Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupunun dekabrda Bakıda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Onun sözlərinə görə, buna görüşdə iştirak edəcək heyətlərin iş cədvəllərində müəyyən dəyişikliklərin olması səbəb olub: “Biz bu tarixi diplomatik kanallarla dəqiqləşdirib, 2015-ci ilin əvvəllərində tədbiri keçirəcəyik. Həştərxan sammitində dövlət başçılarının yekdil qərarı ilə nəzərdə tutulub ki, iki ildən sonra Qazaxıstanda sammit keçirilsin. Bütün Xəzəryanı ölkələr bu tədbirlər çərçivəsində fəaliyyətlərini davam etdirəcəklər”.



















Son şərhlər