"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Həyatımızın qaçılmaz kredit problemləri

20 Noyabr 2014 - 17:34
in İQTİSADİYYAT
FacebookVatsap

Zöhrab İsmayıl: “Banklar Milli Bankın mərkəzləşmiş resurslarından kredit alanda qeyri-rəsmi ödənişlər img1684250etməyə məcbur olursa nəticədə bu kredit faizlərinə təsir edəcək”

Bunu da oxuyun

Neft yenə 105 dollara yaxınlaşır

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Mirmahmud Mirəlioğlu: “Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər yüksək faizlər yoxdur”

Azərbaycanda banklarda kredit faizlərinin yüksək olması və bunun vətəndaşların həyatına mənfi təsir etməsi hər kəsin bildiyi bir faktdır. Ötən gün Milli Məclisdə büdcə müzakirələri zamanı bu məsləyə toxunan Zahid Oruc da yüksək faizli kreditlərin bəzən insanların həyatını məhv etməyə qədər mənfi nəticələrə səbəb olduğunu bildirib.
Bəs, görəsən hökumətin bankların  kredit siyasətinə təsiri varmı? Kredit faizlərinin aşağı salınması üçün bank sektoruna hansı müdaxilələr oluna bilər? Yoxsa, bu tendensiya hökumətin vətəndaşları banklarda, dolayısı ilə dövlətdən asılı hala salınmasına xidmət edir? Kredit borcunu ödəməyən insanların məhkəmə qarşısında aciz qalması, bir neçə gündə evindən çıxarılaraq  küçələrə atılması günümüzün reallığıdır. Bəs, bu vəziyyətdən çıxış yolu nədir?
“Yeni Müsavat”ın sualını cavablandıran “Azad İqtisadiyyata Yardım Mərkəzi”nin sədri Zöhrab İsmayıl bildirdi ki, kreditlərin faiz dərəcələrini hökumət müəyyən etməsə də problemi tənzimləmək istiqamətində addımlar atmalıdır: “Kredit faizlərini hökumət müəyyən etmir, banklar müəyyən edir. Bankların isə əksəriyyəti isə özəldir. Kredit faizlərinin yüksək olmasının səbəbləri isə müxtəlifdir. Bunlardan biri bankların maliyyə vəsaitlərinin məhdud olmasıdır. Azərbaycanda bank bazarı kiçikdir, sahibkarlıq və investisiyalar üçün mühit yaxşı olmadığından bank bazarı inkişaf edə bilmir. O biri tərəfdən hökumət və Milli Bank bank bazarına rəsmi və qeyri-rəsmi müdaxilə edir. Hökumət çalışır ki, mövcud banklar hər hansı formada nəzarətdə olsun. Həmçinin ölkədə xarici bank kapitalına məhdudiyyət var. İkinci amil kredit verilən zaman risklərin yüksək olmasıdır. Ölkədə qanunun aliliyi bərqərar olmadığından, məhkəmələr müstəqil və effektiv işləmədiyindən, həmçinin korrupsiyaya bulaşdığından kreditlərin qaytarılmasında ciddi problemlər var. Bu da riskləri artırır və faizləri bahalaşdırır ”.
Zöhrab İsmayıl bankların kreditlərin faiz dərəcələrini artırmağa sövq edən başqa obyektiv səbəblərin olduğunu da vurğuladı: “Məsələ bundadır ki, kreditlərə tələbat yüksəkdir. Bu tələbatı ödəyəcək resurslar isə məhduddur. Bu bir göstəriş məsələsi deyil, bank bazarındakı çətinlikləri kreditlərin baha olmasına gətirir. Ölkədə maliyyə azadlıqları məhduddur. Vətəndaşlar əgər banklara əmanət qoymağa çəkinirsə, banklar Milli Bankın mərkəzləşmiş resurslarından kredit alanda qeyri-rəsmi ödənişlər etməyə məcbur olursa nəticədə bu kredit faizlərinə təsir edəcək.
İqtisadçı ekspert qeyd etdi ki, bank-maliyyə sektorunda islahatlar aparılmadan bu problemlərin köklü şəkildə həlli mümkün deyil: “Əslində bir çox banklar da bugünkü hökumət müdaxilələrinin problemlərini yaşayır. Bu situasiya bank-maliyyə sektorunda geniş islahatlar tələb edir. Xarici bank kapitalına məhdudiyyət aradan götürülməli, sahibkarlıq və investisiya mühiti sağlamlaşdırılmalıdır. Həmçinin mülkiyyətə və başqa əmlaklara müdaxilələr dayanmalıdır. Ən əsası ölkədə qanunun aliliyi təmin edilməlidir. Məhkəmələr üçüncü hakimiyyət funksiyasını yerinə yetirilməlidir.
Kredit faizləri ilə bağlı xarici təcrübəyə toxunan ekspert onu da vurğuladı ki, müxtəlif ölkələrdə faiz dərəcələri fərqli olsa da, inkişaf etmiş ölkələrdə bu illik 4-5 faizdən yüksək deyil.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da hökuməti bank siyasəti ilə bağlı islahatlara çağırdı: “Azərbaycan vətəndaşlarının əksəriyyəti bu gün demək olar ki, banklardan asılı vəziyyətdədirlər. Hökumətin bu siyasəti doğru siyasət deyil. Kreditlərin faiz dərəcələrinin yüksək olması hər zaman insanları narahat edir. Bunun çıxış yolu tapılmalıdır. Biz bilirik bu məsələlərin arxasında yürüdülən siyasət durur. Bu təkcə bəyanatlarla yox, təkcə büdcə müzakirə olunarkən verilən vədlərlə yox, konkret əməli addımlarla həll olunmalıdır. Təəssüflər olsun ki, hələ ki, bu məsələ aktual olaraq qalır”.
Partiya sədrinin fikrincə, dövlətin bu məsələdə təsir imkanları böyükdür: “ Bütün banklar Mərkəzi Bankdan asılıdır.  Mütəxəssislər dəfələrlə bu məsələdə çıxış yollarını göstəriblər. Bu siyasət mütləq dəyişilməlidir. Vətəndaşa kredit verilir və bir aydan sonra başlanır faizi hesablanmağa. Əgər hər hansı sahibkar bu pulla yatırım edirsə, hələ o aldı pulu dövriyyəyə salmayıb, bundan qazanc əldə etməyib, ancaq artıq bank borcunu istəyir. Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər yüksək faizlər yoxdur və bu faizlər artmaqdadır. Bu məsələ kompleks şəkildə həll olunmalıdır. Kredit siyasəti dəyişməsə daha böyük problemlər ortaya çıxacaq”.
Bankın idarə heyətinin sədri Elman Rüstəmov Milli Məclisdə büdcə layihəsinin müzakirəsi zamanı bildirib ki, gələcəkdə biznes kreditlərində faiz dərəcələrinin bir rəqəmli səviyyəyə salmağı hədəfləyirlər və Maliyyə Nazirliyi ilə bu istiqamətdə işlər aparılır: ““Bəziləri təklif edir ki, bank faizləri adminstrativ üsullarla aşağı salınsın. Amma bizim hədəflədiyimiz siyasətlə bunu həyata keçirmək mümkün deyil. Çünki bu zaman kölgə bankçılığı yaranır. O bildirib ki, bəzi ölkələrdə belə bankların payı 30-50 %-ə çatır. “Sələmçilik yaranmasını istəmirik və şəffaflığın olmasından yanayıq. Əhaliyə verilən kredit faizləri 2014-cü il üzrə 14,4% təşkil edib. Bu rəqəm biznes kreditləri üzrə 10, 8%, istehlak kreditləri üzrə 18% təşkil edir. İstehlak kreditləri həm təminatlı, həm də təminatsızdır. Təminatlı kreditləri dedikdə avtomobil kreditləri 14,8% , dövlət hesabına verilən ipoteka kreditləri isə 4,8 %, bank ipoteka kreditləri isə 9-10% təşkil edir. Təminatsız istehlak kreditləri üzrə faizlər hazırda 35 faizə gəlib çatır. Kredit kartları tam təminatsız sahəyə aiddir. Banklarda hesabınızın olması kredit kartı almağınıza kifayət edir. Ona görə də bu növ kreditlər çox risklidir. Telefonla belə bu kartları almaq mümkündür”.
E. Rüstəmov qeyd edib ki, geri qaytarılmayan kreditlərin payı hazırda 15-18%-ə çatır: “Bizim əhalimiz vəsaitlərini çox yüksək faizlə banklara verirlər. Banklar daha çox əmanətlərə görə pul ödəyirlər, nəinki özləri faizlərdən qazanc əldə edirlər. Mərkəzi Bank son illər iqtisadiyyata vəsait qoyuluşunu 34 dəfə artırıb. Bununla belə kreditlərə olan tələbat çoxdur. Buna səbəb isə təklif bazarı olmamasıdır”.
Dünya Bankının araşdırmalarına diqqət çəkən sədr bildirib ki, Azərbaycanda ipoteka kreditlərinə olan ilkin tələbat 6 milyard dollardır: “Biz gələn il üçün bu istiqamətdə ayrılan vəsaitlərin əsaslı şəkildə artırılmasını hədəfləyirik. Maliyyə Nazirliyi ilə bu məsələ ilə bağlı müzakirələr aparılır”.
Previous Post

Həyatımızın qaçılmaz kredit problemləri

Next Post

Ordumuz şəhid verdi

Bənzər yazılar

Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42

Dünya bazarlarında neft bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 104,72 dollara, yüngül neftin bir barreli...

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının inkişafı müzakirə edilib

09 Oktyabr 2026 - 17:17

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Almaniya Federal İqtisadiyyat və Energetika Nazirliyinin Ukrayna, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Xarici...

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

Ölkə ərazisində 117 minə yaxın yeni nəsil kassa aparatı quraşdırılıb

09 Oktyabr 2026 - 16:45

İndiyədək Azərbaycanda 116.908 ədəd yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) quraşdırılıb. Bu barədə Elchi.az-a Dövlət Vergi Xidmətindən məlumat verilib. Bildirilib ki,...

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

09 Oktyabr 2026 - 14:53

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50 milyard 774,7 milyon manatlıq mal satılıb. Elchi.az bu barədə Dövlət...

Next Post

Ordumuz şəhid verdi

Ordumuz şəhid verdi

Son xəbərlər

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

Torres Fransada ayın ən yaxşı futbolçusu seçildi

10 Oktyabr 2026 - 11:41
Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

Milli Məclisin deputatları ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlayıb

10 Oktyabr 2026 - 11:27
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi müəyyənləşib

10 Oktyabr 2026 - 11:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – SİYAHI

10 Oktyabr 2026 - 11:20
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

10 Oktyabr 2026 - 11:13
BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

BDYPİ yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

10 Oktyabr 2026 - 10:59
Neft yenə 105 dollara yaxınlaşır

Neft yenə 105 dollara yaxınlaşır

10 Oktyabr 2026 - 10:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.