"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Hakimiyyətin danışan dili — ƏLİ HƏSƏNOV

10 Mart 2015 - 15:52
in MANŞET
FacebookVatsap

eliu-300x185.jpg

Bunu da oxuyun

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri

Heydər Əliyevin qurduğu ilkin komandada hər kəsin ucdantutma səmimi və layiqli (tutduğu vəzifə etibarilə) olduğunu söyləmək məncə sadəlöhvlük olardi. Təbii, tarixə baxış acısından. Ayrıca, bu heç mümkün olan bir şey də deyildi. Çünki Azərbaycanı 1 illik hakimiyyətləri ilə siyasi viranlığa çevirənlər Ulu Öndərə bu kontekstdə seçim imkanı qoymamışdılar. Əldə olanlarla işləmək lazım idi. Vəssalam. Və bu nüans sonrakı proseslər üçün də təsirsiz ötüşmədi…

Yəqin Heydər Əliyevin AzTV ilə Azərbaycan xalqına etdiyi gecə müraciətini (çağırışını) çoxları xatırlayır. Saat 2 olardı. Atam taksi çağırdı və biz də Prezident Aparatının qarşısına getdik.

Ora çatanda artıq Rəhbər çıxış edirdi. Bir yanında Surət Hüseynov, digər yanında Rəsul Quliyev, arxa tərəfində isə Rövşən Cavadov…

Hə… bəlkə də kənardan eyni adlı mənzərə komanda görkü, birlik nümayişi kimi görünürdü. Amma yox! – Bu bir həlqə idi. Heydər Əliyev ətrafına dolanan həlqə. O həlqə ki, namərdliyi, nakişiliyi, nankorluğu simvolizə edirdi. O həlqə ki, gələcək naxələflər üçün təməl daşı atırdı…

Heydər Əliyev möhtəşəm idi! Gerçəkdən. Məğrur duruşu və bəlağətli nitqi ilə on minləri ovsunlamışdı. Aha, məhz on minləri. Gecə vaxtı Ulu Ondəri həlqəyə alan məmur triosunun bu dəfə özü həlqədə idi. Xalq tərəfindən. Bu millət Heydər Əliyevi bir tək müxalifətdən, xarici düşmənlərdən deyil, həm də bir addımlığındakı naxələflərdən də qorumağa gəlmişdi…

Bir baxdım ki, Prezident Aparatının divarları boyunca gizlin – gizlin, asta – asta qurd sürüsünə bənzər insan toplusu üzü bu tərəfə yürüyür. Əvvəl elə bildim qvardiya – filandı, mülki geyimdə köməyə gəliblər. Ta o vaxta qədər ki, atam yanındakı tanışına 2 kəlmə səsləndi: “Alçaqlar qayıdırlar….”

“Hə müəllim, qayıdırlar. Hələ çoxları qayıdacaq. Hələ bu mənzərələri çox seyr edəcəyik.. Hələ zaman-zaman çox xəyanətkar öz simasını bəlli edəcək” – qarşı tərəf də bu cavabı verdi. Həm də qeyri – adi bir əminliklə…

Və…. mən sonradan biləcəkdim ki, atamgilin “alçaq”, “xəyanətkar” – deyə xitab etdiyi dəstə Heydər Əliyevin artıq devrildiyini zənn edərək aradan çıxan, nəhayətində isə dövlət çevrilişi – filan olmadığını görüb “uslu-uslu” geri qayıdanlarmış…

Atamla bayaqdan söhbət edən tanış isə…Əli Həsənov imiş.

Cənab Prezidentin hazırda ictimai – siyasi məsələlər üzrə köməkçisi olan – Əli Həsənov…

Əli müəllimi ilk dəfə belə tanıdım. Və həmin mitinqdən geri qayıdarkən elə yoldaca atam mənə bu insan haqda daha bir maraqlı məlumat verdi: “O, Heydər Əliyevə qarşı təpkilərin və AXCP rəhbərliyinin dözümsüzlüyünün ən pik vaxtında Ulu Öndərin rəsmini jest olaraq təyyarə salonuna keçirib. Əlində saxlayıb. Onun haqqını müdafiə edib. Üstəgəl, tələbə ikən. Halbuki bu addım ona hər an həyatı bahasına başa gələ bilərdi…”

***

Mən yazıya girişi təsadüfən məmur xatırlatması ilə başlamadım: Çünki dövlətin “açar” təyinatlı fiqurlarıdır onlar. Eyni zamanda vətəndaşla hakimiyyət arasında əlaqələndirici vasitə. Və bəzən həmin məmurlardan birinin ən sadə məsuliyyətsizliyi və ya xəyanəti bütöv bir hakimiyyətə olmazın bəlalar, ya da məhrumiyyətlər yaşada bilər… Yaşadıb da.

Kimləri görmədik ki?! Əli İnsanovundan tutmuş “Quska”sına qədər… Hansısa dini təriqətə qoşulub ağlıni itirənlərdən tutmuş bir an içində xarici dövlətlərin cibinə girən mənəviyyatsızlara qədər…

Fəqət, bir də simasını dəyişməyən, bəzən öz kişiliyinin bədəlini yüz cür əsəb və gərginliklə ödəyən məmurlara da rastladıq. Üstəgəl, onlar bir tək obrazlarını, sifətlərini qoruyub saxlamadılar, həm də vuruşdular. Heydər Əliyev ideyaları yaşasın, İlham Əliyev təklənməsin deyə vuruşdular. Sona qədər mərdcə vuruşdular…

***

Əli Həsənov sata-sata gəlib, sonradan Heydər Əliyevçi olanlardan deyil. Ya da kiminsə, kimlərinsə hesabına haqq etmədiyi “kreslo”nu zəbt edənlərdən.

Əli müəllim 32 yaşında Yeni Azərbaycan Partiyasının ideologiya şöbəsinə rəhbərlik edib. Bu çox ciddi göstəricidir. Və əgər Heydər Əliyev kimi dahi 32 yaşlı gənci bu yaşda belə bir məsuliyyətlə üzbəüz qoyurdusa, ona münasibətdə belə bir güvən sərgiləyirdisə, demək ki düşündüyü, bildiyi, planladığı nələrsə varmış…

Əli Həsənov düz 20 ildir media və ictimai – siyasi təşkilatlarla işləyir. Üstəgəl, baxmayaraq ki, mən də bu camiənin üzvüyəm, yenə bir etirafı etmək məcburiyyətindəyəm: Ölkənin ən böyük “həşərat”ları məhz eyni adlı sektorda cəmlənib.(bu sözü dəyərli insanlar öz adı üzərinə almasın. Təbii, istisnalar var) Onların tökdüyü zəhləni, çürütdüyü məsələni, etdiyi xırdaçılığı kimsə etməz, edə bilməz. Və ümumiyyətlə məlum təbəqə ilə işləmək insandan fundamental səbr, fenomenal soyuqqanlıq, yüksək manevr imkanlı ağıl tələb edir.

Əli Həsənov hökümətin danışan dilidir. Bunu hakimiyyətdə də, kənarda da hər kəs bilir və etiraf edir. Onsuz mümkün deyil. O olmadan çox ciddi boşluqlarla üzləşir hökümət. Üstəgəl, əməlli axsayır. Ciddən! Məsələn, adam sıradan bir məzuniyyətə çıxsın, anındaca aləm dəyəcək bir – birinə. Məhz dəyəcək. Niyə? Çünki əvəzləyici yoxdur. Bəlli xəttləri, keçilməz həddləri, diplomatik kodeksi, mövzuya düzgün yanaşma tərzini məmur elitasında Həsənov qədər mükəmməl mənimsəyən ikinci bir şəxs mövcud deyil. Kaş olaydı. Amma yoxdur. Nə təəssüf ki, yoxdur.

Əli Həsənov bir tək öz yerinə danışmır. O həm də qaş düzəldən yerdə vurub göz çıxaran bəzi ağzı və dili göyçək məmurların səhvini düzəldir, onların adi bir açıqlama ilə qatıb – qarışdırdığı məsələləri, mövzuları tənzimləyir, kompensasiya edir…

Əli Həsənovun düşmənləri çoxdur. Bu ölkədə təmiz reputasiyalı, istedadlı, ağıllı insanların hər biri kimi Əli Həsənovun da “düşmənləri” çoxdu. Və bu söylədiyimin əyanı sübutunu dəfələrlə görmüşəm, Əli müəllim haqda onun 1 faizi belə olmayacaq, ola bilməyəcək vicdansızların nə qədər yalnış mükalimə yürütdüyünü seyr etmişəm. Fəqət, həmin naxələflərin varlığından və kimliyindən bəs -bəlli xəbərdar olan, onları əlinin içi kimi tanıyan Əli Həsənov bir dəfə də olsun özünə rəva bilib bu mövzuların üzərinə getməyib, o şərəfsizlərin səviyyəsinə enməyib, böyüklüyünü qoruyub saxlayıb. Və hətta bildiyim qədər ona bütün ömrü boyu pislik edənlərin fiaskosuna, ifşa olunmağına, işdən çıxarılmağına belə sevinməyib Əli müəllim. Sadəcə təəssüflənib, bu insanların yalnışlığı, yazıqlığı, bədbəxtliyi adına təəssüflənib…

Əli Həsənov bu ölkənin ən sadə məmurlarından, ən kübar insanlarından biridir. Onun zərrəsi belə olmayanlara yüz cür köməkçi, katibə, “oxran”, sürücü vasitəsilə çıxarkən, Əli müəllimə çox rahat formada, bir zənglə çıxmaq olur. Bu adam ən yorğun, ən gərgin halıyla da qarşısındakını incitmir, onunla acı və kobud davranmır, səs tonunu dəyişmir, səbrinə hakim olur.
***

Azərbaycanın məmur elitası hazırda 2 qrupa bölünüb:

1) Hakimiyyəti sevdirənlər

2) Bu hakimiyyətə qarşı cəmiyyətdə ikrah hissi oyadanlar…

Əli müəllim birinciləri təmsil edir. Hərçənd ikinci qrup birinciləri əzmək üçün nə zamandır çaba sərgiləməkdədir. Amma alınmır. İllərin cəhdi nəticə vermir. Çünki Əli Həsənov kimi məmurları hələ tükədə, bitirə bilməyiblər. Və İnşallah bunu heç bir zaman bacarmayacaqlar!

***

Son söz əvəzi: Çox hörmətli Əli müəllim! – Yazını əslində sizin dövlətçilik fəaliyyətinizə deyil, insanlıq fəlsəfənizə həsr etmək istəyirdim. Hətta bu məzmunda 2-3 abzas yazmışdım belə. Fəqət, sonra fikrimdən daşındım, kənardan düzgün anlaşılmaz, bayağı görünər deyə ehtiyat etdim. Ələlxüsus da sizin təvazökarlığınızı nəzərə alaraq! Və ardınca Aktual.az-da bu yazı ərsəyə gəldi. Amma…yenə rahatlamadım. Tam səmimi deyirəm. Çünki bəzi məqamlar var ki, onları rəsmi şəkildə, kitab sözləri ilə, trafaret üsulla, şablon qaydada çatdırmaq olmur. Odur ki, 1-2 cümləlik də olsa rəsmiyyətdən çıxmaq məcburiyyətindəyəm:

… Bir dəfə həyat yoldaşınız Sizin 50 illiyinizə həsr olunan müsahibədə məmur Əli Həsənovun deyil, ailə başçısı Əli Həsənovun təsvirini vermişdi. Və o müsahibədə belə bir sitat vardı: “Bu insan kövrək kinolara belə baxa bilmir. Çünki dərhal gözləri dolur və sonra da tezcə eyvana çıxıb həmin göz yaşlarını yüz bəhanə ilə hamıdan gizlətməyə çalışır…”

…Yəqin xatırlarsınız, atamın ölümündən dərhal sonra məni qəbul etdiniz. Elə ordan-burdan, dəfndən-filandan üç cümlə danışmışdım ki, baxdım bayaqkı Əli Həsənovdan əsər-əlamət yoxdur. Gah eynəyini o yan-bu yana fırladı, gah əlinin altındakı kağız – kuğuzların yerni dəyişdi, gah katibə qıza tapşırıq verdi. Əlqərəz, hər şey elədi. Ki, bircə onun açıq-aydın sezilən kövrəkliyini görməyim…

Odur ki, Sona xanım məni öz fikirləri ilə təəccübləndirməmişdi…

Dəyərli Əli müəllim!

Zaman – zaman sizi çox yormuşam. Bütün problemlərimdən dolayı üzərinizə qaçmışam. Bəzən utanmadan, anlamadan, düşünmədən dalbadal zənglər etmişəm, subardinasiya qaydalarını pozmuşam. Hamısını bilirəm. Fəqət, bütün bu illər ərzində bir dəfə də olsun səhvlərimi, şıltaqlığımı, ərköyünlüyümü özümə xatırlatmadınız, üz çevirmədiniz, münasibət dəyişmədiniz, məni ümidsiz, gümansız qoymadınız…

Və hesab edirəm bu fikirlərin onlarla, yüzlərlə, minlərlə gəncin, sizə ehtiyacı olan insanların timsalında təsdiqi var.

Gec də olsa hər şey üçün təşəkkürlər…!

Çox hörmətli Əli müəllim!

55 yaş bir tək rəqəmlərin baş–başa qaldığı məqam deyil. Bu həm də ən gözəl günlərin, ailə, övlad, nəvə sevincinin, dövlət və gələcək uğruna yaşamağın, daha doğrusu yaşamaq məcburiyyətinin işartısıdır…

Lütfən səhhətinizi, əsəblərinizi qoruyun!

Hər nə qədər çətin olsa da qoruyun!

Sizə çox ehtiyacımız var…

Ad gününüz mübarək..!!!

(Aktual.az)

Previous Post

Hakimiyyətin danışan dili — ƏLİ HƏSƏNOV

Next Post

Suriyalı müxaliflərin yeraltı xəstəxanası -Foto

Bənzər yazılar

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

06 Noyabr 2026 - 21:33

Qırğız Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan...

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

Rutte: Ukrayna sülh naminə ərazi güzəştlərinə getməli olacaq

06 Noyabr 2026 - 19:00

NATO-nun Baş katibi Mark Rutte Niderlandın "NPO 1" telekanalının efirində çıxış edərkən Rusiya ilə münaqişənin nizamlanması çərçivəsində Ukraynanın ərazi məsələsində...

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

Maskdan Zelenskinin tənqidlərinə CAVAB

06 Noyabr 2026 - 14:00

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin baş direktoru İlon Mask "SpaceX"-in Ukraynaya yardım göstərməklə səhv etdiyini iddia edən bir məqalə...

ƏHD Partiyasının təbrik bəyanatı

ƏHD Partiyasının təbrik bəyanatı

06 Noyabr 2026 - 12:01

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb. ƏHD Partiyası mətbuat xidmətindən Elchi.az-a verilən məlumata görə,...

Next Post

Suriyalı müxaliflərin yeraltı xəstəxanası -Foto

Suriyalı müxaliflərin yeraltı xəstəxanası -Foto

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.