"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Güllələnən iş adamının xanımı: “İcra başçısı halal mülkümü hərraca çıxarıb”

22 Oktyabr 2015 - 14:17
in XƏBƏR LENTİ
FacebookVatsap

Güllələnən iş adamının xanımı: “İcra başçısı halal mülkümü hərraca çıxarıb”

Bunu da oxuyun

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

“Himayəmdə I qrup əlilliyi olan uşağım, yaşlı, xəstə anam, qızım və əlilliyi olan qardaşım var. 11 yaşlı oğlum isə Daun sindromundan əziyyət çəkir. Həyat yoldaşım qətlə yetiriləndən sonra ailəmə özüm başçılıq etməyə başladım. Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçıları mənim adıma qanuni çıxarışı olan 1 hektar torpaq sahəmi vətəndaşlardan külli miqdarda pul alaraq sərəncamlar əsasında onlara satıblar. İndi mən nə torpağımı qaytara, nə də torpağımın pulunu ala bilirəm. Bu qədər də haqsızlıq olmaz”.
Bunu virtualaz.org saytına açıqlamasında 2011-ci il, iyunun 8-də Nəsimi rayonunda odlu silahla qətlə yetirilən iş adamı, Gəncə şəhər sakini Rövşən Rüstəmovun həyat yoldaşı Venera Rüstəmova deyib.
Gəncə şəhər rəhbərliyi tərəfindən hüquqlarının pozulduğunu deyən Venera Rüstəmova ölkə başçısından kömək istəyir.
Venera Rüstəmova deyir ki, onun bütün problemləri həyat yoldaşı Rövşən Rüstəmov güllələnəndən sonra başlayıb: “Rövşən iş adamı idi, tikinti ilə məşğul olurdu. 4 il əvvəl deputatlığa keçmiş namizəd Nadir Orucov tərəfindən qətlə yetirildi. Nadirin həyat yoldaşıma külli miqdarda borcu var idi. Başımız yasa qarışmışdı. Gəncədə yoldaşımın obyektləri, mənim adıma isə 1 hektar torpaq sahəsi var idi. Mənə zəng vurub dedilər ki, Gəncədəki torpaqlarınızı hərraca çıxarıb dədə malı kimi satırlar. Gəncəyə gedəndə mənə məxsus torpaq sahəsinin təbaşirlə işarələndiyini gördüm. Gəncə şəhəri Nizami rayonunun o vaxtkı icra başçısı Məharət Mustafayevin (2011-ci ilin iyun ayından 2014-cü ilin sentyabr ayınadək Nizami RİH başçısı vəzifəsində çalışıb-red.) və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin də qəbulunda oldum. Torpağımın məndən xəbərsiz satılmasının səbəbini öyrənmək istədim. Dedim ki, həyat yoldaşım rəhmətə gedib, əlimdə xəstə uşağım var, dul qadının çörəyi ilə oynamaq yaraşmaz.
Elmar Vəliyev cavabında dedi ki, torpaq sənindir, sənin torpağını heç kim sata bilməz, o torpağı sənə pay verdim. Onu da deyim ki, həyat yoldaşım həmin torpağı almağa 650 min manat pul vermişdi və əlimizdə çıxarış da var”.
Venera Rüstəmova
Sonradan Gəncə şəhər rəhbərliyi tərəfindən aldadıldığını deyən Venera Rüstəmova məhkəməyə müraciət edib. O, Gəncə İnzibati-İqtisad Məhkəməsində mülkiyyətində olan torpaq sahəsindəki tikintinin dayandırılması, torpağın əvvəlki vəziyyətinə gətirilməsi və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia qaldırıb: “Bir müddətdən sonra gördüm ki, bizim torpağımızda artıq evlər tikilib. Hətta Gəncə Şəhər İcra Hakimiyyətindən onlara sərəncam da verilib. Bunu öyrənəndən sonra təkrar Elmar Vəliyevin qəbuluna getdim, amma bu dəfə məni qəbul etmədi. Mən də Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət etdim. Hər dəfə məhkəmədə icra hakimiyyətinin nümayəndələrindən vətəndaşlara verilən sərəncamların məhkəməyə təqdim olunması tələb edilsə də heç bir nəticəsi olmadı. Məhkəmələr mənim xeyrimə qərar çıxardı. Amma 3 ilə yaxındır məni süründürürlər”.
Venera Rüstəmova deyir ki, cavabdeh qismində məhkəmədə iştirak edən Gəncə şəhər Nizami RİH nümayəndəsi ona məxsus torpağı satmadıqlarını, heç kimə sərəncam vermədiklərini bildirib: “Amma biz öyrəndik ki, 15 nəfərə yaxın adama sərəncam verilib. Həmin adamlar özləri bizə deyib ki, torpağı icra hakimiyyətindən almışıq, pulu da onlara vermişik. Gəncə şəhər Nizami RİH tərəfindən verilən sərəncamlardan ikisini əldə etmişik, bir nüsxəsi bizdədir”.
Məhkəmə V.Rüstəmovanın iddiasını təmin edib. Gəncə İnzibati-İqtisad Məhkəməsinin 13 avqust, 2012-ci il tarixli qərarı ilə Venera Rüstəmovanın mülkiyyətində olan 1 hektar torpaq sahəsinə həbs qoyulub, həmin sahədə hər hansı tikinti işlərinin aparılması cavabdehə və digər şəxslərə qadağan edilib.
V.Rüstəmova isə icra hakimiyyətinin məhkəmənin qərarına məhəl qoymadığını deyir: “Belə görünür ki, Gəncədə qanunlar işləmir. Ona görə də halal mülkümə, “kupça”lı torpağıma kənardan baxa-baxa qalmışam. O vaxt rəhmətlik həyat yoldaşımın Rusiyadan gələn dostları həmin torpağın hamısı almaq istəyirdilər. Mən də satmaq istəyirdim, amma qoymadılar, bələdiyyə sədrini, icra hakimiyyətinin nümayəndələrini, polisi tökdülər. Öz torpağımı satmağa özümə imkan vermədilər. Bir hektar torpağımı zəbt ediblər, məni yiyəsiz görüblər.
Pozulmuş hüquqlarımın bərpası üçün Gəncə İnzibati-İqtisad Məhkəməsinə müraciət etdim. Məhkəmənin Gəncə şəhəri Nizami RİH-ə torpaq sahəmin verildiyi adamların siyahısının və bu barədə verilmiş sərəncamların surətlərinin tələb edilməsi haqda sorğularına məhəl qoyulmadı. Təəccüblüsü odur ki, eyni məzmunlu sorğulara Nizami rayonuna yeni təyin olunmuş icra başçısı Nizami Hacıyev də cavab vermir. Məqsədləri odur ki, özbaşınalıqlarının üstü açılmasın. Dövlət orqanları rəhbərlərinin məhkəməyə bu hörmətsizliyinə nə ad vermək olar? Mənim konstitusiya ilə qorunan mülkiyyət hüquqlarım icra hakimiyyətləri tərəfindən niyə tapdanır və onların haqqında heç bir cəza tədbiri görülmür?”
Şikayətçi deyir ki, Ali Məhkəmə məhkəmənin son qərarını Gəncə İnzibati-İqtisad Məhkəməsinə geri göndərib, hələ də işə baxılır: “Hazırda iş yenidən Gəncə İnzibati-İqtisad Məhkəməsindədir. Nizaminin icra başçısı isə inkar edir ki, biz o torpaqları satmamışıq. İki ildir məhkəmə icra hakimiyyətinə sorğu göndərir ki, sərəncamları üzə çıxarın. Amma məhkəməni də saya salmırlar. Mənim torpağımı satmışdılar, heç olmasa pulumu verəydilər”.
Aidiyyəti orqanlara dəfələrlə məktub göndərdiyini, amma heç bir nəticəsinin olmadığını deyən V.Rüstəmova son ümidinin dövlət başçısına müraciət ünvanlamaq olduğunu bildirir: “Cənab prezident! Sizin çıxışlarınızı dəfələrlə izləmişəm. Hər bir dövlət məmurunun xalqa xidmət etməli olduğunu deyirsiniz. Onların korrupsiyadan uzaq olmasını, heç bir vətəndaşı incitməməsini tələb edirsiniz. Bu da xalqın ürəyincədir. Bütün xalq bu məsələdə sizinlə həmfikirdir. Amma təəssüf ki, yerlərdəki bəzi dövlət məmurları sizing göstərişlərinizi icra etmir. Xahiş edirəm, mənə kömək edəsiniz”.
İddiaçının vəkili Sadiq Əfəndiyev isə virtualaz.org saytına açıqlamasında sözügedən məhkəmə prosesinin artıq 3 ildir davam etdiyini deyir: “Bu günədək işə baxan məhkəmələr Venera Rüstəmova ilə Gəncə şəhər Nizami RİH arasında yaranmış mübahisəyə qanuni nəticə verə bilməyiblər. Bunun da əsas səbəbi birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən Venera Rüstəmovanın xeyrinə çıxarılmış qərarın Ali Məhkəmə tərəfindən ləğv olunması, işin yenidən baxılması üçün aşağı məhkəmələrə qaytarılmasıdır. Təbii ki, hər hansı bir işin uzunmüddətli məhkəmə araşdırması Avropa Konvensiyası ilə vətəndaşlarımıza verilmiş ədalətli məhkəmə araşdırması hüququ ilə bir araya sığmır. Ona görə də işə baxan məhkəmələr bu mübahisəyə ədalətli məhkəmə araşdırması hüququ və mülkiyyətin toxunulmazlığı prizmasından yanaşaraq mübahisənin tez bir zamanda qanuni həllinə nail olmalıdır”.
Səslənən bu iddialarla bağlı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin RİH-dən bu məsələ ilə bağlı suallarımızı cavablandırmaq istəmədilər. Bununla belə qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Previous Post

Güllələnən iş adamının xanımı: “İcra başçısı halal mülkümü hərraca çıxarıb”

Next Post

Bakıda maskalı şəxslər evə basqın etdilər

Bənzər yazılar

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

Ermənistanda Noyemberyan icmasının rəhbəri saxlanılıb

31 Avqust 2026 - 23:00

Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində araşdırılan iş çərçivəsində saxlanılıb. Elchi.az  xəbər verir ki, bu barədə...

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

Sahibə Qafarova: Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir

31 Avqust 2026 - 22:59

Azərbaycan Afrika ölkələri ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Elchi.az- a verilən məlumata...

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

İsveç Fransadan 4,3 milyard avro dəyərində freqatlar alacaq

31 Avqust 2026 - 22:57

İsveç Fransadan 4,3 milyard avro dəyərində dörd müdafiə və müdaxilə freqatı alacaq. Elchi.az  "Le Monde"yə istinadən xəbər verir ki, müvafiq...

Bakı və Abşeron yarımadasında dolu yağacaq

Bakı və Abşeron yarımadasında dolu yağacaq

31 Avqust 2026 - 21:12

Bakı və Abşeron yarımadasında dolu yağacaq. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, avqustun...

Next Post

Bakıda maskalı şəxslər evə basqın etdilər

Bakıda maskalı şəxslər evə basqın etdilər

Son xəbərlər

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55
Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

01 Sentyabr 2026 - 18:47
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

01 Sentyabr 2026 - 18:43
Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

01 Sentyabr 2026 - 18:38
Qabriel Jezus “Barselona”da – RƏSMİ

Qabriel Jezus “Barselona”da – RƏSMİ

01 Sentyabr 2026 - 18:27
ABŞ-dəki muzeyə 11 sentyabr terror aktlarının unikal videoyazısı təhvil verilib

ABŞ-dəki muzeyə 11 sentyabr terror aktlarının unikal videoyazısı təhvil verilib

01 Sentyabr 2026 - 18:16
Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

Sahibə Qafarova Qoşulmama Hərəkatı ilə bağlı konfransda çıxış edib

01 Sentyabr 2026 - 17:59
Bakıda avtomobil yandı

Bakıda avtomobil yandı

01 Sentyabr 2026 - 17:47
Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

Həsrət Cəfərov reytinqdə liderliyini qorudu

01 Sentyabr 2026 - 17:38
Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

Pezeşkiyan: “ABŞ ilə qarşıdurmada qalib gələcəyimizə əminəm”

01 Sentyabr 2026 - 17:26
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi

01 Sentyabr 2026 - 17:18
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub

01 Sentyabr 2026 - 17:13
Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

Ukrayna əhalisinin 15 milyona qədər azalacağı proqnozlaşdırılır

01 Sentyabr 2026 - 17:10
Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

Azərbaycan Prezidentinin Bişkekdən geosiyasi mesajı – RƏY

01 Sentyabr 2026 - 17:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.