"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

"Vaşinqton Əliyevə stavka etdi" – (Moskva Nulandın səfərindən narahatdır)

26 Fevral 2015 - 21:32
in SİYASƏT
FacebookVatsap

Vaşinqton Əliyevə stavka etdiABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana, Gürcüstana və Ermənistana bu günlərdə baş tutan səfəri Rusiyada dərhal narahatlıq doğurmuşdu.

Doğrudur, Rusiya rəsmiləri bu səfərə hər hansı reaksiya vermədilər, ancaq Kremlin əsas təbliğat ruporu olan “Rossiya Today” agentliyi Nulandın səfərinə dair operativ təhlillə çıxış edərək bunu Vaşinqtonun Cənubu Qafqaz regionunda yenidən fəallaşmaq, region ölkələrindən Rusiyaya qarşı siyasətində yararlanmaq səyləri ilə izah etmişdi.

Bunu da oxuyun

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Virtualaz.org saytı xəbər verir ki, bu səfərdən 10 gün keçəndən sonra digər nüfuzlu Rusiya kütləvi informasiya vasitəsi – Kremlin nəzarətində olan lenta.ru portalı Nulandın Qafqaz ölkələrinə hansı məqsədlə gəldiyinə dair məqalə ilə çıxış edib.

“Pirojna dağlara. Viktoriya Nuland Azərbaycan, Gürcüstan və Ermənistana niyə getdi” başlıqlı həmin məqalədə xeyli maraqlı məqamlar var və onun tərcüməsini oxuculara təqdim edirik:

***

ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland Cənubi Qafqaza turne həyata keçirdi. Fevralın 16-da Bakıya uçan xanım Nuland iki gün sonra İrəvana gəldi, bundan qabaq isə yolüstü Tiflisə baş çəkdi.

Hər ölkədə cəmi bir gün ləngidi, ancaq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından tutmuş Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Pyotr Poroşenkonun müşaviri təyin edilməsinə qədər region üçün əhəmiyyət daşıyan geniş spektrdə məsələlərə münasibət bildirməyə vaxt tapdı.

Onun səfəri Amerikanın Qafqaz siyasətinin əsas prioritetləri baxımından əhəmiyyətlidir. Bundan əlavə Nulandın səfərindən az əvvəl Ermənistana, Azərbaycana və Gürcüstana Amerikanın yeni səfirləri Riçard Mills, Robert Sekuta və Con Baas gəldilər. Bütün bunlar bəzi analitiklərə Amerikanın regiona dair siyasətində yanaşmanın dəyişdiyini deməyə əsas verdi.

Viktoriya Nuland Rusiyada daha çox 2014-cü ildə Kiyev Maydanında çörək-bulka məmulatları paylaması ilə məşhurlaşıb, Qafqazda isə Amerika diplomatiyasının “Qırmızıpapağı” hələlik heç kimi öz əli ilə yedirtməyib. Ancaq yerli fəallarla və müxalifətçilərlə hər halda görüşüb.

Hələlik toxunmamaq

Bakıda Nuland XİN rəhbəri Elmar Məmmədyarovla və ölkə prezidenti İlham Əliyevlə məsləhətləşmələr apardı. Azərbaycana tərəf dişqıcayan diplomat kimi başlayan və sonra bu ölkəyə tərəf reverans edən dövlət katibinin köməkçisi Dağlıq Qarabağda saxlanılan iki ölkə vətəndaşı Quliyev və Əsgərovun “humanitar jest” kimi qayarılmasına çağırdı.

Bunun ardınca münaqişə tərəflərinə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşin tezliklə dayandırılmasına çağırış edildi.

Belə görünür ki, Cen Psakinin bu günlərdə həmin azərbaycanlıların geri qaytarılmasına dair bəyanatından başqa bu istiqamətdə amerikalılardan real addım gözləmək yersizdir. 20 ildən çoxdur ABŞ Minsk Qrupunun həmsədridir.

Bununla blə 2014-cü ilin yayında təmas xəttində vəziyyət növbəti dəfə kəskinləşəndə bəzi ekspertlər bunun arxasında amerikalıların dayandığını deyirdi. Bu nəzərdə tutulurdu ki, Rusiyanın cənub sərhədlərində daha bir müharibə ocağı Kremli Ukraynanın cənub-şərqində geri çəkilməyə məcbur edə bilərdi. Gərginliyi Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin avqustda Soçidə baş tutan görüşü yumşaltdı.

Dağlıq Qarabağa dair deklorasiya xarakterli bəyanatlardan başqa Nuland ABŞ-ın “Cənub qaz dəhlizi”inə dəstəyini ifadə etdi. Amerikalıların düşüncəsinə görə “Şahdəniz” qazını Rusiyadan yan keçməklə Avropaya nəql etməyi nəzərdə tutan bu dəhliz “Köhnə dünya”da Rusiyanın enerji daşıyıcıları inhisarına son qoymağa imkan verəcək.

Qısamüddətli perspektivdə tək Azərbaycan qazı rəqabət üçün yetərli deyil, ancaq yeni qaz kəməri infrastrukturu Mərkəzi Asiyadan enerji daşıyıcılarının Avropaya nəqli üçün işə yaraya bilər. Azərbaycan-Amerika-Avropa enerji şəbəkəsinin birgə xarakterini qeyd edən amerikalı diplomat işarə etdi ki, Rusiyanın “Türk axını” layihəsi  heç də alternativsiz olmayacaq. Bu da ABŞ-ın geosiyasi maraqlarına tam uyğun gələcək.

Əlbəttə, əgər Nuland gəlirsə, haradasa yaxınlıqda yerli vətəndaş cəmiyyəti nümayəndələrinin fiqurlarının ortaya çıxması da qaçılmazdır. Budur, elə oradaca bir çoxları tərəfindən Amerika-Azərbaycan münasibətlərinin formatının dəyişməsi kimi dəyərləndirilən hadisə baş verdi.

Məsələ ondadır ki, əgər əvvəllər respublikanın informasiya məkanında bu və ya digər intensivliklə “rəngli inqilab” hazırlıqları haqda mövzu ortaya çıxırdısa və Amerika tərəfi onun qrantları hesabına fəaliyyət göstərən fəallara lazımi diqqət ayırırdısa, bu dəfə fəalları küsdürdülər, onlara demək olar ki, diqqət ayırmadılar. Onlarla görüş cəmi 15 dəqiqə çəkdi və ancaq formal bəyanatlar səsləndi.

Nuland ölkədə insan haqlarına dair vəziyyəti yüksək qiymətləndirdi, əlavə etdi ki, rəngli inqilablar ancaq hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun olmadığı ölkələrdə mümkündür.

Əvvəl Azərbaycan hakimiyyəti QHT-lərə qarşı sərt mövqe nümayiş etdirirdi, indi isə Dövlət Departamentinə inansaq, Azərbaycanda dialoq ortadadır. Ona görə də rəngli inqilablar təxirə salınır. Üstəlik ABŞ vətəndaş cəmiyyətinin dəstəklənməsində Avropa Şurası ilə yaradılmış analoji orqanlara paralel olaraq Azərbaycanla yaradılacaq ikitərəfli strukturlar çərçivəsində iştirak edəcək. İstər-istəməz Ukrayna müxalifəti ilə hakimiyyəti arasında əldə olunan və ABŞ prezidenti Barak Obama tərəfindən “brokered by USA” olaraq xarakterizə olunan sövdələşmə yada düşür.

Nulandın Tiflisə yola düşməsi yerli politoloqların və KİV-lərin belə təntənəli şərhləri ilə müşayiət olundu ki, Amerika deyəsən, Azərbaycanla qarşılıqlı münasibətlər formatını nəhayət ki, dəyişir.

Hər şeydən görünür ki, Vaşinqton doğrudan da insan haqları məsələsində Bakıya təzyiqləri yumşaldır, ancaq situasiya istənilən vaxt asanlıqla əks tərəfə yönəl nilər. Hətta bəzi geosiyasi güzəştlərə gedən və qısamüddətli fasilə əldə edən indiki hakimiyyət də özünü təhlükəsiz hesab edə bilməz. Belə ki,səfərin yekunlarına əsasən Amerikanın tədris proqramları çərçivəsində əməkdaşlığı genişləndirmək nəzərdə tutulur.

Deməli, gələcək Azərbaycan elitasının bir çox nümayəndələri demokratiyanı ABŞ ərazisində və məzh Amerikanın izahında öyrənəcək.

Sıravi Saakaşvilini xilas etməli

Gürcüstan paytaxtı isə Nulandı daha isti qarşıladı. Prezident Georgi Marqvelaşvilinin və baş nazir İrakli Qaribaşvilinin, xarici işlər naziri Tamara Beruçaşvilinin şəxsində ölkə rəhbərliyinin Nulandla söhbətinin leytmotivini baş nazirin bu sözləri ilə müəyyən etmək olar: “Gürcüstan bir nömrəli strateji tərəfdaşı ilə münasibətlərini dərinləşdirmək üçün hər şeyi edir”.

Öz növbəsində Viktoriya Nulandın vədi ilə desək “ABŞ Gürcüstandakı indiki demokratik prosesləri yüz faiz dəstəkləyir, habelə ölkənin Avropa İttifaqına və NATO-ya inteqrasiyasına, ərazi bütövlüyünə tam dəstək verir”.

Amerika tərəfi Gürcüstanın hüquq-mühafizə orqanlarında islahatlara öz ekspertlərini cəlb etməyə hazırdır. Hüquq-mühafizə orqanlarının hərəkətlərindən Nulanda yerli müxalifətçilər şikayət ediblər, bunu da deməyi yaddan çıxarmayıblar ki, Rusiya Gürcüstan üçün “düşmən”dir.

Birləşmiş Ştatların indiki gürcü hakimiyyəti ilə beynəlxalq axtarışa verilən keçmiş prezidenti Mixail Saakaşvili arasındakı münaqişədə öz üzərinə götürdüyü vasitəçilik rolu da simptomatikdir.

Saakaşvili Ukrayna prezidentinin müşaviri təyin olunandan sonra iki ölkə arasında münasibətlərdə müəyyən anlaşılmazlıqlar yarandı.

Viktoriya Nuland isə yeri gəlmişkən, bütün suallara aydınlıq gətirdi: “Ukrayna xaricdən reformaların keçirilməsində yaxşı təcrübəsi olan ekspertlər və müşavirlər axtarır. Bu, Ukrayna üçün də, Gürcüstan üçün də mühüm məqamdır. Mən gürcüləri və ukraynalıları bir-birini dəstəkləməyə çağırıram, siz bir-birinizə lazımsınız”.

Və doğrudan da tərəflər bir-birlərini dəstəklədilər. Heç bir sutka da keçməmiş Gürcüstanın ədliyyə nazirinin Ukrayna tərəfinin Saakaşvilinin ekstradisiyasından imtinasına dair qərarını anladığını və buna hörmətlə yanaşdığını bildirən bəyanatı yayıldı. Gürcüstan və Ukrayna arasında narazılığı yerindəcə həll edən Nuland İrəvana yola düşdü.

Gələcəyə peçenye

Ermənistan üçün Nulandın səfərinin xüsusi əhəmiyyəti var idi. Bu səfər haqda ölkədə ən ciddi daxili siyasi gərginliyin yaşandığı bir vaxtda elan edildi. Nüfuzuna görə ikinci ən böyük partiya olan “Firavan Ermənistan”ın lideri, oliqarx Qaqik Tsarukyanla prezident Serj Sərkisyan arasında toqquşma praktiki olaraq bütün siyasi qüvvələri öz orbitinə çəkdi.

Müxalifətin ümummilli mitinqi fevralın 20-nə təyin edildi, İrəvanın Azadlıq meydanında qərbyönümlü müxalifət və QHT-lərin döyüş ruhunu yüksəltmək üçün Amerika peçenyesi çox yerinə düşərdi.

Ancaq son anda münaqişə edən tərəflər məsələni qanun çərçivəsində yoluna qoymağa qərar verdilər. Dövlət katibinin köməkçisinin təyyarəsi İrəvana enəndə Ermənistanda peçenye yedirtməyə artıq heç kim yox idi.

Nuland ölkənin yüksək rəhbərliyi ilə görüşdü, prezident Serj Sərkisyanla və xarici işlər naziri Edvard Nalbəndyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını, ikitərəfli münasibətləri və “erməni genosidi”nin 100 illiyinə hazırlıq tədbirlərini müzakirə etdi.

Ermənistanda ABŞ-ın işləri qonşu ölkələrdə olduğu kimi elə də hamar getmir. 2015-ci il, yanvarın 1-dən Ermənistan Avrasiya İttifaqının üzvü olub, bu da Vaşinqtonla İrəvan arasında dialoq formatına təsir etməyə bilməzdi.

Bununla bağlı olaraq erməni siyasi fəallarına diqqət ayrıldı, onlarla görüş isə bağlı qapılar arxasında keçirildi. Heç kimə sirr deyil ki, ölkədə Amerika qrantlarının əhəmiyyətli hissəsini müxtəlif növ QHT-lər və “vətəndaş təşəbbüsləri” mənimsəyir. Elə bu strukturlardan da İrəvanla Moskva arasında münasibətləri korlamaq üçün bəhanə kimi istifadə olunur. Bilavasitə Nulandla görüşün iştirakçılarından daxil olan məlumata əsasən Vaşinqton qərb vektorunun erməni tərəfdarlarının işlərinin nəticəsini qeyri-kafi qiymətləndirib.

Nə Gümrüdə Avetisyanlar ailəsinin qətli, nə Moskva ilə inteqrasiya əleydarlarının səyləri küçələrə Avrasiya şüarları ilə insan kütlələrinin çıxarılmasına səbəb olmadı.

Ona görə də Ermənistanda yerli vətəndaş  cəmiyyəti sektoru ilə iş metodunun dəyişəcəyi elan edildi. Maliyyələşməyə yenidən baxılacağı və ayrılan vəsaitlərin xərclənməsinə nəzarətin gücləndiriləcəyi bildirildi.

Yeni səfir Riçard Millsə tapşırıq verilib ki, keçmiş səfirin qeyri-hökumət strukturları ilə iş praktikasındakı nöqsanları düzəltsin. Cənab Millsin belə təcrübəsi var. O, Bağdadda Amerikanın demokratiyanın inkişafı və insan haqları proqramlarını kurasiya edib. Bu məqsədlər üçün onun iştirakı ilə 320 milyon dollardan çox pul ayrılıb. Budur, nəticə yoxdur, İraqda vətəndaş cəmiyyəti istənilən halda formalaşmayıb.

Əgər Nulandın turnesinin nəticələrini maksumum qısa dəyərləndirmək lazım gəlsə, qeyd etmək olar ki, onun Gürcüstana səfəri ölkə daxilində qüvvələrin düzülüşündə xüsusi dəyişikliyə səbəb olmadı. Azərbaycanda isə Birləşmiş Ştatlar bütün əlamətlərə görə indiki hakimiyyətə stavka etdi, ən azından onun Amerikanın xarici siyasətinin mühüm geostrateji aspektləri üzrə əməkdaşlığa hazır olduğu müddətdə.

Ermənistanda isə sürprizlərə hazır olmaq lazımdır. Hələlik hakimiyyət qərbmeylli qüvvələri nisbi nəzarətdə saxlaya bilir. Gələcəkdə buna nail olacaqmı? Böyük sualdır…

Previous Post

"Vaşinqton Əliyevə stavka etdi" – (Moskva Nulandın səfərindən narahatdır)

Next Post

İcra başçısı ilə nazirin qızıl bazarında saxtakarlıq izləri

Bənzər yazılar

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub

03 İyun 2026 - 18:56

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, Bakıda hər iki ölkənin hərbi hüquqşünaslarının işgüzar...

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

Aİ-nin Azərbaycan nümayəndəliyi: İkitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib

03 İyun 2026 - 18:31

Avropa İttifaqı (Aİ) və Azərbaycan tərəfdaşlığın 30 illiyini qeyd etdiyi bir vaxtda "Tərəfdaşlıq Prioritetləri" sənədinin mətnini ilkin olaraq yekunlaşdırıb və...

Next Post

İcra başçısı ilə nazirin qızıl bazarında saxtakarlıq izləri

İcra başçısı ilə nazirin qızıl bazarında saxtakarlıq izləri

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Aİ Çin şirkətlərini hədəf alıb

Aİ Çin şirkətlərini hədəf alıb

04 İyun 2026 - 16:32
Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa Liqası üçün heyəti açıqlandı

04 İyun 2026 - 16:24
“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib – FOTO

04 İyun 2026 - 16:10
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib – VİDEO

04 İyun 2026 - 16:03
Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.