"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Evinizi Korrupsiya İdarəsindən istəyin”

07 Aprel 2015 - 14:40
in MANŞET
FacebookVatsap
img1784166Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 5 nəfər zərərçəkən ifadə verdi.
Zərərçəkən Leyla Ağayeva təqsirləndirilən şəxsləri tanıdığını, “Xudafərin” MMC-dən 13 il əvvəl ev aldığını, lakin bina tam təhvil verilmədiyi üçün köçə bilmədiyini söylədi. O, müqaviləni nə Abdulla Abdullayevlə, nə də təqsirləndirilən şəxslərin heç biri ilə bağlamadığını dedi, onlardan şikayətçi olmadığını bildirdi.
Zərərçəkən Vüqar Səfərov da şikayətçi olmadığını bildirib dedi ki, iki ev alıb, amma təmirə maddi imkanı yoxdur, şikayətçi deyil.
Zərərçəkən Abdulla Dəmirov 2003 -cü ildə “Xudafərin” MMC-dən ev aldığını, bina tam tikilməsə də onu qane etdiyini vurğuladı: “Heç bir şikayətim yoxdur”.
Zərərçəkənlər müqaviləni A.Abdullayevlə deyil, “Xudafərin” MMC ilə bağladıqlarını dedilər.
Zərərçəkmiş Əbülfəz Abdullayev də şikayətinin olmadığını desə də vəkillərin sualına cavab olaraq bildirdi ki, binanın gec təhvil verilməsi ilə bağlı bir il öncə Korrupsiya İdarəsinə ərizə ilə müraciət edib.
A.Abdullayev zərərçəkənə bildirdi ki, binanın gecikməsinə səbəb şikayətçilərin özləri və Baş Prokurorluqdur: “Sizin şikayətinizə görə Baş Prokurorluq 3 dəfə tikintini dayandırıb, binaya həbs qoyub. Gül kimi iş gedirdi, Korrupsiya İdarəsi yenə gəlib dayandırdı. İndi gedin evinizi o idarədən tələb edin, binanı tikib təhvil versin”.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

 

Bunu da oxuyun

Kremldən fon der Leyenin tələbinə CAVAB

Əraqçi İsrail haqqında: Hər bir ittiham bir etirafdır

Lukaşenkodan Avropaya mesaj: “Rusiyasız təhlükəsizlik mümkün deyil!”

Previous Post

“Evinizi Korrupsiya İdarəsindən istəyin”

Next Post

Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR

Bənzər yazılar

Kremldən fon der Leyenin tələbinə CAVAB

Kremldən fon der Leyenin tələbinə CAVAB

26 Noyabr 2026 - 14:00

"Rusiya Avropa Komissiyasının sədri Ursula fon der Leyenin çağırış etdiyi enerji atəşkəsinə razı olmamalıdır". Elchi.az xəbər verir ki, bu barədə...

Əraqçi İsrail haqqında: Hər bir ittiham bir etirafdır

Əraqçi İsrail haqqında: Hər bir ittiham bir etirafdır

26 Noyabr 2026 - 10:15

İranın xarici işlər naziri Abbas Əraqçi, İsrailin Tehranın kimyəvi silah istehsal etdiyi barədə iddialarına cavab verərək bildirib ki, İsrailin özü...

Lukaşenkodan Avropaya mesaj: “Rusiyasız təhlükəsizlik mümkün deyil!”

Lukaşenkodan Avropaya mesaj: “Rusiyasız təhlükəsizlik mümkün deyil!”

25 Noyabr 2026 - 15:51

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiyanın iştirakı olmadan Avropanın təhlükəsizlik arxitekturası mümkün deyil. Elchi.az xəbər verir ki, o, bu...

Merts Bundestaqda sərt TƏNQİD EDİLDİ

Merts Bundestaqda sərt TƏNQİD EDİLDİ

25 Noyabr 2026 - 15:00

Almaniya üçün Alternativ (AfD) həmsədri Tino Çrupalla Almaniya kansleri Fridrix Mertsi Ukraynaya yardıma görə kəskin tənqid edib. Elchi.az xəbər verir...

Next Post

Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR

Bakıda barın loqosunda qatil Andranikin şəkli – ŞOK FOTOLAR

Son xəbərlər

ABŞ-dan hərbi güc nümayişi: “Qara Qartal” döyüşə hazırdır!

ABŞ-dan hərbi güc nümayişi: “Qara Qartal” döyüşə hazırdır!

26 Noyabr 2026 - 14:14
2 554 ingilis dili müəlliminin ali təhsili yoxdur

2 554 ingilis dili müəlliminin ali təhsili yoxdur

26 Noyabr 2026 - 14:07
Kremldən fon der Leyenin tələbinə CAVAB

Kremldən fon der Leyenin tələbinə CAVAB

26 Noyabr 2026 - 14:00
Xalq artisti Elmira Şabanova dəfn edilib – FOTO – YENİLƏNİB

Xalq artisti Elmira Şabanova dəfn edilib – FOTO – YENİLƏNİB

26 Noyabr 2026 - 13:52
Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26 Noyabr 2026 - 13:43
Vaşinqton və NATO-dan sülh mesajı: Tramp və Rutte nələri danışdı?

Vaşinqton və NATO-dan sülh mesajı: Tramp və Rutte nələri danışdı?

26 Noyabr 2026 - 13:30
Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edilib

Bakıda tarixi binanın qapısının sökülməsi ilə bağlı protokol tərtib edilib

26 Noyabr 2026 - 13:16
Onlara gündə 100 manat ödəniləcək

Onlara gündə 100 manat ödəniləcək

26 Noyabr 2026 - 13:08
Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb – Pezeşkian

Sanksiyalar və müharibə ölkənin inkişafını dayandırmayıb – Pezeşkian

26 Noyabr 2026 - 13:00
Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Çin beynəlxalq avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək

26 Noyabr 2026 - 12:51
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşü başlayıb

26 Noyabr 2026 - 12:42
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

26 Noyabr 2026 - 12:17
Lukaşenko parlamentə qadınlarla bağlı amnistiya haqqında qanun layihəsi təqdim edib

Lukaşenko parlamentə qadınlarla bağlı amnistiya haqqında qanun layihəsi təqdim edib

26 Noyabr 2026 - 12:11
“La Repubblica”: Avropa qaz idxalında çatışmazlığı tam aradan qaldıra bilməyib

“La Repubblica”: Avropa qaz idxalında çatışmazlığı tam aradan qaldıra bilməyib

26 Noyabr 2026 - 11:58
Şoyqu Rüttenin Rusiyanın itkiləri ilə bağlı açıqlamasına münasibət bildirdi

Şoyqu Rüttenin Rusiyanın itkiləri ilə bağlı açıqlamasına münasibət bildirdi

26 Noyabr 2026 - 11:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.