İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Əliulla Dəadi Suriyada öldürülüb.
ANS PRESS-in məlumatına görə, bu barədə İran mətbuatı yazır.
Daha əvvəl ərəb mətbuatı yazıb ki, bazar günü İsrail Hərbi-Hava Qüvvələrlərinin Mazraat-əl-Amal yaşayış məntəqəsinə hücumu nəticəsində SEPAH-ın 6 nümayəndəsi ölüb.
Onların arasında “Hizbullah” təşkilatının xüsusi təyinatlı qüvvələrinin keçmiş rəhbəri İmad Muqninin oğlu Cihad Muqni, həmçinin onu müşayiət edən şəxslər var. “Hizbullah” ölənlərin tam siyahısını dərc etməyə söz verib.
Havadan hücumlara məruz qalan M.Ə.Dəadi və Muqniyanın olduğu avtomobil Livandan Suriyaya gedirmiş.
Həmçinin İran hərbi komandanlığında nüfuzlu şəxsi Əli Təbatabainin həlak olması haqqında informasiyalar var. Ancaq bu haqda rəsmi təsdiq hələ qeydə alınmayıb.
Filippində Mayon vulkanı püskürüb
Filippinin Luson adasında Mayon vulkanının püskürməsi baş verib. Elchi.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat...


















