"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Prezident ailəsi Kannda – Fotolar

15 İyul 2015 - 09:57
in XƏBƏR LENTİ
FacebookVatsap
Prezident ailəsi Kannda – Fotolar

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.
APA-nın məlumatına görə, açılış mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub. Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.
Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib. Azərbaycan gecəsinin əlamətdar bir gündə – 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir”, – deyən Mehriban Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb. Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu vurğulayıb. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın bu Oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43 medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançılarını bu qələbə münasibətilə təbrik edib. Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı “Pirotexnika sənəti” festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib.
Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”,- deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.
Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur.  Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib.











Bunu da oxuyun

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Previous Post

Prezident ailəsi Kannda – Fotolar

Next Post

İran ABŞ və ərəb ölkələrini qorxuya saldı

Bənzər yazılar

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) Hörmüz boğazının şərqində qaydaları (Tehranın elan etdiyi qaydalar-red.) pozan bir...

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55

Böyük Britaniyanın İrandakı səfiri Hüqo Şorter Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Elchi.az  IRIB-yə istinadən xəbər verir ki, buna səbəb "RAF...

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Bakı Dövlət Universitetinin (BDU) tələbələri ilə görüşüb. Bu barədə Elchi.az - a BDU-nun...

Next Post

İran ABŞ və ərəb ölkələrini qorxuya saldı

İran ABŞ və ərəb ölkələrini qorxuya saldı

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.