"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Səlim Müslümov islahatçı nazirlərdən biridir”

17 İyun 2015 - 13:40
in MANŞET, SOSİAL
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

7Nd5028ZGdim (1)ELCHİ.AZ xəbər verir ki, Editor.az “Nazirlər jurnalistlərin gözü ilə” adlı yeni rubrikaya start verib. Hər həftə oxucuların görüşünə gələcək rubrikada ölkənin aparıcı mətbuat orqanlarında çalışan jurnalistlər müxtəlif sahələrə rəhbərlik edən nazirlərin fəaliyyəti ilə bağlı fikirlərini Editor.az-a bölüşəcəklər.
Rubrikanın ilk “qəhrəmanı”, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovdur.
Dosye: Səlim Yanvar oğlu Müslümov 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olub. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1987-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışıb. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilib. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilib. 22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə irəli çəkilib. İqtisad elmləri doktorudur.
Niyaz Niftiyev (Azadİnform):
Səlim Müslümovu fəal, işgüzar nazir kimi xarakterizə edirəm. Ümumilikdə nazirlik  son illər istər vətəndaşlar, istərsə də jurnalistlərlə fəal iş aparır.
Elməddin Muradlı (“Üç Nöqtə” qəzeti):
Səlim Müslümov ən operativ və çalışqan nazirlərdən biridir. Bildiyimə görə, nazir millət vəkilləri ilə sıx əməkdaşlıq edir. Çünki əsasən deputatlara edilən şikayətlər sosial məsələlərlə bağlı olur. Əksər deputatların bəzi nazirlərdən fərqli olaraq Səlim Müslümova birbaşa çıxış imkanları var. Şəxsi müşahidələrimə əsaslanıb deyə bilərəm ki, O, öz sahəsinin peşəkarıdır. Çox savadlıdır və daim yenilik axtarışındadır. Keçmişdə nələr olub, nələr baş verib, onu deyə bilmərəm. Hazırda Səlim Müslümov ölkəmizin ən fəal nazirlərindən biridir.
Zabil Müqabiloğlu (“Yeni Müsavat” qəzeti):
Səlim Müslümov buna qədər də yüksək dövlət vəzifəsində çalışıb. Dövlət Sosial Müdafiə Fondunun sədri postunu tutub. İndiki postu keçmiş vəzifəsinə xeyli dərəcədə yaxın olduğundan rəhbərlik etdiyi sahəni və oradakı problemləri bilir. Bir jurnalist kimi onun işində dinamizm müşahidə edirəm . Səlim Müslümovun rəhbərlik etdiyi nazirlik daha çox sosial problemləri olan şəxslərlə, əlillərlə işləyir. Bu isə çox böyük məsuliyyət tələb edir. Ümumi problemləri, narazılıq və şikayətləri də nəzərə almaqla demək olar ki, bu nazirlik tərəfindən vətəndaşların problemləri ilə bağlı müəyyən addımların atıldığı müşahidə olunur. Həm S.Müslümovun özü, həm rəhbərlik etdiyi nazirlik, həm də onun mətbuat xidməti də digər dövlət qurumları ilə müqayisədə mediaya xeyli dərəcədə açıqdır. Ən azından onlara edilən müraciətlərə cavab verilir, mətbuatda öz əksini tapan problemlərə reaksiyalar olur. Amma S.Müslümovun rəhbərlik etdiyi sahədə daha ciddi islahatlar aparıla, məmur özbaşınalığı, bürokratik əngəllər daha ciddi şəkildə aradan qaldırıla bilər.
Məmməd Gülməmmədov (Ölkə.az):
Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra geniş islahatlar həyata keçirdiyi görüntüsünü yarada bildi. Xüsusən onun keçirdiyi qalmaqallı müşavirələr hamının yadındadır. Amma çox təəssüf ki, bu qısa müddət çəkdi. Onun Dövlət Sosial Müdafiə Fondunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tətbiq etdiyi qaydalar işləmir. Görünür O, ya tabeliyindəki məmurlarla bacara bilmir, ya da bunu özü istəmir. Çox təəssüf ki, S.Müslümovun rəhbərlik etdiyi nazirlikdə neqativ hallar hələ də hökm sürür. Xüsusən nazirliyin regionlarda fəaliyyət göstərən şöbələri əhalini aldatmaqla, vətəndaşları süründürməçiliyə salmaqla məşğuldur. Bu mənada mən Səlim Müslümovun fəaliyyəti ilə bağlı müsbət sözlər deyə bilmirəm.
Əfsələddin Ağalarov (Azxeber.com):
İlk növbədə onu deyim ki, əvvəlki illərlə müqayisədə son illər əksər nazirliklərin, dövlət qurumlarının mətbuata münasibəti yaxşı mənada dəyişib. Heç şübhəsiz burada Prezident İlham Əliyevin məmurlara sərt xəbərdarlığı, onları ictimai rəylə hesablaşmağa səsləyən bəyanatları xüsusi rol oynayır. Konkret suala gəldikdə isə Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra fəal şəkildə işləməyə başladı. Xüsusən yeni təyinat aldığı dövrdə onun tabeliyindəki rüşvətxor məmurlara qarşı amansız münasibəti, nazirliyə aid tədbirlərin mediada geniş işıqlandırılması müsbət məqamlardandır. Yaxşı olar ki, Səlim müəllim bu siyasətini bundan sonra da davam etdirsin.
Zaur Rəsulzadə (Haqqın.az):
Mən Səlim Müslümovu şəxsən tanımıram. Baxmayaraq ki, uzun müddətdir mətbuatdayam, onunla bircə dəfə təmasım olmayıb. Lakin eşitdiyimə görə, islahatçı nazirlərdən biridir. Deyilənlərə inansaq, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin olunandan sonra çox ciddi islahatlar aparıb.
İbrahim Rüstəmli (AİM.AZ):
Doğrusu, uzun müddət ordu sıralarında xidmət etmiş bir hərbi jurnalist kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov haqqında ayrıca bir yazı ilə çıxış etmək niyyətindəyəm. Ən azından ona görə ki, indiki statusumda müharibə veteranları və əlilləri, şəhid ailələrilə bağlı informasiyalara son dərəcə həssas yanaşıram. İndiki dövrdə müvafiq sahədə aparılan köklü islahatlar, həyata keçirilən tədbirlər bu haqda daha ətraflı söz açmaq zərurəti yaradıb. Məsələ burasındadır ki, bəzi nazirlərdən fərqli olaraq  məhz Səlim Müslümovun düşünülmüş iş prinsipi və bunun nəticəsində şəffaflığın maksimum bərpa olunması cəmiyyətə stimul verir. İnanıram ki, onun rəhbərliyi altında müvafiq sahədə daha böyüş irəliləyişlərə nail olacağıq. Çünki Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov, necə deyərlər, yerində olan adamdır.
(Editor.az)
Previous Post

“Səlim Müslümov islahatçı nazirlərdən biridir”

Next Post

I Avropa Oyunlarında dalaşan iki güləşçi diskvalifikasiya edildi

Bənzər yazılar

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52

Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmətvə etimada, bərabər hüquqa, yaxın tərəfdaşlığa,...

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

“Euronews”da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

13 Noyabr 2026 - 21:27

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi...

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

Vens 2028-ci il prezident seçkilərində iştirakdan imtina edə bilər

13 Noyabr 2026 - 17:49

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Konqresə aralıq seçkilərdə respublikaçıların məğlubiyyətindən sonra 2028-ci il prezident seçkilərində iştirak etməkdən imtina etməyi ciddi...

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

12 Noyabr 2026 - 21:25

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 12-də Sıfır Tullantı...

Next Post

I Avropa Oyunlarında dalaşan iki güləşçi diskvalifikasiya edildi

I Avropa Oyunlarında dalaşan iki güləşçi diskvalifikasiya edildi

Son xəbərlər

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

Mark Karni: Kanada heç vaxt NATO-nun digər üzvlərini tək qoymayacaq

14 Noyabr 2026 - 12:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.