"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Bakı və Tehranın hamar olmayan münasibətləri

14 Noyabr 2014 - 21:29
in GÜNDƏM
FacebookVatsap

Azərbaycan-İran münasibətlərinin enişli-yoxuşlu tarixi; iki ölkə arasında iqtisadi sahədə əlaqələr inkişaf etsə də, mübahisəli məsələlərdə hələ ortaq nöqtəyə çatmaq mümkün olmayıb

Bunu da oxuyun

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr seçilib

1İran prezidenti Həsən Ruhani noyabrın 12-13-də Azərbaycanda iki günlük səfərdə oldu. O, Bakıda yüksək səviyyədə qarşılandı, Azərbaycan prezidentinin iqamətgahında iki ölkənin dövlət başçıları arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi.
Axşam isə Azərbaycan Prezidenti İlham Əliyev H.Ruhaninin şərəfinə ziyafət verdi.
İran prezidentinin Bakı səfəri zamanı iki ölkə arasında 6 bənddən ibarət birgə bəyannamə, eləcə də bir sıra sahələrdə əməkdaşlıq müqavilələri imzalanıb. Azərbaycan hökuməti İran İslam respublikasının nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququnu dəstəklədiyini bəyan edib. Eyni zamanda Azərbaycan prezidenti bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman İranın dəstəyini hiss ediblər. Bundan başqa, prezidentlər iqtisadiyyatın müxtəlif sahələrində, ilk növbədə sənaye, energetika, tikinti, kənd təsərrüfatı və turizm sahələrində qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirmək niyyətində olduqlarını vurğulayıblar. Bakıda olan İran naziri bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi hazırda 500 milyon dollar civarındadır, ancaq bu rəqəmi 10 dəfə artırmaq olar və tərəflər bununla bağlı danışıqlar aparıblar.
Belə görünür ki, hər iki ölkənin rəhbərliyi münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Və son bir ildə aparılan siyasət, qarşılıqlı səfərlər, ritorika bunu deməyə əsas verir. Ancaq hələlik iki ölkə münaisbətlərinin tam şəkildə düzəldiyini və ya yüksək səviyyədə olduğunu iddia etmək olmaz, çünki ortada hələ də həll olunmamış ciddi məsələlər qalır.
Azərbaycanla İran həmsərhəd (Azərbaycanın ən uzun sərhədi Ermənistandan sonra İranladır) ölkə olmasına baxmayaraq iki ölkə arasında münasibətlər heç də hamar olmayıb.
Elə indi də, son illərdə iqtisadi əməkdaşlıq, biznes əlaqələri istiqamətində müəyyən irəliləyişlər olsa da, siyasi və diplomatik sahədə İran-Azərbaycan münasibətləri yüksək səviyyədə deyil. Azərbaycan dövləti İranın Ermənistanla yaxından əməkdaşlıq etməsi, iqtisadi dəstəyinin olmasından, eləcə də Azərbaycanda dini fəaliyyətindən, daha dəqiqi şiə dini camiəsi üzərində təsir yaratmasından narazıdır. Eyni zamanda iki ölkə Xəzər dənizinin bölüşdürülməsi məsələsində ortaq mövqeyə gələ bilmirlər. İki ölkə arasında Xəzərdəki mübahisəli neft yataqları 2000-ci illərin əvvəllərində hətta hərbi qarşıdurmaya səbəb olmaq həddinə gəlib çatmışdı.
Öz növbəsində Azərbaycanın Qərbyönlü kurs götürməsi, eləcə də İsraillə yaxından əməkdaşlıq etməsi Tehranda qəzəblə qarşılanır. 2011-ci ildə ABŞ mətbuatında Azərbaycanın 4 hərbi aerodromunun İsrail ordusunun istifadəsinə verilməsi xəbərinin yayılması Bakı ilə Tehran arasında münasibətləri ciddi şəkildə gərginləşdirdi. Hər iki ölkədən bir – birinə qarşılıqlı hədələr gəldi. Ancaq Azərbaycan dövlət başçısının müdaxiləsindən sonra vəziyyət müəyyən qədər sabitləşdi. 2013-cü il iyunun 4-də Həsən Ruhani prezident seçildikdən sonra Azərbaycan-İran münasibətlərində nəzərə çarpacaq yumşalmalar müşahidə olunmağa başladı. İranın yeni “islahatçı” prezidenti Qərblə münasibətlərin mülayimləşməsi tərəfdarı kimi çıxış edirdi. Bu siyasət Azərbaycana qarşı da tətbiq olundu.
Hazırda Azərbaycan-İran münasibətlərində yeni tendensiya müşahidə olunur. Belə ki, artıq Azərbaycan iş adamları İranın müxtəlif sahələrinə, o cümlədən enerji layihələrinə yatırım qoyurlar. Qeyd etmək lazımdır ki, bu məsələdə Azərbaycan hakimiyyəti ilə yanaşı İran hökuməti də maraqlı görünür.
Qeyd edək ki, SSRİ-nin son illərində, eləcə də müstəqilliyin ilk illərində İran Azərbaycanda aktiv fəaliyyət göstərib, iki ölkə arasında humanitar yardım, hərbi sahədə əməkdaşlıq, eləcə də siyasi-iqtisadi və digər əsas istiqamətlərdə əməkdaşlıq olub. Ancaq sonradan, xüsusən də AXC hakimiyyəti dönəmində Azərbaycanın strateji olaraq Türkiyə və Qərbə inteqrasiya kursu götürməsi İranla əlaqələrin soyumasına səbəb olub. H.Əliyevin hakimiyyətə gəlməsindən sonra İranla əlaqələr qismən düzəldilsə də, strateji kursu dəyişdirilməyib və İranla münasibətlərdə məsafə saxlanılıb. Ancaq buna baxmayaraq İslam Respublikası Azərbaycanda humanitar yardım, hərbi əməkdaşlıq, eləcə də  hər iki ölkənin müştərək olduğu dini maarifçilik sahəsində fəaliyyətlərini davam etdirib. Sonradan, daha dəqiqi 90-cı illərin sonlarında hərbi sahədə əməkdaşlıq dayandırılıb, dini, təhsil və sair sahələrdə fəaliyyətlər azaldılıb. 2001-ci ildə isə Azərbaycan hökuməti ölkə ərazisindəki 14 İran mədrəsəsini bağlamaqla İslam Respublikasının Azərbaycandakı dini fəaliyyətini böyük ölçüdə dayandırıb.
2002-ciildə isə Xəzərdə mübahisəli neft yataqlarında işləyən bp şirkətinə məxsus gəmilərə İran hərbi gəmilərinin hücum etməsi iki ölkə arasında gərginliyi daha da artırıb. Azərbaycan Türkiyədən hərbi dəstək istəyib, Bakıya Türkiyə hərbi attaşeləri və hərbi hava qüvvələrinə məxsus “Türk şahinləri” gələrək, Xəzərdəki mübahisəli neft yataqları üzərindən uçuşlar həyata keçirməklə Azərbaycana Türkiyənin hərbi dəstəyini nümayiş etdirib.
Sonrakı illərdə, xüsusən də 2005-ci ildə Mahmud Əhmədinejadın prezident seçilməsindən sonra İranla Qərb arasında münasibətlər daha da gərginləşdi və ABŞ-ın İrana hücum edəcəyi ilə bağlı məlumatlar yayılmağa başladı. İranın ABŞ-la müharibə vəziyyətində olması Azərbaycana da ciddi problemlər yaradırdı. İran hökuməti həmin periodda Azərbaycanı potensial təhlükə ərazisi  kimi görərək bir neçə dəfə Bakıya xəbərdarlıq edib. Sonradan açıqlanan məxfi yazışmalardan da göründüyü kimi,  Tehran Bakının Amerika ilə əməkdaşlığından rahatsız olub. Ortaya çıxan məlumatlardan görünür ki, amerikalılar Bakıda İrana qarşı bir sıra kəşfiyyat fəaliyyətləri aparıblar. Eyni zamanda 2008-ci ildə Bakıda İsrail səfirliyinə qarşı İranda hazırlanan terror hücumunun qarşısının alınması münasibətləri daha da gərginləşdirdi. Həmin vaxt İran rəsmiləri Azərbaycanı İrana qarşı Qərbin “ön cəbhəsi” kimi qiymətləndirirdilər. Bu vəziyyət son iki ilə qədər müəyyən vaxtlarda artan və azalan gərginliklə davam etdi.
Qeyd edək ki, hazırda da səmimi və isti mesajlara, o cümlədən iqtisadi sahədə əlaqələrin yaxşılaşdırılmasına yönəlik addımlara baxmayaraq Bakı və Tehran arasında strateji olaraq yaxınlıq mövcud deyil. Çünki iki ölkə arasında mübahisəli məsələlər həllini tapmayıb. Xəzərin bölüşdürülməsi ilə bağlı iki dövlət arasında ciddi fikir ayrılıqları qalır. Eyni zamanda İran hələ də Ermənistanla münasibətlərini Azərbaycanı qane edəcək səviyyədə qurmayıb. Tehran rəsmiləri də Azərbaycanın Qərb ölkələri, o cümlədən İsraillə əməkdaşlığına ehtiyatlı yanaşırlar.

 

Previous Post

Bakı və Tehranın hamar olmayan münasibətləri

Next Post

Baş redaktor hüquq müdafiəçisinə müraciət etdi

Bənzər yazılar

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

16 Oktyabr 2026 - 19:27

Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə komitənin kollektivini və paralimpiyaçıları təbrik edib. Elchi.az xəbər verir ki,...

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb

16 Oktyabr 2026 - 12:19

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Elchi.az xəbər verir ki, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin...

Mətbuat Şurasına yeni sədr seçilib

Mətbuat Şurasına yeni sədr seçilib

16 Oktyabr 2026 - 12:12

Mətbuat Şurasının yeni sədri seçilib. Elchi.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat...

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək

16 Oktyabr 2026 - 11:41

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi pensiya yaşı kimi müəyyən ediləcək. Elchi.az-ın xəbərinə görə, bu, Milli Məclisin...

Next Post

Baş redaktor hüquq müdafiəçisinə müraciət etdi

Baş redaktor hüquq müdafiəçisinə müraciət etdi

Son xəbərlər

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

Qüdrət Həsənquliyev: “Azərbaycan Türkiyə ilə Mərkəzi Asiya respublikaları arasında körpüdür” -MÜSAHİBƏ

17 Oktyabr 2026 - 20:21
Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

Almaniya Kansleri məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib

17 Oktyabr 2026 - 19:21
Moskvada 103 aviareys təxirə salınıb

Moskvada 103 aviareys təxirə salınıb

17 Oktyabr 2026 - 19:00
“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

“Sabah”ın baş məşqçisi: “Qarabağ” – “Neftçi” oyununu neytral azarkeş kimi izləyəcəyəm

17 Oktyabr 2026 - 18:43
Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

Husilər Yəmən hökumətinə bağlı əsir götürülmüş 159 nəfəri azad edib

17 Oktyabr 2026 - 18:02
Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

Kiyevdə Kliçkonun istefası tələbi ilə aksiya keçirilir

17 Oktyabr 2026 - 17:00
İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

İran XİN rəhbəri: Hörmüzün açılması üçün ABŞ-a yeddi günlük plan təklif etmişik, seçim onlarındır

17 Oktyabr 2026 - 16:35
Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

Zelenski ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ləğv etməyə davam edəcəyini düşünür

17 Oktyabr 2026 - 15:57
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr 2026 - 15:40
Roma Papası xəstəxanadan evə buraxılacaq

Roma Papası xəstəxanadan evə buraxılacaq

17 Oktyabr 2026 - 14:32
Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.