"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Laçının təhsil sistemi ağır durumda

13 Mart 2015 - 12:48
in CƏMİYYƏT
FacebookVatsap

Malik Vəliyevin məktəblərlərinin çoxunun yalnız adı var

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Sosial müavinətlər artırılacaq

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

Laçının təhsil sistemi ağır durumdaQəzetimizin ötən saylarında biz dəfələrlə ölkənin təhsil sistemində həyata keçirilən əsaslı islahatlar və bu islahatların bir çox məqamlarda artıq özünü büruzə verən müsbət nəticələri barədə materiallar dərc etmişik. Lakin həmin materiallarda biz belə bir faktı da vurğulamışıq ki, bu sahədə islahatların səmərəliliyi çox vaxt respublikada həyata keçirilən antikorrupsiya tədbirlərinin effektivlik göstəricilərindən bilavasitə asılı olur. Həmçinin biz dəfələrlə belə bir faktı da xüsusi olaraq qeyd etmişik ki, respublikanın Təhsil Nazirliyi hələ də rəhbərlik etdiyi sahənin korrupsiyanı mühafizə edən kadrlardan təmizlənməsi işində qəti mövqe nümayiş etdirmir. Ötən saylarımızda biz redaksiyamıza daxil olan məlumatlar əsasında hazırlanmış və Laçın rayon Təhsil Şöbəsinin müdiri Malik Vəliyevin yarıtmaz fəaliyyətindən bəhs edən bir neçə tənqidi məqalə dərc etmişik. Məlum olduğu kimi Laçın Rayon Təhsil şöbəsi Ağcabədi rayonu Taxta körpü qəsəbəsində fəaliyyət göstərir. Şöbənin tabeliyində 5 məktəbdənkənar təhsil müəssisəsi (Uşaq Gənclər İdman Məktəbi, Uşaq Gənclər Şahmat Məktəbi, Uşaq Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi ), 118 ümumtəhsil məktəb vardır. Ümumtəhsil məktəblərinin 83-ü tam orta, 31-i ümumi orta, 4-ü isə ibtidai olmaqla 10804 nəfər şagird kontingentini özündə cəmləşdirir. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 1983 müəllim məşğul olur. Bu məktəblərdən 53-ü Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində, 31-i Ağcabədi, 14-ü Bərdə, 20-si isə respublikanın digər rayonları ərazisində fəaliyyət göstərir. Artıq qeyd etdiyimiz kimi Laçın rayon Təhsil Şöbəsi üçün xarakterik olan qanun pozuntularından biri yalnız kağız üzərində mövcud olan məktəblərin fəaliyyəti ilə bağlıdır. Bu tip tədris müəssisələrinin fəaliyyəti əsasən köhnə tarixlə təsdiqlənmiş saxta sənədlərin verilməsi, əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqi ilə dövlət vəsatlərinin mənimsənilməsi üzrə istiqamətləndirilir. İddialara görə Malik Vəliyevin İsmayıllı rayonunda və Gəncə şəhərində “saxladığı” doqquzillik məktəblər məhz bu qəbildən olan müəssisələrdir. Digər tərəfdən isə real məktəb və uşaq bağçalarından yığılan aylıq pullar, həmin müəssisələrin ehtiyacları üçün ayrılmış vəsaitlərin mənimsənilməsi halları da aldığımız məlumatlarda ətraflı əks olunmuşdur. Daha sonra daxil olan məlumatda Malik Vəliyevin Laçın təhsilinin başına açdığı oyunlar, məktəblərdə dərs saatlarının alver predmetinə çevrilməsi, şöbə müdirinin məktəb direktorlarına aylıq haqq kəsməsi və digər bu qəbildən olan ittihamlardan söz açılır. İddia olunur ki, müəllimlər dərs saatı almaq üçün Malik Vəliyevə rüşvət verməyə məcbur qalıblar. RTŞ müdiri isə rəhbərlik etdiyi qurumu öz şəxsi şirkəti kimi idarə edir. Bu xüsusda aldığımız məktublardan birində oxuyuruq: “Hər tədris ilinin başlanğıcında sinif alverinə başlanır. Malik Vəliyev aylıq qoyduğu məbləği “düzgün” verməyən məktəbdən sinifləri kəsərək, özünə yaxın direktorlara satır”. Məlumatlarda həmçinin bildirilir ki, şöbə müdiri rayon məktəblərinin hər birinə aylıq haqq qoyub. Bu “haqq”ın məbləği isə hər məktəbdən 500-1000 manat civarında müəyyənləşdirilib. Malik Vəliyev bütün məktəb direktorlarına göstəriş verib ki, onlar ay ərzində şöbəyə deyilən məbləği gətirməlidirlər. Yəni, ibtidai və digər az müəllimi olan məktəb direktoru 500, orta məktəblər isə 1000 manat Malik Vəliyevə ödəməlidirlər. Əks təqdirdə direktorlar tutduğu vəzifələrindən qovulacaqları ilə hədələnirlər. Və yaxud da pul verməyən məktəblərdə dərs saatları aşağı salınır. Vəzifəsindən və şərlənməyindən qorxan məktəb direktorları isə RTŞ müdirinin hədə-qorxuları qarşısında məcbur qalıb həmin məbləği hər ay ödəməli olurlar. Mənbənin bildirdiyinə görə, məktəb direktorları həmin məbləği müəllimlərin aylıq maaşlarından tutmalı olurlar. Direktorlar hər ay müəllimlərin əmək haqqından 10-20 manat civarında tutmaqla bu məbləğin bir hissəsini düzəldə bilirlər. Qalan məbləğ isə şagirdlərdən yığılan vasait hesabına “düzələrək” şöbə müdiri Malik Vəliyevin cibinə gedir… (bizimdovr.az)

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

Previous Post

Laçının təhsil sistemi ağır durumda

Next Post

Cavid Qurbanov vağzallarda kütləvi söküntüyə başlayır, obyektlər bağlanacaq – (Fotolar)

Bənzər yazılar

Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Noyabr 2026 - 12:30

Sabah hava necə olacaq? Noyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və...

Sosial müavinətlər artırılacaq

Sosial müavinətlər artırılacaq

05 Noyabr 2026 - 11:32

2027-ci ildə məcburi dövlət sosial sığortası hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, 3 yaşınadək...

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

05 Noyabr 2026 - 11:25

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır. Elchi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev 2027-ci il...

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

05 Noyabr 2026 - 11:14

İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində olacaq. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin...

Next Post

Cavid Qurbanov vağzallarda kütləvi söküntüyə başlayır, obyektlər bağlanacaq - (Fotolar)

Cavid Qurbanov vağzallarda kütləvi söküntüyə başlayır, obyektlər bağlanacaq - (Fotolar)

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

DTX dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

DTX dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

05 Noyabr 2026 - 12:38
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

05 Noyabr 2026 - 12:30
Şuşa – qəhrəmanlığın rəmzi

Şuşa – qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 - 12:26
İran müharibəyə hazırlaşır,təyyarələri dağların altına köçürür

İran müharibəyə hazırlaşır,təyyarələri dağların altına köçürür

05 Noyabr 2026 - 12:14
Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

05 Noyabr 2026 - 12:03
Aksizə cəlb olunan mobil cihazların dairəsi dəqiqləşdirilir

Aksizə cəlb olunan mobil cihazların dairəsi dəqiqləşdirilir

05 Noyabr 2026 - 11:56
“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

“İkinci əl” avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir

05 Noyabr 2026 - 11:47
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

05 Noyabr 2026 - 11:40
Sosial müavinətlər artırılacaq

Sosial müavinətlər artırılacaq

05 Noyabr 2026 - 11:32
Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

Gələn il orta aylıq pensiyanın 640 manat olacağı proqnozlaşdırılır

05 Noyabr 2026 - 11:25
İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

İşsizlikdən sığorta fondunun xərcləri 319 milyon manatdan çox olacaq

05 Noyabr 2026 - 11:14
DSMF-nin gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub

DSMF-nin gələn il üçün proqnozlaşdırılan gəlir və xərcləri məlum olub

05 Noyabr 2026 - 11:00
Gələn il üçün ehtiyac meyarı məlum olub

Gələn il üçün ehtiyac meyarı məlum olub

05 Noyabr 2026 - 10:57
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

05 Noyabr 2026 - 10:49
ABŞ-da daha bir helikopter qəzası: Ölən və yaralananlar var

ABŞ-da daha bir helikopter qəzası: Ölən və yaralananlar var

05 Noyabr 2026 - 10:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.