Kürdüstan Regional rəhbərliyi başçısı Məsud Bərzani rəsmi dil qanununu təsdiq edib. Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, Kürdüstan regional rəhbərliyində kürd və ərəb dillərindən başqa, türkmən və erməni dili də rəsmi dil statusu qazanıb. Qanunun qəbul olunmasından sonra Kürdüstan parlamentinin mətbuat katibi Tarıq Cövhər müvafiq qanunun 29 oktyabrda Kürdüstan parlamenti tərəfindən qəbul edildiyini, 20 noyabrda isə Bərzaniyə təqdim olunduğunu bildirib. Məsud Bərzani qanunu təsdiq edərək qüvvəyə minməsi üçün hökumətə göndərib.
Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq
Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...



















Son şərhlər