"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Naxçıvan korpusunda Kərəm Mustafayev özbaşınalığı davam edir – zabiti vurub şikəst etdilər, amma cinayət işi açılmadı…

13 Aprel 2015 - 11:44
in MANŞET
FacebookVatsap

kerem_mustafayevBakı şəhər sakini Novruz Hüseyn oğlu Orucov mia.az vasitəsiylə prezident İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edən hərbi təhsilli, 1986-cı il təvəllüdlü Novruz Orucov yazır ki, o, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən N saylı hərbi hissəsində taqım komandiri olub: «8 il yüksək hərbi təhsil aldıqdan sonra leytenant rütbəsiylə Naxçıvanda yerləşən N saylı hərbi hissəyə təyinatım veriləndə, Azərbaycan ordusunda xidmət edəcəyim üçün böyük qürur və şərəf hissi keçirirdim. İndi də bundan qürur duyur və fəxr edirəm ki, 8 il hərbi təhsil aldıqdan sonra 5 il də ordumuzun sıralarında ləyaqətlə qulluq eləmişəm.

Bunu da oxuyun

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Xidmət dövründə Nizamnamə tələblərinə ciddi əməl elədiymə görə mənə qarşı məqsədli plan quruldu. Üzümə bir neçə əsgəri durdurub, guya onları döyməyim haqqında şikayət təşkil olundu. Buna görə cəzalandırıldım da. Eybi yox. Əgər mənim Nizamnaməyə əməl edilməsi tələblərim belə qiymətləndirilibsə, buna da etirazım yoxdur. Amma mənim bir qəza nəticəsində üzləşdiyim vəziyyətə bu günə qədər biganə yanaşılmasını isə qəbul etmək çətindir».

Novruz Orucov bildirir ki, 19 oktyabr 2013-cü il tarixində gecə saat 23 radələrində Şahbuzda yaşadığı evdən çıxıb, bərbərə gedərkən yolun piyada səkisində onu QAZ-31 markalı maşınla vurublar: «Məni vuran maşın hadisə yerindən qaçıb. Hərbi hissənin yaxınlığında olanlar ardıycan gedərək, onu tutublar. Məni isə xəstəxanaya çatdırıblar. 3 gün komada olmuşam. Hadisə vaxtı atam orada olub. Atama Şabuz rayon prokuroru və rayon polisinin rəhbərliyi bildirib ki, mənim həyatım üçün nə lazımdırsa ediləcək, günahkar isə cəzalandırılacaq. Ancaq bu günədək hadisə ilə bağlı cinayət işinin açılması və yaxud hansı tədbirlər görülməsi haqda heç nə yoxdur.

Özüm isə 3 gün ərzində komada qalsam da, aydın olub ki, Naxçıvanda mənim müalicəm mümkün deyil. Məni atamın israrı nəticəsində Bakıya hospitala gətiriblər. Burada omba çanağımın dağılması, aşağı orqanlarımın sıradan çıxması və digər aldığım çoxsaylı xəsarətlərə rəğmən, həkimlər məni komadan çıxararaq, həyata qaytardılar. Uzun müddətli müalicə nəticəsində yarımcan olsam da, Allah məni iki övladıma bağışladı. Ancaq orduya daha yararsız olduğumdan məni tərxis elədilər. Bu gün də dava-dərman və mütəmadi müalicə kursları ilə yarımcan yaşayıram. Həkimlər qəza nəticəsində aldığım bəzi xəsarətlərin bərpasının qeyri-mümkün olduğunu bildiriblər.

Məni ən çox ağrıdan hal isə bu günədək Naxçıvanın hüquq-mühafizə orqanlarının, həmçinin Şahbuz prokurorluğu və polisinin bu hadisə ilə bağlı cinayət işi açıb, təqsirkarı cəzalanırmamalarıdır. Bəli, bu işlə bağlı nə məndən, nə də ailə üzvlərimdən də izahat alınmayıb. Nə də təqsirkarın cəzalandırılması üçün hər hansı bir addım atılmayıb.

Tam əksinə, mənə həddə-qorxu gələrək, «get, nə bilirsən, elə» deyirlər. Hadisə vaxtı söz verən Şahbuzun prokuroru isə bir neçə ay əvvəl dedi ki, bu iş onluq deyil. Məhz bu tip yanaşma məni vuran sürücünü arxayınlaşdırıb, özümü isə daha gərgin duruma sürükləyib».

Zabit bildirir ki, onu vuran Şabuzun Qarabba kəndinin Elşad adlı sakinidir: «Hadisə yerində qaçsa da, bu addamı tapmaq mümkün oldu. Mən komada olduğum ərəfədə qohumlarının vasitəsiylə 300 manat müalicəmə, 500 manat isə Naxçıvandan əşyalarımın gətirilməsi və sair məsələlərin həllinə köməklik göstərdikdən sonra yoxa çıxıblar. Bir dəfə isə Bakıya hospitala gələn qohumları müalicəm üçün kömək göstərəcəkləri vədini verərək, o vaxtdan aradan çıxıblar. İşsiz, yarımcan adamam, ailəmin də maddi imkanları tamam tükənib. Mənim bütün müalicə prosesim tam olaraq ailəmin gücü ilə həyata keçirilib. Ancaq daha ailəmin də imkanları yoxdur. Mən isə ən elementar ehtiyacımı təmin etmək üçün nəinki gəzə, heç bir qurtum su da içə bilmirəm. 29 yaşım var, iki övladım olsa da, buna görə ən yüngül işdə işləmək hüququmu itirmişəm. Çarəsiz vəziyyətdə olsam da, məni vuran sürücü nəniki dəstək olmaqdan, hətta qanundan da gizlədilib. 2-3 ay bündan əvvəl isə qohumlarına zəng elədik. Zəngimizə şantajla, hədəylə cavab verdilər. Dedilər ki, ölməmisənsə, şükür elə. Axı, bun ə deməkdir? Niyə Naxçıvanın hüquq-mühafizə orqanları indiyədək bu işi araşdırmaqaan yayınıb?».

Novruz Orucov deyir ki, hadisədən bu günədək Müdafiə Nazirliyinə üz tutmayıb: «Amma indi məcburam. Mən zabit kimi vurulmuşam. Ailəli, iki övlad atasıyam. Əmək hüququm tam itib. Heç bir yerdən köməyim yoxdur. Hətta İcra Hakimiyyətinə ev növbəsinə durmaq istədim, amma buna da «qırmızı işıq» yandırıldı. Üzümü cənab nazir Zakir Həsənova da tutub, üzləşdim hadisəni və mənim vəziyyətimi nəzarətə götürmələrini xahiş edirəm. Eyni zamanda, məni vüran sürücünün barəsində qanuni tədbir görülməsinə kömək göstərilməsini istəyirəm».

Previous Post

Naxçıvan korpusunda Kərəm Mustafayev özbaşınalığı davam edir – zabiti vurub şikəst etdilər, amma cinayət işi açılmadı…

Next Post

Türkiyənin Vatikandakı səfiri məsləhətləşmə məqsədi ilə İstanbula gəlib

Bənzər yazılar

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Elmi Konsorsiuma qoşulacaq. Elchi.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir...

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

Pezeşkian ABŞ-a səsləndi: “Yanaşmanızı dəyişin!”

25 Avqust 2026 - 14:00

İran Prezidenti Məsud Pezeşkian Pakistanın Quru Qoşunları Komandanı Asim Munirlə görüşdə bildirib ki, ABŞ İranla münasibətlərdə öz tonunu və yanaşmasını...

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

Araşdırma: İnsan orqanları eyni sürətlə qocalmır

25 Avqust 2026 - 10:49

Avstriya Elmlər Akademiyası ilə əlaqəli CeMM Molekulyar Tibb Tədqiqat Mərkəzi və Vyana Universitetinin əlaqəli qurumları tərəfindən aparılan tədqiqat insan orqanlarının...

Next Post

Türkiyənin Vatikandakı səfiri məsləhətləşmə məqsədi ilə İstanbula gəlib

Türkiyənin Vatikandakı səfiri məsləhətləşmə məqsədi ilə İstanbula gəlib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 22:42
Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

Avqustun müavinət, təqaüd, ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 22:41
Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

Ötən il Azərbaycanda nikahdankənar doğulanların sayı azalıb

25 Avqust 2026 - 22:40
Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

Ərdoğan: Məqsədimiz regionda ədalət, təhlükəsizlik və rifahı təmin etməkdir

25 Avqust 2026 - 22:36
“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

“Al Jazeera”: ABŞ və İran hələ ki danışıqlar aparmır

25 Avqust 2026 - 20:24
Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçirilib

25 Avqust 2026 - 20:22
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir

25 Avqust 2026 - 20:21
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

25 Avqust 2026 - 20:20
Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

Azərbaycan Çöl Sivilizasiyasının Tədqiqi üzrə Beynəlxalq Konsorsiuma qoşulacaq

25 Avqust 2026 - 20:19
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bu şəhərdə qaz olmayacaq

25 Avqust 2026 - 19:25
Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

Azərbaycanın Avstriyadakı səfiri etimadnaməsinin surətini Henniqə təqdim etdi

25 Avqust 2026 - 19:18
Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib

25 Avqust 2026 - 19:16
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzinin sentyabr ayı üçün cədvəli açıqlandı

25 Avqust 2026 - 19:08
Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

Xarici işlər nazirinin müavini IV “Maarifçi” proqramının iştirakçıları ilə görüşdü

25 Avqust 2026 - 18:56
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib

25 Avqust 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.