"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Robert Volterin məruzəsinə 3 düzəliş təklifi

03 Noyabr 2015 - 15:13
in SİYASƏT
FacebookVatsap

609dbb11c228cc8ea89b51e0895f76ba“Robert Volterin Dağlıq Qarabağla bağlı məruzəsinə 3 düzəliş təklif etmişik”.

Bunu da oxuyun

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-nın Siyasi Məsələlər üzrə Komitəsinin məruzəçisi Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabata münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycan tərəfi AŞPA-da belə bir məruzənin hazırlanması barədə qərarın qəbul edilməsinə uzun mübarizədən sonra 2014-cü ildə nail ola bilib: “Mən həmin zaman ardıcıl olaraq Ermənistana sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihələri təqdim etdim. AŞPA rəhbərliyi və qurum daxilində fəaliyyət göstərən anti-Azərbaycan qüvvələrin güclü təzyiqlərinə baxmayaraq, biz Siyasi Məsələlər Komitəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzə hazırlanması barədə qərarın qəbul edilməsinə nail olduq. Həmin zaman belə bir məruzənin hazırlanması üçün Avropanın tanınmış siyasətçisi, britaniyalı deputat Robert Volter təyin edildi. Sonradan mən 2015-ci ilin yanvar sessiyası zamanı Kəlbəcər rayonunda Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını tələb edən qətnamə layihəsi irəli sürdüm və AŞPA Bürosu bu məsələni “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəyə daxil etmək üçün məruzəçiyə göndərdi”.

E. Süleymanov xatırladıb ki, R.Volter məruzəçi olduğu müddət ərzində 2 dəfə Azərbaycana səfər edib, yüksək səviyyəli görüşlər keçirib, cəbhə bölgəsinə gedib və cəbhəyanı ərazilərdə vəziyyətlə tanış olub: “Cənab Volter bir neçə dəfə Ermənistan tərəfinə müraciət edərək işğal altında olan ərazilərə səfər etmək və vəziyyəti yerindəcə qiymətləndirmək istədiyini bildirib. Lakin Ermənistan hakimiyyəti səfərə şərait yaratmayıb və onunla əməkdaşlıqdan imtina edib. Cənab Volter cari ilin sentyabr ayının sonu, oktyabrın əvvəllərində Siyasi Məsələlər Komitəsini Ermənistanın əməkdaşlıqdan imtina etməsi ilə bağlı məlumatlandırıb və buna baxmayaraq, ilin sonunadək məruzəni başa çatdıracağını bildirib. Bu günlərdə cənab Volter hazırladığı məruzənı katibliyə təqdim edib və həmin sənəd artıq AŞPA-nın rəsmi saytında yerləşdirilib”.

E. Süleymanovun sözlərinə görə, məruzənin adında qeyd edildiyi kimi, “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş əraziləri” ifadəsinin məruzədə təsdiqlənməsi xüsusi önəm kəsb edir: “Bu ifadə Ermənistan tərəfindən Azərbaycanın tək Dağlıq Qarabağ regionunun deyil, digər ərazilərin də işğal edildiyini özündə ehtiva edir. Bundan əlavə, məruzədə Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işinə dair 2015-ci il iyun tarixli qərarı və həmin qərarda Ermənistanın Dağlıq Qarabağ və ətraf ərazilərə nəzarət etməsinin sübuta yetirildiyi qeyd edilir. Məruzədə eyni zamanda Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilir”.

E. Süleymanov məruzədə Azərbaycanı qane etməyən bəzi məqamların olduğunu da söyləyib. O deyib ki, bir sıra məqamlarda məruzəçi “Azərbaycan ərazilərinin işğalı” ifadəsindən qaçaraq “Dağlıq Qarabağ problemi” və ya “Dağlıq Qarabağ regionuna dair münaqişə” ifadələrindən istifadə edir: “Bundan əlavə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Dağlıq Qarabağın tanınmamış “məhkəmələri” tərəfindən qanunsuz məhkum edildiyi bildirilsə də, onların dərhal, qeyd-şərtsiz azadlığa buraxılması tələb olunmur. Digər tərəfdən, Ermənistanın məruzəçi ilə əməkdaşlıq etməməsinə və Avropa Şurası qarşısındakı öhdəliklərini pozmasına çox yumşaq münasibət nümayiş etdirilir. Biz artıq qeyd edilən məqamlarla bağlı 3 düzəliş təklifi etmişik. Bu düzəlişlərin qəbul edilməsi şübhəsiz ki, ciddi maneələrlə qarşılaşacaq”.

Previous Post

Robert Volterin məruzəsinə 3 düzəliş təklifi

Next Post

Vəfat etmiş şəxsin banka olan borcuna görə iri həcmli ödəniş edilib

Bənzər yazılar

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

25 Sentyabr 2026 - 12:52

Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır. Elchi.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin sentyabrın 25-də...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25 Sentyabr 2026 - 12:38

Suriyanın Azərbaycanla Birgə Biznes Şurası yaradılıb. Elchi.az Report-a istinadla xəbər verir ki, bunu Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd Nidal...

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

25 Sentyabr 2026 - 12:21

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən...

İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək

25 Sentyabr 2026 - 12:20

“Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilmişdir”. Elchi.az xəbər verir...

Next Post

Vəfat etmiş şəxsin banka olan borcuna görə iri həcmli ödəniş edilib

Vəfat etmiş şəxsin banka olan borcuna görə iri həcmli ödəniş edilib

Son xəbərlər

Rutte NATO-nun zəifliyini etiraf etdi

Rutte NATO-nun zəifliyini etiraf etdi

25 Sentyabr 2026 - 14:00
Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

Dövlət qulluğu ilə bağlı məhdudiyyətlər müəyyənləşir

25 Sentyabr 2026 - 13:51
Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

Azərbaycanda koronavirusa yoluxanlar varmı? – Nazirlik cavab verdi

25 Sentyabr 2026 - 13:42
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

Payız bir də gəlməyəcək – ELEGİYA

25 Sentyabr 2026 - 13:25
İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

İran 60% səviyyəsinədək zənginləşdirilmiş urandan imtina etməyə hazırdır

25 Sentyabr 2026 - 13:00
İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

İlham Əliyev: Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır

25 Sentyabr 2026 - 12:52
Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

Formula 1-in üçüncü sərbəst yürüş başlayıb

25 Sentyabr 2026 - 12:47
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25 Sentyabr 2026 - 12:38
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Sabahın hava proqnozu açıqlanıb

25 Sentyabr 2026 - 12:27
Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib

25 Sentyabr 2026 - 12:21
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Dövlət başçısı: Zəngəzur dəhlizi Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək

25 Sentyabr 2026 - 12:20
Suraxanıda 11 kq narkotik aşkarlanıb – VİDEO

Suraxanıda 11 kq narkotik aşkarlanıb – VİDEO

25 Sentyabr 2026 - 12:18
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib

Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib

25 Sentyabr 2026 - 12:14
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib

25 Sentyabr 2026 - 12:06
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri şərti düşmənin hərbi texnikalarına zərbələr endirib – VİDEO

25 Sentyabr 2026 - 11:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.