"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Pənah Hüseyndən 1 noyabr seçkiləri ilə bağlı sensasion açıqlama

29 Oktyabr 2015 - 19:23
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

img1863520

“Müşavirədə Eldar Mahmudov prezidentə yalandan deyib ki…”

– Pənah bəy bu gün seçki kampaniyasl başa çatır. Müsavat Partiyası seçkiləri boykot etdi. “Real” seçkinin nəticələrini tanımayacağını bildirdi. “Azadlıq- 2015”- in deputlığa namizədlərinin əksəriyyəti də seçkidən çəkilmiş kimi görünürlər. Belə bir şəraitdə sizin əvvəlki seçkidə iştirak qətiyyətiniz və optimizminiz yenə qalırmı?

– Mən son kütləvi görüşü Sabirabad şəhərində keçirdim. Necə ki, Quruzma bələdiyyəsi ərazisində stadiondakı açıq hava görüşüm bu ilki seçki kampaniyasında bütün respublika üzrə iştirakçıların sayına, tərtibata, energetikasına görə bir nömrə oldu, sonuncu, qapalı zaldakı görüşümüz də əminliklə deyə bilərəm ki, müqayisəsiz bir nömrə oldu. Hərçənd ki, bu görüşü qapalı zal görüşü də adlandırmaq doğru deyil. 300 nəfərlik stulu olan zalda 200-dən çox adam da ayaq üstə yerləşdi və 100-dən çox adam da həyətdə qaldı. Məcbur qalıb pəncərələri açıb səsgücləndiriciləri həyətə yönləndirməli olduq. Bundan əlavə, əvvəllər də bu tipli tədbirləri çox görmüş biri kimi deyə bilərəm ki, görüş misilsiz idi. Himn çalınanda, çıxışlarda dualar ediləndə, çoşqulu alqışlar zamanı nə qədər adam duyğulanmışdı, təsəvvür edə bilməzsiniz. Hər birində 200-dən çox seçicinin iştirak etdiyi daha üç açıq hava görüşü və bir qapalı zal görüşüm olmuşdu. Məhəllələrdə, çayxanalarda, bazarda, küçələrdə, evlərdə yüzlərlə görüşlərimiz olub və bu son gün də davam edir. Odur ki, tam cəsarətlə deyirəm ki, seçicinin səsini almaq problemini həll edə bilmişik. Təxminən 2005-ci il səviyyəsində səs almam gözlənilir. Belə bir şəraitdə  rəqiblərimin mənə çatması tamamilə qeyri-mümkündür.

– Bəs nə əcəb davam edirlər?

“Elə bilirlər ki, mandat da metrodan alınan saxta diplom kimi şeydir, alıb idarə müdiri işləmək olduğu kimi, pulla mandat  alıb, deputat da işləmək olar”

– Bilirsiniz, mən bir neçə gün əvvəl demişdim ki, Sabirabadda belə vəziyyətin olması təkcə Pənah Hüseyn amili ilə yox, onunla bağlıdır ki, insanlar inanıb ki, bu dairədə halal seçki olacaq. Adamlarda belə bir rəy formalaşıb ki, bu dairə xüsusi nəzarətdədir və odur ki, bir ürəklənmə effekti var. Bizə təbliğat-təşviqat zamanı da elə bir maneçilik olmayıb və yoxdur. İndi YAP- ın namizədi üçün görüşlərin təşkilində ənənəvi birtərəflilik var, ancaq bunun namizədlərinin xeyrinə, yoxsa zərərinə olması mübahisəlidir. Bir var insanlar öz iradələri ilə görüşə gələ, bir də var zorla gətirilə. Mən deyim ki, bizə müxalifət səsləri ilə yanaşı xeyli bitərəflərin, hakimiyyətə loyal yanaşanların, hətta bir çox YAP üzvlərinin səslərini verməsi gözlənilir. Odur ki, seçici səsi ilə şansı olmayanlar son günlərdə təbliğat və təşviqatı bir tərəfə buraxıb saxtakarlığa kurs götürüblər.

Hər halda bizdə yaranan təəssürat odur ki, ən azı bu günə yuxarıdan verilən “ustanovka” olmayıb əsas etibarı ilə özfəaliyyətdir. Burdakı əsas rəqibimizin bir qardaşı var. Zakir adlı. Son günlər neçə mənim təyin elədiyim komissiya üzvünün, müşahidəçinin, vəkilin üstünə onu-bunu göndərir ki, nə qədər istəyirsiniz verirəm, Pənah Hüseynin tərəfindən seçki günü çəkilin işimiz görək. Onsuz da fondun (mən bilmirəm hansı fondun) pulunu vermişik. Mən onu çoxdan tanıyıram. Əvvəllər ədəbli, hamıya istiqanlı yanaşanın biri idi. İndi bir az pullanıb, görünür oriyentirləri itirib. Məsələn, Rövnəq Abdullayevin yanında sabirabadlı Həbib adlı bir təchizatçı var. Onun Faiq adlı qardaşı gəlib mənim adamıma deyir ki, Zakir deyir, qiymətini desin. Biz araşdırdıq, bu Zakir heç Həbibə özü birbaşa çıxmayıb, SOCAR-da bir vitse-prezident var, adı da yalan, ya doğru, məlum təriqət işində hallanır. Onun vasitəsi ilə çıxıb həmin dediyim Həbibə. Lap ekzotik şeylər də olur. Hay düşdü ki, bəs bizimkilərdən birinin yanına Zakir Abdolbori Gözəli minnətə və vasitəçiliyə göndərib. Təbii inanmadıq. Məlum oldu ki, sən demə, Abdolbori Gozal deyilən “Azərsun”un regional nümayəndələrindən biridir. Zakir ona kimisə tapıb. O da hansısa rayon ruhanisindən xahiş edib və s. Ya Kaliqadan “avtoritet” gətirdib oturdacaq məntəqənin qabağında.

Tam bir əyalət məzhəkəsi. Elə bilirlər ki, mandat da metrodan alınan saxta diplom kimi şeydir, alıb idarə müdiri işləmək olduğu kimi, pulla mandat  alıb, deputat da işləmək olar. Mənə pis gələn odur ki, bəzi adamlar hesab edir ki, insanların ehtiyacda olmasından istifadə edib onların şərəfi, ləyaqəti, heysiyyətinə toxunmaq, oynamaq olar, əlinə beş-üç manat hardansa oğurluq-doğurluq olması məlum olmayan var düşübsə, xalqı ayaqlayıb keçə bilərsən. Mən bunu heç vaxt bağışlamaram. Hər halda mütləq əksəriyyət onların ağzından vurub vəd etdikləri pula da qatıq almağı məsləhət görüblər. Bu yolla bir şey edə də bilməzlər və edə də bilməyəcəklər. Həm biz güclü nəzarət qurmuşuq, həm açığı hiss edirik ki, “nəyin bahasına olursa-olsun, qutudan filankəs çıxsın” tapşırıqları da mənim bir həmkəndlim icra nümayəndəsi var, o ağılda olanların özfəaliyyətidir.  Hələ ki bu cür “ustanovka”nın ciddi instansiyadan verildiyi görünmür, adamlar ümid edir ki, görünməyəcək də.

– Pənah bəy, hər halda siyasi müxalifətin və demokratik düşərgənin bu seçkilərdə yekdil  münasibəti kontekstində tutaq ki, siz qalib gəldiniz, mandat da aldınız, ya verildi, ya təsdiqləndi, bunun sizin siyasi reputasiyanız üçün neqativ nəticələrini hesablamısınızmı?

– Əvvəla, bu seçkilər məncə strateji yox, taktiki əhəmiyyətlidir. Bununla bağlı bir məsələyə mətbuatda ilk dəfə ötəri də olsa toxunmaq istəyirəm.

“MTN rəhbərliyi cəmiyyətdə gərginliyin saxlanmasında və destablizə olunması planında son dərəcə maraqlı idi” 

Bu barədə sizin qəzetin dünənki sayındakı manşetində də işarələr var. Bəlkə gələcəkdə daha təfərrüatlı danışmaq mümkün olacaq. Lakin, “Azadlıq- 2015” seçki blokuna daxil olan 7 partiya sədri təsdiq edər ki, seçkilərin rəsmən təyin edilməsindən bir neçə gün   əvvəl blokun Sədrlər Şurasında belə informasiya  gündəliyə salınıb müzakirə edilmişdi ki, prezident yanında bu ilki seçki ilə bağlı son müzakirə olub, seçkilərlə bağlı çoxları üçün gözlənilməz olan bu gün müşahidə etdiyimiz ən sərt ssenari Eldar Mahmudovun guya MTN analitiklərinin rəyinə əsaslanan çıxışından sonra qəbul edilib.

Prezidentin köməkçilərindən və PA məsul əməkdaşlarından birinin seçki taktikası müəyyənləşdirilərkən  beynəlxalq  amilin, konkret olaraq beynəlxalq dairələrin təzyiqinin zəiflədilməsi və siyasi partiyalarla gedən prosesin də nəzərə alınmasının lazım olduğu təklifi ilə çıxışından sonra Eldar Mahmudov əks mövqeni əsaslandırıb və siyasi partiyalarla dialoq görüşlərində cənab prezident təhqir edilir kimi faktiki olaraq doğru olmayan və siyasi şantaj xarakterli  böhtan dolu məlumat səsləndirib. O vaxt E.Mahmudovun belə mövqeyi bizə axıra qədər aydın  olmadı. Hətta informasiyanın yanlış olması fikri də irəli sürüldü.

Lakin indi məlum olur ki, bu, təsadüfi deyilmiş və cəmiyyətdə gərginliyin saxlanması və destablizə olunması planının tərkib hissəsi imiş. Suala qayıdaraq davam etmək istəyirəm ki, strateji, uzunmüddətli məsələlər bu gün az ehtimallı olsa da gündəmdən çıxmayıb. Hazırlanmasında mənim də iştirak etdiyim demokratiyaya yumşaq keçid situasiyası reallaşa bilər.

Son günlər hakim komandadakı təbəddülatları və antiböhran tədbirlərinin müsbət impulslarını görməzlikdən gəlmək olmaz. Əlbəttə göz gördüyündən qorxar. Həmişə cəmiyyətdə belə ümidlər yaranıb, ancaq proses yarımçıq dayanıb və gözləntilər də məyusluqla əvəzlənib. Lakin əvvəl-axır bu proses nə vaxtsa başlamalıdır. Başlasa, nəticələr neqativ yox, pozitiv olacaq. Hamı üçün. 

 

“Yeni Müsavat” 

Previous Post

Pənah Hüseyndən 1 noyabr seçkiləri ilə bağlı sensasion açıqlama

Next Post

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır… FOTOLAR

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib. Elchi.az " "Fox 23"ə istinadən xəbər verir ki, yanğını...

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Elchi.az-a Azərbaycan...

Next Post

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır... FOTOLAR

Eldar Həsənovu rumın mafiyası ilə nə bağlayır... FOTOLAR

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.