"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

3 gün “Xilafət”lə üz-üzə – REPORTAJ- I YAZI

09 Sentyabr 2015 - 17:41
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

“Dedilər barmaqlarını kəsəcəyik, rahat nəfəs aldım”

“Şükran Türkiyə, şükran Türkiyə”. Beləcə bir neçə dəfə təkrarlayıb əllərini göyə qaldırır. Gözlərini məchul bir nöqtəyə dikib dua edir. Sonra təkrar başlayır danışmağa. Amma hər cümləsinin başında xahiş edir ki, kameranı yığışdıraq. Çünki o tayda anası və atası qalıb. Hə, bir də əri qətlə yetirilmiş bacısı, iki uşağıyla.

 

 

 

“Onlardan narahatam. Yoxsa mənə olan olub” deyə barmaqları kəsilmiş ayağını göstərir. Çəkələk geyibmiş. Ona görə kəsiblər barmaqlarını. Deyir, çörək almağa gedirdim.

 

– Dükandan çıxan kimi ikisi birdən yaxınlaşdı. Dedilər, bu nədi geyinmisən? “İstidi” dedim, “belə rahatdı”.  Qabaqlarına qatıb apardılar. Deyəsən, komandirləri idi. Üzümə elə baxırdı ki, sanki nəsə ağır cinayət törətmişəm. Bağırdı ki, kəsin barmaqlarını. Mübahisə eləməyin də yeri yox idi. Bayıra çıxartdlıar.  Əvvəlcə harasa zəng elədilər. Məlum oldu ki, cəza bir qədər təxirə salınır. Əllərim qandallı məni aparıb kömür anbarına tulladılar. Hələ beş-altı təpik də vurdular. Biri gülüb dedi ki, “gözlə indi, tamaşa olacaq”. Əlini də boğazına çəkdi. Mən qışqırdım ki, “axı, komandiriniz başqa şey dedi”. Ağlaya-ağlaya, yalvara-yalvara ayaq barmaqlarımı göstərdim. “Bunu kəsməlisiz” dedim. Başlarını yelləyib getdilər. Bilmirəm nə qədər vaxt keçdi. Amma bağırırdım, başımı divara vururdum.  Niyə axı? Nədi mənim günahım. Qəfil içəri girdilər. Küçəyə çıxartdılar. Haradasa 50-60 nəfər tamaşaya yığışmışdı. Əlində sivri qılınc birisi də küçənin ortasında. Haradansa bir kötük də tapıb gətirdilər. Biri əlində kağız hökmü oxudu. Sonda, sağ ayağımın barmaqlarının kəsiləcəyini dedilər. Mən rahat nəfəs aldım. Qeyri-ixtiyari ayağımı kötüyün üstünə qoydum. Daha heç nə yadımda deyil. Gözümü açanda, bax, bu oğlumu gördüm – əliylə bayaqdan kənarda dayanmış 13-14 yaşlı uşağı göstərir – ayağımı qucaqlayıb ağlayırdı.

 

 

 

Bunu deyib də kövrəlir Hüseyn. Cerabluslu Hüseyn. İŞİD-in əlindən qaçıb elə Cerablusla üzbəüz Türkiyənin Karkamış kəndinə sığınmış 5 mindən çox suriyalıdan biri. Hə, Hüseynin ayaq barmaqlarını kəsiblər. Çəkələk – daha dəqiqi, “vyetnamka” geydiyinə görə. Cəzasının səbəbini isə belə izah ediblər. Çəkələyin barmaqlığı ayaq barmaqlarını bir-birindən ayırır. Elə beləcə də deyiblər: “Bu, böyük günahdır. Bu qardaşı – qardaşdan ayırmaq mənasını verir. Beş barmaq, beş qardaşdır. Qardaşları bir-birindən ayırmaq isə küfrdü. Bax, beləcə bir çəkələyin, “vyetnamka”nın qurbanı olub Hüseyn. Amma hələ buna da şükür edir…

 

***

 

 

…Türkiyənin cənubunda Suriyanın Cerablus qəsəbəsi ilə üzbəüz Karkamış kəndindəyik. Əhalisi 5 min nəfər ola, ya olmaya. Amma əhalisindən çox cerabluslu yaşayır bu kənddə. İŞİD Cerablusu tutduqdan sonra çoxu qaçıb Karkamışa. Karkamış İŞİD-in Türkiyə sərhədinə çıxdığı ilk sərhəd kəndlərindəndir. Bayrağını belə sərhədə asıb. Amma nədənsə sərhəd-keçid məntəqəsini yandırıb. Bunu fotodan da görmək mümkündür. Ətrafı isə minalayıb.

 

***

 

–  Heç kimi qoymurlar Cerablusdan çıxmağa. Ətrafı minalayıblar. Mənim bacım oğlanları – əliylə göstərir – bax, o təpənin dalında minaya düşdülər. Tikə-tikə oldular. Bədənlərini payaya keçirdib bir neçə gün təpənin başında saxladılar ki, hamıya görk olsun. Bacım isə havalandı bu dərddən.

 

Bunu isə  Azim deyir. Onu da əlavə edir ki, Türkiyə və ABŞ Cerablusu bombalamaqdan çəkinir. Çünki dinc sakinlər həlak olacaq. İŞİD-çilər xüsusi sığınacaqlarda olurlar. Camaat isə evlərdə. Bomba yağdırsalar, insanlar qırılacaq. İŞİD də bunu bildiyindən insanları girov saxlayıb, ətrafı isə minalayıb ki, heç kim qəsəbədən çıxa bilməsin. Bir dəfə isə xəbər yayılıb ki, “xəlifə” Cerablusdadı. On gün heç kimi bayıra çıxmağa qoymayıblar.

 

***

 

 

Azimin söhbətinə qoşulan Abdullah isə deyir ki, düzdür, xəlifə əsasən Rakkada oturur. Amma eyni yerdə iki dəfə gecələmir. Hər gecə yerini dəyişir. Onun sifətini heç kim görməyib. Nə meydanlarda olub, nə də televiziyaya çıxır. İndiyədək bircə fotosu yayılıb, o da deyilənə görə, xəlifənin özü deyil.

 

Abdullah onu da deyir ki,  bu səbəbdən də onun öldüyünü, ya da sağ qaldığını təsdiqləmək çətindir. Ən maraqlısı odur ki, o, ən yaxın silahdaşları ilə görüşəndə belə üzünə maska taxır. Elə bu məqamlara görə də ona “görünməz şeyx” ləqəbi veriblər.

 

***

 

Biz “görünməz şeyx”ə, İŞİD-in lideri Əbu Bəkr əl Bağdadiyə, Bağdaddakı məscid imamından başlamış həyat yoluna qayıdacağıq. Hələliksə,  Azrayla Karkamışdan Cerablusu seyr edirik. 50 metrliyimizdə İŞİD-in bayrağı dalğalanır. Elə o həndəvərdəcə var-gəl edən bir-iki döyüşçüdən başqa kimsə gözə dəymir.

 

Qəsəbədə  isə sanki həyat ölüb. Küçələrdə heç kim gözə dəymir. Azra deyir ki, namazdan namaza camaatı evlərindən çıxarıb məscidlərə qovurlar. Namaz bitdimi, hamı öz evinə qayıtmalıdır. Küçəyə ancaq zəruri ərzaq üçün çıxa bilərsən.  Əks halda, küçəyə çıxdığına görə izahat verməlisən.

 

“Bəs təkcə Cerablusdamı belədir?”

 

Keçmiş mühəndis Azra deyir ki, İŞİD-in tətbiq etdiyi qanun və qaydalar onun nəzarət etdiyi bütün ərazilərdə eynidir. Amma Cerablusda başqa istisnalar var.

 

– Əvvəla, bura Türkiyə ilə sərhəddir. Necə deyərlər, İŞİD üçün strateji bir yerdir. İkincisi, qəsəbə sakinlərinin əksəriyyəti burada, Türkiyədədir.  İŞİD o tay – bu tayda olan cerablusluların bir-biriylə təmasından  narahatdır. Düzdür, minalayıblar, amma girov saxladıqları insanların nəsə bir yol tapıb Türkiyəyə keçməsini istəmirlər. Amma özləri girovluqdan azad olunmaq üçün rüsum tətbiq ediblər. Məsələn, adambaşı 8 min dollar verib girovluqdan azad edilə bilərsən. Amma buna da inanmaq olmur. Çünki bir həftə əvvəl bizim bir qohum borc-xərc səkkiz min tapıb anasını bura gətirmək istəyirdi. Hətta telefon əlaqəsi yaradıb gizli yolla pulu da çatdırmışdılar. Amma sonradan, nədənsə qadını buraxmamışdılar. Pul da batdı. Ona görə də heç kim risk eləmir.

 

Azra danışır ki, İŞİD-dən qabaq  Cerablus çox modern bir qəsəbə imiş. Sərhəd qəsəbəsi olduğundan, əsasən ticarətlə məşğul olurlarmış. Ölkədə vətəndaş müharibəsi başlayanda isə nə Azad Suriya Ordusuna qoşulublar, nə də hansısa qruplaşmaya. Öz həyatlarını yaşayıblar. Amma İŞİD bu qəsəbəni tutandan sonra qara günləri başlayıb.

 

– Haradan gəldilər, necə tutdular bu qəsəbəni, hələ də qaranlıq yuxu kimi gəlir bizlərə. Qəsəbəni tutan günün səhəri camaatı meydana yığdılar. Cavanları ayırıb apardılar. Onlara qəsəbənin ətrafında xəndək qazdırdılar. Türkiyə sərhədi boyunca hər tərəf dövrələmə xəndəkdi. İçərisini də suyla doldurublar. Xəndəyin ətrafı da minalanıb.  Gələn kimi öz qaydalarını, qanunlarını elan elədilər. Onsuz da namaz qılan, dindar camaatıq. Amma saqqız çeynəməyə görə də adam asarlar? Bu, dəhşət idi. Qonşumuz Mahmudun oğlunu buna görə asdılar. Cibindən də siqaret çıxmışdı. Əvvəlcə 70 şallaq vurdular. Sonra biri gəlib dedi ki, cibindən saqqız da tapılıb. “Şeytan əməlidir” dedilər, yazıq uşağı günün günorta çağı asdılar.  Məktəbləri bağlayıblar. Ancaq Quran dərsləri keçirlər. Allah göstərməsin, kiminsə mobil telefonunda musiqi parçası, ya hansısa video tutalar, əlini kəsərlər. İkinci dəfə tutsalar başını.

 

“Elə hər şeyə görə asırlar?” Azra məni göstərib deyir ki, bax, bu vəziyyətdə Cerablusda İŞİD-in əlinə keçsən, səni azı 3 dəfə asa bilərlər. Ya da başqa bir edam cəzası alarsan.

 

Axı niyə?

 

Azra deyir ki, əvvəla cins şalvardayam. İkincisi, qısaqol köynəkdə və yaxam açıqdır. Üçüncüsü isə siqaret. Və bunları deyib gülür də…

 

***

 

Deyir burda çox qalmayaq, nişangahdayıq. Geri Karkamışa qayıdırıq. Burada isə bizi bacı-qardaş, Afif və Afifa gözləyir. Onların danışdıqlarına, hekayətlərinə  qulaq asmaq isə, sadəcə dəmir əsəb istəyir…

Bizimlə qalın!!!

 

 

(Yazı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Lent.az-ın birgə  “İŞİD həqiqətləri: reallıqlar, miflər” layihəsi çərçivəsində, Komitənin dəstəyi ilə hazırlanıb)

Previous Post

3 gün “Xilafət”lə üz-üzə – REPORTAJ- I YAZI

Next Post

3 gün “Xilafət”lə üz-üzə – REPORTAJ- II YAZ

Bənzər yazılar

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib. Elchi.az...

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49

Ötən ay 52 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib. Bu barədə  Dövlət Miqrasiya Xidmətindən (DMX) məlumat verilib. Bildirilib ki, readmissiya Azərbaycan...

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40

Prezident İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib. Elchi.az xəbər verir ki, təbrik mətnində deyilir: "Sizi...

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Next Post

3 gün “Xilafət”lə üz-üzə - REPORTAJ- II YAZ

3 gün “Xilafət”lə üz-üzə - REPORTAJ- II YAZ

Son xəbərlər

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

16 Oktyabr 2026 - 19:52
Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib

16 Oktyabr 2026 - 19:49
İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

İlham Əliyev yaradılmasının 30 illiyi münasibətilə Milli Paralimpiya Komitəsini təbrik edib

16 Oktyabr 2026 - 19:40
Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27
“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

“Azərbaycanın daxili məsələsini bu şəkildə təqdim etmək düzgün deyil” – ƏHD Partiyası rəsmisindən Türkiyəyə mesaj

16 Oktyabr 2026 - 19:26
Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

Mötəbər təşkilata sədrlik daha iki il müddətinə Azərbaycana etibar edildi

16 Oktyabr 2026 - 19:22
Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

Bakıda yeni marşrut xətti istifadəyə veriləcək

16 Oktyabr 2026 - 19:16
Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 - 19:07
BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

BƏƏ Prezident Qvardiyasının komandanı Azərbaycana səfər edib

16 Oktyabr 2026 - 18:55
Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Banqladeş XİN rəhbəri ilə görüşüb

16 Oktyabr 2026 - 18:42
Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

Azərbaycan-Özbəkistan İkinci Rektorlar Forumu keçirilib

16 Oktyabr 2026 - 18:33
BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

16 Oktyabr 2026 - 18:26
Emmanuel Makron beynəlxalq ареnada nüfuzunu itirir

Emmanuel Makron beynəlxalq ареnada nüfuzunu itirir

16 Oktyabr 2026 - 18:16
Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

Polşada NATO aviasiyası sutka ərzində üçüncü dəfə səmaya qaldırılıb

16 Oktyabr 2026 - 17:59
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir

16 Oktyabr 2026 - 17:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.