"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Xalq artisti özünü necə təhqir etdi?..

08 Fevral 2015 - 13:52
in MƏDƏNİYYƏT
FacebookVatsap

“Qoşa həyat” layihəsində1423345574

Bunu da oxuyun

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

 

Onunla söhbət etmək istəyimin kökündə özünəməxsusluğu dayanırdı. Teatrda, televiziya tamaşalarında oynadığı rollar əsl sənətkar fədailiyinin göstəricisidir desək, yanılmarıq. Eşitdiyimə görə, həyatda da öz orijinallığı ilə seçilir. Elə bu səmimi reallıqları nəzərə alaraq, “Qoşa həyat” adlı yeni layihəmizin suallarını cavablandırır Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, xalq artisti Ağaxan Salmanlı.

 

– Ağaxan müəllim, necəsiz?

 

– Təşəkkür edirəm. Halımı xəbər alırsan, bəlkə sağlamlığımdan narahatsan? Yaşım artıq 74-ə meyillidir. Problem yoxdur, dizlərimdə cüzi nəsə var, o da bu yaş üçün heç nə deməkdir.

 

– Uzun müddətdir teatrdasınız. Özünüzü harada daha yaxşı hiss edirsiz: səhnədə, yoxsa tamaşaçıların arasında?

 

– Teatr bir xəlitədir. Bir çox komponentləri özündə ehtiva edir, o cümlədən tamaşaçıları da… Burada aktyoru tamaşaçısız, geyimsiz, qrimsiz, səhnəni aktyorsuz, işıqsız, musiqisiz, rejissorsuz, rejissoru dramaturqsuz, rəssamsız, aktyorsuz, tamaşanı isə tamaşaçısız heç cür təsəvvür etmək mümkün deyil. Bu birgə yaradıcılıq teatr deməkdir. Bu birliyə nail olanda özümü əla hiss edirəm.

 

Aktyor rola hamilə qalır

 

– Bəs evdə necə, teatrla bağlı hər hansı fikir, düşüncə sizi rahatsız etmir ki!

 

– Belə deyirlər, həm də təcrübəm təsdiqləyir ki, aktyor rola hamilə qalır. Əgər sevdiyi roldursa, dünyaya sevimli uşaq gətirir. Yox, əgər özünü zorlayıb, istəmədən, iş borcu kimi onu araya gətirirsə və yaradıcı prosesdə rola qarşı sevgi oyanmırsa, təbii ki, bəzi çatışmazlıqlar olur. Lakin aktyor obrazını tamaşaçıya təqdim edənə qədər hər yerdə onunla birgə gəzir.

 

– Müxtəlif rollarda oynamısınız. Səhv etmirəmsə, Ofeliya xanımla tərəf müqabili olub, “Mani-mani feliçita” oxuyub tamaşaçı rəğbəti qazanmısınız. Evdə xanımınız səhnədəki isti münasibətlərə görə sizi qısqanmayıb?

 

– Qısqanclıq bizim evdə arxaik bir məsələdir. Bizdə əsası olmayan yersiz ittihamlara gerilik, ağılsızlıq kimi baxılıb.

 

“Mənə deyən gərək, ay, eşşş….məbığ”

 

– Bəzən hər hansı tipaja görə aktyorun sözləri dillər əzbəri olur. Aktyor improvizələr edib rola rəngarənglik gətirir. Sizdə necə, belə hallar olubmu?

 

– Zaman-zaman olub… Teatr canlı sənətdir, qlobus fırlandıqca, deyilənlər unudulur, yeniləri gündəmə gəlir. Bu improvizələrim, təhkiyə kəlamlarım olub – “Fundamentin olsun, al…”, “Mənə deyən gərək, ay, eşşş….məbığ”, “Ə, bu millət deyəndi də!”, “Mne eto nado?!”, “Mani-mani feliçita”.

 

Burnu xortumlu, gözləri siçana bənzər

 

– Ağaxan müəllim, bəs hər hansı bir rolunuza görə sizi qınayan olubmu?

 

– Qınamaq məsələsi belədir; yaradıcılıqda hərənin öz yanaşması, öz görümü var. Bir hadisə birinə ibrətamiz , o birisinə ədəbsiz, bir başqasına gülməli gələ bilər. Əsas qınaqlar arabir olanda da, mütləq fikirləşib düzgün nəticə çıxarmağı bacarmaq zəruridir. Yoxsa obraz əcaib bir şeyə oxşayar – burnu xortumlu, bədəni timsah, ayaqları at, gözləri siçana bənzəyən mutant bir varlıq.

 

“Mne eto nado?!”

 

– Uşaqlarınız heç sizə görə sıxılıbmı? Məsələn, “gərək bu rolu oynamayaydınız, bizə sinif yoldaşlarımız lağ edir” və sair…

 

– Sıxıntı verən elə bir rolum olmayıb, lakin bir məqam var o da bəzən düzgün başa düşülmür. Məsələn,  “Ordan-burdan” televiziya tamaşası – tamaşaçılar bəzən onu birmənalı qarşılamırlar. Onu da deyim, sənətdə sözaltı mənalar bolluğu yarananda daha ləzzətli olur. Oynadığım Doktor Bayram qapının deşiyindən baxıb görür ki, Dumaya deputat seçilmək arzusunda olan neftxudanın bir arvadı burada, o birisi də beş uşaqla dəhlizdə durub. Bu iki faktın ağanın gələcək karyerasına vuracağı zərər göz qabağındadır, dözməyib deyir: “Bir arvadın orada, bu birisi dəhlizdə, mən də burada, mne eto nado?!” Təbii ki, Doktor Bayram həm də öz karyerasını düşünərək deyir bunu. Bəzən bunun başqa yozumunu tapanlar da olur.

 

– Ümumiyyətlə, səhnədən kənar hansı işlə məşğul ola bilərdiniz?

 

– Çox işlə. Gənclik vaxtlarımda mühasib işləmişəm. Fars və ərəb tərkibli sözlərin mənasını lüğətsiz çevirmək bacarığım var. Evdə xarratlıqdan tutmuş, çilingərlik, dərzilik, tikinti, rəngsazlıq və sairə işlərin öhdəsindən məharətlə gəlirəm. Belə, necədü?!

 

– Heç evdə, ailədə aktyorluğunuz işə yarayıbmı?

 

– Yox. Səhnədən kənar səhnəm olmayıb, yoxdur, bacarmaram da.

 

– Fəxri adlar məsələsi…. Bu sizi qıcıqlandırmır ki?

 

– Hər dövrün öz tələbləri var. Bu günün tələbləri keçmişdəki kimi deyil. Ona görə də heç təəccüblənməyə dəyməz. Ancaq ola bilər ki, heç yerdə  tanınmayan gənc bir aktyor sabah elə bir möhtəşəm uğura imza atsın ki: Milli Qəhrəmanlarımızdan birinin rolunu yaratsın, Mehdi Hüseynzadə səviyyədə, yaxud ondan da artıq , məsələn, Mübariz İbrahimovun obrazını yaratsın, ümumxalq sevgisini bir anda qazanıb xalq artisti adına layiq görülsün. Buna yalnız alqış düşür, nə paxıllıq?!

 

İctimai həyatım bir başqa, şəxsi həyatım isə…

 

– Gəncliyə qayğınız hiss olunur, bəs bugünkü gənclik sizi qane edirmi? Davranışları, böyük-kiçik yeri bilmərləri və sair…

 

– Çox vaxt qane etmir. İstedadı təbiət verir, o, Allahdan gələn paydır. Gənc isə savadlı, intizamlı, zəhmətsevər olmalıdır. Çox vaxt istedad tənbəllik üzündən məhv olub batır, heç yana çıxmır.

 

– Ağaxan müəllim, 74 yaşın həndəvərindəsiniz, Həyat, ailə təcrübəniz yetərincədir. Özünüzü yaxşı ata kimi görürsünüz, yoxsa yaxşı baba kimi?

 

– İctimai həyatım bir başqa, şəxsi həyatım isə tam mənasında ailəmə bağlıdır – iki övladıma, iki övlad qədər dəyərləndirdiyim gəlinlərə, dörd nəvəmə və xanımıma həsr edilib.

 

Həmin adamı yerində oturdaram

 

– Bəzən olur ki, hansısa məmur tabeçiliyində olanı yola vermir. Bəs sizin teatrda necə, rəhbərlik aktyora yuxarıdan aşağa baxmır ki? Belə hallarda nəyə heyfsilənirsiniz?

 

– Mənə heç kəs yuxarıdan aşağı baxa bilməz. O saat həmin adamı yerində oturdaram, dəqiqəsinə söz var. Bir də belə iş ola bilməz, əksəriyyəti öz yetişdirmələrimdir. Gözümün qabağında, qayğımla böyüyənlərdir.

 

– “Yerində oturdaram” dediniz. Bəs sizcə, yerində olmayan adam çoxdurmu?

 

– Bəli, çox təəssüf ki, çoxdur… Aldığı ixtisası atıb, ekrana, incəsənətin müxtəlif sahələrinə soxulanlar peşəkar olana qədər xalqın başında dəlləklik edirlər. “Çörəyi çörəkçiyə verərlər”. Mənim işlədiyim Gənc Tamaşaçılar Teatrında belə hal yoxdur. Orada yalnız ali məktəb keçmişlərə yol açıqdır.

 

Kim ondan qaça bilib ki, mən də qaçım

 

– Bəs siz necə, teatrda layiq olduğunuz yerdəsiniz? Layiq olduğunuz yerlərə qalxmaq üçün maneələrlə qarşılaşmısınız?

 

– Layiq olduğun yerə qalxmaqçün zəhmət, intizam, savad, Allah vergisi olmalıdır. Mən belə bir yol keçmişəm. Bu yolda çətinlikləri dəf etmək üçün də dediyim keyfiyyətlər gərəkdir.

 

– Ənənəvi sual: yenidən doğulsaydınız, yenəmi aktyor olardız? Əgər cavabınız “yox” olacaqsa, deyin, niyə?

 

– Bu sualı hamı sonda verir. Əgər bu taledirsə, kim ondan qaça bilib ki, mən də qaçım?! Bu qədər yaşadım, rollar oynadım… Bunu bacardım mən.

Faiq Balabəyli

Previous Post

Xalq artisti özünü necə təhqir etdi?..

Next Post

“Kəmərsıxma” siyasəti və “paket maaş” alanlar…

Bənzər yazılar

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

“44” filminin nümayişi zamanı çəkiliş aparan şəxslər cəzalandırılacaq

19 Oktyabr 2026 - 15:08

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi "44" bədii filmi ilə bağlı ictimaiyyətə müraciət edib. Bu barədə Elchi.az-a qurumdan məlumat verilib. Bildirilib...

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

Nazirlik: XII Bakı Beynəlxalq Kitab Sərgisində xarici və yerli iştirakçıların böyük qismi təmsil olunur

19 Oktyabr 2026 - 12:14

XII Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib. Elchi.az xəbər verir ki, mətbuat konfransında çıxış edən mədəniyyət nazirinin müşaviri...

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

Mədəniyyət Nazirliyi Kitab mükafatını gələn il elan edəcək

19 Oktyabr 2026 - 11:55

Mədəniyyət Nazirliyi Kitab mükafatını bu il elan etmək istəyirdi, müəyyən maliyyə məsələləri yekunlaşmadığından alınmadı. Elchi.az xəbər verir ki, bunu XII Bakı...

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub

17 Oktyabr 2026 - 10:14

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub. Elchi.az xəbər verir ki, builki sərginin...

Next Post

“Kəmərsıxma” siyasəti və “paket maaş” alanlar...

“Kəmərsıxma” siyasəti və “paket maaş” alanlar...

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.