Moderator.az-a daxil olan videomateriala görə, Ağcabədi rayonunun “Taxtakörpü” qəsəbəsində məskunlaşmış Laçın rayon sakinləri qəsəbənin qarşısından keçən yolu bağlayıblar. Ağır şəraitdə yaşadıqlarını bildirən aksiya iştirakçıları deyiblər ki, onlar qaçqın və məcburi köçkünlər üçün mövcud olan ağır şəraitdən şikayət edirlər.
Əraziyə gələn polis əməkdaşları nəqliyyatın hərəkətini bərpa etmək istəyərkən müqavimətlə rastlaşıblar. Aksiya iştirakçıları Akif Səlimovdan Azərbaycan Prezidenti İlham Əliyevə şikayətçi olduqlarını, onun Laçın rayonuna icra başçısı təyin ediləndən indiyə qədər rayon sakinləri üçün heç bir görmədiklərini bildiriblər. Rayonda baş alıb gedən özbaşınalıqdan tutmuş, digər hadisələrə qədər hər şeyi əks etdirən bu narazılıqların əsas hədəfi isə icra başçısı Akif Səlimovdur.
Aksiya iştirakçıları Laçının icra başçısı Akif Səlimovun Ağcabədinin qış yataqlarında məskunlaşmış rayon sakinlərinə qarşı olan laqeyid münasibətinin ölkə prezidentinə çatdırılmasını xahiş edirlər. Tələblərində israrlı olduqlarını bildirən aksiya iştirakçıları əllərində Azərbaycan bayrağı və prezident İlham Əliyevin şəklini nümayiş etdiriblər.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərin Taif və Yanbu şəhərləri istiqamətində atdığı iki ballistik raketin zərərsizləşdiriliyini açıqlayıb. Elchi.az xəbər verir...
İspaniyanın “Betis” klubunun futbolçusu Troy Parrottun evi oğruların hücumuna məruz qalıb. Elchi.az xəbər verir ki, maskalı şəxslər şənbə günü “Barselona” ilə...
Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...
Rusiyanın Oryol şəhərinə Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində üç nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov...
Son şərhlər