"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Naşirin gündəliyi – Şahbaz Xuduoğlunun yazısı

06 Dekabr 2014 - 22:55
in MƏDƏNİYYƏT
FacebookVatsap

3 dekabrsdfgdhg

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Fəvvarələr bağında 1 aylıq yarmarkaya başladıq. Bu gün çox soyuq oldu. Günortadan sonra bütün işçilər yarmarkadan küsüb getmişdilər. “Biz maaşı alıb xəstəliyə xərcləmək istəmirik”.
İsitmə sobası, çaydan, su, çay aldım. İşçilərdən ikisini geri qaytara bildim. Kitabları yığmağa başladıq.
Axşam yağış və çox soyuq olsa da işlədik.
Xüsusi qeyd:
Nərgiz nəşriyyat evinin təşkilatçılığı ilə Fəvvarələr meydanında “İsti ürək, soyuq əllər” adlı Yeni il bazarı keçirilir. Balaca bir evcik də biz götürmüşük.

4 dekabr

Bu gün hava pis olmadı. Amma adam azdır. Ümumi kitablara 20 faiz endirim etsək də satış zəifdir. İki günə yığılmış məbləği Sabir Sadıqova göndərdik. “Səhra”, “Qızıl gərdan”, “David” və “Qollaf” kitablarını tərcümə edib. Hələ bir ay öncə bu gün qonorar ödəməyi söz vermişdim. Onun da bu günə öncədən planladığı vacib bir işi olmalıydı…

5 Dekabr

Hava yaxşı oldu, amma satış bir o qədər də yox. Həmişə daha çox kitab satılacağını düşünürəm, amma adətən əksinə olur.
Bu gün əlavə iki tərcüməçiyə qonorar ödəməliyik. Bir də yarmarkaya stend düzəldən mebel ustasına. Asəf usta bir stendə 200 manat istəyib, ikisini düzəldib. Bu bir günün kitab satışı deməkdir.
Ustadan xahiş etdim ki, onun zəhmət haqqını 2 günə ödəyərik. Bu gün Nadir bəyə, Fərhad bəyə qonorar ödəməliyik. Fərhad dünən gəlmişdi, dedim, mütləq sabah ödəyərik. Saat 4 radələrində Nadir bəy gəldi, ona 300 manat verməliyik. Kassada 6 manat qaldı, qalan hamısını ona ödədik. Xeyli yüngülləşdim.
Hər dəfə özümdən “birdən düzəldə bilmədik” qorxusunu uzaqlaşdıranda içim azadlıq eşqiylə dolur. Uzaqdan Fərhadı görürəm. Əl edirəm, amma kassada pul yoxdur. Uşaqlara deyirəm, onunla söhbət edin, amma qoymayın uzaqlaşsın. Çay da verin, elə edin, inciyib getməsin, görüm mən nə edirəm…
Kitab satmağa davam edirəm. Stendimizə yaşı 60-ı adlamış ziyalı bir kişi yaxınlaşır. “Sizi tapmaq elə çətindir ki, heç olmasa belə tədbirləri geniş elan edin”. “Haqlısız”, – deyirəm. “Eşitdim “Qafqazın 12 sirri” çıxıb” dedi. “Əsəd bəyin digər kitablarını da istəyirəm”. “Təəssüf hələ nəşr prosesi yekunlaşmayıb, amma uzağı bir aya hazır olacaq”, dedim.
Necəsə Çərkəz Qurbanlıdan söz düşdü, “onunla danış, qoy bütün tərcümələrini versin sizə” -dedi. “Bilmirsiz, o rəhmətə gedib”, dedim.
O diqqətlə mənə baxıb iki əlini başına çırpdı, uca səslə dedi: “vay dədə, o da ölüb!” Ətrafdakılar diksindi.
Mən onu elə yaxşı anlayıram. Çünki onun ölümünü eşidəndə mən də belə demişdim “Vay!”. Belə bir insanın yetişməsinə az vaxt lazım gəlmir, onu yetişdirən mühit, o dövrün insanları, qətrə-qətrə üst-ütə calanan peşəkarıq… gedibsə, onları bərpa etmək olmur. İnsan bina deyil, vallah.
“Mən kitab satıram, bunu heç zaman unutmaq olmaz”,- düşünürəm. Qonorarına görə soyuqda bura gəlib və kənardan bir gözü ilə mənim çağırışımı gözləyən tərcüməçini gərək unutmayam. İş başında ünsiyyətim, kədərim, sevincim də çox qısa olmalıdır.
“Mənə yaxşı kitablar ver oxuyum”, dedi. “Qafqazın 12 sirri”, “Səmərqənd”, “Leon Afrikalı”, “1984” kitablarını təqdim etdim. Hamısını aldı, Hadidən bir şeir deyib getdi.
Bu arada gənc oxuculardan biri istədi aldığı kitabların üstünü yazım. “Qagqazın 12 sirri”ni götürüb üstünə bu sözləri yazdım.
“Əziz Röyal, Oxu, yaz və paylaş! Xoş arzularla, Şahbaz (05.12.14)”
Uzaqdan bir xanım əl elədi. Hündür boyu və çiyninə dağılmış sarışın saçları onu ətrafdan ayırırdı. Əl verib görüşəndən sonra tanıdım. Niderland səfirinin xanımıydı. Səfirin qonağı olanda kitab haqqında danışmışdıq. “Mənim müxtəlif ölkələrdə yaşayan 5 rəfiqəm və bir azərbaycanlı ailə dostuma, söhbətimizdən sonra düşündüm ki, mütləq bu il kitab hədiyyə edim”. İngilis dilində 5 ədəd “Əli və Nino” kitabı aldı. Azərbaycanlı dostuna isə “Qagqazın 12 sirri”ni. Biz 73 manat düzəltdik. Fərhadı çağırdım: “A bəy, görürəm, tələsirsən, çox gözləsən, gərək sənin qonorarın da çox olsun”.
“Hə, a bəy, elə 100 olsa yetər bu günlük”.
“O düzələr, narahat olma”, – dedim.
Olan pulu və yeni “Qanun/ roman” seriyasından çıxan kitabların pulunu da hesablamaq şərti ilə Fərhada verdik.
Bu gün yaxşı gündür, 2 tərcüməçinin xəcalətindən çıxdıq. Sabahkı günümüz çox ağır olacaq, Elşadın qonorarını üçüncü həftədir təxirə salırıq, üstəlik, Yaşar Əsədov neçə dəfə küssə də son görüşdə yalvar-yaxarla yola gətirdim. Bu iki tərcüməçiyə bir az ödəyə bilsəydik, redaktor, korrektor və xaricdə yaşayan tərcüməçilərə keçərdik…

Musavat.com



Previous Post

Naşirin gündəliyi – Şahbaz Xuduoğlunun yazısı

Next Post

AQİBƏT

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

AQİBƏT

AQİBƏT

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.