"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Nobeli Azərbaycana İlham Əliyev gətirə bilər”

11 Oktyabr 2014 - 12:47
in MÖVQE
FacebookVatsap

Əkrəm Əylisli Nobel Sülh Mükafatı barədə fikirlərini azadliq.org-a açıqlayıb.1413012683

Bunu da oxuyun

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

 

Yazılı açıqlamada deyilir:

 

Əvvəla, məmləkətimizin kütləvi informasiya şəbəkəsində Nobel Mükafatı mövzusu ətrafında gedən söz-söhbətə mən də öz tərəfimdən bir qədər aydınlıq gətirmək istəyirəm və bəri başdan deməyi lazım bilirəm ki, bu mükafata kiminsə namizəd göstərilməsi ölkələr, dövlətlər, rəsmi və yaxud qeyri-rəsmi təşkilatlar tərəfindən icra edilmir.

 

Bu məsələ yalnız və yalnız  ayrı-ayrı müstəqil ekspertlərin vahid qrup halında Nobel Komitəsinə müraciəti əsasında həyata keçirilir.

 

Dəqiqliyinə zəmanət vermirəm, ancaq mənim bildiyimə görə, bu müraciət azı 10 nəfər ekspert tərəfindən imzalanmalıdır və bu adamların hər biri ən azı professor dərəcəsində elmi-pedaqoji statusa malik olmalıdır.

 

«Bunu ermənilər təşkil elədi» və yaxud «burada yəhudi barmağı var» deyənlər, sadəcə, hər şeyə qulp qoymağa adətkərdə olan savadsız, məlumatsız, qeybətcil və şayiəbaz adamlardır.

 

«Birincilik qazanmağım… xalis möcüzə olardı»

 

Mükafatın kimə verilməsini, söz yox ki, Nobel Komitəsinin özü müəyyənləşdirir. Ancaq ekspert qrupuna daxil olan şəxslərin ictimai avtoriteti və elmi sanbalı da bu işdə əsaslı rol oynayır.

 

Mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürən 13 nəfərdən ibarət ekspert qrupunun tərkibinə, əsasən, ABŞ, İngiltərə və Rusiyanın elm və sənət adamları daxil idi. Bunların bir qisminin İsveç Kral Akademiyasında da tanınan simalar olduğunu güman etdiyimə görə, mən özümü bu mükafata az-çox şanslı sayırdım. Builki sülh mükafatına daha kimlərin namizəd göstərildiyini biləndən sonra, açığını deyim ki, bu şansın məndən ötrü çox minimal şans olduğunu başa düşdüm. Roma Papası, BMT-nin baş katibi, Almaniya kansleri və daha kimlər və kimlər…

 

Bu favorit namizədlərin arasında mənim birincilik qazanmağım, əlbəttə, xalis möcüzə olardı və bu möcüzə, bildiyimiz kimi, baş vermədi. Mən bu fikrimdə hələ də israrlıyam ki, belə bir sanballı-avtoritetli mükafata namizəd göstərilmək elə özü-özlüyündə də xırda məsələ deyildi.

 

Mənim keşməkeşli taleyimin bu da belə bir fəsli, mövsümü idi. Mövsüm keçdi, fəsil arxada qaldı, amma həyat davam edir. İndi məni düşündürən budur ki, görəsən, başqa bir mötəbər ekspert qrupu bizlərdən kiminsə bu mükafata təqdim edilməsinə yaxın gələcəkdə imza atacaqmı?

 

«Nobel Sülh Mükafatı… Azərbaycana gələ bilərdi»

 

Görəsən, Nobel Mükafatı Azərbaycana haçan gələcək və ümumiyyətlə, gələcəkmi?

Ədəbiyyat və elmimizin indiki səviyyəsi bu barədə nikbin düşünməyə, təəssüf ki, heç bir əsas vermir.

 

Ancaq burası da var ki, Nobel Sülh Mükafatı hələ ötən əsrin 90-cı illərində Azərbaycana gələ bilərdi. Onu Dağlıq Qarabağda gedən döyüşlərin ən təhlükəli mərhələsində atəşkəsə qərar verib, bu qərarı həyata keçirməyi bacaran Heydər Əliyev Azərbaycana gətirə bilərdi.

 

Bu məsələ indi, uzaqdan-uzağa, bizə asan görünür. Əslində isə bu qərarı qəbul etmək və onu həyata keçirmək o zaman dövlət başçısından böyük siyasi iradə, risk, cəsarət, fenomenal təşkilati səriştə tələb edirdi. Bu, həm də Nobel Sülh Mükafatının ənənəvi prinsiplərinə hər bir cəhətdən uyğun gəlirdi.

 

«Mən ilk dəfə və tam məsuliyyətlə bəyan edirəm ki…»

 

Nobel Mükafatını Azərbaycana gətirə biləcək bu yeganə real namizəd o vaxt nədənsə gündəmə gəlmədi. Ancaq gündəm dəyişsə də, məncə, bu şans hələ ki, qalır. Ona görə qalır ki, atəşkəsin məntiqi davamı böyük sülh sazişidir. Və bu gün mən ilk dəfə və tam məsuliyyətlə bəyan edirəm ki, əgər ölkəmizin indiki prezidenti cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında belə bir sazişin imzalanmasına nail olub, iki qonşu xalq arasında normal münasibətlərin bərpa edilməsinə rəvac verərsə, o zaman Nobel Sülh Mükafatının Azərbaycana gəlməsi həqiqətən labüd və qaçılmaz olacaq.

 

P.S.: Mənim idealist olduğumu çoxdan iddia eləyənlər özlərinin bu iddiasını bir daha təsdiq etməyə tələsməsinlər. İstərdim bu adamlar bilsinlər ki, mən idealist olduğum qədər də realistəm.

 

Previous Post

“Nobeli Azərbaycana İlham Əliyev gətirə bilər”

Next Post

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

Bənzər yazılar

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

06 Noyabr 2026 - 12:15

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əmin olduğunu bildirib. Elchi.az xəbər verir ki,...

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

05 Noyabr 2026 - 12:03

Seçkilərdəki ağır məğlubiyyətdən sonra ABŞ-ın vitse-prezidenti seçilmiş Cey Di Vens (JD Vance) Donald Trampa qarşı qəti bir çağırış etdi. Seçki...

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

Next Post

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

“Moskvanın Bakı təxribatlarını mediaya açıqlayacağıq”

Son xəbərlər

Şəkidə ağır qəza: ölən var

Şəkidə ağır qəza: ölən var

07 Noyabr 2026 - 16:58
Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

Qətərin Baş naziri ABŞ və İrana çağırış etdi: Mükəmməl sülh razılaşmasını gözləmək olmaz

07 Noyabr 2026 - 16:44
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək

07 Noyabr 2026 - 16:30
“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

“Qalatasaray”ın hücumçusu əməliyyat olunub

07 Noyabr 2026 - 16:06
Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

Hörmüz boğazında yanğın baş verən gəmi minaya düşüb

07 Noyabr 2026 - 15:13
Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

Silahlılar Konqoda kəndə basqın etdi: Ölənlər var

07 Noyabr 2026 - 14:55
ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib

07 Noyabr 2026 - 14:33
Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazının şərqində neft tankeri minaya düşərək yanıb

07 Noyabr 2026 - 14:30
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

07 Noyabr 2026 - 14:09
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

07 Noyabr 2026 - 13:35
Zəfər gününün hava proqnozu açıqlanıb

Zəfər gününün hava proqnozu açıqlanıb

07 Noyabr 2026 - 13:08
Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

07 Noyabr 2026 - 13:00
Yol polisi velosipedçilərə müraciət edib

Yol polisi velosipedçilərə müraciət edib

07 Noyabr 2026 - 12:50
DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

DİN Zəfər Günü ilə bağlı videoçarx yayımlayıb – VİDEO

07 Noyabr 2026 - 12:21
Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır – FAKTİKİ HAVA

07 Noyabr 2026 - 12:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.