"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

Rövşanə: “Qorxuram…” – FOTOLAR

03 Noyabr 2014 - 15:14
in ŞOU
FacebookVatsap

“Ulduzlu axşam”da həmsöhbətim Rövşanədir. ANS-in dilli-dilavər, yarlı-yaraşıqlı aparıcısı Rövşanəpublika.az1415010025r06 Ağasəfqızı…

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

İlk baxışda komplekssiz görünən Rövşanə, sən demə, cəmiyyət içində hər addımını ölçüb-biçir.  

 

– Ay Rövşanə, hamı deyir ki, çox dillisən.

– Jurnalist dilli olar də.

 

 

– Qonaqların da bunu üzünə deyir e…

– Deyirlər e, amma verilişimə sevə-sevə gəlirlər. Efirin maraqlı olması üçün jurnalistin savadı olmalıdır. Bir adamın savadı və səviyyəsi varsa, onun dili də var, dilçəyi də. Bir var çıxıb efirdə boşboğazlıq edəsən, bir də var məntiqlə danışasan. Amma mən hər zaman faktla danışıram. Mən insanların yanındayam, hər zaman çalışıram problemli insanın yanında olum. Bəzən o qədər çox şeylər görürəm, onların hamısını efirdən hətta təngnəfəs halda çatdırıram.

 

 

– Hərdən də deyirlər ki, Rövşanə efirdə qonaqlarının sözünü ağzında qoyur…

–  Buna çox vaxt məcbur oluram. Veriliş canlı olmasa, onları montaj edib efirə verməzdim. Amma mənim verilişim canlıdır. Görəndə ki qonaq  artıq-əskik danışır, özünü reklama keçir, özünü ağıllı göstərməyə çalışır, onun sözünü kəsirəm. Bu da mənim redaktəmdir. Sadəcə, mən canlı efirdə olduğum üçün bunu tamaşaçı görür. Sizdə də, yəni saytları nəzərdə tuturam, redaktələr olur, amma sizin işinizi oxucu görmür. Bizdə əksinə…

 

 

– Komplekslərin var?

– Təbii ki, hər bir insanın içində komplekslər ola bilər. Amma belə, sən deyən kompleksli insan deyiləm.

 

 

– Belə də görünürsən.

– Amma elə yerlər var ki, ictimaiyyəti mütləq düşünürəm.

 

 

– Məsələn?

– Açıq-saçıq hərəkətlər, qadınların açıq şəkildə küçədə, ictimai yerlərdə siqaret çəkməsi-filan, heç vaxt bunları etmərəm.

 

– Yəni, görünməyən yerdə edərsən?

– Yox, yox, ümumiyyətlə, qadının siqaret çəkməsinə pis baxıram. Kimsə çəkirsə, özü bilər. Şəxsi işidir. Amma mən bunu etməmişəm və etmərəm də.

 

– Cəmiyyətin təpgisinə görə, yoxsa?..

– Ətrafımda müğənnilər-filan olub, amma inanın ki, heç dadına da baxmamışam. Heç bilmirəm ki, dadı necədir. Heç ürəyimdən də keçməyib.

 

– Yaxşı, yaxşı, inandıq.  Şayiələrdən necə, qorxursan?

– Yəqin ki… Elə şayiələr var ki, məni incidə bilər. Sözsüz ki…

 

– İndiyədək haqqında yayılan hansı şayiə səni incidib?

– Dəhşətli şayiə olmayıb. Mən ailə və şəxsi məsələlərimi efirə, saytlara çıxarmağı sevmirəm. Sözsüz ki, hər kəsin problemi var və heç kimin həyatı aydan arı, sudan duru deyil. Amma mən şəxsi həyatımı gündəmə gətirməyi heç sevməmişəm. Məsələn, övladımın gözəl rəsm çəkmək qabiliyyəti var, onun bir sərgisi keçirildi. Təqdimat mərasimi də oldu. Bu, gözəl bir şeydir. Amma övladımla, ailəmlə bağlı nəyisə gündəmə gətirmək – bu, mənlik deyil.

 

 

– Xoşbəxt qadınsan?

– Bəli. Mən hər zaman qızımla evdə oturub dərdləşəndə, yatağa uzanıb onunla söhbətləşəndə, hətta bərabər bir cizgi filmini izləyəndə dünyanın ən xoşbəxt qadını oluram.

 

– Yəni səni xoşbəxt eləmək üçün çox şey lazım deyil?

– Ovuc içi qədər xoşbəxtlik yetər.

 

– Bir dəfə verilişini izləyirdim, sənə SMS yazmışdılar ki, Rövşanə hamını pisləyir, amma özünün “saçları yanıqdır”.

– Hə, mən SMS-ləri oxuyurdum ki, filankəsin zövqü yoxdur və s. Yazmışdılar ki, Rövşanə danışır-danışır, amma özünün “saçları yanıqdır”. Təbii bir şeydir, saç boyanır, tez-tez fenlərdən istifadə olunur, yanıq ola bilər. Burada qeyri-adi heç nə yoxdur.

 

– İnsanların yazdığı mesajlar, iradlar səni qıcıqlandırır?

– Sözsüz ki, hirsləndiyim məqamlar olur. Elə saytlar var ki, onlara ümumiyyətlə, müsahibə vermək istəmirəm.

 

– Bilmək olar niyə?

– Yazının altına gələn şərhlərə görə. Bildilər, bilmədilər, Fatmanisə, Tükəzban xala ola bilər, kimsə hardansa nəsə eşidir və onu yazır. Bu da insanlarda müəyyən fikir formalaşdırır. İstər-istəməz o şərhləri oxuyanda əsəbiləşirəm.

 

– Efirdə olanda hansısa bir SMS olubmu ki, səni əsəbiləşdirib özündən çıxarsın?    

– Yox, çünki bizə yazılan SMS-lərin heç biri anonim deyil. Buna görə də heç kim xoşagəlməyən fikirlər yazmır. Orada nömrələr görünür və hər şeyi də açıq-aşkar söyləyirik. Saytlarda isə anonimlik olur.

 

 

– Efirdə bir az kilolu görünürsən, amma baxıram həyatda elə deyilsən. Çəki almamaq üçün neyləyirsən?

– Heç nə eləmirəm, yalnız zəncəfil içirəm. Bunu bütün xanımlara məsləhət görürəm. Başqa çaylardan istifadə etmirəm. Bir də, ümumiyyətlə, çörək yemirəm. Qalan nə varsa hamısından yeyirəm.

 

– Bəs axşamlar?

– Gecə yarısı da soyuducunu açıb nəsə yeyə bilərəm.

 

– Mətbəxdə vaxt keçirməklə aran necədir?

– Mətbəxdə yalnız özüm oluram və başqasının bişirdiyi xörəyi  bəyənmirəm. Bir zamanlar evdə yeməyi köməkçim hazırlayırdı. Amma illərdir ki, yeməkləri özüm hazırlayıram və çox dadlı bişirirəm. Özüm də qurmanam, yemək yağa düşməsə, onu yemək saymaram. Ət mütləq yağlı, quyruqlu qoyun əti olmalıdır. İnsanlara tövsiyyə edirəm ki, pəhriz-filan boş şeydir. Sadəcə, aktiv həyat keçirsinlər.

 

– Plastik əməliyyatlara münasibətin necədir?

– Çox gözəl. Ola bilər, 20 ildən sonra mən də plastik əməliyyat etdirim. Amma hələ etdirməmişəm.

 

– İlk olaraq vücudunun hansı nahiyəsində əməliyyat etdirərdin?

– Bilmirəm, hara birinci qırış düşsə, orada. Göz ətrafıma qırış düşərsə, birinci o hissəni dartdıraram…

 

 

–  Həyatında “kaş ki”lər çox olub?

– Çox yox, amma olub. Kaş ki, belə olmayaydım… Hər bir qadının həyatında belə “kaş ki”lər olur. Amma peşman deyiləm. Çünki mən dünənə baxıb heç vaxt peşman olmuram. Əgər bu gün ətrafımda pis insanlar yoxdursa, deməli, Allah onları mənim ətrafımdan təmizləyib. Allah bunu istəməsəydi, yanımda olan o pis adamlardan biri bir gün mənə mərdimazarlıq edər, həyatıma zərbə vura bilərdi. İndi ətrafımı, dostlarımı seçəndə də Allahıma minnətdarlıq edirəm ki, məni pis insanlardan qoruyur.

 

 

– Günahların çox olub?

– Təbii, günahsız insan yoxdur. Amma heç vaxt insanların həyatına təhlükə yarada biləcək, kiminsə evini yıxa biləcək, kiminsə həyatına acı gətirəcək günahım olmayıb.

 

 

– Kinli insana oxşayırsan.

– Yox, yox, kinim yoxdur. Amma sevdiyim, dəyər verdiyim insanlara qarşı kinliyəm. Dəyər verdiyim və sevdiyim insanları da heç vaxt bağışlamıram.

 

 

– Üzrxahlıq etsələr də belə?..

– Yüz kərə üzr istəsələr də belə, xeyri yoxdur. Bağışlamaram. Amma tanış dediyim, dost dediyim kiminsə hərəkəti məni yandırmır.

 

 

– Çoxmu yandırıblar səni?

– Çox deməzdim, amma həyatdır. Küsdüyüm insanlar var təbii ki… Küsdüyüm və üz çevirdiyim insanlar var.

 

 

– Bəzən elə insanlar olur ki, içərisindəki boz rəngi geyindiyi əlvan geyimlərlə kompensasiya etmək istəyir.

– Yox, mənim içim boz rəngdə deyil, içim çəhrayı rəngdədir. Heç vaxt da boz və qara rəngləri yaxınıma qoymuram. Ən çətin anlarımda belə. Bu il mən ən əziz adamımı – atamı itirdim və bu itkidən sonra anladım ki, bunun fövqündə başqa itkilər, bəlkə də, məni yandırmaz. Həyatımda atam qədər dəyərli və atam qədər sevdiyim bir insan olmamışdı. Bu ağır itkidən sonra mən ayaq üstə qalxdım.

 

 

– Sənə güc verən nə oldu?

– Övladım və özüm. Mən həyatı o qədər sevirəm ki… Bütün itirdiklərimə və qazandıqlarıma rəğmən, heç vaxt həyatdan küsmürəm.

 

 

– Sürprizləri sevirsən?

– Yaxşı sürprizləri kim sevmir ki…

 

 

– Axırıncı dəfə bir xanım kimi sənə özəl bir sürprizi kim edib?

– Övladımla bağlı olan ən xoş məqamlar elə ən gözəl sürprizdir.

 

 

– Qadınlıq analıqla bitmir axı… Həm də cazibədar xanımsan.

– Hə, həyat davam edir.

 

 

– Üzdə olan xanımsan, yəqin, sevgi mesajları da alırsan?

– Alıram, amma cavab vermirəm.

 

 

 

– Bu, səni narahat edir?

– Niyə narahat etməlidir ki? Hər qadının bundan xoşu gələr. Sadəcə, cavab vermirəm.

 

 

– Ehtiyatlanırsan?

– Ehtiyacım yoxdur sevgiyə.

 

 

– Səmimi olduğuna heç inanmadım.

– Əks cinsin sevgiləri platonik bir sevgidir və buna hörmətlə yanaşıram. Amma bir münasibət qurmaq, addım atmaq – bax bunu düşünmürəm.

 

 

– Şablon sual olsa da, verəcəyəm, xəyanətə münasibətin necədir?

– Çox pis. Xəyanəti heç vaxt bağışlamaram. Heç bağışlaya bilmirəm. Xaraktercə də elə biriyəm ki, mənə xəyanət edənə yalnız üzümü çevirə bilərəm. Gedərəm və o insan bir də həyatımda ola bilməz.

 

– Bəlkə, qarşı tərəf bunu məharətlə gizlədir?

– Yox, “40 gün müddəti var”- məsələsi… Qadın xəyanəti tez hiss edir.

 

– Qısqanclıq qadının zəifliyidir, yoxsa?..

– Zəiflik, ya qeyri-zəiflik – bu, qadının ruhunda olan bir şeydir. Sənin sevdiyin və dəyər verdiyin kişi artıq başqa qadına baxırsa, yaxud, onunladırsa, ağıllı qadın bunu mütləq hiss edir.

 

– Niyə Azərbaycanda qadınlar itirmək məsələsində kişilərdən çox narahatlıq keçirir? Yaxşı olmazdımı ki, kişi qadını itirməkdən daha çox narahat olsun?

– Çünki kişilər çox arxayındırlar. Özü də yanlış olaraq arxayındırlar. On il bundan əvvəl idi belə şeylər. İndi artıq kişilər daha çox narahat olmalıdırlar. Çünki artıq qadınlar ictimailəşib, evə çörək gətirirlər, avtomobil  idarə edirlər, pul qazanırlar…

 

– Özün necə, kifayət qədər pul qazana bilirsən?

– Normal qazanıram, çatır.

 

– Həmişə brend geyinirsən?

– Bahalı brendlərə pulum çatmasa da, orta qiymətə olan brendləri alıb geyinirəm. Çalışıram ki, kiçik ticarət yerlərindən alış-veriş etməyim.

 

– Ən bahalı paltarının qiymətini bilmək istərdim…

– 1200 manata bir paltar, 3500 manata da xəz dəri almışam.

 

– Daha keçib, ən ucuz paltarının da qiymətini söylə?

– 10 manata bir futbolka ola bilər.

 

– Artıq qalan paltarını kiməsə verirsən?

– Evimdə kömək edən xanımlara, ətrafımda olan insanlara verirəm.

 

– Qorxmursan cadu edərlər?

– Yox. Mən buğa bürcündənəm, bürcümdə də var ki, darağınızı və ayaqqabınızı kiməsə verməyin. Amma mən verirəm və halal-xoşları olsun. Rahatlıqla geyinsinlər və canıma da dua etsinlər.

 

– Özündə ən xoşladığın və ən zəhlən gedən xüsusiyyətin hansıdır? 

– Ən gözəl xüsusiyyətim ədalətli olmağımdır. Haqqı nahaqqa heç zaman vermərəm. Ən zəhləm gedən xasiyyətim emosionallığım və səbrsizliyimdir. Bu, mənim başımın bəlasıdır. Bir dəqiqənin içində qızışıb, dünyanı dağıda bilərəm. Sonra peşman olub, oturub ağlaya da bilərəm. Amma həmin anda özümə cavabdeh olmuram.

 

– Məsələn, neynirsən?

– Tutalım, avtomobil sürdüyüm zaman bir maşın qəfil qabağıma çıxır. Maşının şüşəsini qaldırıb qışqır-bağır sala, söyüş söyə bilərəm. Bir qədər sonra özümə deyirəm ki, ay Rövşanə, axı ayıbdır, sən tanınmış adamsan, bir gün səni çəkib “Youtube”a qoyarlar, biabır olarsan. Doğrudan da, qorxuram bunu çəkib, “Youtube”-a qoyarlar…

 

 

Cəvahir Səlimqızı

Foto: Elçin Murad

 

 

Previous Post

Rövşanə: “Qorxuram…” – FOTOLAR

Next Post

Erməni səfir avtoxuliqanlıq etdi

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

Erməni səfir avtoxuliqanlıq etdi

Erməni səfir avtoxuliqanlıq etdi

Son xəbərlər

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

9-cu siniflərin qabiliyyət imtahanlarının qeydiyyat tarixi açıqlandı

05 İyun 2026 - 16:25
Zakir Fərəcov səyyar görüş keçirdi

Zakir Fərəcov səyyar görüş keçirdi

05 İyun 2026 - 16:18
Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

05 İyun 2026 - 16:09
Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına bir milyon manat ayrıldı

05 İyun 2026 - 16:06
“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

“ABŞ Kubada rejimi dəyişməyi hədəfləyir” – Tramp

05 İyun 2026 - 16:00
Hindistanda “Tarakan partiyası” bloklanıb

Hindistanda “Tarakan partiyası” bloklanıb

05 İyun 2026 - 15:46
Bir gündə 7 bağlı cinayət də açıldı

Bir gündə 7 bağlı cinayət də açıldı

05 İyun 2026 - 15:30
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

05 İyun 2026 - 15:14
ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Kuba prezidentinə qarşı sanksiyalar tətbiq edib

05 İyun 2026 - 15:00
Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

Mənzildə it və pişik saxlayanların DİQQƏTİNƏ

05 İyun 2026 - 14:49
Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

Ağdamda 100-dən çox şəxs qayğı ilə əhatə olundu

05 İyun 2026 - 14:38
Parlamentdə futbol müzakirəsi

Parlamentdə futbol müzakirəsi

05 İyun 2026 - 14:29
Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

Bunu edənlər 7000 manatadək cərimə OLUNACAQ

05 İyun 2026 - 14:18
Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

Sürücülərə şad xəbər: Cərimə balı limiti ikiqat artırıla bilər

05 İyun 2026 - 14:09
“Lazım gələrsə, KTMT-dən çıxacağıq” – Paşinyan

“Lazım gələrsə, KTMT-dən çıxacağıq” – Paşinyan

05 İyun 2026 - 14:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.