"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” – (Fotolar)

28 Yanvar 2015 - 15:15
in SOSİAL
FacebookVatsap

Xətai rayonuBakının mərkəzində daha bir bina sökülür. Sergey Senyuşkin küçəsi, 7A saylı binanın sakinlərinə bir gün əvvəl xəbərdarlıq edilib ki, binanız bir həftə ərzində söküləcək, yerində isə park salınacaq.

Xəbər verdiyimiz kimi, dünən Bakının Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarının əlavə tikililəri sökülməsinə başlanılıb. Beşmərtəbəli binaların birinci mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaları Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən sökülüb.

Bunu da oxuyun

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Qeyd edək ki, bir müddət əvvəl həmin binaların arxasında yerləşən ticarət obyektləri, avtomobil dayanacaqları sökülüb. Söküntü işləri aparılan ərazidə park salınacaq.

Söküntü işləri başlamamışdan sakinlərə Sergey Senyuşkin küçəsindəki 7A saylı binanın yenidən üzlənəcəyi vədi verilibmiş. Lakin dünən binanın ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunan söküntü işlərindən sonra sakinlərə deyilib ki, bina tamamilə söküləcək, yerində isə park salınacaq. Sakinlərə o da elan olunub ki, onlara mənzillərinin əvəzində ev yox, kompensasiya veriləcək. Bu xəbərdarlıq onlara Xətai Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən edilib.

Bu gün sakinlər binalarının sökülməsinə etiraz etmək məqsədilə bir araya gəlib. Onlar 35 ildir yaşadıqları binanın sökülməsindən narazılığını bildirib.

Sakinlər virtualaz.org saytının müxbiri ilə söhbətində evlərinin sökülməsinə etiraz etdiklərini, bununla bağlı Xətai RİH-ə də öz etirazlarını bildirdiklərini və ölkə başçısına müraciət edəcəklərini dedilər.

Sakinlərdən Natəvan İmanova 35 ildir yaşadıqları binanın sökülməsini istəməyənlərdən biridir. Onun sözlərinə görə, bina qəzalı vəziyyətdə deyil və söklüməsinə də ehtiyac yoxdur: “Burada park tikməyin heç bir mənası yoxdur. Sakinlər olmadıqdan sonra parkın nə mənası var? Biz inanırıq ki, prezidentin bundan xəbəri yoxdur. Axı bu binanın sökülüb yerində park tikilməsinin anlamı nədir, bunu kim istəyər? Əlbəttə, prezidentimiz vətəndaşların narahat olmasını, evsiz-eşiksiz qalmasını heç vaxt istəməz. Bu söküntü işlərini Xətai Rayon İcra Hakimiyyəti özbaşına aparır”.

Sakini olduğu binanın sökülməsinə etiraz edənlər arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Rauf Sadıqov da var.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya elmləri doktoru R.Sadıqov deyir ki, bu yaşda evindən çıxmağı qətiyyən istəmir: “Bu yaşdan sonra mən evimdən niyə çıxmalıyam? Hara gedəcəyəm bu yaşda? Bu, bizə qətiyyən lazım deyil. Yaxşı vəziyyətdə olan binadır. Binamızın sökülməsini istəmirik”.

Bina sakinləri deyir ki, onlar kompensasiyaya etirazlarını bildirmirlər. Çünki onlar evlərinin sökülməsini istəmədikləri üçün heç kompensasiya məsələsində danışıq da aparmayıblar. Lakin dünən söküntü işləri aparılan ərazidə olan Xətai RİH başçısı Razim Məmmədov sakinlərə sökülən evlərinin hər kvadratmetrinə görə 1200 manat kompensasiya veriləcəyini deyib.

Narazı sakinlərdən Elmar Pirəliyev deyir ki, onlara kompensasiya lazım deyil: “Evimizdə yaşayırıq. Şikayətimiz, narazılığımız yoxdur. Biz binanın sökülməsini istəmirik. Kompensasiya məsələsini müzakirə belə eləmirik. Bizim tələbimiz binanın sökülməməsidir. Bizə park lazım deyil, öz evimiz lazımdır”.

Qeyd edək ki, bu binada 50-yə yaxın ailə yaşayır. 1979-cu ildə tikilən və bir il sonra istifadəyə verilən bina sakinlərinin əksəriyyəti 30-40 il çalışdıqları zavod və fabriklərdə ev növbəsinə durandan sonra bu mənzilləri ala biliblər. Binada 1, 2 və 3 otaqlı evlər var. Sakinlər yaşadıqları binanın Bakıdakı 5 ən sağlam beşmərtəbəli binadan biri olduğunu deyirlər.

Narazı sakinlərdən Şahnaz Abbasova deyir ki, 42 ildir çalışdığı zavodda növbəyə durub, ev alıb. Qonşularının əksəriyyəti də bu cür mənzil alıb: “Sökürəm demək asandır. 42 il əzab-əziyyətlə işləmişəm. Axırda bir ev almışıq. Bu evdə həyat yoldaşımla ikimiz yaşayıram. Övladlarım ailəlidir, öz evləri var. Binamız təzə binadır. Narazılığımız yoxdur. Köçmək də istəmirik. Ölkə başçımız dünənki çıxışında da dedi ki, israfçılığa yol verilməməlidir. İndi icra hakimiyyəti gəlib sağlam binanı sökür. Yerində isə park salır. Bu nəyə, kimə lazımdır? Bunun adı israfçılıq deyilmi?”.

Sakinlərin narazı olduğu başqa bir məsələ isə dünən söküntü aparılan ərazidə olan icra başçısı Razim Məmmədovun sakinlərlə danışıq tonu olub. İcra başçısı narazı sakinlərin etiraz və şikayətlərinə ironik reaksiya verməklə onları daha da qəzəbləndirib.

Belə ki, sakinlərin “biz binanın sökülməsini istəmirik, bizə kompensasiya da lazım deyil” deməsinə cavab olaraq icra başçısı gülərək “hər kvadratmetrə görə 1200 manat kompensasiya veriləcək, 1500 manat isə şəhərin mərkəzində olan evlərə verilir” deyə bildirib.

İcra başçısı sakinlərə evlərinin bir həftə ərzində söküləcəyini deyib. Razim Məmmədov daha sonra üzünü sakinlərə tutaraq bir neçə dəfə xəbərdarlığa gələcəklərini deyib. Özü də çox unikal şəkildə: “Elçiliyə 6 dəfə gedərlər. Biz də gəlib 6 dəfə xəbərdarlıq edərik”.

Sakinlərdən Ellada Muradova deyir ki, bu səhər binanın sakinləri öz aralarında razılığa gəliblər. Söz qoyublar ki, heç kəs evindən çıxmasın. Binada yaşayanlardan bir nəfər belə olsun evinin sökülməsini istəmir.

Onu da deyək ki, söküləcək binanın sakinləri bu gün saat 20:00-da binanın həyətindəki kluba toplaşacaq. Xətai RİH nümayəndələrinin sakinlərlə görüşə gələcəyi deyilir.

Xətai Rayon İcra Hakimiyyətindən bu məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirildi ki, sözügedən məsələ ilə bağlı açıqlama vermək səlahiyyətinə malik deyillər: “Bu haqda yalnız təsərrüfat şöbəsinin müdiri danışa bilər. O da hazırda ərazidədir”.

İlkin Muradov

Fotolar Vüsalə Abdullayevanındır

Previous Post

İcra başçısı 50 ailəni ələ saldı: “Elçiliyə 6 dəfə gələrlər” – (Fotolar)

Next Post

ABŞ Ukraynaya 2 milyard dollar yardım verir

Bənzər yazılar

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 Mart 2026 - 17:25

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə...

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

Dövlət Məşğulluq Agentliyi 26 əmək yarmarkası təşkil edib

02 Mart 2026 - 17:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin ötən dövründə paytaxt və regionlarda 26 əmək...

Next Post

ABŞ Ukraynaya 2 milyard dollar yardım verir

Britaniyalı nazir “DQR”-i və onun "məhkəməsi"ni rədd etdi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Türkiyə husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

Türkiyə husilərin Səudiyyə Ərəbistanına raket hücumunu pisləyib

15 İyul 2026 - 00:02
Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

Azərbaycanda ötən il nadir xəstəliklərə yoluxanların sayı açıqlanıb

14 İyul 2026 - 23:57
Prezidentin sosial media hesablarında Peter Pelleqrini ilə Şuşa görüşündən daha bir video paylaşılıb

Prezidentin sosial media hesablarında Peter Pelleqrini ilə Şuşa görüşündən daha bir video paylaşılıb

14 İyul 2026 - 22:44
Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippində 6,2 maqnitudalı zəlzələ olub

14 İyul 2026 - 22:33
Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik

Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik

14 İyul 2026 - 22:29
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib

SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib

14 İyul 2026 - 22:25
İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

14 İyul 2026 - 21:27
Filippində 6,2 maqnitudalı zəlzələ olub

Filippində 6,2 maqnitudalı zəlzələ olub

14 İyul 2026 - 21:25
Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

Vuçiç Zelenski ilə görüşmək niyyətində olduğunu bildirib

14 İyul 2026 - 21:23
“Qəbələ” yoxlama oyununda “Kəpəz”i məğlub edib

“Qəbələ” yoxlama oyununda “Kəpəz”i məğlub edib

14 İyul 2026 - 21:21
Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

Bakıda daha iki küçədə hərəkət məhdudlaşdırılır

14 İyul 2026 - 21:16
Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib

Tramp Hörmüzdən keçid üçün 20 %-lik rüsumdan imtina edib

14 İyul 2026 - 20:13
Çexiya İsrailin HHM sistemlərinin alınmasını müzakirə edir

Çexiya İsrailin HHM sistemlərinin alınmasını müzakirə edir

14 İyul 2026 - 20:10
DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

DÇ-2026: Haland və Bellinqemdən unikal göstərici

14 İyul 2026 - 19:29
Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb

Bakı Dairəvi, Baksol yolları və Nazim Hikmət küçəsində yol təmiri yekunlaşıb

14 İyul 2026 - 19:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.