"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Fikrət Məmmədov hakimləri topladı

30 Noyabr 2015 - 19:10
in XƏBƏR LENTİ
FacebookVatsap

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı məhkəmə-hüquq islahatları nəticəsində məhkəmə sistemi xeyli müasirləşib, yeni məhkəmələr və məhkəmə təsisatları yaradılıb, hakimlərin seçimində ən şəffaf qaydalar tətbiq edilir.

 

Bunu da oxuyun

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına xüsusi diqqət yetirilərək bu məqsədlə məhkəmələrin yüksək statusuna uyğun infrastruktur yaradılır, müasirliyi və qabaqcıl İKT-lərin tətbiqi ilə fərqlənən yeni məhkəmə bina və komplekslərinin inşası aparılır.

Bu yaxınlarda ölkə Prezidenti yeni açılmış Şəki Məhkəmə Kompleksində keçirdiyi müşavirə zamanı məhkəmə sisteminin inkişafı üzrə aparılan islahatları və görülən işləri müsbət qiymətləndirib, həmçinin, məhkəmə fəaliyyətinin müasirləşdirilməsi və bu sahədə mütərəqqi beynəlxalq təcrübənin tətbiqi, qərarların ədalətliliyinin təmin edilməsi, qərəzli yanaşmanın yolverilməzliyi, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və insanlara layiqli xidmət göstərilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələrlə əlaqədar Məhkəmə-Hüquq Şurasının Bakı və ətraf rayon məhkəmələri hakimlərinin, prokurorların, vəkillərin, ədliyyə iççilərinin, QHT və KİV nümayəndələrinin iştirakı ilə geniş iclası keçirilərək məhkəmə fəaliyyəti ilə bağlı mövcud nöqsan və çatışmazlıqlar ətraflı təhlil olunub, zəruri tədbirlər müəyyən edilib. İclasda həmçinin, ölkə rəhbərinin tapşırıqlarının respublikanın bütün hakimlərinin diqqətinə çatdırılması məqsədilə regional müşavirənin keçirilməsi qərara alınıb.

Bununla əlaqədar Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə Şəki Məhkəmə Kompleksində regional müşavirə keçirilib. Tədbirdə Məhkəmə-Hüquq Şurasının üzvləri, Ali Məhkəmənin, Şəki, Şirvan və Gəncə apellyasiya və onların yurisdiksiyasına daxil olan birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri, hakim assosiasiyalarının rəhbərləri, ədliyyə işçiləri, vəkillər, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Müşavirədən öncə ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayev ümummilli liderimiz Heydər Əliyevin Şəki şəhərində abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyaraq, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov geniş məruzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən məhkəmə-hüquq islahatının mütərəqqi nəticələrini qeyd edib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair dövlət başçısının tapşırıqlarını diqqətə çatdıraraq, mövcud problem və nöqsanların, xüsusilə korrupsiyaya şərait yaradan pozuntuların, süründürməçiliyin qətiyyətlə aradan qaldırılması, qeyri-etik davranış və digər neqativ halların yolverilməzliyini bildirib, fəaliyyətin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasının zəruriliyini qeyd edib.

Həmçinin, məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasının, şəffaflığın və aşkarlığın genişləndirilməsinin, müasir İKT-lərin və elektron məhkəmənin tətbiqinin əhəmiyyəti bildirilib. İclasda ayrı-ayrı hakimlərin nöqsan və çatışmazlıqları diqqətə çatdırılaraq belə halların qətiyyətlə aradan qaldırılmasının vacibliyi, habelə işində dönüş yarada bilməyən hakimlərin fəaliyyəti qiymətləndirilməklə prinsipial tədbirlərin görüləcəyi vurğulanıb.
Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasınin, şəffaflığın artırılmasının, məhkəmə təcrübəsinə dönmədən əməl olunmasının vacibliyini qeyd edib, məhkəmələrin fəaliyyətində yol verilən xarakterik nöqsanlara və həmçinin, korrupsiyaya şərait yaradan hallara toxunub.

Müşavirədə hakimlər, vəkillər və QHT nümayəndələri çıxış ediblər. Çıxışlarda texnoloji yeniliklərin tətbiqinin ədalət mühakiməsinin səmərəliliyilinin artırılmasında mühüm rolu qeyd olunub, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın genişləndirilməsi, mövcud nöqsanların aradan qaldırılması və s. barədə təkliflər irəli sürülüb.

Sonra tədbir öz işini “Məhkəmə təcrübəsi və elektron məhkəmənin tətbiqi məsələləri” mövzusunda seminarla davam edib. Tədbirdən sonra iştirakçılar Şəki Məhkəmə Kompleksində yaradılmış yüksək şərait və elektron idarəetmə sistemləri, habelə TÜRKSOY tərəfindən “2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şəkinin mədəni-tarixi abidələri ilə tanış olublar.

Previous Post

Fikrət Məmmədov hakimləri topladı

Next Post

Obamadan Putinə: `Təyyarəyə görə təəssüflənirəm`

Bənzər yazılar

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb. Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb. "Türkiyə Respublikası...

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31

Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Elchi.az -ın məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən...

Next Post

Obamadan Putinə: `Təyyarəyə görə təəssüflənirəm`

Obamadan Putinə: `Təyyarəyə görə təəssüflənirəm`

Son xəbərlər

Peru sahillərində zəlzələ baş verib

Peru sahillərində zəlzələ baş verib

13 Noyabr 2026 - 22:35
Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

Türkiyə ilə Qətər arasında beş saziş imzalanıb

13 Noyabr 2026 - 22:34
Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

Azərbaycan-Böyük Britaniya strateji tərəfdaşlığında yeni mərhələ

13 Noyabr 2026 - 22:32
Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

Bakıda yolun hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub

13 Noyabr 2026 - 21:31
“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27
Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Noyabr 2026 - 20:12
Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

13 Noyabr 2026 - 20:11
“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

13 Noyabr 2026 - 20:07
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

13 Noyabr 2026 - 20:05
AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

AQTA: Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlandı

13 Noyabr 2026 - 19:15
Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

Polis Akademiyasında təcrübəyönümlü tədris metodikası tətbiq olunur

13 Noyabr 2026 - 19:02
NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

NATO xarici işlər nazirlərinin görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

13 Noyabr 2026 - 18:54
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Bir sıra məhsulların idxalına tətbiq olunan gömrük rüsumlarının dərəcələri dəyişdirilir

13 Noyabr 2026 - 18:47
Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

Prokurorluğa qulluğa qəbulla bağlı imtahanın tarixi dəyişdirilib

13 Noyabr 2026 - 18:38
Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

Microsoft-dakı nasazlıq Britaniyada dövlət qurumlarının işini iflic edib

13 Noyabr 2026 - 18:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.