"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib

10 Avqust 2015 - 09:20
in İQTİSADİYYAT
FacebookVatsap

Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib

Bunu da oxuyun

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

Ekspertlərə görə, səbəb Rusiyaya sanksiyaların tətbiqinin daşınmaz əmlak bazarında ucuzlaşma yaratmasıdır

 
Neft Fondunun 2012-ci ildə Moskvada aldığı əmlak dəyərsizləşib. Ekspert Samir Əliyevin sözlərinə görə, fond 2012-ci ildə Moskvadan 133 milyon ABŞ dolları müqabilində Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi almışdı. Hazırda həmin obyekt dəyərinin üçdə birini itirib.
“Son qiymətləndirmələrə görə, ticarət mərkəzinin hazırda bazar dəyəri 5 milyard 687 milyon rubldur. Mövcud məzənnə ilə 90 milyon dollar edir. Yəni əmlak 3 ildə dəyərini 43 milyon dollar – 32 faiz itirib. Məlumat üçün bildirim ki, bina alınan zaman kommersiya təyinatlı daşınmaz əmlaklar üzrə konsaltinq şirkət olan Colliers İnternational təşkilatı həmin obyektə 2012-ci ildə 100-105 milyon dollar qiymət qoymuşdu. Ancaq Neft Fondu həmin dövrdə onu dəyərindən baha qiymətə almışdı. Obyekt alınanda qeyd edilirdi ki, əmlakın icarəsindən ildə 9,6 milyon dollar qazanc olacaq. Halbuki Fondun məlumatına görə, ötən il bu qazanc 5,7 milyon dollar olub. Fond azalmanı binanın ticarət mərkəzi hissəsinin yenidən qurulması ilə əlaqələndirsə də, səbəb Rusiyaya sanksiyaların tətbiqinin daşınmaz əmlak bazarında ucuzlaşma yaratmasıdır”.
Ekspert Qubad İbadoğlu da qeyd edib ki, Neft Fondunun Moskvadakı əmlakı 44 milyon dollar dəyərsizləşib: “Üç il bundan 133 milyon dollara alınan ”Qalereya Aktyor” ofis ticarət mərkəzinin hazırkı qiyməti 88,6 milyon dollardır. 2014-cü ilin dekabr ayına olan vəsaitlərin strateji bölgüsünə əsasən Fondun investisiya portfelinin 87,5 faizi sabit gəlirli qiymətli kağızlar və pul bazarı alətlərindən, 6,5 faiz, 2,9 faiz, 3,1 faizi isə müvafiq olaraq səhmlər, qızıl və daşınmaz əmlak investisiyalarından ibarət olub. Ötən il Dövlət Neft Fondunun vəsaitlərin idarə olunmasından əldə edilən gəlirləri 493,7 milyon dollar təşkil edib və nəticədə ümumi investisiya portfelinin gəlirliliyi 1,52 faiz olub . Bu ilin 6 ayında müvafiq göstərici 1,33 faizə qədər azalıb. Bunun başlıca səbəblərindən biri də Fondun daşınmaz əmlaka yönələn investisiyalarından əldə edilən gəlirlərin aşağı düşməsidir. Bu portfel London şəhərinin Seynt Ceyms 78, Paris şəhərinin Vandom meydanı 8, Moskva şəhərinin Tverskaya 16 və Seul şəhərinin Ecuro 203 ünvanında yerləşən 4 aktivdən ibarətdir. Belə ki, Neft Fondu tərəfindən 2012-ci ildə 133 milyon ABŞ dollarına alınan Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən “Qalereya Aktyor” ofis ticarət mərkəzinin dəyərini ötən ilin sonunda müstəqil qiymətləndirmə şirkətləri 5 milyard 687 milyon rubl qiymətləndirib ki, bu da hazırkı məzənnə ilə 88,6 milyon ABŞ dollarına bərabərdir. Yalnız Moskvadakı əmlakın dəyərsizləşməsindən olan itkinin məbləği 44 milyon ABŞ dollarını ötüb”.
Ekspert qeyd edib ki, dəfələrlə Rusiya bazarında investisiya qoyuluşlarının riskinin yüksək olduğunu qeyd edib, Fondu oradakı vəsaitlərini geri çəkməyə çağırıblar: “Təəssüf ki, buna hələ də əməl edilmir. Beləliklə də Fondun həmin bazarda itkiləri getdikcə artır. Bu il ərzində Fondun Rusiya bazarındakı əməliyyatlardan itkilərin səviyyəsinin daha yüksək olacağı gözlənilir. Son məlumatlara görə, Moskvada icarə qiymətləri ilin əvvəlindən 10-15 faiz ucuzlaşıb. Proqnozlara görə, bu tendensiya ilin sonunadək davam edəcək”.
Previous Post

Neft Fondunun Moskvadakı əmlakı niyə dəyərsizləşib

Next Post

Ölən jurnalisti əməliyyat etmiş professor ittihamlara cavab verdi – YENILƏNIB

Bənzər yazılar

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

Milli Kibertəhlükəsizlik Agentliyi 2,2 milyon manatlıq tender elan etdi

13 İyul 2026 - 16:27

Azərbaycanda 15 qurumun kibertəhlükəsizlik səviyyəsinin artırılması məqsədilə yeni platformanın alınması üçün 2,2 milyon manat vəsait ayrılıb. Elchi.az xəbər verir ki,...

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

ADY-də “SİMA Pay”dan istifadə edənlərin sayı 9 mini ötüb

13 İyul 2026 - 16:06

Bakı və Sumqayıt dəmiryol vağzallarında, həmçinin Koroğlu dayanacağında quraşdırılmış "SİMA Pay" üztanıma ilə ödəniş sistemindən istifadə edən sərnişinlərin sayı 9...

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

İan Sanders: Azərbaycan ÜGT-ə fəal dəstək göstərir

13 İyul 2026 - 15:28

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında münasibətlər uzun illərdir möhkəmdir və bu gün də...

Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

Prezident: SOCAR Özbəkistanda çox önəmli bir kəşfiyyat yatağına sərmayə qoyur və yaxın gələcəkdə bizə müjdə verəcəklər

13 İyul 2026 - 12:07

Özbəkistan-Azərbaycan əlaqələrinin təməlində dostluq, qardaşlıq münasibətləri dayanır. Elchi.az xəbər verir ki, bunu Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda...

Next Post

Ölən jurnalisti əməliyyat etmiş professor ittihamlara cavab verdi - YENILƏNIB

Ölən jurnalisti əməliyyat etmiş professor ittihamlara cavab verdi - YENILƏNIB

Son xəbərlər

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib

Macarıstan parlamenti Prezidentin vəzifədən kənarlaşdırılmasına səs verib

14 İyul 2026 - 00:18
BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək

BƏƏ Hörmüz boğazından yan keçmək üçün yeni liman və terminal tikəcək

14 İyul 2026 - 00:16
Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib

Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 4 500 nəfəri keçib

14 İyul 2026 - 00:14
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür

14 İyul 2026 - 00:00
Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

13 İyul 2026 - 22:05
Zelenski: “Freyja” Avropa üzərində etibarlı qalxanın daha sürətli və ucuz yaradılmasına imkan verəcək

Zelenski: “Freyja” Avropa üzərində etibarlı qalxanın daha sürətli və ucuz yaradılmasına imkan verəcək

13 İyul 2026 - 22:01
Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Milli Məclislə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

13 İyul 2026 - 21:59
Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

13 İyul 2026 - 21:57
ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

ABŞ Kubada fəaliyyət göstərən 10 təşkilata qarşı sanksiyalar tətbiq edib

13 İyul 2026 - 20:39
İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

İşğaldan azadlığa, həqiqətin bərpasından qlobal media dialoquna uzanan tarixi proses

13 İyul 2026 - 20:38
Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum olub

Kəlbəcərdə azyaşlının çaya düşməsi hadisəsinin detalları məlum olub

13 İyul 2026 - 20:37
Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub

Britaniya Aİ-nin Ukraynanı maliyyələşdirmə üzrə 90 milyard avroluq proqramına qoşulub

13 İyul 2026 - 20:35
Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik

Ərdoğan: Bölgədə sülhün qorunması üçün Trampla çalışmağa davam edəcəyik

13 İyul 2026 - 19:40
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

13 İyul 2026 - 19:38
Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif edib

Zelenski Makronu “Azadlıq” ordeni ilə təltif edib

13 İyul 2026 - 19:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.