"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

“Türkiyədə Azəri qızı Güneli sayan yoxdur” – Müsahibə, Fotolar

18 Noyabr 2014 - 21:28
in ŞOU
FacebookVatsap

Şou əhli arasında Türkiyədə yaşayıb fəaliyyət göstərən həmyerlilərimiz az deyil. Bir neçəsi də model1416293702 biznesində özünə kifayət qədər ad qazana bilib. Onlardan ən məşhurları Günay Musayeva, Nigar Talıbovadır. Tabloid.az 5 ildir Türkiyədə model olaraq çalışan və hazırda Azərbaycana gəlib model agentliyi açmaq istəyən Könül Əzizova ilə eksklüziv müsahibəni oxuculara təqdim edir.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

– Könül xanım, Türkiyədə model biznesi bizim ölkə ilə müqayisədə çox inkişaf edib. Orada modellər arasında rəqabət güclüdür?

– Vallah mən belə şey görməmişəm. Mən bu işdən çörək pulumu qazanmağa getmişəm. Mənim podiuma birinci,  sonuncu çıxmaq kimi iddialarım olmayıb. Ona görə də belə şeylərə fikir verməmişəm.

– Niyə bu qədər iddiasızsınız ?

– Mən sadəcə çörək pulumu qazanmaq istəmişəm. Ön planda olmaq, reklam olunmaq istəməmişəm. Baş maniken də olmuşam, amma bunu reklamıma yönəltməmişəm.

– Amma general olmaq istəməyən əsgərdən yaxşı əsgər olmaz deyə bir misal var…

– Mənim iddiam çox dəfiləyə çıxmaq olub.

– Türkiyədə yaşayan 2 modelimiz Günay Musayeva və Nigar Talıbova Azərbaycanla yanaşı orada da kifayət qədər tanınır. Niyə Könül Əzizova hələ tanınmır?

– Çünki reklamıma pul xərcləmirəm. Azərbaycanda reklamımı hələ indi-indi aparıram. Hələ ailəmin bütün üzvlərim bilmir ki, mən modeləm.

– Türkiyədə model olaraq tanınmaq üçün nə etmək lazımdır?

– Ya qalmaqal etməlisən, ya məşhur birinin yanında olmalısan, ya da aparıcı olmalısan. Mənə aparıcı  kimi çalışmaq təklif edilib.  Amma qəti cavab verməmişəm.

– Model üçün xarici görünüş nə qədər önəmlidir?

– Fotomodel və dəfilə üçün maniken anlayışı var. Mən bu işə başlayanda fotomodel olaraq başlamışam. Çünki boyum elə də uzun deyil. 1.70 sm boyum var. Sonradan podiuma çıxdım. Maniken üçün boy çox uzun olmalıdır. Sima önəmli deyil. Bir də əsas vücud olmalıdır. Fotomodel üçün isə boyun önəmi yoxdur. Əsas sima və vücuddur.

– Müğənnilərimiz Aygün Kazımova, Röya və Rəqsanənin türk şou biznesinə qatılmaq cəhdindən sonra bəlli oldu ki, orada çox güclü monopoliya var. Kənardan gələn adamı daxili bazara buraxmamağa çalışırlar. Model biznesində vəziyyət necədir?

– Təbii ki, öz millətlərinə hədsiz çox önəm verirlər. Bizim ölkəmizə biri gələndə şişirdib dağ başına qoyurlar. Türkiyədə isə bizimkiləri önə qoymurlar. Mən özüm Röyanın kliplərini dalbadal Kral TV-də görəndə şok olmuşdum. Çünki orada imkan vermirlər. Azəri qızı Günelə baxın, neçə illərdir oradadır. Öldürür özünü, heç onu sayan yoxdur. Niyə? Çünki istəmirlər. Özlərini üstün tutan millət olduqları üçün. Kənardan gəlib qabağa getməyə qoymurlar.

– Azərbaycan və Türkiyə ilə model biznesini müqayisə edə bilərsiniz?

– Müqayisə etmək mümkün deyil! Azərbaycanda mən o işığı görmürəm. Mən demirəm ki, məndən yoxdur. Amma uzun müddətdir bu işin içində olduğumdan fikirlərim formalaşıb. Azərbaycanda model biznesinin inkişafı üçün uzun illər lazımdır.

– Türkiyədə modellərin qonorarı nə qədərdir?

– Müxtəlifdir. Amma ən maraqlısı odur ki, pulsuz çıxanlar da var. Məsələn, çox məşhur modelyerin kolleksiyası nümayiş edilirsə, modellərin çoxu adının orada olması üçün can atır. Elə bilirsiniz  baş manikenlər podiuma pulla çıxır? Və gördüyünüz moda nümayişlərinin hamısı pulludur ? Podiuma pulsuz çıxan saysız məşhur manikenlər var. Və bu bir həqiqətdir. Özü də baş maniken çıxanlar öz adlarına işləyirlər.

– Günay Müsayeva və Nigar Talıbova da Türkiyədə yaşayır. Əlaqələriniz var?

– Qətiyyən yoxdur. Günayla bir işdə qarşılaşmışıq. Aramızda ancaq salam-sağ ol olub. Bəlkə də heç məni tanımır. Nigar Talıbova ilə podiumda qarşılaşmışam. Orada artıq həyəcan olur.  Münasibətimiz heç yoxdur.

– Modellərin ən böyük problemi bədən ölçülərini daim nəzarətdə saxlamaqdır. Bunun üçün nə edirsiniz ?

– Heç nə (gülür). Bu, məndə genetikdir. Anamdan keçib. Amma hədsiz arıqlamaq istədiyim dövr olub. 18-19 yaşında 1 ay mütəmadi olaraq alma və qatıqla dolanırdım. Axırda da xəstəxanalıq oldum. O vaxt necə arıqlamışdımsa, bu günə kimi kökələ bilmirəm.

– Hazırda bədən ölçüləriniz necədir ?

– 92-63-92… ideala yaxındır.

– Plastik əməliyyat etdirmisiniz?

– Bəli, ancaq üzümdə bunu etmişəm. Bədənimin qalan heç bir yerində plastik əməliyyat etdirməmişəm.

– Niyə Azərbaycanda model agentliyi açmaq qərarına gəldiniz? Axı dediniz ki, burada bu biznesin inkişafı üçün uzun illər lazımdır.

– Bəxtimi sınamaq istəyirəm. Məhz Azərbaycanda bu sahə inkişaf etmədiyi üçün agentlik açmaq istədim.  Model kimi tanınmaq, uğur qazanmaq istəyən çoxlu sayda oğlan və qızlarımız var. Onlara kömək etmək istəyirəm. Ən tanınmış modelimiz Rüstəmdir. O, Amerikadadır. Çünki burada iş demək olar ki, yoxdur.

– Bəs Azərbaycanda model biznesini inkişaf etdirmək üçün nə etmək gərəkdir?

– Modelyerlərin sayı artmalıdır, yaxşı kolleksiyalar hazırlamalıdırlar.  Olanlar isə üzə çıxmalıdır. Bir modelyeri məşhurlaşdırmaqla iş bitmir. Bizim modelyerlər dərk etmirlər ki, onlar dəfilələrin sayını çoxaltmaqla sifarişləri çox olacaq və çox qazanacaqlar. Bizim modelyerlər indi dərzilik edir. Dəfilənin kolleksiyası fərqli, şou xarakterli olmalıdır. Yəqin bunu Azərbaycanda ancaq Fəxriyyə Xələfova bacarır.

– Bəs şou nümayəndələrimiz haqqında nə deyə bilərsiniz?

– Aygün Kazımova və Röyanı çox bəyənirəm. Onlar mənim sevimli müğənnilərimdir.  İkisi də çox zövqlə geyinir.

Previous Post

“Türkiyədə Azəri qızı Güneli sayan yoxdur” – Müsahibə, Fotolar

Next Post

Obamanın son bəyanatı – İŞİD nüvə silahı əldə edə bilər

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

Obamanın son bəyanatı - İŞİD nüvə silahı əldə edə bilər

Obamanın son bəyanatı - İŞİD nüvə silahı əldə edə bilər

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.