"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Paytaxt çayxanaları və onlara “kliyent” yığan qızlar – FOTOSESSİYA

13 Oktyabr 2014 - 16:58
in CƏMİYYƏT
FacebookVatsap

10650Qısa yubka, ayaq-ayağın üstündə, çöldə qalan alt paltarı, bir göz süzdürmək və yolla keçən kişi hazırdır… Yatağa girməyə yox haa, çayxanaya girməyə.

Bunu da oxuyun

GAİM-də yeni tədris mərhələsinə start verilib

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

Kişilərin ən çox yığışdığı, vaxt keçirdiyi yer yəqin ki çayxanadır. Çayxanaya çay içməyə, söhbət etməyə, domino oynamağa, nərd atmağa yığışılır adətən. Müştəri də çoxdur, çayxanalar da. Rəqabət və müştəri cəlbinin ən gözəl yolunu Memar Əcəmi metro stansiyasının yanındakı binanın altındakı çayxanar kəşf ediblər. Buradakı çayxanalarda müştəri cəlbi üçün ən önəmli şey çayın keyfiyyəti və ucuzluğu yox, qızların daha qısa geyinməsi, daha çox göz-qaş etməsi, nömrə verməsi və bir sözlə müştərilərə mazaqlaşmasıdır.

Metrodan çıxıb çayxanalar olan məhəlləyə düşürəm. Bütün çayxanaların qarşısında yarıçılpaq qızlar dayanıb yolla gedən adam axtarırlar ki, çayxanaya dəvət etsinlər. … Və dəvət edirlər də. Girirəm çayxanaya… Stulda əyləşirəm, sifarişimi verirəm. Buna qədər qız elə davranır ki, adam az qalır başqa şey təklif etsin. Elə ki çay gəlir qarşına,ondan sonra qızın sifəti və münasibəti dəyişir. Qız gedir yeni müştəri ovuna. Bu arada, adi çay 2 manat, şokaladlı 5 manat. Qızı çağırıb danışdırmaq istəyirəm:

– Xanım sizin işiniz də yaman ağırdır. Neçə saat işləyirsiz?

– Son müştəri gedənəcən. Yayda 2-3 arası, qışda da baxır da vəzyyətə, işə də saat 2-dən sonra çıxırıq.

– Geyimə görə problem olmur? Söz atanlar, filan…

– Olur niyə olmur, bir də görürsən eləsi olur ki, deyir gedək yataq. Elə bil biz burda fahişəyik, nəyik!?

– Xanım, zarafatsız siz burda nəsiniz?

– Çox sual verirsən eee, “kliyent” yığanam.

– Bir sual da verim, gedim.

– Deyəsən sənin anketin yarımçıdı, doldurmağa gəlmisən.

– Hə, xanım təxmini elə bir şey

…deyib pulu verib çıxıram. Şəkil çəkməyə çalışıram. Fotoaparatı görən kimi qızlar hamısı yoxa çıxır.

Küçə boyu gedirəm, hər çayxanada ən azı 2-3 qız işləyir. Hamısı da eyni formada, eyni geyimdə. Birdən elə bilərsiniz kiminsə çörəyinə bais olmağa getmişik. Yox, qətiyyən. Sadəcə bina sakinləri çayxanaların əlindən boğaza yığılıb. Sakinlər şikayət edəndə bildirdilər ki, tez tez burda dava-dalaş düşür, səs-küy olur. Hətta çayxanalardan bəziləri fahişəxana kimi də fəaliyyət göstərir.

Binanın ön tərəfinə keçirəm. Sakinlərdən birinə yaxınlaşıb söhbət edirəm. Bina sakini yaşlı Həsən kişi deyir ki, “bunların əlindən bezmişik. Bütün günü səs-küy götürür buranı. Arxa tərəfdə pəncərəni hava gəlsin deyə açırsan, evə söyüş gəlir. Polisə nə qədər şikayət edirsən et, xeyri yoxdur. Biz şikayət edəndə poilsə lap sərf edir, gəlib çayxanalrdan pulunu alıb gedir, yenə biz qalırıq bu biabırçılığın içində. Oradakı qızları heç görmüsüz? Onlar ofisianta yox fahişəyə oxşayırlar. O çayxanalrdan bir neçəsi elə faişəxana kimi işləyir. kimə deyək dərdimizi bilmirəm. Uşaqlarımızı binanın arxasına qoymuruq ki, pozular. Qız-gəlin də keçə bilmir. O qızların başına o qədər gədə yığışır ki, hamısının da səsi-küyü götürür buranı”.

Bir neçə şəkil çəkmişdim ki, bir nəfər cavan oğlan yaxınlaşır və soruşur ki məndən “kimsən, niyə çəkirsən?”

Bildirirəm ki, “jurnalistəm. Bina sakinlərindən şikayət var ona görə çəkirəm. Bəs sən kimsən?”  – “Mən burda işləyirəm. Bina sakinləri yalan deyir”, deyib oğlan çaxanaların birinin qapısı arxasında gözdən itir…

Mövzunu davam etdirəcəyik…

Səxavət Məmməd

Ölkə.az

 
Previous Post

Paytaxt çayxanaları və onlara “kliyent” yığan qızlar – FOTOSESSİYA

Next Post

İqtisadiyyat üzrə Nobeli də fransız aldı

Bənzər yazılar

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) yeni tədris fəaliyyətinin açılış mərasimi keçirilib. Elchi.az xəbər verir ki, Azərbaycan Evinin və GAİM-in direktoru...

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47

Erkən nikah gənclərin təhsilinə, sağlamlığına və gələcək həyatına ciddi təsir göstərən sosial problemlərdən biridir. Bu nikahlar ailələrin sosial və psixoloji...

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35

Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u gündüzdən 10-u axşamadək arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

FHN məktəblilər üçün “açıq qapı günü” keçirib

08 Oktyabr 2026 - 17:26

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Yasamal Rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbiri keçirilib. Elchi.az...

Next Post

İqtisadiyyat üzrə Nobeli də fransız aldı

İqtisadiyyat üzrə Nobeli də fransız aldı

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.