“1990-cı il yanvarın 20-də – 25 il əvvəl Qorbaçov ordusu Bakıya soxuldu. Onun niyyəti terror yolu ilə azərbaycanlıların azadlıq və müstəqillik iradəsini qırmaq idi. Həmin faciədə içərisində qadın, uşaq və qocaların da olduğu onlarla insan öldürüldü. Bu, Azərbaycan xalqının tarixinə “Qara Yanvar” oldu. Buna görə də biz bu gün kədərlənirik və tarixin bir parçasına çevrilən həmin insanlar üçün dua edirik”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal deyib. O həmçinin qeyd edib ki, 20 yanvar faciəsi sovet tarixində cinayətlər zəncirinin sonu oldu.
Heydər Camal SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov haqqında da danışaraq onu qorxunc cinayətlərin müəllifi adlandırıb.
“O da bütün sovet rəhbərləri kimi siyasətçi deyildi. Onlar öz vəzifələrini və məsuliyyətini dərk edə bilməyən, istənilən addımı atmaqdan, ən əsası isə kapitalist dünyasız qalmaqdan qorxan aciz, qanmaz adamlar idilər. Onlar sözdə kapitalizmlə mübarizə aparırdılar. Əslində isə onlar bu kapitalist dünyanın dağılmasından çox qorxurdular. Buna görə də onlar kapitalizmə qalib gəlməmək üçün sosializmi məğlub olmağa məcbur etdilər”, – deyə politoloq əlavə edib.
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...
Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...
Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...
Son şərhlər