"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Hər şey ondan başladı ki, Kərimli Elçibəyə xəyanət etdi…”

02 Dekabr 2014 - 20:22
in MÖVQE
FacebookVatsap

Rauf Arifoğlu: “17 ildir Əli Kərimlinin mənəvi terroru altındayıq”; “indi də əsas məqsədi Müsavat elektoratına sahiblənməkdir” img1693017

Bunu da oxuyun

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Publika.az-a müsahibəsində AXCP sədri Əli Kərimlinin ona və rəhbərlik etdiyi qəzetə qarşı apardığı mənəvi terrorunun əsl səbəblərindən danışıb. Bu müsahibədən sonra musavat.com-a da bəzi əlavə fikirlər söyləyən baş redaktorla müsahibəni təqdim edirik:

 
– Rauf bəy, son günlər AXCP və bu partiya sədri Əli Kərimli Sizə və rəhbərlik etdiyiniz qəzetə qarşı açıq şəkildə təhqir kampaniyası aparır, müxtəlif ittihamlar irəli sürür. Bu münasibətin kökündə nə dayanır?
– Əli Kərimli və çevrəsinin bizə qarşı kampaniyası artıq 17 ildir davam edir. Bunun da səbəbi budur ki, həmin illərdə Elçibəyə qarşı xəyanət edən kərimli dəstəsini tənqid edirdik. Həmin vaxt onlar Xalq Cəbhəsini Ə. Elçibəyin nəzarətindən çıxartmaq istəyirdilər. Mən 1997-nin avqust-sentyabr aylarında Kələkidə oldum, Bəydən tapşırıqlar aldım və bu prosesə müqaviməti ictimailəşdirdim. Əli Kərimli də o zaman hakimiyyətlə iç-içə idi. Deputat seçdirmişdilər onu, gücü vardı. Bizi prokurorluğa verdi. Azər Ayxanla məni polislər küçədə saxlayıb, zorla istintaqa apardılar. O zaman Səbayelin prokuroru olan Tahir Lələkişi oğlu Kazımov iradıma cavab olaraq mənə dedi: “Neynim, hökumətin adamıdır, yuxarıdan tələb edirlər, mən də sizi gətirtməliyəm…” Aylarla istintaqa gedib-gəldik… Elə o zamandan qısa fasilələrlə davamız davam edir.
Bu müddət ərzində sadəcə “ansambl” üzvləri dəyişib. Bizi söyənlər, təhqir edənlərdən əksəriyyəti onun yanında yoxdurlar. Düşərgələrini, ya da dünyalarını dəyişiblər. Amma Əli Kərimli və onun mənəvi terroru dəyişməyib.  Arada biləyimizi bükəmməyib “əlimizi öpür”. Vasitəçilərlə iki-üç dəfə barışmışıq. Dərhal da təklif edib ki, onun yanında olaq, İsa Qəmbərin yanını buraxaq. Mənə iki dəfə müavinlik və “Azadlıq” qəzetinə nəzarət etməyi təklif edib. Mən qəbul etməyəndə, yəni yaxınlaşma alınmayanda yenidən münasibətlər gərginləşib… Beləcə, düz 17 ildir ki, xəstə bir adamın mənəvi terroru ilə yol gedirik. Anadolular demişkən, bu adam qafasına bizi taxıb… İndi də Batumi olaylarını fürsət bilərək, guya məni bitirmək üçün mənə son hücumunu edir. İndi aydın oldu ki, Batumidən xəbər yazan qəzet redaktoruna qarşı sosial şəbəkələrdə, qəzetlərdə başladılan kampaniya haradan qaynaqlanırmış. Bu kampaniyanın başında şəxsən Əli Kərimli dayanırmış. O, hər fürsətdə mənə qarşı belə kampaniyalar aparır.
– Bir neçə həftə öncə Azər Ayxan bizimlə söhbətində Əli Kərimlinin ona və Sizə İsa Qəmbəri atıb onun yanına keçməyinizi təklif etdiyini açıqlamışdı. Belə təkliflər nə zaman olub?
– Bir neçə dəfə olub. Barışan kimi, belə təklif edir. Onun əsas qayəsi İsa Qəmbərin ətrafını boşaltmaq, Müsavat elektoratına sahiblənməkdir. İndi də hesab edir ki, yaxşı fürsət yaranıb. Sadəcə, “Yeni Müsavat”, Arifoğulları buna yenə mane olur… Ona görə də qəzəblidir. 2011-12-ci illərdə normal münasibətlərimiz yaranmışdı. Müavinlik təklif edəndə soruşdum ki, 5 ildir məni qaralamısan, satqın dedizdirirsən, qara piar aparırsan, indi bunu ətrafına necə izah edəcəksən? Dedi ki, ağlın Müsavata getməsin, burada belə şeylər asandır. Hər kəs mənim ağzıma baxır, bir az izahat verəcəm, hər kəs qəbul edəcək… Təbii ki, anlaşa bilmədik. Bir ekspert kimi ona fikirlərimi də söylədim. Dedim, elə bir siyasi xətt aparırsan ki, sənə qoşulmağı boş ver, yanında durmağa belə adamların qalmayıb və getdikcə ətrafın boşalacaq. Müxalifət liderisən, siyasətçisən, amma radikal köşə yazar kimi özünü aparırsan. Strategiya yox, manevr üçün arxanda sahə buraxmamısan. İnsani resursların da yoxdur. Maddi resurslarınsa qarşında duran iqtidarla müqayisədə gülünc dərəcədə kiçikdir: “Səninki partiya yox, qəzet idarəetməsidir”,kimi qeydim də oldu.
Razılaşdı. Etiraf etdi ki, çevrəsində media mütəxəssisi yoxdur. Ona görə də bu işləri özü görmək məcburiyyətindədir. Hətta xətti dəyişmək haqda düşündüyünü da bildirdi. Lakin indiki situasiyada bunun  mümkün olmadığını da əlavə etdi. Dedi ki, çevrəsində normal media meneceri yoxdur, siyasi vitrini də boşdur… Bu adamın mahiyyəti budur. Söyər, şantaj edər, amma söydüyü, şantaj etdiyi şəxslərə ilk təmasda “gəl mənim yanımda ol”, deyər. Mən bunlardan imtina edəndən sonra yenidən mənəvi terrora başladı. “Ya bizimlə olmalısan, ya da bizə qarşısan” yanaşması onun yeganə prinsipidir. Onun beynində bundan başqa formul yoxdur. Bu cür xarakterə malik bir insandır.
– Sosial şəbəkələrdə cəbhəçilərin sizə qarşı apardığı kampaniyaya Milli Şura üzvləri də qoşulub. Konkret olaraq, məhkəmə prosesində müdafiə etdiyiniz Eldəniz Quliyev də “Yeni Müsavat” qarşı çıxış edir.
– Eldəniz Quliyev çox istedadlı yazardır. Onunla münasibətlərimizdə bir neçə dəfə eniş və yüksəliş olub. Sonradan hər şey normallaşıb. Çətin anlarında qəzet olaraq yanında olmuşuq. Lakin görünür, artıq ona bizimlə münasibətlər maraqlı deyil. Özü üçün bir qərar qəbul edib. Əli Kərimlinin yanında olmağın bədəli budur. Gərək, onun yanında olmayanlara düşmən olasan. Onun kimi ziyalıya bu münasibəti, davranışı rəva görmürəm. Bizim ona münasibətimiz yenə də əvvəlki kimidir. Allah pis gün göstərməsin. Amma yenə də yanındayıq.
Previous Post

“Hər şey ondan başladı ki, Kərimli Elçibəyə xəyanət etdi…”

Next Post

2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib

Bənzər yazılar

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Next Post

2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib

2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib

Son xəbərlər

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

Mehriban Əliyeva “Qağayı” tamaşasının təqdimatında iştirak edib

29 Oktyabr 2026 - 23:40
“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

“Google”un ana şirkəti bir sutka ərzində rekord həcmdə — 477 milyard dollar itirib

29 Oktyabr 2026 - 22:27
İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

İrəvan yaxınlığında qazdoldurma məntəqəsində partlayış baş verib

29 Oktyabr 2026 - 22:25
İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

İspaniyada qatarların toqquşmasından sonra ölənlərin sayı 74 nəfərə çatıb

29 Oktyabr 2026 - 21:07
Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

Məktəbdə media nümayəndələrinə qarşı törədilən əməllərlə bağlı cinayət işi başlanılıb

29 Oktyabr 2026 - 20:21
IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oktyabr 2026 - 20:18
İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

İran HDQ: Hörmüz boğazında neft tankeri minaya düşüb

29 Oktyabr 2026 - 19:49
Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

Xorvatiyada Qərbi Nil virusu alovlanır: 25 yoluxma, 1 ölüm

29 Oktyabr 2026 - 19:29
Xalq artisti Zaur Rzayev vəfat edib

Xalq artisti Zaur Rzayev vəfat edib

29 Oktyabr 2026 - 19:15
Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

Baş prokuror Kamran Əliyev Keniya Respublikasının Dövlət Prokurorluğunun direktoru ilə görüşdü

29 Oktyabr 2026 - 19:07
“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

“Azəristiliktəchizat” 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb

29 Oktyabr 2026 - 19:00
Sabah Masallının bu kəndlərində qaz olmayacaq

Sabah Masallının bu kəndlərində qaz olmayacaq

29 Oktyabr 2026 - 18:45
“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

“Google”dan yeni flaqman: “Gemini 4 Carbon” təqdim olundu

29 Oktyabr 2026 - 18:39
Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

Ronaldu “Qızıl top”dan sonra paylaşım etdi

29 Oktyabr 2026 - 18:25
Azərbaycanın xurma ixracından gəliri azalıb

Azərbaycanın xurma ixracından gəliri azalıb

29 Oktyabr 2026 - 18:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.