"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

14 saylı “zon”u üsyana qaldıran ölü məhkumun dəhşətli sirri – ŞOK FOTOLAR – 18 +

25 Dekabr 2014 - 13:33
in Kateqoriyasız
FacebookVatsap

Elşad Babayevin bacısı prezidentdən kömək istəyir; cəzaçəkmə müəssisəsində məhbusu karserdə işgəncələrlə öldürüblər

Bunu da oxuyun

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

02Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyama qalxdıqları haqda məlumat vermişdik. Məhbusları ayağa qaldıran səbəb kimi 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi göstərilirdi. Qeyd olunurdu ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.

“Sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”
Dünyasını dəyişən E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”ın redaksiyasına gələrək, müxbirimizə dəhşətli şeylər danışıb. O deyib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi. Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyitinin şəkillərini çəkmişəm. Onu sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”.
Müstəntiq dedi ki…
 
S.Babayeva bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsinə gedərək qardaşının ölümünün səbəbini öyrənməyə çalışıb: “Gecə 12-də müəssisədə oldum. Orada iclas idi. Dedilər ki, generallar gəlib. Mən  müəssisəsinin içinə girib generallardan birindən qardaşımın ölümünün səbəbini soruşdum. Çox etinasız şəkildə, gülərək dedi ki, bu haqda məlumatı yoxdur. Mən etiraz etdim. Sonradan dedilər ki, müstəntiq buradadır. Oradan sənədləri aparırdılar. Müəssisəsinin həyətində çoxlu maşınlar vardı. Müstəntiqdən soruşdum ki, qardaşımı məhbuslar öldürüb, yoxsa müəssisə məmurları? İntihar edib etmədiyini də xəbər aldım. Müstəntiq dedi ki, qardaşın idmançı adam olub, intihar nədir? Məhbusların onda nə işi var? Müstəntiq dedi ki, qardaşın məhbus əlində öləcək adam deyil, onu işçilər döyüb”.
S.Babayeva bildirdi ki, qardaşı çox sağlam olub: “O, boksçu idi. Sonradan Türkiyədə dalğıc kurslarına da getmişdi. Dalğıc kimi dərs də deyirdi. Qardaşımı 2014-cü il iyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları saxlamışdı. Onun üzərində narkotik tapılmışdı. Bu il sentyabrın 3-də Suraxanı məhkəməsi ona 1 il 6 ay cəza təyin edib. Sentyabrın 27-də onu 14 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. Orada qardaşımı karantində saxlayıblar. Onun tam sağlam olması haqda həkimlər rəy verib. Qardaşımın ölümünün araşdırılmasını tələb edirəm”.
“Gördüm ki, Əli qardaşımı divara dirəyib”
 
S.Babayeva deyib ki, qardaşı ilə sonuncu dəfə dekabrın 10-da görüşüblər: “Görüşə anamla birgə getmişdik. Elşad bikef idi. Amma səbəbini demədi. Ora gedəndə bizdən pul istəyirdilər. Müəssisənin içinə girəndə orada kameralardan sonra bir otaq var. Həmin otaqda pul yığırlar. Hər kəsi ora ötürüb pul alırlar. Həmin görüş zamanı Əli adlı müəssisə işçisi gəldi. Özünü təqdim edib dedi ki, rəisdir. Bizə müraciətlə dedi ki, məni də görün. Elşad görüşdən gedəndə sovqatları götürdü. Bizi də həmin otağa ötürdülər. Mən qapının arasından baxdım, gördüm ki, Əli qardaşımı divara dirəyib. Elşada deyirdi ki,  pulların hamısını ver. Verdiyin pullar azdır. Elşad əlində nə pul vardısa Əliyə verdi. Amma o yenə də dedi ki, Elşad, özün bilirsən bu pul azdır. Elşad sovqatları götürüb getmək istəyəndə qoymadı. Mən həmin vaxt qapını döyüb qardaşıma qarşı qanunsuzluqlara son qoyulmasını tələb etdim. Əli orada qardaşıma zülm edirdi. Mən səs-küyə gələn müəssisə işçilərinə də bunu dedim. Əlini bu gün mənə göstərsələr tanıyaram. O, orta boylu, ağ bənizli, az saçı olan bir şəxsdir. O, geyiminə görə digər işçilərdən fərqlənirdi”.
 
“Orada hər şey pulladır”
 
S.Babayeva deyib ki, qardaşı hər həftənin 2-ci günü evə, telefonlarına zəng vuraraq onlarla danışıb: “Dekabrın 10-dan sonrakı günlərdə Elşad zəng etmədi. Biz bunun səbəbini bilmədik. Ona hər görüşdə pul verirdik. Deyirdi ki, hamama, saçımı vurdurmağa, telefon danışıqlarına pul ödəyirəm. O, müəssisədəki marketdə hər şeyin 3 qat baha olduğunu deyirdi. 40 qəpiklik suyu orada 1 manat 50 qəpiyə satırdılar. Elşad deyirdi ki, müəssisənin yeməyi həddən artıq keyfiyyətsizdir. Bu səbəbdən də orada yemək yemirdi. Biz getməyəndə ac qalırdı. Biz varlı adamlar deyilik. Ona elementar ehtiyaclarını qarşılamaq üçün imkanımız daxilində pul verirdik. Orada hər şey pulladır”.
“İnsan insan kimi ölər, başa düşürsüz, vəhşicəsinə öldürülməz…”
 
S.Babayeva məsələnin ən ciddi şəkildə araşdırılmasını tələb edir: “Mən qardaşımın meyitini görmüşəm. Onun meyitini görən istənilən insanın ürəyi parçalanar. Qardaşıma bu cür ölümü yaşadanlar, vəhşicəsinə yaşadanlar… İnsan insan kimi ölər, başa düşürsüz, vəhşicəsinə öldürülməz. Qardaşım istifadəçi kimi gedib cəzasını çəkirdi. O, etdiyi əmələ görə cəzasını çəkirdi. Deyirdi ki, bir də bu işlə məşğul olmayacağam. Öz sağlamlığıma zərər yetirmişəm, heç kimə zərər vurmamışam.
Bunu ekspertiza da təsdiqlədi ki, o aludəçi olmayıb. O, cəza çəkdiyi müddətdə qanunlara tabe olub. Mən Əli adlı rəisin qardaşıma qarşı haqsızlıq etdiyini görmüşəm. Öldürülməsini o etməyibsə, bir başqası edib.  Axı orada bir insanı öldürüblər. Heç kimsə o cür ölümü haqq etmir. Silahla öldürsəydilər, canım bu qədər yanmazdı. Silahla öldürülmə ani ölümdür. Amma qardaşımın ölümü işgəncəli ölümdür. Onun üzündəki işgəncəni mən morqda gördüm. Onun üzündə işgəncə izləri vardı. Qardaşımı bu vəziyyətə salanlar necə yaşayacaqlar? Haqsızlığa göz yummaq özü də bir vicdansızlıq, qardaşıma qarşı törədilən cinayətə şərik olmaqdır. Mən susmayacağam”.
“Məhkumu döyərək, dəhşətli işgəncə verərək, alçaldaraq, öldürərək tənbeh etməməlidirlər”
S.Babayeva cəzaçəkmə müəssisəsində ölkə qanunlarının kənara qoyulmasını vurğulayıb: “Məhbusxanada dövlətin qoyduğu qanunları kənara qoyub məhbusları özünün qoyduğu qanunlarla cəzalandıran, məhbusu döyərək, alçaldaraq cəzalandıran şəxsi dövlət cəzalandırsın. Bu adamların haqqı yoxdur ki, dövlətin qanununa qarşı getsin. Əgər məhbus məhbusxanada hansısa bir hadisə törədirsə, hansısa bir əmrə tabe olmursa buna görə də qanunlar var. Akt tərtib olunmalı, məhkəmə qurulmalıdır və cəzasını almalıdır.
Amma məhkumu döyərək, dəhşətli işgəncə verərək, alçaldaraq, öldürərək tənbeh etməməlidirlər. Mənim etirazım öz vəzifəsindən sui-istifadə edən müəssisə məmurlarınadır. Onlara dövlət vəzifə əmanət edib. Onlara kiminsə canına qəsd etmək səlahiyyəti verilməyib. Mənim qardaşım da həmin vəzifə etibar olunan məmurlar kimi bir ananın övladıdır.
“Harada görünüb ki, bir insanın cəzası döyülərək öldürülməklə verilsin?”
“Qardaşım ora sağ-salamat getmişdi. O terror etməyib ki? Onun əlində silahı yoxdur ki? Əli qandallı məhbus nə edə bilərdi? Harada görünüb ki, bir insanın cəzası döyülərək öldürülməklə verilsin? Ümumiyyətlə orada məhbuslarla yaxşı davranmırlar. Çünki kimsə yaxşı şəraitdə saxlanarsa, etiraz etməz. Əlbəttə, məhbus bilir ki, ora kefə getməyib, cəza çəkəcək. Amma cəzanın da qədəri var. Oradakı özbaşınalıq durdurulmalıdır. O qanunsuzluqlar olmamalıdır”, – deyə E.Babayevin bacısı bildirib.
“Qardaşımın ölümü araşdırılsın, bu cinayəti edənlər cəzasını alsınlar”
 
S.Babayeva prezident İlham Əliyevə müraciət edərək qardaşının ölümünün nəzarətə götürülməsini istəyib: “Mən seçdiyim, səs verdiyim dövlət başçısına müraciət edirəm. Bu adamlara prezident vəzifə etibar edib. Əgər qardaşımın qanunsuz əməli vardısa, bunu qeydiyyata alardılar və məhkəməsi olardı. Onu niyə öldürdülər? Etirazım dövlət məmurlarınadır. Niyə mənim qardaşımın meyiti oradan çıxmalı idi? Heç kimə əli qandallı məhbusu öldürmək səlahiyyəti verilməyib. Qandal qardaşımın əllərini kəsib. Döymək icazəsi kimə verilib? Mən sizdən xahiş edirəm, qardaşımın ölümü araşdırılsın, bu cinayəti edənlər cəzasını alsınlar”.
Previous Post

14 saylı “zon”u üsyana qaldıran ölü məhkumun dəhşətli sirri – ŞOK FOTOLAR – 18 +

Next Post

Nazarbayev qazaxları Ukraynadan ibrət götürməyə çağırdı

Bənzər yazılar

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32

Rusiya İrana humanitar yardımın göndərilməsinə göstərdiyi köməyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdardır. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25

Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçiriblər. Elchi.az Küveyt...

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12

Monteneqronun məqsədi vətəndaşlarının ədalətli, nizamlı və Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır. Elchi.az  xəbər verir ki, bu barədə Monteneqro Prezidenti...

Next Post

Nazarbayev qazaxları Ukraynadan ibrət götürməyə çağırdı

Nazarbayev qazaxları Ukraynadan ibrət götürməyə çağırdı

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.