"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Əmircan və əmircanlılar

23 Mart 2015 - 13:40
in XƏBƏR LENTİ
FacebookVatsap

Torpaq altında qalan tarix - Əmircan və əmircanlılar - FOTOLAR

Bunu da oxuyun

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

Filippində 6,2 maqnitudalı zəlzələ olub

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

Gözümüzün önündə silinən tarix

Bu dəfəki reportajımız Bakının qədim yaşayış məskənlərindən biri sayılan Əmircan kəndindəndir. Tarixi mənbələrə görə, kəndin qədim adı Xilə olub, sonradan isə dəyişiklik nəticəsində Əmircan adını alıb. Rəvayətə görə, Xilə sözü burada yaşayan Xilə tayfasının adından götürülüb. Bəzi mənbələrdə isə bu tayfa Hillə tayfası kimi də təqdim olunur.
Bu qəsəbəyə diqqət ayırmağımızın səbəbi var. Qəsəbənin qədimliyi, tarixi və tarixi şəxsiyyətləri…
Qəsəbənin dar küçələri ilə gedirik. Namiq adlı bələdçimiz bizə tarixi yerləri böyük həvəslə göstərir. İlk getdiyimiz tarixi məkan Bünyadlılar məscididir.
Bünyadlılar məscidi yonulmuş sal daşlardan inşa olunub və səkkiz tağı var. Günbəz də bu tağlar üzərində dayanıb. Günbəzdə 16 pəncərə qoyulub. Bünyadlılar məscidinin interyeri çox sadədir.
Məscidin hər küncündə baxımsızlıq hiss edilir. Tarixi məscidi itirmək üzrəyik.
Məsciddə onun inşa tarixini göstərən daş kitabə də həkk olunub. Burada yazılıb: “Hacı Tağının atası Ağa Yusif. 1323-cü il (İslam tarixi ilə – red)”. Bu məscid əsasən qadınlar üçün nəzərdə tutulub.
Bünyadlılar nəsli qəsəbədə çox yaxşı tanınır. Hətta məscidi inşa etdirən şəxsin kötücəsi hələ də qəsəbədə yaşayır və biz həmin şəxslə də görüşdük. İlqar Bünyadov ulu babasından danışır: “Bu məscidi babamın babası Bünyadxan tikdirib. Məscid 1905-ci ildə inşa edilib. Həmin yer onun öz həyəti olub. Öz hesabına həyətində kənd camaatı üçün məscid tikdirib”. 
 
Yolumuzu digər bir tarixi məsciddən salırıq. Bu tikili neft milyonçusu Murtuza Muxtarovun adı ilə bağlıdır. Məscidin maraqlı tikilmə tarixçəsi var. 1901-ci ildə yerli əhali məscidin tikintisinə başlasa da, sonradan tikintini başa çatdırmaq üçün maliyyə vəsaiti tükənir. Əhali yardım üçün neft milyonçusu Murtuza Muxtarova müraciət edir. Milyonçu məscidin tikilməsi ilə maraqlanır və onun layihəsi üçün memarları dəvət edir. O, bir neçə memarla məsləhətləşdikdən sonra tikintinin başa çatdırılmasının xərcini öz üzərinə götürür.
1908-ci ildə məscid məşhur memar Zivərbəy Əhmədbəyovun layihəsi əsasında inşa edilir. Belə ki, məscidin memarı Zivərbəy Əhmədbəyov, ustası isə məşhur sənətkar Kərbəlayı Əhməd Səməd oğludur. Məscidin ikinci ustası isə Mirzə Məlik Abbasquludur. Hətta bu məscid SSR dövründə namaz qılmaq qadağan edildiyi üçün Səttar Bəhlulzadə adına ev muzeyi kimi də fəaliyyət göstərib.
Deyilənə görə, Əmircan məscidinə M.Muxtarov məxsusi olaraq müqəddəs «Qurani-Kərimi» hədiyyə edib. Hələ məscidin inşası zamanı həmin Quran kitabı Türkiyənin İstanbul şəhərində sifarişlə hazırlanıbmış. Məlumatlara görə, həmin Quran 25 kiloqram ağırlığındadır. İndi də Əmircan məscidində bu müqəddəs kitab əmanət kimi saxlanılır.
Məscidin axundundan icazə alıb, minarəyə qalxırıq. Minarədən qəsəbənin möhtəşəm görüntüsünü fotokameramızla qeydə alırıq.
Növbəti baş çəkdiyimiz yer Əmircan türbəsidir. Burada həm də Əmir Nizaməddinin məzarı yerləşir. Bu türbənin maraqlı bir hissəsi var. Qapısı insan boyundan çox kiçikdir. İçəri daxil olan şəxsin baş əyməsi üçün qapı bu formada düzəldilib. Əmir Nizaməddin Xilə kəndinin adlı-sanlı adamlarından biri olub.
Şirvan şahı və şeyxülislam o vaxtlar Xilənin adlı-sanlı şəxslərindən olan Əmir Nizaməddini əmir təyin edir. Əmir Nizaməddin XIV əsrdə bütün  Bakı mahalında tanınmış, savadlı, mütərəqqi fikirli şəxslərdən biri olub. Əmircan adı da məhz Əmir Nizaməddinin Əmirhac titulundan meydana gəlib. Onun məzarı də qəsəbədə yerləşir. Amma o da digər tarixi abidələr kimi baxımsız durumdadır.
Qəsəbədə eyni adda məscid də var. Nizaməddin məscidi qəsəbənin ən qədim  tarixi abidələrindən biri hesab edilir. Rəvayətlərə görə, bu məscidin altında “əmanət qəbirlər” adlanan məzarlıq var. Belə ki, tarixi dövrlərdə dünyasını dəyişən şəxslərdən bəziləri Kərbəlada və ya başqa uzaq yerlərdə dəfn edilməyi vəsiyyət ediblər. Onları həmin yerlərdə basdıra bilməyən mərhumun yaxınları, bu məscidin altında basdırırlarmış. Və bir müddət sonra imkan olarsa, məzarları vəsiyyət edilən yerə daşımağı nəzərdə tutublarmış. Amma onların heç biri daşınmayıb. Buna görə də, həmin məzarlıq “əmanət qəbirlər” adlanır.
Küçə ilə hərəkət edirik. Hasarlarda üzərində qədim nişanələri gəzdirən daşlara rast gəlirik.
Əmircan qəsəbəsində xalq rəssamı Səttar Bəhlulzadənin Ev Muzeyi də var. Amma onun qapıları hər zaman ziyarətçilər üçün qapalıdır. Sakinlər bundan çox narazıdırlar. Çünki Muzeyin qapıları çox zaman qapalı olduğu üçün qəsəbəyə gələn insanlar buranı ziyarət edə bilmirlər.
Qəsəbədə haqqında çox da məlumat ala bilmədiyimiz köhnə hamam da var. Buraya da baş çəkirik. Hamamın divarları, üst örtüyü məhv olmuş haldadır.
Əmircanda digər Bakı milyonçusu Şəmsi Əsədullayev də məscid tikdirib, amma həmin məscid sonralar dağıdılıb. Hazırda isə qəsəbədə Ş. Əsədullayevin məzarı yerləşir.
Qəsəbədə digər tarixi şəxsiyyət olan Tofiq Bayramın da məzarı yerləşir. 1934-cü ildə anadan olmuş Tofiq Bayram respublikamızın istedadlı lirik şairlərindəndir. T. Bayram vətənpərvərlik, məhəbbət haqqında gözəl  şerlər müəllifidir.  «Gərək  elə yanım», «Azərbaycan deyəndə», «Səninlə görüşəndə», «Əsrin oyunu», «Könlümdə yaşayanlar», «Məsləkim, silahım» və bir sıra şer kitablarının müəllifidir. Tofiq Bayram 1991-ci  ildə vəfat edib,  qəsəbədə böyük bir küçəyə və parka onun adı verilib.
Onun məzarının yanında isə Səttar Bəhlulzadənin büstü və məzarı yerləşir.
Ümumiyyətlə Əmircan qəsəbəsi tarix baxımından çox zəngindir. Hər küçəsi, hər köşəsində tarixin bir hissəsi var. Amma yerli sakinlərdən başqa bu dəyərin qiymətini bilən yoxdur. Təəssüf…
Reportaj zamanı qəsəbədə bir çox insanla söhbətləşdik. Ünsiyyət qurduq. Onların arasında Arif dayı üz cizgiləri ilə çox diqqətimi çəkdi. Onunla məscidin həyətində tanış olduq. Xoşsöhbəti ilə bizi özünə heyran qoydu. Öyrəndik ki, vaxtı ilə illər boyunca taksi sürücü işləyən Arif dayı, indi yaşlandığı üçün artıq işləmir. Amma qəsəbədə hamı onu tanıyır və xətrini çox istəyir.
Məhəmməd Türkmən
Fotolar müəllifindir
Previous Post

Əmircan və əmircanlılar

Next Post

Yağış Bakını “batırır” (FOTOLAR)

Bənzər yazılar

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

14 İyul 2026 - 21:27

Azərbaycan Prezidenti İlham Əliyevin adından iyulun 14-də Xankəndidə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin şərəfinə rəsmi nahar verilib. Elchi.az xəbər verir...

Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippində 6,2 maqnitudalı zəlzələ olub

14 İyul 2026 - 21:25

Filippinin cənubunda 6,2 maqnitudalı zəlzələ baş verib. Elchi.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilib. Qeyd...

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

14 İyul 2026 - 21:23

Serbiya Prezidenti Aleksandr Vuçiç "Cənub-Şərqi Avropa – Ukrayna" sammitində iştirak edəcəyini və bu çərçivədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək...

Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

14 İyul 2026 - 21:16

Paytaxtın Səbail və Nəsimi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar daha iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq...

Next Post

Yağış Bakını "batırır" (FOTOLAR)

Azərbaycana təslim olan erməni hərbçi: "Mənasız yerə ölməkdən qorxuram” (VİDEO)

Son xəbərlər

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

14 İyul 2026 - 21:27
Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippində 6,2 maqnitudalı zəlzələ olub

14 İyul 2026 - 21:25
Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

14 İyul 2026 - 21:23
“Qəbələ” yoxlama oyununda “Kəpəz”i məğlub edib

“Qəbələ” yoxlama oyununda “Kəpəz”i məğlub edib

14 İyul 2026 - 21:21
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

14 İyul 2026 - 21:16
Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib

Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib

14 İyul 2026 - 20:13
Çexiya İsrailin HHM sistemlərinin alınmasını müzakirə edir

Çexiya İsrailin HHM sistemlərinin alınmasını müzakirə edir

14 İyul 2026 - 20:10
DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

14 İyul 2026 - 19:29
Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb

Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb

14 İyul 2026 - 19:14
İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq

İngiltərə dünya çempionu olacağı halda 22 milyon avro mükafat alacaq

14 İyul 2026 - 19:06
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

14 İyul 2026 - 18:54
Azərbaycan və Böyük Britaniya parlamentariləri arasında görüş olub

Azərbaycan və Böyük Britaniya parlamentariləri arasında görüş olub

14 İyul 2026 - 18:49
“Barselona”ya ciddi itki: DÇ-2026-dan qayıdan Yonq 4 ay yaşıl meydanlardan kənarda qala bilər

“Barselona”ya ciddi itki: DÇ-2026-dan qayıdan Yonq 4 ay yaşıl meydanlardan kənarda qala bilər

14 İyul 2026 - 18:43
Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ekstradisiya edilib

Azərbaycanda saxlanılan Türkmənistan vətəndaşı ekstradisiya edilib

14 İyul 2026 - 18:38
Azərbaycan millisinin müdafiəçisinin ölkədən çıxışına icazə verildi

Azərbaycan millisinin müdafiəçisinin ölkədən çıxışına icazə verildi

14 İyul 2026 - 18:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.