"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

“Bazarstore” alıcıları necə aldadır?

16 Mart 2015 - 10:05
in İQTİSADİYYAT, İQTİSADİYYAT MANŞET
FacebookVatsap

img1767140Vitrindəki qiymətlərlə kassadakı qiymət arasında ciddi fərq var…

Bunu da oxuyun

“Brent” neftinin qiyməti 107 dolları ötüb

Bu günün valyuta məzənnələrini

“Bitcoin”in qiyməti yenidən 78 min dollara yaxınlaşıb

Manatın məzənnəsi dəyişdikdən sonra bir çox marketlər süni qiymət artımına başlayıb. Əhalinin narazılığını nəzərə alan, ən əsası isə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalardan, cərimələnməkdən qorxuya düşən bir sıra marketlər alıcıları aldatmaq yolunu seçiblər. Belə ki, bəzi marketlər ərzaqları piştaxtada bir, kassada isə başqa qiymətə satırlar.

 
Beləcə, mağazalar həm alıcını, həm də yoxlamaya gələn aidiyyəti qurumları aldatmış olur. Bu hal baş verən marketlərdən birinin də “Bazarstore” olduğu haqda söhbətləri nəzərə alıb yolumuzu bu marketdən saldıq. “Bazarstore”nin “28 Mall”da və Gənclik metrosu yaxınlığında yerləşən filiallarına baş çəkdik. 
Müşahidələrimiz deyilənlərin doğru olduğunu göstərdi. Mağazada piştaxtadakı qiymətlərlə kassadakı qiymətlər arasında 10-50 qəpik arası fərq vardı. Belə ki, “Nescafe”  paketlərinin bir ədədi vitrində 20 qəpik olduğu halda kassada 29 qəpiyə, 15 qəpiyə olan digər “Mackofe” kassada 20 qəpiyə, “Azərçay”ın vitrində kampaniyada olduğu və qiymətinin 82 qəpik olduğu qeyd edilsə də, kassada 1 manat 48 qəpikdən hesablanırdı. Həmçinin də düyü, qənd, yağ, şirniyyatların da vitrindəki qiyməti ilə kassada hesablanan qiyməti arasında böyük fərq vardı. Vitrində qiyməti 20 qəpik yazılan bir kofeni götürüb kassaya yaxınlaşdıq.
Kassadakı xanım 29 qəpik ödəməli olduğumuzu bildirdi. Vitrində 20 qəpik yazıldığını və nəyə görə 9 qəpik aldıqlarını soruşduqda kassir xanım “o qiymətlər köhnədi, dəyişdirəcəyik” – cavabını verdi.
Bu məqamda daha bir alıcı kassada qiymətin çox hesablandığını deyərək etiraz edirdi. Kassa qarşısında aldığı ərzaqları yığdığı zənbildən boşaldan alıcı kassir xanımdan yenidən qiymətləri hesablamasını tələb etdi. Hesablama nəticəsində alıcı yenə də bir az əvvəl eşitdiyi 38 manat 23 qəpik rəqəmlə rastlaşdı. Alıcı çaşqın bir halda ərzaqları yenidən yığaraq mağazanı tərk etdi. Görünür, aldadılan alıcı vitrindəki qiymətləri yadında saxlaya bilmədiyi üçün kassada ona necə iki qat qiymət hesablandığının çaşqınlığı içərisində idi.
“Bazarstore”də adının çəkilməsini istəməyən satıcı mağazada qiymət artımının olduğunu təsdiqlədi:“Qiymətləri bahalaşdırmışıq. Nə etməliydik axı? Baha alıb ucuz sata bilmərik. Bizə də baha gətirilir. Nə gizlədək, Novruz bayramına yaxın qiymətlər bir az da artacaq. Xüsusən də bayram alış verişi üçün zəruri olan qoz-fındığın, düyünün, quru meyvələrin, ətin qiymətində kəskin artım olacaq”.
Onu da qeyd edək ki, dəfələrlə bahalaşmanın yalnız xaricdən gətirilən məhsullara şamil ediləcəyi deyilsə də, yerli məhsulların da qiymətində nəzərə çarpacaq bahalaşma vardı.
Xatırladaq ki, bahalaşmanın bütün marketlərdə baş verdiyi halda iki marketin “Bazarstore” və “Makromarket”in adları süni qiymət artımı olan marketlərin sırasına aid edilmirdi. Bu da alıcıları sevindirir və həmin marketlərə üz tutanların sayını artırırdı. Ancaq göründüyü kimi, alıcıların sevinci uzun sürmədi. “Makromarket” kassada alıcıları aldatmasa da, qiymətlərdə müəyyən artımlar edib.
“Bazarstore” isə qiymətləri vitrində ucuz yazmaqla alıcıları aldatmaqla daha çox pul qazanmaq qərarına gəlib. Həmçinin, supermarketdə yerli istehsal olan və istehsalçı şirkət tərəfindən bahalaşmadığı açıqlanan ərzaq məhsullarının da qiymətində bahalaşma müşahidə etdik.
“Bazarstore”vitrində başqa kassada isə başqa qiymət yazaraq alıcıları aldadan ilk market deyil. Eyni hal “Neftçilər” metrosu yaxınlığındakı “Qarabağ”, Nərimanov rayonundakı “Çinar”, Xətai rayonunda yerləşən “Ümid” marketlərdə, “Grandmart”da da baş verib.
“Çinar” və “Ümid” market cəzalandırılsa da, bunun kimi onlarla marketlər hələ də alıcıları aldatmağa davam edir.
Günel MANAFLI
Fotolar müəllifindir



Previous Post

“Bazarstore” alıcıları necə aldadır?

Next Post

Azərbaycanda avro və dollar ucuzlaşıb

Bənzər yazılar

“Brent” neftinin qiyməti 107 dolları ötüb

“Brent” neftinin qiyməti 107 dolları ötüb

14 Sentyabr 2026 - 09:47

Dünya bazarlarında neft kəskin bahalaşıb. Elchi.az xəbər verir ki, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 2,68 dollar və ya 2,56%...

Bu günün valyuta məzənnələrini

Bu günün valyuta məzənnələrini

14 Sentyabr 2026 - 09:20

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Elchi.az-ın məlumatına görə, sentyabrın 14-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə...

“Bitcoin”in qiyməti yenidən 78 min dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti yenidən 78 min dollara yaxınlaşıb

14 Sentyabr 2026 - 09:00

Kriptovalyuta bazarında son sutka ərzində qarışıq dinamika müşahidə olunur. Elchi.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,40%...

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14

Bank olmayan kredit təşkilatlarında (BOKT) gündəlik kredit borcunu restrukturizasiya edən müştəridən əlavə ödəniş tələb olunmayacaq. Elchi.az xəbər verir ki, bunu...

Next Post

Azərbaycanda avro və dollar ucuzlaşıb

Azərbaycanda avro və dollar ucuzlaşıb

Son xəbərlər

Hakan Fidan Azərbaycana səfər edəcək

Hakan Fidan Azərbaycana səfər edəcək

14 Sentyabr 2026 - 14:14
Ermənilər Bəstiçaya civə töküb?

Ermənilər Bəstiçaya civə töküb?

14 Sentyabr 2026 - 14:07
Almaniyada benzinin qiyməti rekord həddə yüksəlib

Almaniyada benzinin qiyməti rekord həddə yüksəlib

14 Sentyabr 2026 - 14:00
Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 132 mina, 426 PHS aşkarlanıb

14 Sentyabr 2026 - 13:30
DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

DİN: Ötən iki gündə 8 avtomat, 8 tüfəng aşkarlanıb

14 Sentyabr 2026 - 13:14
İran Avstriyaya etirazını bildirib

İran Avstriyaya etirazını bildirib

14 Sentyabr 2026 - 13:00
Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

Bakı metrosunda qatarların intervalı 2 dəqiqəyə endirilir

14 Sentyabr 2026 - 12:54
Koçaryana görüş qadağası qoyulub

Koçaryana görüş qadağası qoyulub

14 Sentyabr 2026 - 12:49
Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

Bakıda küləyə qarşı qabaqlayıcı tədbirlər görülür

14 Sentyabr 2026 - 12:38
FHN-in Aran Regional Mərkəzi təlim keçirib

FHN-in Aran Regional Mərkəzi təlim keçirib

14 Sentyabr 2026 - 12:29
İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

İlham Əliyevə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatı təqdim olunub

14 Sentyabr 2026 - 12:25
Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

Prezident İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul edib

14 Sentyabr 2026 - 12:21
Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 32 dərəcə isti olacaq

14 Sentyabr 2026 - 12:19
Pakistanda kömür mədənində faciə: Ölənlər və yaralananlar var

Pakistanda kömür mədənində faciə: Ölənlər və yaralananlar var

14 Sentyabr 2026 - 12:17
Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

14 Sentyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.