"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Vurulan təyyarə Azərbaycanın başında çatlaya bilər

27 Noyabr 2015 - 10:06
in DÜNYA
FacebookVatsap

Vurulan təyyarə Azərbaycanın başında çatlaya bilər

Bunu da oxuyun

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Vladimir Jirinovski Kremlin Ermənistanla bağlı kartlarını açdı – “Böyük Ermənistan” xülyası yenidən dövriyyəyə buraxılır; azərbaycanlı ekspertlər iki paytaxtın toqquşmasının Qarabağ məsələsinin həllini arxa plana keçirəcəyini düşünür; Rusiya Ermənistana atom silahı daşıya bilər

 
Türkiyə Hərbi Hava Qüvvələrinin ölkənin hava sərhədlərini pozan rus qırıcısını vurmasındna sonra Ankara-Moskva münasibətlərində gərgin münasibətlər yaşanmaqdadır. Azərbaycana qonşu olan iki nəhəng dövlətin arasında yaşanan soyuq münasibətlərin hətta savaş həddinə gətirib çıxara biləcəyi barədə iddialar səslənir.
Ancaq müşahidəçilər hesab edir ki, istənilən halda bu gərginliklər Azərbaycana da öz təsirini göstərəcək. Təkcə ona görə yox ki, Azərbaycan hansı tərəfin mövqeyindən çıxış etməklə bağlı ciddi seçim qarşısında qalıb. Məsələ burasındadır ki, yaşanan gərginliklər Qarabağ məsələsinin onsuz da dalana dirənən həll prosesini daha da müşkülə sala bilər. Son zamanlar Rusiyanın Dağlıq Qarabağ ətrafındakı rayonların geri qaytarılması üçün Ermənistana təsir göstərəcəyi barədə məlumatlar hətta ABŞ diplomatları səviyyəsində də dartışılırdı. Hesab olunurdu ki, Ankara və Moskvanın münasibətlərinin normal olması Qarabağ məsələsinin ədalətli həllində də pozitiv rol oynaya bilər. Lakin hazırkı situasiya tam fərqli perspektivlər vəd edir.
Üstəlik, Rusiya paytaxtında ermənilərə dəstəyin artırılması, Türkiyəyə qarşı “erməni kartı”nın işə salınması zərurəti ilə bağlı sərsəm təşəbbüslər səslənir. Hətta “Böyük Ermənistan”ın yaradılmalı olduğundan bəhs olunur ki, bu, təkcə Türkiyəyə deyil, həm də Azərbaycana yönəlik təhlükələrdən xəbər verir. Rusiyanın Rusiya Lideral Demokrat Partiyasının sədri Vladimir Jirinovski “Rossiya 1″ telekanalına müsahibəsində analoji iddialar səsləndirib. ”Türkiyə ilə bağlı məsələ həll edilməlidir və bunu özgə əlləri ilə etmək lazımdır.
Ermənilər türklərə nifrət edirlər, əgər biz onlara qərb torpaqlarını azad etməyə icazə versək, onlar bunu böyük məmnuniyyətlə edərlər. Ermənilər bunu 1918-ci ildə etmişdilər, lakin Moskva o zaman onlara dəstək vermədi, Türkiyə tərəfinə keçdi”. Jirinovski “Kürdistan” və “Böyük Ermənistan” ölkələrinin yaradılmasından danışarkən deyib: “Biz kürdlərin müstəqilliyini tanıyaq deyə onlar bizdən kömək gözləyirlər. Türkiyədə kürdlərin sayı 20 milyona çatır, paytaxtları isə Diyarbəkirdir. Bununla da Şərqi Anadolu tarixə qovuşacaq, nəticədə isə müstəqil Kürdüstan və Böyük Ermənistan yaranacaq”. Nəzərə alsaq ki, Jirinovski bir qayda olaraq Rusiya hakimiyyətinin iradəsini ifadə edən anonslarla çıxış edir, Türkiyəyə ünvanlı təhlükəli planların da Kremldə masa üzərində olduğunu demək mümkündür. Ancaq müşahidələr onu deməyə əsas verir ki, Rusiya “Türkiyə təhlükəsi”nin olması iddiasından çıxış edərək bundan sonra Ermənistana daha çox silah-sursat, hərbi texnika daşıyacaq və bu zaman hər hansı kvotaya məhəl qoymayacaq. Bütün bunlar isə son nəticədə Azərbaycana da ciddi təhlükələr vəd edir. Çünki Rusiya istənilən zaman ən müxtəlif bəhanələrlə Azərbaycan-Ermənistan münaqişəsinə hərbi müdaxilə edə, yaxud işğal olunmuş ərazilərə “sülhməramlı” adı ilə ordusunu yeridə bilər. Ekspertlər də təhlükənin miqyasının böyük olduğu qənaətindədir.
“Atlas”Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a dedi ki, Türkiyə-Rusiya gərginliyi Dağlıq Qarabağ münaqişəsinin bir az daha konservləşməsinə səbəb olacaq: “Onsuz da Suriyada davam edən müharibə digər münaqişə mövzularını arxa plana keçirib. Türkiyə-Rusiya münasibətlərinin soyuması və ya gərginləşməsi son zamanlar çox yayılan bir şayiəyə də son qoydu. Guya Rusiya Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun azad olunmasına şərait yaradacaqdı. Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda Kreml Türkiyənin bölgədəki hərbi-strateji müttəfiqi olan Azərbaycanın xeyrinə heç bir addım atmayacaq”. E.Şahinoğlu təsdiqləyir ki, Rusiya Ermənistandakı hərbi qüvvələrini də gücləndirəcək və bu addım Azərbaycana xoş olmayan növbəti addım olacaq: “Ümumiyyətlə, Ermənistan hakimiyyəti Rusiya-Türkiyə gərginliyindən öz xeyrinə istifadə etməyə çalışacaq. Rusiyadakı şovinist dairələrin ermənipərəst açıqlamalarının sayı artacaq. Azərbaycan hakimiyyəti bu arada, Türkiyə ilə hərbi təlimlərin sayını azaltmamalıdır. Əks halda, bu, rəsmi Bakının Moskvaya və Ankaraya yanlış mesajı olar. Rəsmi Bakı Türkiyə ilə hərbi-strateji əlaqələrdən geri addım atmamalıdır”.
 
Hərbi ekspert Üzeyir Cəfərov da şübhə etmir ki, Türkiyə-Rusiya gərginliyi Qarabağ düyününün tezliklə açılmasına çox böyük maneələr yaradacaq: “Əslində bu, təsadüfi baş vermiş toqquşma olsa da, Rusiyanın son vaxtlar öz hüdudlarından çox kənarda sərgilədiyi davranış gec-tez bu vəziyyətə gətirməliydi, necə ki, gətirib çıxartdı. Axı həmən Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələr bir neçə dəfə Türkiyə SQ-nin döyüş növbəsi çəkən təyyarələri tərəfindən xəbərdarlıqlar almışdılar. Hətta səhv etmirəmsə, Rusiyanın Ankaradakı səfiri iki dəfə Türkiyə XİN-ə çağırılmışdı və ona rəsmi xəbərdarlıq edilmişdi. İndi öz səhvlərindən nəticə çıxartmayan rus elə bağırır ki, sanki Türkiyə onun sərhədlərini pozub. Əlbəttə ki, bu vəziyyətin düzəlməsi hələ ən azından yaxın 6 ay – 1 ilə kimi uzana bilər. Deməli, biz Qarabağla bağlı böyük ümidlə gözlədiyimiz xoş xəbərləri hələ bir az da gözləməli olacağıq”.
Ü.Cəfərov deyir ki, indiki halda bizim hər hansı addımımız bir az da qəzəbli və sərt münasibətlə qarşılana bilər: “Artıq Rusiyanın baş təlxəyi Jirinovskinin dünənə kimi bizimlə bağlı Bakıda və Moskvada söylədiyi fikirləri ”unudaraq” açıq şəkildə Türkiyəyə Ermənistanın əli ilə cəza verilməsi təklifi də adi söz kimi görünməməlidir. Bu, dolayısı ilə Azərbaycana da bir xəbərdarlıq kimi qəbul edilməlidir. İndi Rusiya həm Türkiyəyə qarşı öz nifrət və qəzəbini reallaşdırmaq üçün bölgəyə əlavə gərginlik, silah-sursat daşıyacaq. Bu da heç də xoş niyyətdən irəli gələn addım olmayacaq. Buna biz də, qardaş Türkiyə dövləti də hazır olmalıyıq. Mən demirəm ki, Rusiya bizə açıq şəkildə problem yaratmaq üçün hərəkətə keçsin. Sadəcə, biz öz işimizi elə tutmalıyıq ki, bölgədə ola biləcək hər hansı təxribat və münaqişələrdən özümüzü sığortalaya bilək. Bunun üçün isə biz bütün resurslarımızı nəzərdən keçirməliyik”.
 
Konfliktoloq Elxan Mehdiyev də hesab edir ki, indiki gərginlik ermənilərin xeyrinə və uzunmüddətli maraqlarına tam uyğundur: “Belə ki, ermənilər hər zaman Turkiyə-Rusiya yaxınlaşmasından və birgə görüşlərindən qorxuya düşürdü, Rusiyaya şübhə ilə yanaşırdılar. Burada ermənilər nə qazanacaq: ilk növbədə müasir silahlar. Məncə, Rusiya əgər indiki isterikanı davam etdirsə, Ermənistanda atom bombasına qədər müasir və dağıdıcı silahlar yerləşdirəcək. Bu, Türkiyəni Qafqazlardan, Qara dənizdən və əgər Bəşər Əsəd qalarsa – onun uzun zaman qalması ehtimalı çox azdır – Aralıq dənizindən Türkiyəni təhdid etmək planlarının hissəsi olacaq. İkincisi, Ermənistan gedən mənasız danışıqlarda mövqeyini daha da sərtləşdirəcək və Rusiya ilə hərbi inteqrasiyanı daha da gücləndirəcək. Bu da status kvo-nun qeyri-müəyyən qalmasına münbit şərait yaradacaq”. E.Mehdiyev əlavə etdi ki, bundan sonra Rusiya Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığına da mane olmağa çalışacaq: “Rusiyanın başı Suriyada hərbi və sonrakı mərhələdə diplomatik danışıqlara qarışacaq və erməni işğalı davam edəcək. Ermənistan Azərbaycana danışıqlarda hər hansı ”güzəşti” – ermənilərin dediyi kimi – Türkiyəni gücləndirmək kimi qələmə verərək Rusiyadan dəstək almağa çalışacaq. Eynilə Rusiya-Azərbaycan münasibətlərinin Rusiya tərəfindən təzyiqə məruz qalma ehtimalı da artacaq. Ümumiləşdirsək, Azərbaycanın hərbi əməliyyatlara əl atması variantı məhdudlaşacaq. Çünki burada Rusiya Türkiyənin Azərbaycanın yanında olduğunu – bu, oldu, ya olmadı – qəbul edəcək, nəticədə Ermənistana edəcəyi kömək ehtimalı daha da artacaq”.
Politoloq Arzu Nağıyev də razıdır ki, Türkiyə-Rusiya gərginliyi ümumən regiona və Azərbaycana, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət heç nə vəd etmir: “Rusiya bundan əvvəl də müsbət istiqamətdə addımlar atmırdı. Qorxulusu odur ki, Suriyadan olan erməniləri işğal olunmuş ərazilərdə yerləşdirməkdə davam edə, bundan başqa, Dağlıq Qarabağ ərazisinə silahlı qüvvələr gətirə və ya orada olan hərbçilərini leqallaşdıra bilərlər. Məlumdur ki, Türkiyə bu münaqişə ilə bağlı Azərbaycanı beynəlxalq arenalarda daima dəstəkləyib və münaqişəyə görə ermənilərlə sərhədini açmayıb”.
A.Nağıyev bildirdi ki, bundan başqa, Rusiya qondarma “soyqırım” məsələsini daim qabardaraq münaqişənin indiki halda saxlanmasına və status-kvonun belə də qalmasına çalışacaq: “Təbii ki, Ermənistan ərazisindəki 102 saylı Rusiya bazasına NATO-Rusiya sərhədini daha da bərkitmək adı altında yeni silah və sursat, eyni zamanda canlı qüvvə yığacaqdır və təbii ki, bu da ermənilərin xeyrinədir. Bununla da balans dəyişə bilər. Belə bir vəziyyətdə Azərbaycan da öz silahlarını artırmağa məcbur olacaq və ruslarla olan müqavilələrin artırılması gözləniləndir. Bundan da Rusiyadan başqa heç kim yararlanmayacaqr”. İndiki situasiya sözsüz ki, Ermənistanın və ümumiyyətlə, erməni lobbisinin ürəyincədir. Elə onların situasiyanı, sadəcə, məmnunluqla seyr etmələri, hər hansı müdaxilə etməmələri də bunun göstəricisidir. Lakin Ermənistanda prosesləri soyuqqanlı təhlil edən analitiklər onu da bilməmiş deyillər ki, Qarabağ bataqlığına düşdükləri bu illərdə Ermənistan məhv olmaq təhlükəsi ilə üzləşib. Rusiya-Türkiyə gərginlikləri isə ermənilərin Türkiyə ilə sərhədlərin açılması ilə bağlı ümidlərini növbəti dəfə dəfn etdi. Üstəlik, Moskva-Ankara savaşı Ermənistanın da ayaq altında qalması ilə bitə bilər…

 

Previous Post

Vurulan təyyarə Azərbaycanın başında çatlaya bilər

Next Post

`Qəbələ` heç-heçə etdi

Bənzər yazılar

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

28 Oktyabr 2026 - 11:37

Bildirilir ki, ABŞ İranla əlaqəli hərbi əməliyyatlara – bu əməliyyatların başladığı 28 fevral tarixindən 16 oktyabr tarixinə qədər – təxminən...

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2026 - 10:43

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ və İsrailin onun ölkəsinə qarşı həyata keçirdiyi hücumlar qlobal enerji təhlükəsizliyi və dünya...

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

28 Oktyabr 2026 - 10:34

Ümumi seçkilərdən sonra İsrailin əli qanlı Baş naziri Binyamin Netanyahu sağçı siyasi düşərgədə birliyə çağırış edərək, "Sionist çoxluq özünə gəlməli...

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

SEPAH: İranda iki terrorçu dəstənin üzvləri həbs ediliblər

27 Oktyabr 2026 - 20:36

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə iki terrorçu dəstəyə qarşı əməliyyat keçirib. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, İranın...

Next Post

`Qəbələ` heç-heçə etdi

`Qəbələ` heç-heçə etdi

Son xəbərlər

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

28 Oktyabr 2026 - 12:26
DYP elektroskuter istifadəçilərinə müraciət edib

DYP elektroskuter istifadəçilərinə müraciət edib

28 Oktyabr 2026 - 12:20
Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

28 Oktyabr 2026 - 12:13
Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

Azərbaycanın dövlət borcu 2 mlrd. manatdan çox azalıb

28 Oktyabr 2026 - 12:07
Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

Tramp gözünü həmin ölkəyə dikib: ABŞ-ın “51-ci ştatı” ola bilər

28 Oktyabr 2026 - 11:51
ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

ABŞ-ın İranla bağlı hərbi əməliyyatlarının xərci 47,1 milyard dollara çatıb

28 Oktyabr 2026 - 11:37
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb

28 Oktyabr 2026 - 11:24
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib

28 Oktyabr 2026 - 11:15
Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

Modriç İbrahimoviçin A Seriyası rekordunu qırdı

28 Oktyabr 2026 - 11:09
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İlham Əliyev: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir

28 Oktyabr 2026 - 10:57
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir

28 Oktyabr 2026 - 10:43
Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

Netanyahudan birlik çağırışı: Sionist çoxluq özünə gəlməlidir

28 Oktyabr 2026 - 10:34
Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

Prezident İƏT dövlətlərinin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin görüşünün iştirakçılara müraciət ünvalayıb

28 Oktyabr 2026 - 10:32
Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

Bakıda İƏT ölkələrinin korrupsiyaya qarşı mübarizə qurumları rəhbərlərinin görüşü başlayıb

28 Oktyabr 2026 - 10:23
Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

28 Oktyabr 2026 - 10:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.