Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) gələn il İrəvanda ilk humanitar mərkəzini açacaq.
ANS PRESS-in məlumatına görə, bu barədə bu gün Rusiya prezidenti Vladimir Putin KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında bildirib.
“Rusiyanın fəal dəstəyi ilə KTMT-nin humanitar mərkəzləri şəbəkəsi yaradılır. Onların birincisi gələn il Ermənistanda açılacaq”, – deyə Putin bildirib.
Rusiya prezidenti həm də KTMT ölkələrini müdafiə səylərini birləşdərməyə çağırıb. “Baş verənlər KTMT iştirakçısı olan ölkələrdən təhlükəsizliyin təmini üzrə razılaşdırılmış kollektiv tədbirlər tələb edir”,- deyə Putin vurğulayıb.
Son şərhlər