"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

AZAL "Neftçi"yə qəsdən məğlub olub? – OYUN ALVERİ

25 Fevral 2015 - 14:19
in İDMAN
FacebookVatsap

AZAL Neftçiyə qəsdən məğlub olubDünən Topaz Premyer Liqasının III turundan təxirə salınmış AZAL – “Neftçi” görüşü maraqlı düşüncələrə təkan verdi. “Ağ-qaralar”ın vurduğu erkən qol futbolsevərlərə məhsuldar görüşə şahidlik edəcəkləri ümidi versə də, arzuları puç oldu. 

Bunu da oxuyun

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

“Neftçi”nin start heyətinə nəzər yetirdikdə sağ cinah yarımmüdafiəçisi mövqeyində Samir Məsimovun çıxması da maraqlı məqamlardandı. Niyə? Ona görə ki, baş məşqçi Arif Əsədov “elə futbolçular var ki, oyuna əvəzetmədən daxil olarkən daha faydalı olurlar. Samir də məhz bu cür oyunçulardandı”, demişdi. Görünür Məsimov AZAL-la qarşılaşmada “bu cür oyunçular” statusunu “gözlənilmədən” itirib. AZAL və “Neftçi”ni birləşdirən əsas məqam hər iki kollektivin iki cəbhədə mübarizə aparmasıdı. Söhbət Premyer Liqa və ölkə Kubokundan gedir. Yuxarıda qeyd etdiyimiz məqamların təsadüfən alınması, yumşaq desək, təəccüblüdü. Yox-yox, “tutulmayan oğru deyil”, məsəlini qabardaraq, kimisə ittiham etmək fikrində deyilik. Sadəcə, Kubokun ¼ final mərhələsində AZAL-la “Neftçi”nin üz-üzə gələcəyini və “əl əli yuyar, əl də üzü”, prinsipinin yaşanacağını istisna etmirik. Bizim borcumuz şübhəli məqamları futbol ictimaiyyətinə çatdırmaqdı. Aidiyyatlı qurumları da silkələməkdi ki, əgər belə hal baş verəcəksə, indidən qarşısı alinsın. Alınacaqsa əgər. Axı, “Neftçi”nin danışılmış oyunlarla bağlı adı bir neçə dəfə hallanıb. Buna illər öncə Tovuzdakı “Turan” “Neftçi” oyununu misal gətirmək olar. İndi qayıdaq əsas məsələyə…

“Neftçi”nin avrokuboklara Premyer Liqa vasitəsi ilə yollanması daha real görünür. Ötən ilin bürünc mükafatçısı hazırda 3-cü pillədədi. Ən yaxın izləyicisi “Simurq”dan 7 xal öndə olan Avropa Liqasının qrup mərhələsində iştirak etmiş ilk Azərbaycan klubu de-fakto “bürünc”ü təmin edib. Özü də bu rahatlıq məhz “təyyarəçilər”lə görüşdən sonra yarandı. Əks halda həm Zaqatala təmsilçisi, həm də AZAL “bürünc” iddialarını irəli sürə bilərdilər. Kubokda isə nə desən baş verə bilər. Elə həmin AZAL da, büdrədə bilər(di), yarımfinalda isə “Simurq” da, “İnter” də, “Xəzər Lənkəran” da, “Qəbələ” də, “Qarabağ” da. Ağrımayan başını nəyə görə ağrıtmalısan ki? Heç kim təminat verə bilməz ki, “Neftçi” Kubokda adlarını sadaladığımız rəqibləri ikioyunluq dueldə sıradan çıxara biləcək. Kubok oyunu həmişə çempionat qarşılaşmalarından fərqlənib. Deməli, avrokuboklara aparan yolda “ağ-qaralar” üçün ən münasibi Premyer Liqadı. Üstəlik tale elə gətirib ki, Premyer Liqanın son turunda bu komandalar yenidən üz-üzə gələcəklər. Deməli, dünənki, oyun daxil 6 xala görə sonu bəlli olmayan Kubokdan əl çəkmək daha məntiqlidi. Mayın 28-də baş tutacaq son tur isə “Neftçi” üçün taleəhəmiyyətli ola bilər.

Bəs AZAL? “Təyyarəçilər” üçün çempionatda 4-cü yeri tutmaq onsuz da müşkül məsələdi. Kubokda isə yarımfinala yüksəldikdən sonra finala cəmi bir addım qalır. Dişini-dişinə qıcayıb finala da yüksəlmək mümkün görünür. Həlledici oyunda isə çempionla görüşsələr faktiki olaraq “Avropa pəncərələri” “təyyarəçilər”in üzünə açılır.  Başqa sözlə, “qız evi də, oğlan evi də” bu sövdələşmədən razı qalmalıdı.

Əlbəttə, ¼ finalda qələbə qazanaraq, “Neftçi” bu mülahizələri alt-üst etmək imkanına malikdi. Belə olacağı təqdirdə hamıdan çox sevinən də biz olarıq. Çünki yarışın taleyi meydanda həll olunmalıdı, kabinetlərdə yox.

İndi isə “Neftçi”nin üzərinə düşən bir məsələ var ki, futbol içtimaiyyətini dünənki oyunun müzakirəsindən yayındırmaq. Baxın, əgər dünənki qarşılaşmada hakimin Kardozonu təhqir etməsi məsələsi olmasaydı “ağ-qaralar” mütləq başqa bir “əmma” ilə diqqəti oyunun müzakirəsindən yayındırmağa çalışacaqdılar. Bəli, hakimin futbolçunu təhqir etməsi yolverilməzdir. Əgər “Neftçi”nin əlində belə bir fakt varsa mütləq hakim cəzalanmalıdı. Amma Kardozonun bunu iddia etməsi bir az inandırıcı görünmür. Niyəsini də deyək.

“Ağ-qaralar” son zamanlar hər tur öncəsi və sonrası hay-həşir salmaqla futbol içtimaiyyətini o qədər bezirib ki, indi onların dediklərinə “köhnə nömrə” kimi heç kim təəcüblənmir. Necə deyərlər, “yalançının evi yandı heç kəs inanmadı”. Yaxşı, hakim cəzalansın deyək. Ay “Flaqman”, sənin Kardozon, Arazın, Ramosun, Elvinin və digər futbolçuların eşidilən və eşidilməyən dərəcədə hakimi söymür? Kardozonun oyun vaxtı hakimə öz dilində  ana söyüşünü dəfələrlə eşitmişik. Təkcə futbolçu səviyyəsində yox, dəfələrlə “Neftçi” rəsmilərinin hakimə hücum çəkməsinin və təhqir etməsini şahidi də olmuşuq. Hətta, klubun müşavirinin hakimbaşı Xaqani Məmmədovu da təhqir etməsi yaddaşlardan silinməyib. Siz söyəndə yaxşıdı, amma söyüşünüz bumeranq effekti verəndə pis olur? Xeyr ola?

İdman mətbuatına bu axmaq varıantlarınızı dürtməklə nəyə nail olmaq istəyirsiz?   Bütün hallarda əgər ortada təhqir sübutu varsa kimliyindən aslı olmayaraq cəzalanmalıdı. Bəs oyun alverçilərinin cəzasını kim verəcək? Onu da aidiyyatı qurumlardan gözləyək.

Danışılmış oyunlardan bütün dünya əziyyət çəkir. Hər yerdə var bizdə də var. Diğər ölkələrdə mübarizə mexanizmi də var, amma bizdə…

Vəziyyətdən aydın olur ki, bizdə söyüşlədi. Əgər belədirsə, biri də bizdən. Oyun alanın da, verənin də vicdanı olmaz. Vicdanı olmayanın vətəni, şərəfi olmaz./fanat.az

Previous Post

AZAL "Neftçi"yə qəsdən məğlub olub? – OYUN ALVERİ

Next Post

Böhran medianı da "vurdu": bir neçə iqtidaryönlü sayt bağlanır

Bənzər yazılar

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31

Son 10 ildə UEFA Çempionlar Liqasında iştirak edən klublar arasında heyətinin ümumi dəyəri ən aşağı olan komandaların siyahısı açıqlanıb. Elchi.az...

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54

La Liqa təmsilçilərindən “Barselona”nın 19 yaşlı yarımmüdafiəçisi Mark Bernal İngiltərə Premyer Liqasına keçə bilər. Elchi.az xəbər verir ki, bu barədə...

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39

İngiltərənin “Hall Siti” klubunun futbolçusu Sorba Tomas avtomobil qəzası keçirib. Elchi.az xəbər verir ki, hadisə Kottinqamdakı Millhaus Vuds şosesində baş...

Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

Premyer Liqa: “Neftçi” səfərdə “İmişli”yə qalib gəldi

11 Sentyabr 2026 - 18:40

Azərbaycan Premyer Liqasında V tura start verilib. Elchi.az xəbər verir ki, turun açılış günündə “Neftçi” səfərdə “İmişli” ilə qarşılaşıb. Yevlax...

Next Post

Böhran medianı da "vurdu": bir neçə iqtidaryönlü sayt bağlanır

Böhran medianı da "vurdu": bir neçə iqtidaryönlü sayt bağlanır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

Almaniyada Merzə qarşı üsyan qorxusu yaranıb

13 Sentyabr 2026 - 12:51
Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

Sabah Bakıda 31, rayonlarda 33 dərəcə isti olacaq

13 Sentyabr 2026 - 12:35
“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

“Starlink”in fəaliyyətdə olan peyklərinin sayı 11,1 mini ötüb

13 Sentyabr 2026 - 11:00
Diqqət! Bakıda bu yollar bağlıdır

Diqqət! Bakıda bu yollar bağlıdır

13 Sentyabr 2026 - 10:21
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR

13 Sentyabr 2026 - 10:00
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.