"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Əgər Türkiyə Əbülfəz Elçibəyə yardım etsəydi…”

04 Noyabr 2015 - 20:28
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Media və Yayım Şurası yaradılıb

“Əsgər Akayev Ermənistana gedib erməni abidəsinin qarşısında diz çökərək “Bir türk olaraq üzr istəyirəm”, – dedi”

Cebhe.info Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş mətbuat müşaviri, jurnalist Turqut Ərin “Yeni düşüncə” jurnalına müsahibəsini təqdim edir. Qeyd edək ki, 1993-2000 illərdə Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat katibi olan Turqut Ər “Azadlıqtan Tiranlığa” kitabının müəllifidir.

– Sovet İmperiyası dağılan kimi ortaya çıxan müstəqil türksoylu və muxtar dövlətlərlə Türkiyənin münasibəti necə idi? Gələcəklə bağlı hansı siyasəti reallaşdırırdı? 
– Əvvəlcə Sovet imperiyasının nə vaxt dağıldığına toxunmaq istəyirəm. Sovet imperiyasını 71 il yaşadan kommunizm idi. Mərkəzi dövlət Rusiyaydı. 1917- ci ildən II Dünya Müharibəsinə qədər Ukrayna daxil olmaqla, Rusiyanın hegemonluğunda bir çox xalq birliyi və dövlət vardı. II Dünya Müharibəsi bitdikdən sonra Rusiyanın qərbində bir çox dövlət Rusiyanın təsiri altına düşdü. 1945-ci ilə qədər rus kommunizminin pəncəsində qalanların çoxu şərq və cənubdakı türksoylu dövlət və birlikləri idi. Qərbdəykən döyüş qəniməti kimi Rusiyanın daxilində qalanların əksəriyyəti vaxt keçdikdən sonra rus şovinizminin kürəyində yükə çevrilməyə başlamışdı. Çünki heç biri təbii sərvətlərə sahib deyildi. Bundan əlavə onlar Avropa ölkələri idi. Azadlığın nə olduğunu yaxşı bilirdilər. Ənənələri bir idi, mədəniyyətləri zəngin idi, bir-birlərinə qohum ölkələr idilər.Vaxt keçdikdən sonra rus faşizminə dözmədilər. Hər cür təbii sərvətə sahib idilər. Çalışqan və itaətli xalqlardı. Müharibələrdə öndə gedirdilər. Neft, qaz, qızıl, gümüş, uran, titan, mis və daha bir çox qiymətli yeraltı sərvətin sahibiydilər. Geniş və səmərəli yaylaları, hər cür kənd təsərrüfatı məhsulunun yetişdirilməsi üçün münbit torpaq sahələri var idi. İmperiyadan kənar ölkələr, xüsusilə Qərb dünyası sürətlə inkişaf edirdi. Keyfiyyətli mallar istehsal edilərək dünya bazarına çıxarılırdı. Kommunizmin pəncəsində inləyən insanlar bu inkişaflardan o dəqiqə xəbər tutur, görür, qibtəylə izləyirdilər. Azad dünyada bu inkişaf olarkən kommunizm dünyası silah sənayesi istisna olmaqla, heç bir sahədə insanların xeyirinə istehsal, istehlak və marketinq texnologiyalarını inkişaf etdirmirdi. Bir qabyuyan maşın, bir telefon kommunizm insanı üçün fövqəladə idi. Kommunizm dünyası üstəlik demokratiya, liberal iqtisadiyyat kimi insanları cəzb edəcək təməl sistemlərdən də uzaq idi. Buna görə rus şovinizmi bu təzyiqlərə dözə bilmədi. Yükü kürəyindən atmaq üçün Qorbaçov kimi bir aktyoru meydana çıxardı. Müstəqil dünya Qorbaçovu alqışlayanda o, Şərqdəki və Qafqazdakı geniş torpaqlarda yaşayan, çoxu türk və müsəlman olan dövlət və birlikləri kommunizm bənzəri bir sistem içində yenidən formalaşdırıb idarəetmə yolunu seçdi. Moskvada da Qorbaçovun bu yalanı başa düşüldü. Rus xalqı üsyana başladı. Başda Azərbaycan olmaq üzrə türkköklü dövlətlərdə azadlıq hərəkatları başladı. Daxili qarışıqlıqlar Kremlin divarlarına qədər gedib çıxdı. Uçqun kimi böyüyən hadisələrin qarşısında bir başqa kommunist lider olan Yeltsin tankların üzərinə çıxaraq dayandı. İnkişaf edən bu hadisələr Ermənistan və Gürcüstan daxil olmaqla türk dünyasındakı dövlətlərin müstəqilliklərini elan etməsiylə sona çatdı.

– Türk dünyasında müstəqilliyini qazanan bu yeni dövlətlərə qarşı Türkiyə Respublikasının rəftarı necə oldu? 
– Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ermənistan, Gürcüstanın müstəqilliyini əvvəlcə Türkiyə Respublikası tanıdı. Qırğızıstan istisna olmaqla, bu dövlətlərin çoxunda köhnə kommunist birinci katiblər prezident oldular. Qafqaz ölkələri və Orta Asiyadakı türk dövlət və icmalarının kilidi olan Azərbaycanda qarışıqlıq dayanmadı. Çünki kommunizmin tarixi boyunca ruslara qarşı çıxan insanları Azərbaycanın vətənpərvər, milliyyətçi, çoxu gənc qabaqcılları 1967-ci ildən bəri hazırladıqları “Xalq Cəbhəsi” təşkilatı böyük mübarizə adamı, türk elm xadimi Əbülfəz Elçibəyin liderliyində Bakının Azadlıq Meydanında hərəkətə keçirdi. Rusiyaya bağlı kommunist birinci katib, prezident Ayaz Mütəllibov devrildi. Demokratik seçkiylə Əbülfəz Elçibəyi prezident seçdilər. Qafqazda Krasnodardan Dərbəndə qədər 6 muxtar respublika vardı. Bunların çoxu türksoylu idi. Bir neçəsində müstəqillik hərəkatları başlamışdı. Xüsusilə Çeçenistandakı mitinqlər dünya gündəmində idi. Kommunizm dövrünün general, Qarabulaq türkü olan Gövhər Dudayev Çeçenistanda müstəqillik elan etmişdi. Digər muxtariyyatlar da Dudayevi təqib edirdilər. Qafqaz və Orta Asiyada bunlar yaşanarkən, hadisələr sürətlə inkişaf edərkən bunları ilk tanıyan Türkiyə əslində türksoylu, türkdilli dövlətlər və digərləri haqqında ətraflı məlumat və sənədə sahib deyildi. Bu barədə məlumatı yox idi. Yalnız qulaqdan qulağa gəzən, ya da yanlış məlumatlara sahib idi. Onlar da nədənsə oralarda vəzifələndirilən məmurlara verilmirdi. Xarici siyasət gələcəyə yönəlik hazırlanmırdı. Gündəlik və anlıq tətbiqlərlə ötəri işlər görülürdü. Sovet imperiyası dağılmış, rus dövləti daxili qarışıqlıqlarla qarşı-qarşıya idi. Rusiyanın bütün çarxları çökmüş və dayanmışdı. İnfliyasiya milləti yoxsullaşdırmış, primitiv texnologiyalara əsaslanan istehsallar də dayanmışdı. Xalq aclıq içində idi. Rusiya və Qafqazdakı, yeni müstəqilliyini qazanmış Azərbaycan, Gürcüstan və Ermənistanda xalqın əlində qarınını doyuracaq nə pul var idi, nə də bir imkan.

– Azərbaycanda da eyni vəziyyət mövcud idi? 
– Azərbaycan bir az şanslı idi. Çünki Türkiyə əlindən gəldiyi, gücü yetdiyi qədər Azərbaycana bəzi köməklər göstərirdi. Rus silahlı qüvvələri Gürcüstan, Ermənistan və Azərbaycandan hələ çəkilməmişdi. Hədə ünsürü olaraq hələ oralardaydılar. Elçibəyin iqtidara gəlməsiylə birlikdə ilk işi rusların Azərbaycandakı silahlı güclərini dəniz, hava və quru qüvvələrini ölkədən çıxrmaq oldu. Rus qüvvələri yalnız Gürcüstan və Ermənistanda qalmışdı. Rus gücləri bu gün hələ də oradadır. O gücsüz halına baxmayaraq Rusya dövləti Azərbaycandakı hamilərinin köməyiylə Qarabağı ermənilərə işğal etdirdi. On minlərlə Azərbaycan türkünü qırdırdı. 9 rayonu işğal etdi. 1 milyon 200 min Azərbaycan türkü öz vətənində “qaçqın”, yəni sığınacaq axtaran şəxs oldu. Mən Azərbaycana gedəndə oraların vəziyyəti belə idi. Neft qoxusunu alan Qərb müstəmləkəçilər yeni gəlirdi. Azərbaycanda səfirlikləri belə yox idi. Amma bizim səfirlik vardı. Minlərlə vətəndaşımız Qafqaz və Azərbaycana getmişdi. 3 mindən çox tələbəmiz Azərbaycan və Gürcüstan universitetlərində oxumağa başlamışdı. Rusiya və İran Azərbaycana iqtisadi embarqo tətbiq edirdi.

– Türk dünyasında müstəqilliklərini elan edən dövlətləri ilk tanıyan və kömək edən Türkiyə Respublikası olaraq oralarda nə üçün Rusiya və İran qədər təsirli ola bilmirik? Sözümüz keçmir, gücümüz yoxdur? Bu vəziyyətdən niyə istifadə edə bilmədik? 
– Sizin bu sualınızı iki cümləylə və mənim yazdığım “Azadlıqdan Tiranlığa” kitabımdan cavab verim. Ruslar oraları 71 il kommunizmlə idarə etdilər. Dilini, dinini, adət-ənənələrini zəiflədərək nəzərdə tutduqları sistemləri yerləşdirib özlərinə bağlı nəsillər yetişdirdilər. Vətənpərvərləri yaşatmayıb, vətənlərindən sürgün və ya qətl etdilər. Daha da vacibi özlərinə bağlı inanmış və millətinə xəyanət edən kadrların vəzifədə qalmasını təmin etdilər. Türkiyə isə tarix boyunca bir az tərəqqi dövrü, bir az Atatürk dövrü istisna olmaqla məlumat və təcrübə toplamadı. Bu səbəbdən türk dünyasının formalaşdığı dövrə türk dövləti olaraq hazırlıqsız girdi. O dövrdən bu günə qədər buralarla əlaqələrimiz, dövlətdən dövlətə yox, fərddən fərdə, səthi və saxta, köksüz şəkildə icra edilir. İlk zamanlar (1991-1996) səhvlər olmasına baxmayaraq baş verənlərə türkdilli dövlətlərin liderləri, Parlament Birliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və TÜRKSOY olaraq liderlik etdik. Bəzən milli məsələlər görməzdən gəlindi. Məsələn, qırğız prezidenti Əsgər Akayev Ermənistana gedib erməni abidəsinin qarşısında diz çökərək “Bir türk olaraq üzr istəyirəm”, – dedi. Türkiyəni idarə edənlər gündəlik siyasəti, papaq geyinməyi, qılınc gəzdirməyi, ata minməyi, bu günlərə və gələcəyə hesablanan əsas milli siyasəti təsbit edib mühafizə edə bilmədilər. Halbuki türk dünyası milləti, mədəniyyət və inanclarıyla buna hazır idi.

– Bu barədə çox haqlısınız. Çünki Elçibəy prezident olduqdan dərhal sonra ilk ziyarət etdiyi ölkə Türkiyə oldu…
– Bəli. Elçibəy ilk ziyarət etdiyi Türkiyədə, yadınızdadırsa, TBMM tarixi çıxış etdi və belə dedi:“Biz Türklər demokratiya ənənəsindən gələn bir millətik. İmperatorluqlar dağıldıqdan sonra bütün türk xalqları bu demokratiyaya gedəcək. Avropa və Asiyanı birləşdirən Türkiyə türklüyü bu məsələdə bir nümunədir. Bunu görməmək olmaz. Bu bir mübarizədir. Biz bu yolda gedəcəyik. Parlament sistemini Türkiyədən nümunə olaraq alacağıq. Özgürlüyümüzlə kifayətlənməyib azad olmaq uğrunda mübarizə aparan türk xalqlarına, müsəlman dünyasına əlimizdən gələn köməyi təmin edəcəyik”. Türkiyə Rusiyanın ən gücsüz zamanında Qafqaz ölkələrini, İranı, Orta Asiyanı xüsusilə Azərbaycanı kifayət qədər qiymətləndirəcək siyasi strategiya reallaşdırmadı. Türkiyə bürokratiyasında müşavir olan, erkən təqaüdçü olan təcrübəli bürokrat və hərbiçilər Azərbaycana göndərilə bilərdi. Azərbaycanda müasir demokratik dünyəvi hüquq dövlətinin qurulmasına köməkçi ola bilərdi. Bu mövqeyini digər müstəqil türk dövlətlərində də reallaşdıra bilərdi. Buna zəmin vardı. Rus imperiyası dağılmışdı və heç bir iş görə bilmirdi. Qızıl ordu dağılmışdı. Əllərinə keçirdikləri bir tankı 1000 dollara satırdılar. Azərbaycanla qurulacaq güclü bir birlik Şimali Qafqaz, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Tacikistan və digər türk birlikləri, muxtar türk dövlətləri də qurula bilərdi. Çin Səddinə qədər. 21-ci əsr Türk əsri ola biləcəkdi. Ona görə dünya ölkələrinə bu vəziyyət təsir edəcəkdi. Qafqazdakı türk soylu avtonom dövlət və birliklər müstəqilliklərinə qovuşacaqdılar. Qara dəniz Rusiyaya qapanacaqdı. Rusiya yenidən imperialist əməlləri daşıyan cəhdlərindən, açıq və gizli müdaxilə gücündən məhrum olacaqdı. Türkiyənin İran üzərində daha çox təsiri olacaqdı. Bəlkə də İranın tarixində görüldüyü kimi 20-30 il içində Türkiyənin şimal-şərqində Türkiyədən sonra ikinci bir türk dövləti qurulacaqdı.

– Sizin fikrinizcə, Türkiyə Respublikası Sovet İmperiyasının dağılmasıyla birlikdə ortaya çıxan tarixi fürsətləri kifayət qədər qiymətləndirə bildimi? 
– Sovet İmperiyasının dağılmasıyla birlikdə tarixin önümüzə qızıl nimçəylə təqdim etdiyi bu fürsəti təəssüf ki, qiymətləndirə bilmədik. Türkiyə aktiv siyasət yerinə passiv siyasət yeritdi. Türkiyəni idarə edənlər Qafqaz, Orta Asiya və Orta Şərqdə Rusiyaya qarşı passiv xarici siyasət icra etdi. Əgər Türkiyə 1992-ci ildə xalqının 67 faizinin səsverməsi ilə seçilən Əbülfəz Elçibəyin 5 illik prezidentliyini davam etdirməsi üçün yardım etsəydi, hətta bizim rəhbərliyin başında olanlar Elçibəyin iqtidardan bilvasitə getməsinə kömək olmasaydı, Azərbaycan müasir, demokratik və güclü bir dövlət olacaqdı. Qafqaz və Orta Asiya ölkələrinə nümunə olacaqdı, oralara təsir edəcəkdi. Kommunizm dövründə birinci katibləri olub hələ ölkələrini idarə edənlərin yerinə, öz irqinə, öz ənənələrinə və dilinə bağlı müasir demokratik idarəçilər işbaşında olacaqdı. O zaman 300 milyonluq böyük türk dünyası Rusiyanı da, İranı da, Çini də və digər imperialist ölkələrin əməllərini də təhdidedici, daşındırıcı güc olacaqdı. Amma olmadı. Türkiyə Respublikası rəhbərlərinin iradəsizliyi, qorxaqlığı, kef əhli olmaları, passivliyi, uzaqgörən olmamaları indiki vizəyyətə yol açdı. Bu gün Rusiya, İran və Çini əməllərindən daşındıracaq gücümüz var? Tarixdə türk adıyla qurulmuş, 3-cü böyük türk dövlətinin böyüklüyünə uyğun siyasətlər yürüdülməyib. O idealların əksinə türklüyə, Türkiyəyə xəyanət etmiş, arxadan vurmuş, ASALA-nı, PKK-nı və digər terror təşkilatlarını öyrədib bəsləyərək Türkiyəyə yönəldənlərin əlindən tutmağa, onların şüarlarını türk millətinə qəbul etdirməyə çalışırıq. İranda 38 milyon türk var. Bəluç var, kürd var, erməni var, farslar isə azlıqdadır. Farslar at oynadır. Zaman – zaman açıq və ya gizli bizi təhdid edir. İçindəki erməni və kürd köklüləri əleyhimizə istifadədən çəkinmir. Azərbaycanı daim hədələyərək içindəki türk gücünü həzm edir. Saxta Türk mənşəli olaraq aldatdığı dini liderləri içindəki və xaricindəki türklərin gözünü boyayır. Biz isə illərdir İrandakı tiranlıq rejimindən qaçıb gələn Türkiyədə yaşayan milyonlarla iranlının, tiranlıq rejimini hədələyici ünsür olaraq istifadə edirik. Artıq bir də dəyərdən düşən qaz və neftiylə, ya da saxta atom təhdidiylə ərazidə rejim yaradır, bizi təhdid edir, terror təşkilatlarını dəstəkləyir, bəsləyir. Halbuki 70 milyonluq İrandakı insanların 90% -i dövrün hər cür imkanından məhrumdur.

 

Previous Post

“Əgər Türkiyə Əbülfəz Elçibəyə yardım etsəydi…”

Next Post

“Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”- Sərdar Cəlaloğlu

Bənzər yazılar

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30

Avqust ayında səma həvəskarlarını bir-birindən maraqlı astronomik hadisələr gözləyir. Ay ərzində tam Günəş tutulması, Perseid meteor yağışı, Veneranın ən parlaq...

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir...

Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48

Media və Yayım Şurası yaradılıb. Elchi.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının...

Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14

"Dövlət qulluğu haqqında" və "Media haqqında" qanunlara edilən dəyişikliklər təsdiqlənib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə qanunu...

Next Post

“Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”- Sərdar Cəlaloğlu

“Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”- Sərdar Cəlaloğlu

Son xəbərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

Uitkoff və Kuşner gələn həftə Kiyev və Moskvaya səfər edə bilərlər

08 Avqust 2026 - 18:18
Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

Medvedev: Bu dəfə qurtula bilməyəcəklər, Rusiya onları da cəzalandıracaq

08 Avqust 2026 - 17:53
İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

İrandan Füzuliyə PUA vasitəsilə göndərilən narkotikin Bakıda dövriyyəsini təşkil etməyi planlaşdıran şəxslər saxlanılıb – VİDEO

08 Avqust 2026 - 17:31
Moskva istiqamətində uçan daha 7 PUA vurulub

Moskva istiqamətində uçan daha 7 PUA vurulub

08 Avqust 2026 - 17:04
İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

İran XİN başçısı: Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın qəbulu parlamentin təsdiqindən asılıdır

08 Avqust 2026 - 16:49
Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

Əraqçi: Hörmüz boğazı ilə bağlı razılaşmaya yaxınlaşmışıq

08 Avqust 2026 - 16:27
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır

08 Avqust 2026 - 16:08
Lionel Messinin atası vəfat edib

Lionel Messinin atası vəfat edib

08 Avqust 2026 - 15:50
FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

FHN çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı əhaliyə müraciət edib

08 Avqust 2026 - 15:34
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibəni qazandı, eyni zamanda sülhü də qazandı – VİDEO

08 Avqust 2026 - 15:12
Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

Ukraynada hərbi helikopterin qəzaya uğraması nəticəsində bir nəfər ölüb

08 Avqust 2026 - 14:48
Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

Peru Meksika ilə diplomatik münasibətləri bərpa edir

08 Avqust 2026 - 14:29
Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

Taksidən pul və bank kartları oğurlayan şəxs saxlanıldı

08 Avqust 2026 - 14:09
Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

08 Avqust 2026 - 13:49
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi – FOTO

08 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.