"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Yol polisinin sürücülərə qarşı yeni oyunu üzə çıxdı

26 Noyabr 2014 - 17:00
in MANŞET
FacebookVatsap
Tanışlarını piyada keçidlərinə «gözətçi» qoyan DYP əməkdaşları yol verməyənləri bu yolla cərimələyir

1Son vaxtlar Avtosfer.az saytına DYP əməkdaşlarının fəaliyyəti ilə bağlı maraqlı xəbərlər daxil olmaqdadır. Bildirilir ki, bəzi DYP əməkdaşları piyada keçidlərində piyadaya yol verməyən sürücüləri «ilişdirmək» üçün maraqlı üsula əl atırlar. Əslində bu barədə bir neçə ay əvvəl də məlumat almışdıq. Sadəcə inanmamışdıq. O vaxt gənc müğənni Yaşar Cəlilov bildirmişdi ki, Nəsimi rayonu ərazisində – «Köhnə dəyirman»ın yaxınlığındakı piyada keçidinin yanında həmişə bir nəfər dayanır. Həmin şəxs elə mövqe seçir ki, guya yolun kənarında dayanıb kimisə gözləyir. Lakin maşınlar keçidə yaxınlaşanda qəflətən ayağını zebranın (piyada keçidinin) üstünə ataraq sürücülərə və özünə təhlükə yaradır. Amma iş bununla bitmir. Bir qədər irəlidə dayanan DYP əməkdaşları dərhal həmin sürücülərdən bir neçəsini saxlayıb cərimə yazırlar ki, filan yerdə piyadaya yol verməmisən, 50 manat cəriməsi var. Yaşar Cəlilov deyir ki, bu hadisə onun başına gəlib. Amma paytaxtın başqa yerlərində də belə hallar var: «Bir dəfə də atamı eyni qaydada cərimələyiblər. Mənə zəng edib deyəndə o saat başa düşdüm ki, qurama işdir. Dəqiq xatırlamıram ora hansı küçədir, amma atam da bildirdi ki, piyada yol polisinin adamı idi, birlikdə «işləyir»lər».

Bunu da oxuyun

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

Bu günlərdə isə məlumat aldıq ki, sən demə, yol polisində bu variantdan geniş istifadə olunur. Belə ki, eyni proses Ceyranbatanda da gedir. Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində piyada keçidi var. Burada həm də müşahidə kameraları və radar mövcuddur. Avtosfer.az-a məlumat verən sürücülər bildirirlər ki, həmin piyada keçidinin yaxınlığında iki piyada dayanır. Onlar burada tez-tez görünürlər. Elə ki maşınların sayı bir az çox oldu, həmin piyadalar qəflətən özlərini piyada keçidinin üstünə atıb yolu keçməyə başlayırlar. Bir qədər sonra eyni qaydada geri qayıdırlar: «Yəni, bura onların «iş yeri» dir. Heç kim heç nə başa düşmür, sürücülər yollarına davam edirlər. Amma Bakıya tərəf gedən sürücülər qarşıda «surpriz»lə qarşılaşırlar. Saray postunda həmin maşınları saxlayan yol polisləri bildirirlər ki, Ceyranbatanda piyadaya yol verməmisən. Hərəyə bir cərimə deyirlər – gah 50 manat, gah da 60 manat və 3 bal. Əksər hallarda sürücülərdən 50 manat tələb edirlər ki, cərimə yazmayaq, yazsaq, bal da düşəcək. Ona görə də, bəzi sürücülər bal yazılmasın deyə pul verib canlarını qurtarırlar».

Yeri gəlmişkən, Saray postu Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Ppatrul Xidməti Alayının tabeliyindədir. Alayın komandiri polkovnik Balakişi Əhmədovdur. Bu postdan tez-tez narazılıqlar olurdu. Amma daha bu qədər «unikal» əməliyyat heç kimin ağlına gəlməzdi. Görünür, Balakişi Əhmədovun işçiləri bunun üçün xeyli «baş sındırıb». Lakin çox hörmətli polkovnik öz işçilərinə təlimat verməyi unudub ki, xüsusi texniki vasitətələr tərəfindən qeydə alınmış qayda pozuntusuna görə sürücünü yolda saxlamaq qadağandır. Postda sürücünü saxlayıb “filan yerdə kamera çəkib, piyadaya yol verməmisən, cərimə yazacağıq” demək İnzibati Xətalar Məcəlləsinin 429-3-cü maddəsini kobud şəkildə pozmaqdır. Bu, qanunlara hörmətsizlikdir. Kamera çəkib, lap yaxşı. Göndər ünvanına, cəriməni öləsin. Həmin piyadanın DYP-nin adamı olduğunu qoyaq bir kənara, qayda pozuntusu kamera vasitəsilə qeydə alınıbsa, sürücünü sənədləşmə üçün saxlamaq qadağandır. Çünki həmin qayda pozuntusu Mərkəzi Məlumat Xilməti (MMX) tərəfindən qeydə alınır və dərhal sürücüyə heç kimin müdaxiləsi olmadan, əli dəymədən elektron protokol yazılır və ünvanına göndərilir. Saray postuna sürücünü saxlayıb sevinə-sevinə «filan yerdə qayda pozmusan» deyən yol polislərinin deyəsən, bu sistemdən xəbəri yoxdur. Əslində xəbəri olmaya bilməz. Çünki onların komandiri hər bir yenilik barədə işçilərinə məlumat verməlidir, təlimat keçməlidir. Amma görünür ya məlumat verilməyib, ya da təlimat düzgün oxunmayıb.

Bir daha qeyd edirik ki, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş qayda pozuntusuna görə sürücünü saxlamağa ehtiyac yoxdur. Çünki həmin kameralar qanuna əsasən, MMX-ya inteqrasiya olunub və hər bir qayda pozuntusu üzrə elektron protokol tərtib olunur. Bir halda ki, kamera çəkəcəkdisə, yol polisi də yolda sürücünü yenidən saxlayacaqdısa, o zaman bu kameralar, bu sistem nəyə lazım idi?

Amma Ceyranbatanda qeydə alınan qayda pozuntusuna görə Saray postunda sürücünü saxlayıb hansısa formada «cəzalandırıb» yola salırlarsa, burada başqa müəmma da ola bilər. Bəlkə həmin qayda pozuntusunu qeydə alan kamera MMX-ya inteqrasiya olunmayıb? Əgər belədirsə, bu da çox ciddi qanun pozuntusudur, çünki İnzibati Xətalar Məcəlləsinin 391.1-1-ci maddəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin DYP-nin mərkəzi informasiya sisteminə (MMX-ya) inteqrasiya olunmasını birmənalı təsbit edir. İnteqrasiya olsaydı, sürücülərin ünvanına məktub gələrdi. Amma gəlmir. Saray postunda sürücüləri saxlayıb «cərimələyəndən» sonra «Yaxşı yol, narahat olma, siləcəyik» deyib yola salırlarsa, deməli, burada Balakişi Əhmədovun işçilərinin qeyri-adi ixtirası var. Bu və digər ixtiralar barədə növbəti yazılarımızda məlumat verəcəyik. Həm də biləcəksiniz ki, yollardakı bəzi radarlar MMX-ya inteqrasiya olunmayıb. Həmin radarlar da Balakişi Əhmədovun komandiri olduğu Alaya aiddir. Məsələn, DYP əməkdaşı sizi mağistral yolda saxlayıb «filan yerdə radara düşmüsünüz» deyir, siz «ünvana göndərin» deyib yolunuza davam etmək istəyirsiniz. Sizi saxlayan əməkdaş isə təkidlə bunu yerində həll etməyin zəruriliyini, hətta faydalılığını deyir. Sizcə, niyə? Tezliklə, Avtosfer.az saytında bu sualın cavabını biləcəksiniz.

Piyada keçidində polislə “iş birliyi” edənlərə isə ehtiyatlı olmalarını tövsiyə edirik. Axı intizamsız sürücülər çoxdur.

 

Elməddin Muradlı

Previous Post

Yol polisinin sürücülərə qarşı yeni oyunu üzə çıxdı

Next Post

“Qərblə Rusiya arasındakı ziddiyyət Qarabağda konfliktin alovlanmasına şərait yaradır”

Bənzər yazılar

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev ARB24-ə müsahibə verib. Elchi.az xəbər verir ki, Qüdrət Həsənquliyev Azərbaycan-Niderland,...

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

Tramp Somalini “dünyanın ən pis ölkəsi” adlandırıb

26 Oktyabr 2026 - 17:38

ABŞ Prezidenti Donald Tramp Somalinin "bəlkə də dünyada ən pis ölkə" olduğunu bildirərək, orada insanların öldürüldüyünü, gəmilərin ələ keçirildiyini və...

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Elchi.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik: - Qüdrət bəy,...

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Next Post

“Qərblə Rusiya arasındakı ziddiyyət Qarabağda konfliktin alovlanmasına şərait yaradır”

“Qərblə Rusiya arasındakı ziddiyyət Qarabağda konfliktin alovlanmasına şərait yaradır”

Son xəbərlər

Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33
Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

Ukrayna və Moldova hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıb

26 Oktyabr 2026 - 20:05
Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

Çin və İndoneziya terrorizmə qarşı birgə hərbi təlim keçirəcək

26 Oktyabr 2026 - 20:03
Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Dünya Turizm Təşkilatının Baş katibini qəbul etməsinə dair videoçarx paylaşılıb – VİDEO

26 Oktyabr 2026 - 19:25
Baş prokuror İƏT Baş katibi ilə görüşüb

Baş prokuror İƏT Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:56
Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

Məktəblərdə bir şagirdə düşən illik təhsil xərcləri təsdiqlənib

26 Oktyabr 2026 - 18:45
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

26 Oktyabr 2026 - 18:38
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

26 Oktyabr 2026 - 18:36
Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan-Niderland münasibətlərinin inkişafı hər iki dövlətin maraqlarına cavab verir” -MÜSAHİBƏ

26 Oktyabr 2026 - 18:27
Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

Məktəblərdə təhsilin səviyyələri üzrə adambaşına maliyyələşdirmədə artım əmsalları müəyyənləşib

26 Oktyabr 2026 - 18:16
Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

Keniyada yanacaq qiymətlərinə etiraz edən şəxslər saxlanılıb

26 Oktyabr 2026 - 18:05
Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

Azərbaycan və Vyetnam ali auditdə rəqəmsal texnologiyaların tətbiqini müzakirə edib

26 Oktyabr 2026 - 17:52
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.