Taekvandoçumuz Beigi Herçeqani finala vəsiqöə qazanıb.
ANS PRESS-in məlumatına görə, o, yarımfinalda Portuqalidan olan Jolio Ferreyranı 6:2 hesabı ilə məğlub edib.
Beigi Herçeqani finalda Rusiya-İtaliya cütlüyünün qalibi ilə qarşılaşacaq.
…17:27…
İdmançımız Beigi Herçeqani Portuqalidan olan Jolio Ferreyra ilə qarşılaşır.
ANS PRESS-in məlumatına görə, yarımfinal qarşılaşması -80 kq çəki dərəcəsində keçirilir. Təmsilçimiz qələbə qazanarsa final vəsiqəsini təmin edəcək.
…16:10…
I Avropa Oyunları çərçivəsində taekvondo üzrə yarışlar davam edir.
ANS PRESS-in məlumatına görə, Azərbaycan təmsilçisi Beigi Herçeqani (-80 kq çəki dərəcəsi) Böyük Britaniyadan olan Lutalo Məhəmməd ilə münasibətlərinə aydınlıq gətirib.
Təmsilçimiz 1/4 final mərhələsində rəqibinə qarşı açıq aşkar üstünlük qurub. Görüşü vaxtından avvəl bitirən təmsilçimiz Lutalo Məhəmmədi 17:5 hesabı ilə məğlub edib. Aradakı xal fərqi 12-ni keçdiyi üçün döyüş 3-cü raundda yarımçıq bitib. Nəticə etibarilə taekvondoçumuz yarımfinala vəsiqə qazanıb.
Xatırladaq ki, Beigi Herçeqani bundan öncə Serbiyadan Damir Fejziclə ilkin raundda üzləşib. İdmançımız 12:0 hesablı qələbə qazanaraq adını 1/4 finala yazdırmışdı.
İspaniyanın “Barselona” klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. Elchi.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi...
İngiltərənin "Arsenal" klubu İspaniyanın "Atletiko Madrid" komandasının hücumçusu Xulian Alvaresi transfer etmək niyyətindədir. Elchi.az "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki,...
Son şərhlər