"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Azərbaycan Qarabağda lokal müharibəyə hazırlaşır?

03 Oktyabr 2015 - 11:15
in GÜNDƏM
FacebookVatsap
img1898821
Elxan Şahinoğlu deyir ki, müharibə riskli olsa da, Azərbaycanın alternativi variantı da yoxdur
 
Qarabağ münaqişəsi tədqiqatı, Carnegie Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı Tomas de Vaal münaqişənin yenidən alovlana biləcəyini deyib. Azadlıq radiosuna müsahibəsində nüfuzlu tədqiqatçı deyib ki, tərəflər hazırda kiçik miqyaslı müharibənin astanasındadır.
 
Tomas de Vaal deyib ki, Azərbaycan tərəfi mövcud status-kvonu dəyişdirməyə çalışır. Onun fikrincə, hazırda cəbhədə baş verən gərginlikdə hakimiyyətlərin marağı var…
Qeyd edək ki, bir sıra ekspertlərə görə, hakimiyyət məhz kiçik miqyaslı lokal müharibə ilə Ermənistanı cəbhədə üstələmək və bununla da İrəvanı sülhə vadar etməyə çalışır. Azərbaycan hakimiyyətinin son addımları da buna hesablanmış kimi görünür.
Siyasi şərhçi Elxan Şahinoğlu deyir ki, Azərbaycan əbədiyyətə qədər atəşkəsi qoruyacağına dair üzərinə öhdəlik götürməyib. Bu mənada ekspert savaşın yenidən alovlanmasını real sayır: “Hətta 1994-cü ildə Bişkekdə imzalanan atəşkəs razılaşmasına görə, tərəflər qısa müddətdə sülh müqaviləsi imzalamalıydılar. Belə bir müqavilə yoxdur. Demək işğal altındakı torpaqların azad olunması haqqında düşünməliyik. Azərbaycandan fərqli olaraq Ermənistanın danışıqlarda müsbət nəticə əldə etmək kimi dərdi yoxdur. Bu 20 ildə sülh danışıqlarının nəticə verməyəcəyi bizə bəlli oldu. Deməli, torpaqların danışıqlar yoluyla geri qaytarılmasının mümkün olmayacağını özümüz üçün yəqin etməliyik. Yerdə qalır ikinci  alternativ – işğalçını hərb yolu ilə sülhə məcbur etmək”.
E.Şahinoğlunun fikrincə, rəsmi Bakının son illərdə silahlanmaya böyük maliyyə ayırması hökumətin savaş planının olduğuna işarədir: “Azərbaycan son illərdə silah və texnikaya ona görə milyardlarla dollar ayırmayıb ki, bunlar istifadəsiz qalsın. Həmin texnika işğalçıya qarşı istifadə olunmalıdır. Əlbəttə, bu zaman işğalçı da bizə zərbə endirəcək və biz də itkilərlə üzləşəcəyik. Ancaq başqa alternativimiz yoxdur. Gözləməklə torpaqlar geri qayıtmayacaq. Beynəlxalq aləmin bizim xeyrimizə qərar verərək Ermənistan zorla işğal altındakı torpaqları boşaldacağına da ümid qalmayıb. Beynəlxalq aləm bilməlidir ki, Ermənistan Dağlıq Qarabağın ətrafındakı rayonları qeyd-şərtsiz boşaltmağa razı olmasa toqquşmaların artımı qaçılmazdır və bu rayonlar danışıqlarda Azərbaycana qarşı şantaj predmeti ola bilməz. Çünki Ermənistan bu rayonları Dağlıq Qarabağda refendumin keçirilməsi şərti ilə, özü də bir qismini azad etməyə razıdır. Bu isə əsl şantajdır”.

Ekspertin fikrinə, atəşkəsin son günlərdə intensiv pozulması BMT sessiyası çərçivəsində diqqəti işğal faktına yönlətmək olub. Ancaq E.Şahinoğlu bu taktikanın nəticə verəcəyinə, sülhü yaxınlaşdıracağına inanmır: “Bəli, diqqət oldu, dünya televiziya kanalları lokal döyüşlər və itkilər barədə xəbərlər yaydılar. Ayrıca, həmsədr dövlətlərin prezidentləri elə BMT sessiyası çərçivəsində Dağlıq Qarabağla bağlı ortaq bildiri yaydılar, Fransa prezidenti sessiyadakı çıxışında xüsusi olaraq Azərbaycanla Ermənistan arasındakı gərginlikdən narahat olduğunu vurğuladı. Ancaq bütün bunlar həmişəki kimi söz olaraq qalacaq. Çünki Suriyada müharibə var, İŞİD terroru var, Krımın işğalı və Donbas separatçılarına Rusiyanın dəstəyi var. Dünyanı narahat edən əsas mövzular bunlardır. Ancaq hətta bu mövzular olmasaydı belə, mən beynəlxalq birliyin qollarını çırmalayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olacağını zənn etmirəm”.

Bunu da oxuyun

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

Ancaq ekspertə görə, lokal müharibənin özü də Azərbaycan üçün böyük riskdir və sonrakı mərhələdə nələrin olması aydın deyil: “İşğalın ortadan qaldırılması yalnız bizi narahat etməlidir. Bəli, bu zaman xeyli suallar ortaya çıxacaq: Azərbaycan ordusu hücuma keçərsə Rusiyanın qərarı və addımları necə olacaq? Boru xətlərini təhlükə gözləyəcəkmi? Müharibəyə nə qədər pul xərclənəcək? İtkilərimiz arta bilərmi? Ancaq əgər bu sualların içində itib batsaq gərək torpaqların azad olunması haqqında düşünməyək. Əlbəttə, lokal toqquşmaların genişlənməsi halında bizi müxtəlif çətinlik gözləyə bilər. Bu halda ”torpaqları hərb yoluyla azad etmək üçün riskə getməyə dəyərmi” suallının aktuallığı artır. Mənim özümün də bu suala konkret cavabım yoxdur. Ancaq onu da anlayıram ki, əməli fəaliyyətə keçməsək məsələ heç zaman bizim xeyrimizə həll olunmayacaq”.
Previous Post

Azərbaycan Qarabağda lokal müharibəyə hazırlaşır?

Next Post

Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu» – Al gülüm, ver gülüm – FOTO

Bənzər yazılar

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

21 Avqust 2026 - 16:31

Azərbaycan–Özbəkistan münasibətləri zamanın sınaqlarından keçərək tarixi dostluqdan qardaşlığa, qardaşlıqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqliyə yüksəlib. Bu münasibətlərin möhkəm təməlini xalqlarımızı...

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

Azərbaycanda regionlara turist səfərlərinin təşviqi üçün yeni mexanizmlər tətbiq ediləcək

20 Avqust 2026 - 17:59

Azərbaycanda regionlara turist axınının stimullaşdırılması məqsədilə əsas turizm məntəqələrinin nəqliyyat əlçatanlığının və turizm informasiya xidmətlərinin təkmilləşdirilməsi, həmçinin turist səfərlərinin təşkili...

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək

20 Avqust 2026 - 16:58

“Rəqəmsal səyyah” viza altnövü təsis ediləcək. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında turizmin...

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək – SƏRƏNCAM

20 Avqust 2026 - 16:24

Prezident İlham Əliyev Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb. Elchi.az-ın məlumatına...

Next Post

Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu» - Al gülüm, ver gülüm - FOTO

Bakı şəhər DYP-də sürücülərə «karusel oyunu» - Al gülüm, ver gülüm - FOTO

Son xəbərlər

Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

Paşinyandan Rusiyaya xəbərdarlıq: Başqa variant yoxdur, biz deyən olacaq

24 Avqust 2026 - 18:00
Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

Rusiya və Ukrayna Belarusda vətəndaş mübadiləsi aparıblar

24 Avqust 2026 - 17:46
Bakıda bu yol bağlanır

Bakıda bu yol bağlanır

24 Avqust 2026 - 17:40
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

24 Avqust 2026 - 17:33
Alvares “Barselona” ilə razılaşdı

Alvares “Barselona” ilə razılaşdı

24 Avqust 2026 - 17:27
Paşinyan: Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq

Paşinyan: Rusiyanın maraqlarını öz maraqlarımızdan üstün tutmayacağıq

24 Avqust 2026 - 17:17
Tramp:”İran tam çöküşün astanasındadır”

Tramp:”İran tam çöküşün astanasındadır”

24 Avqust 2026 - 17:05
“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

24 Avqust 2026 - 16:58
Çin və İordaniya Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı

Çin və İordaniya Hörmüz boğazında gəmiçiliyin bərpasına çağırdı

24 Avqust 2026 - 16:45
Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı

24 Avqust 2026 - 16:37
DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb – VİDEO

DİN əməliyyat keçirib, 116 kiloqram narkotik aşkarlanıb – VİDEO

24 Avqust 2026 - 16:24
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb

24 Avqust 2026 - 16:16
Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

24 Avqust 2026 - 16:10
Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

Ukrayna ordusu Rusiyada 66 hərbi hədəfin vurulduğunu bildirir

24 Avqust 2026 - 12:25
Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

Yanvar-iyul aylarında 85 min əlilliyi olan şəxsə reabilitasiya xidməti göstərilib

24 Avqust 2026 - 12:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.