"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Neft bahalaşsa belə, vəziyyət yaxşı olmayacaq” – Ekspertdən bədbin proqnoz

10 Mart 2015 - 16:45
in XƏBƏR LENTİ
FacebookVatsap

“Neft bahalaşsa belə, vəziyyət yaxşı olmayacaq” - Ekspertdən bədbin proqnoz

Bunu da oxuyun

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İlham Şaban: “2015-2019-cu illərdə neft hasilatı orta hesabla ildə təqribən 1 milyon ton səviyyəsindən aşağı düşəcək”

Dünya bazarlarında neft yenə ucuzlaşır. “Qara qızıl”ın ucuzlaşmasına səbəb kimi “Goldman Sachs” bankının qiymətlə bağlı neqativ proqnozu göstərilir.
Martın 10-da dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,78 faiz, yaxud 0,39 dollar bahalaşaraq, 50,00 dollar təşkil edib. Birjalarda “Brent2 markalı xam neftin qiymətində isə azalma müşahidə olunub. Belə ki, “Brent”in bir barelinin qiyməti 2,05 faiz və ya 1,20 dollar ucuzlaşaraq, 58,53 dollara olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 57 dollar/barel olacağı təxmin edilir.
Qeyd edək ki, ABŞ-ın “Goldman Sachs” bankının analitikləri neftin qiyməti ilə bağlı bədbin proqnoz veriblər. Analitiklər hesab edirlər ki, dünya bazarında neftin qiyməti kəskin olaraq, ucuzlaşacaq və 1 barrelə görə 40 dollara düşəcək.
Mütəxəssislər mənfi dinamikanı əsas gətirərək, belə bir qənaətə gəliblər ki, qısamüddətli perspektivdə neftin qiymətlərində azalma qaçılmazdır. WTI markalı neftin dəyərinin azalması “qara qızıl” ehtiyatlarının artımı fonunda baş verir.
“Hələlik biz 2015-ci ildə tələbatın bərpasını proqnozlaşdırmağa davam edirik. Biz güman edirik ki, fəallığın ardıcıl olaraq, zəifləməsi qışın sonuna təsadüf edəcək”, – deyə analitiklər bildirirlər.
Mütəxəssislərin fikrincə, OPEK-in baş katibi Abdulla əl-Bədrinin son bəyanatları neftin qiymətinin ucuzlaşmasının qarşısını alır. Baş katib bəyan edib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ABŞ-da şist neftin və digər ölkələrdə neftin hasilatının davam etdirilməsi təhlükəli vəziyyət yaradır. O, əlavə edib ki, hazırkı vəziyyət neft şirkətlərində investisiyaların azalmasına gətirib, çıxaracaq. Abdulla əl-Bədri bazarda qiymət artımını dəstəklədiyini söyləyib.
Yerli ekspertlər isə Azərbaycanla bağlı proqnozlarını tez-tez açıqlayırlar. Onlar bildirirlər ki, Azərbaycanda neft hasilatı özünün pik, yəni zirvə nöqtəsinə 2010-cu ildə çatıb. Həmin il ölkədə 50,8 milyon ton neft hasil edilmişdi ki, bunun da 40,6 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından hasil edilən “qara qızılın” payına düşürdü.
Son 5 ildə neft hasilatı 17,5 faiz azalaraq, 2014-cü ilin yekunu olaraq, 41,9 milyon ton səviyyəsinə enib (32,2 milyon ton AÇG). “Caspian-Barrel”in hesablamalarına görə, ortalama olaraq, hər il neft hasilatı 1,78 milyon ton və ya 13 milyon barel azalıb. AÇG-də hasilatın azalma tempinə gəldikdə isə, 2014-cü ildə 2010-cu illə müqayisədə hasilat 22,4 faiz aşağı düşüb. Yəni AÇG-də neft hasilatının azalma tempi Azərbaycan üzrə azalma tempini xeyli üstələyib. AÇG-də neft hasilatı 2010-cu ildə 40,6 milyon ton, 2014-cü ildə isə 31,5 milyon ton olub.
“Azərbaycanda isə neft gəlirlərinin zirvə nöqtəsi 2011-ci ildə qeydə alındı. Neft gəlirləri dedikdə Azərbaycan Dövlət Neft Fonduna daxilolmaları nəzərdə tuturuq. Neft Fondunun daxilolmalarında AÇG-dən gələn gəlirlər təqribən 95 faiz təşkil edir. Neft və qaz satışından olan daxilolmalarda isə bu göstərici 98 faizə qədər yüksəlir. Sual oluna bilər ki, nədən gəlirlər 2011-ci ildə artdı? Axı, həmin il AÇG-də hasilat 12,8 faiz aşağı düşmüşdü. Məsələ bundadır ki, hasilatın aşağı düşməsi məhz qiymətlərin dünya bazarında artması ilə kompensasiya edilmişdi. Əgər 2010-cu ildə Brent markalı neftin 1 barelinin orta qiyməti 79,50 dollar olmuşdusa, 2011-ci ildə bu göstərici 111,26-dək yüksəlmişdi. Yəni illik qiymət artımı 39,95 faiz təşkil etmişdi”, – deyə ekspert İlham Şaban bildirib.
Onun sözlərinə görə, 2011-ci ildə Neft Fondu 19,8 milyard dollar vəsait qazanmaqla, 2001-ci ilin yayında fəaliyyətə başladığı dövrdən sonra gəlirlərinin pik səviyyəsinə çatdı. Fond 1999-cu il 29 dekabrda təsis edilib. Ancaq praktik fəaliyyətə faktiki olaraq, 1.5 il sonra başlayıb. Bundan sonra onun gəlirləri ilbəil azalmağa meyillənib.
“Ötən ilin yekunlarına əsasən, Azərbaycanda neft gəlirlərinin həcmi 2010-cu il göstəriciləri səviyyəsinə düşdü. Cari ildə isə Neft Fondunun büdcəsi kəsirlə icra olunacaq. Hələ kəsirin hansı səviyyədə olacağı barədə indidən proqnoz vermək çətindir. Çünki hökumət may ayında dünya bazarlarında neftin qiymətinin aşağı olacağı təqdirdə, yenidən dövlət büdcəsinə dəyişiklər edə və Neft Fondundan əlavə vəsaitlərin transferlər edilməsi haqda qərar çıxara bilər. Ancaq bir şey aydındır ki, hökumət neftin orta ixrac qiymətini 90 dollardan proqnoz edərək, Neft Fondunun gəlirlərinin 10,246 milyard manat səviyyəsində dəyərləndirmişdi. Əgər neftin orta qiymətinin 60 dollar çıvarında olmasını proqnoz etsək və cari ildə hasilatın 1 milyon tondan çox azalacağına dair hökumət proqnozunu da əsas kimi götürsək, onda Neft Fonduna 2015-ci ilin yekunu olaraq, daxilolmaları 8,5 milyard dollar ətrafında gözləmək olar. Ancaq Neft Fondunun xərcləmələri cari il üçün xeyli çoxdur. Hətta manatın 34 faiz ucuzlaşmasından sonra yaranacaq “xeyiri” belə nəzərə alsaq, yenə də Fondun kəsiri indiyə qədər görünməmiş bir həddə olacaq. İndiki kursla təqribən 4 milyard dollar olacaq. Ümid etmək olar ki, 2016-cı ilin əvvəlinə Neft Fondunun aktivləri 32 milyard dollardan artıq səviyyədə qalacaq”, – deyə İ.Şaban vurğulayıb.
Ekspertin sözlərinə görə, hökumətin proqnozları və reallıqlar arasında kifayət qədər fərqlər yaranır: “Reallıq isə onu göstərir ki, hazırda Azərbaycan neft və kondensatının 81 faizini hasil edən “BP-Azerbaijan” şirkətinin hasilatı ilbəil azalır. Azərbaycan geoloqları hesab edirlər ki, “Azəri-Çıraq-Günəşli” bloku BP tərəfindən intensiv hasilata məruz qalıb. ACG-nin tammiqyaslı işlənməsi zamanı, 2005-2014-cü illərdə bu yataqdan 263,8 milyon ton neft hasil edilib. Ümumilikdə isə 1997-2014-cü ildə 354 milyon ton və ya 2 milyard 620 milyon barel neft laylardan çıxarılıb. Bunun nəticəsində də layların neftverimliyi azalıb. Digər mütəxəssislər hesab edirlər ki, xarici şirkətlərin layları intensiv işləməsi müqavilənin kommersiya şərtlərindən doğan müddəalardan irəli gəlir. Belə ki, xarici şirkətlər yatağı intensiv işlətməkdə mənfəət bölgüsü baxımından, onların xeyrinə daha çox olan zamanda maraqlı olurlar. Bu, həm də ona görə edilir ki, qoyulan sərmayə daha tez qaytarılsın. Bundan sonra xarici şirkətlər hasilatın artırılmasına o zaman maraq göstərirlər ki, yatağa kifayət qədər kapital xərcləri qoyulsun. Bu xərclər kifayət qədər olmayanda isə hasilat azalır. Bu məsələnin bir tərəfidir.
Digər tərəfi isə layların özünün sulaşmasının artması və bununla əlaqədar xərcərin çoxalması məsəlidir. Yəni qarşıdakı 5 ildə AÇG-də bizi həm orta hesabla hasilatın ildə 700-750 min ton, 4 milyon barelədək azalması, həm də istismar xərclərinin artması gözləyir. Bunun nəticəsində də Neft Fonduna daxil olan gəlirlər kifayət qədər azalacaq. Məhz buna görə də, neftin qiymətinin artması arzusunda olanlar bilməlidirlər ki, hətta neftin qiyməti 4-5 il sonra 2013-cü il səviyyəsində – yəni 110 dollara qədər yüksələrsə belə, bu, o demək deyil ki, Azərbaycanın yenə əvvəlki kimi geninə-boluna xərcləməyə kifayət edəcək qədər vəsaiti olacaq. Çünki ölkə üzrə 2015-2019-cu illərdə neft hasilatı orta hesabla ildə təqribən 1 milyon ton səviyyəsində aşağı düşəcək. Belə ki, neftin qiymətlərindən asılı olaraq, o zaman Neft Fondunun aktivləri 20 milyarddan da aşağı səviyyəyə düşə bilər”.
İ.Şaban həmçinin vurğulayıb ki, Azərbaycan qazının “Şahdəniz-2” layihəsi çərçivəsində gətirəcəyi dividendlərə isə 2020-ci ildə “göz dikmək” yersizdir. Çünki ilk beşillikdə və ola bilsin ki, daha çox müddətdə onun gətirəcəyi gəlirin əsas hissəsi xarici şirkətlərin yatırımlarının ödənilməsinə yönəldiləcək.
Previous Post

“Neft bahalaşsa belə, vəziyyət yaxşı olmayacaq” – Ekspertdən bədbin proqnoz

Next Post

ABŞ “Belorusneft”ə qarşı sanksiyaları ləğv edib

Bənzər yazılar

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17

İrlandiya vətəndaşlıq almaq üçün ölkədə yaşama müddətini beş ildən səkkiz ilə artırmaq niyyətindədir. Elchi.az xəbər verir ki, bu barədə "Irish...

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14

ABŞ-nin "İnter Mayami" klubunun argentinalı futbolçusu Lionel Messi və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən Kriştianu Ronaldu karyerasını başa vuran...

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossinin bu ölkənin nüvə obyektlərində yoxlama aparılması ilə bağlı çağırışına cavab verib...

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43

Boliviyanın Viaça şəhərində hərbi texnikaya xidmət mərkəzinin ərazisində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Elchi.az "Unitel"ə istinadən...

Next Post

ABŞ “Belorusneft”ə qarşı sanksiyaları ləğv edib

ABŞ “Belorusneft”ə qarşı sanksiyaları ləğv edib

Son xəbərlər

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

Türkiyədə ağır qəza olub, ölən və yaralananlar var

07 Sentyabr 2026 - 23:43
“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

“Oasis”in səsyazma arxivi 2,2 milyon dollara hərraca çıxarılıb

07 Sentyabr 2026 - 23:42
İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir

07 Sentyabr 2026 - 23:17
Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

Messi və Ronaldu Karlos Tevesin vida matçında eyni komandada meydana çıxacaqlar

07 Sentyabr 2026 - 23:14
ABŞ Kubaya 178 milyard dollar zərər vurub

ABŞ Kubaya 178 milyard dollar zərər vurub

07 Sentyabr 2026 - 23:12
Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir

07 Sentyabr 2026 - 23:09
İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

İran BAEA yoxlamaları üçün ABŞ hücumlarının dayandırılmasını tələb edib

07 Sentyabr 2026 - 23:07
Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

Boliviyada hərbi obyektdə partlayış nəticəsində ölənlərin sayı 7-yə çatıb

07 Sentyabr 2026 - 21:43
Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

Gürcüstan və Qazaxıstan Orta Dəhlizdə yük dövriyyəsinin artırılmasını müzakirə edib

07 Sentyabr 2026 - 21:42
“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

“Formula 1″in keçmiş rəhbəri Berni Ekklstounun baqajında ov tüfəngi aşkarlanıb

07 Sentyabr 2026 - 21:40
“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemini transfer edib

07 Sentyabr 2026 - 20:30
Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

Ərdoğan: Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq

07 Sentyabr 2026 - 20:16
Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb

07 Sentyabr 2026 - 20:14
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb

07 Sentyabr 2026 - 20:11
“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

“Azneft” İB-nin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

07 Sentyabr 2026 - 20:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.