 18:17
Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

Husilərin hücumları səbəbindən Aİ və Körfəz ölkələrinin sammiti təxirə salınıb

15 Oktyabr 2026 - 18:05
Dünya üçün Azərbaycan nümunəsi

Dünya üçün Azərbaycan nümunəsi

15 Oktyabr 2026 - 18:01
Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

Bakıda 8 marşrutun hərəkət sxemi dəyişdirildi

15 Oktyabr 2026 - 17:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.