"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hakimiyyətin özünə qarşı yaratdığı silah – Bakıya girişə qadağa

09 Oktyabr 2015 - 16:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

BÖLÜM: Son xəbər
YAYIM TARİXİ: 9 Oktyabr 2015 16:37
Hakimiyyətin özünə qarşı yaratdığı silah - Bakıya girişə qadağa

“Bakının girişində sürücülərə qoyulan qadağa başqa situasiyalarda ağır nəticələrə səbəb ola bilər”.- psixoloq Elnur Rüstəmov
 
“Bu layihənin həyata keçirilməsindən sonra yaranan problemlər qarşıya qoyulan məqsəddən daha ciddi oldu”.- ekspert Ərşad Hüseynov
Son günlərin vətəndaşla məmur arasında mübahisə yaradan səbəblərdən biri də rayon qeydiyyatında olan avtomobillərin Bakıya buraxılmasına tətbiq olunan qadağadır.  İnsanlar öz paytaxtlarına daxil olmaqda maneə ilə üzləşirlər. Səbəb isə onların avtomobillərinin  “bakılı” olmamasıdır…
Bu ilin 15 sentyabr tarixindən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakının mərkəzinə daxil olması rəsmi qaydada  qadağan olunub. Bununla da rayondan gələn soydaşlarımız öz avtomobillərini Bakı-Ələt yolunun 14-cü km-də, Lökbatan dairəsinin yaxınlığında və şimal girişindəki Bakı-Quba yolunun 16-cı km-də tikilən  duracaqlarda saxlamaq məcburiyyətində qalırlar. Məhz bundan sonra müxtəlif hadisələr yaşandı. Belə ki,   sosial mediada yayılan məlumatlara görə, İsmayıllı rayonundan Bakıya xəstə gətirən  avtomobil şəhərə buraxılmadığı üçün  xəstənin vəziyyəti daha da ağırlaşıb. Bu da polis əməkdaşları ilə xəstənin yaxınları arasında gərgin mübahisəyə səbəb olub.  Onu da qeyd edək ki, mövcud qaydaya görə, rayondan gələn avtomobilin içərisində xəstə olduğu halda belə, o, şəhərə buraxılmır. Həmin avtomobil yuxarıda qeyd etdiyimiz duracaqlara yönləndirilir. Orada xəstə təcili yardım maşınına qoyularaq, Bakının mərkəzinə gətirilir. Yaxını xəstə olan insanın bu prosedurlardan keçməyə isə səbri olmur. Nəticədə isə duracaqların yaxınlığında post qurub dayanan polis əməkdaşları ilə vətəndaşlar arasında xoşagəlməz hadisələr yaşanır.
Müşahidələr göstərir ki, rayon avtomobillərinin Bakıya daxil olmasına qoyulan qadağa  paytaxtın giriş yollarındakı tıxaca o qədər də təsir etmir. Əvəzində hakimiyyət öz əli ilə kütlənin narazılığını artırır.
Hadisələrlə bağlı psixoloqlar da “SOS” təbili çalır. Psixoloq Elnur Rüstəmov musavat.com-a açıqlamasında bildirib ki, vətəndaş və polis arasında yaranan kiçik qarşıdurmalar, ölkə daxilində digər böyük problemlər üçün özül ola bilər:
“Rayondan Bakıya gələnlər arasında təhlil apardıqda, onların  paytaxta üz tutmalarının səbəblərində müxtəliflik görə bilərik. Bir var Bakıya gəzmək üçün gələn insanlar, bir də var, misal üçün, həkimə müraciət üçün paytaxta üz tutanlar. Təsnifatlar aparılmalı və buna uyğun tədbirlər görülməlidir. Nəzərə alaq ki, sürücü ilə polis arasında bir yerdə yaranan qarşıdurma, başqa situasiyada da təkrarlana bilər. Əgər Bakı şəhərinin girişində sürücü ilə polis arasında hər hansı bir səbəbdən mübahisə yaranarsa, bu başqa bir şəhərdə də təkrarlanacaq. Çünki burada söhbət əlaqənin qırılmasından gedir.  İnsanlar bir situasiyada hansısa prosesi görürlər, uyğun olmayan məqamda da bunu təkrarlayırlar. Vətəndaşla dövlət məmuru arasında olan narazılıq başqa bir formada öz təzahürünü tapa bilər. Bu isə böyük problemlərə yol açar. Hesab edirəm ki, əlaqədar qurumlar bunu nəzərə alıb hansısa tədbir görəcəklər. Qeyd etdiyim kimi, bu hal insallarda süni psixoloji gərginliklər yarada bilər və bundan sığortalanmaq lazımdır. Polis sərt tədbirlər gördükcə, vətəndaş da aqressivləşir”.
Rayon avtomobillərinə qadağanın qoyulmasına səbəb paytaxt küçələrindəki tıxac idi. Hələ bu qayda tətbiq olunmamışdan öncə mətbuata açıqlama verən baş nazirin müavini, yol hərəkətinin təhlükəsizliyi komissiyasının sədri Abid Şərifov bildirmişdi ki, gün ərzində Bakıya bölgələrdən 60-80 min arası nəqliyyat vasitəsi daxil olur. A.Şərifov bu qaydanın tətbiqindən sonra vəziyyətin yaxşılaşacağını da söyləmişdi.
Vəziyyət yaxşılaşdımı?
Məsələ ilə bağlı musavat.com-a ekspert Ərşad Hüseynov danışıb. O bildirib ki, rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə qoyulan qadağalar problemləri həll etmək əvəzinə, əlavə gərginliklər yaradıb:
“Bu layihənin həyata keçirilməsindən sonra yaranan problemlər qarşıya qoyulan məqsəddən daha ciddi oldu. Bəzi şəxslər qeyd edirlər ki, bu qayda tətbiq olunduqdan sonra onlar işlərini itiriblər. Hər halda  hesab edirəm ki, bəhs etdiyimiz məsələ tam düşünülməmiş atılan addım idi. Eyni zamanda məsələyə hüquqi aspektdən yanaşarkən görə bilərik ki, burada da əsaslı boşluq var. Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası (YHTK) normativ hüquqi aktlar qəbul etmək səlahiyyətinə malik  deyil. Bunu etməyin hüquq  çərçivəsində müəyyən qaydaları var. Bu günə qədər konkret bildirən olmayıb ki, rayonlardan Bakıya nə qədər avtomobil gəlirdi və bunların qarşısı alınıb. Sanki kimsə kabinetində oturub və şəxsi təxəyyülünə uyğun olaraq  bunu cəmiyyətə tətbiq etmək istəyir. Bu cür iş olmaz”.
Ekspert bildirib ki, açıqlamalarda  hər gün Bakıya 80 min rayon qeydiyyatında olan avtomobilin gəldiyini söyləyənlər yalnışlıqlara yol verirlər:
“Azərbaycanın bütün bölgələrində cəmi 400 min avtomobil var. Bunun isə hər gün 80 mininin Bakıya gəlməsini söyləmək əsaslı ola bilməz. Oradakı postlarda hər kəsi bir-bir yoxlayırlar. Bu da sıxlığın yaranmasına səbəb olur. Bir nəfərə görə, bir neçə nəfər yollarda qalır. Bu çox yalnış bir haldır.  Bakı indi də elə əvvəlki kimidir. Sadəcə olaraq buna diqqət etmək lazımdır ki, ötən il bu vaxtı ölkə I Avropa Oyunlarına hazırlaşırdı. Şəhərin bir çox yerlərində təmir işləri görülürdü. Bu səbəbdən tıxaclar da olurdu. Bu il isə ötən dövrdə təmirə bağlanan yollar istifadəyə verilib. Eyni zamanda bu il insanların maddi durumunda zəiflik müşahidə olunur. Ona görə də insanlar hər addımlarında qənaəti düşünürlər. Öz avtomobilləri ilə deyil, ictimai nəqliyyatla getməyə üstünlük verirlər. Bakı şəhərində sıxlığı yaradanlar elə şəhər maşınları idi. İndi də bu sıxlıq davam edir və davam edəcək.
Ə.Hüseynov bildirir ki, diqqəti ictimai nəqliyyat sisteminin təkminləşdirilməsinə yönəltmək lazımdır:
“Problemin həllini  ictimai nəqliyyatda axtarmaq lazımdır. Elə şərait yaratmaq lazımdır ki, insanlar Bakıya şəxsi avtomobilləri ilə deyil, ictimai nəqliyyatla gəlmək istəsinlər. Eyni zamanda şəhərin şəhərin yol infrastrukturasına diqqət etmək lazımdır. Dünyanın heç bir Bakı kimi şəhərində yollar belə deyil. Şəhərin tutaq ki, min küçəsi varsa, onlardan orta hesabla yüzü istifadə üçün yararlıdır. Qalanları isə  bərbad vəziyyətdədir. Onlar qanunsuz zəbt olunub və bu davam etməkdədir. Problemin kökü budur. Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası yaxşı olar ki, bu işlərlə məşğul olsun”.
Previous Post

Hakimiyyətin özünə qarşı yaratdığı silah – Bakıya girişə qadağa

Next Post

Sezen Aksu ifadə verdi

Bənzər yazılar

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17

Avropa Komissiyası Avropa İttifaqının genişlənməsi ilə bağlı illik sənədlər paketini təqdim edib, namizəd ölkələrin son bir ildəki irəliləyişini qiymətləndirib və...

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli skripkaçı Devid Qarrett "Millennium Symphony - Crossover Programme" simfonik şousu ilə çıxış edib. Elchi.az xəbər verir...

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33

Respublikaçılar seçkilərdə Vaşinqton administrasiyası tərəfindən İrana qarşı başladılan hərbi əməliyyat səbəbindən məğlub olublar. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin...

Next Post

Sezen Aksu ifadə verdi

Sezen Aksu ifadə verdi

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.