"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Müsavatda başqanlıq və Məclis seçkisi ilə bağlı narazılıq səngimir

07 Oktyabr 2014 - 18:26
in CƏMİYYƏT, GÜNDƏM
FacebookVatsap
Adil Qeybulla: “Bu tipli adamların tarixi Müsavatın siyasi kapitalını və reytinqini xərcləmək haqqıimg1648545 varmı?”
 
Nüşabə Sadıqlı: “Kənardan bu, kiminsə idarəçiliyi ilə aparılan proses kimi görünür”
Müsavat Partiyasındakı başqanlıq və Məclis seçkisinin əks-sədası hələ də davam etməkdədir. Narazılar bir-bir mətbuata açıqlamalar verir, başqanlığa hər bir namizədin tərəfdarları digər tərəfin təmsilçisini ittiham edirlər.
Sonuncu belə açıqlamalardan biri də başqanlıq kürsüsü uğrunda mübarizədə uduzan namizəd Qubad İbadoğlunun tərəfdarı Adil Qeybulla tərəfindən verilib.
Adil Qeybulla 
O, “Müsavat eyforiyası: Miflər və reallıqlar” başlıqlı yazı ilə Musavat.com-da çıxış edib. Yazıda bildirilir:“Müsavat bizim gen yaddaşımız, ruhumuz və qürurumuzdur. Bu fikrin altından siyasi və etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanı özünə Vətən hesab edən, istiqlal şüurlu hər kəs imza ata bilər. Böyük Azərbaycanın tarixi ərazilərinin bir hissəsində siyasi dövlətin memarı və qurucusu olan Müsavat Partiyası 1918-ci ildə öz üzərinə düşən tarixi missiyanı həmin dövrün geosiyasi şərtləri daxilində uğurla yerinə yetirə bildi, Şərqdə hələ indiyə qədər ən inkişaf etmiş demokratik dövlətlərə örnək ola biləcək parlament tipli bir dövlət qurdu. 1920-ci ildə tarixi düşmənlərimizin məkri ilə Müsavat hökuməti süqut etsə də, müsavatçılıq məfkurəsi insanların ruhu və tarixi yaddaşında bu günümüzə nəql olundu, ürəklərdə özünə möhtəşəm bir mənəviyyat heykəli qoydu.
Bu gün müsavatçılığın  dövləti rəmzləri olan, başımız üstə dalğalanan müqəddəs bayrağımız və ürəkləri riqqətə gətirən himnimiz 1-ci Azərbaycan istiqlalının ruhunu özündə daşıyır, indiki müstəqil dövlətimizin  möhtəşəmliyinin təməl daşını təşkil edir.
İstiqlalımızın şəksiz memarı olan Müsavat Partiyası mühacirətdə olduqca çətin şərtlər, məhrumiyyətlər fonunda fəaliyyət göstərmişdir. Stalinin cəza düşərgələrində repressiya olunan müsavatçıların davranışları rus yazarlarının əsərlərində ləyaqət nümunəsi kimi qələmə alınmışdır. Bu məşəqqətli şəraitdə dünyasını dəyişmiş bütün Müsavat üzvləri istiqlal şəhidləridir. Müsavat  tarixi millətimizin şərəf və qürur tarixidir, mədəniyyət tarixidir, nəsillərin assosiativ bağlantıları və ən ümdəsi millətimizin azad yaşamaq haqqına layiq olduğunun sübutu tarixidir. Bu tarixin uğurlarını, dünyəvi örnək reputasiyasını, siyasi və mənəvi kapitalını yalnız müqəddəs dövlətimizin mənafeləri üçün təbliğata xərcləmək olar. Digər spekulyasiyalar bu tarixə həqarətdir.
1988-ci ildə vüsət alan Azərbaycan Xalq hərəkatı da Müsavatdan mənəvi güc alırdı və təməlini qoyduğu istiqlal mayakını hədəf götürmüşdü. Müstəqillik qazandıqdan sonra, 1992-cü ildə Türkiyədə böyük Rəsulzadənin silahdaşları – sayğılı Mehmet Kəngərli, Əhməd Qaraca və Cəmil Ünal tərəfindən Müsavat Partiyasının Azərbaycanda bərpasına xeyir-dua verildi. Bu yeni dövrün Müsavatıdır. Çünki onun fəaliyyət göstərdiyi geosiyasi dəngələr dəyişib, şərait tamamilə yeni bir şəraitdir. Müsavatın yeni tarixi də hamar keçməyib.
Bu gün növbəti qurultaydan sonra Müsavat Partiyası ağır günlərini yaşayır. Partiyada 20-25 il fədakar ömür yaşayanlar məyus və narahatdırlar. Küçə əxlaqı özünün xarakterik jarqonları ilə sosial şəbəkələri, portalları “bəzəyir” və Müsavatın daxili mühitinə sirayət etməkdədir. Bir-birinə çamur atmaq, təhqir etmək, aşağılamaq seyr etdiyimiz reallıqlar sırasındadır.
Belə çıxır ki, partiyada antaqonist ziddiyyətlərin tarixi xeyli uzağa gedib çıxır, dərin köklərə malikdir, bu gün isə özünün məntiqi sonluğuna yaxınlaşmaqdadır. Siyasi hakimiyyət iddiasında olan bir partiya üçün ən əsas meyar komandanın koalision prinsiplərdən, vahid mövqedən çıxış etməsi və komanda üzvləri arasında psixoloji uyarlığın olmasıdır. Lakin bu gün bir-birinə qəzəblə baxan və iki cəbəyə bölünən müsavatçıların əhval-ruhiyyəsini seyr etdikcə, “Müsavat 100 illik tarixi olan partiyadır”, “Müsavatı atom silahı da dağıda bilməz” kimi ibarələrin əsassızlığı aydın görünməkdədir. Onsuz da qaranlıq siyasi perspektiv (“fors-major” istisna olmaqla reallıqda hakimiyyətə gəlmək simptomlarının olmaması), uğursuzluqlar (obyektiv və subyektiv əsaslarla şərtlənən), bioloji amillər (ölüm və xəstəliklər), sosial amillər (işsizlik, siyasi mənsubiyyət ucbatından pressinqlər), göstərilən səbəblər ucbatından yeni üzvlərin gəlişinin süstləşməsi sıraları dinamik seyrəltməkdə və zəiflətməkdə davam edir. Nəzərə almaq lazımdır ki, qərargah, azsaylı üzvlərlə idarə olunan partiya və möhürlə siyasi gündəmdə Müsavatı sonadək xərcləmək planı da onun müəllifləri üzərinə sorunlu tarixi məsuliyyət qoymuş olur.
Lakin xeyli müsavatçılar yaranmış durumdan narahatdırlar, qəzəblidirlər, məyusdurlar. Buna baxmayaraq qarşılıqlı ittihamlar isə kəskinliyi ilə davam edir, genişlənir. İttihamlar heç bir etik çərçivəyə sığmır, bəzən tam əsassız olur və böhtan xarakteri daşıyır. Mənim müsavatçıların çoxları ilə nəinki siyasi, həm də şəxsi münasibətim vardır. Bu 20 ildə həkim kimi mənə müraciət edən milli-azadlıq hərəkatının üzvlərinə həmişə qayğı ilə yanaşmışam. Partiyada parçalanmaya və fraksiyaya qarşı olmuşam. Lakin məndən də yan keçməyiblər. Məsuliyyətsiz, məntiqsiz və spekulyativ açıqlamaları ilə yadda qalan Müsavat Partiyasının üzvü Nüşabə Sadıqlı “Yeni Müsavat” qəzetinin 04-10-2014-cü il sayındakı “Qubad İbadoğluna və Vurğun Əyyuba sərt ittihamlar” adlı verbiajında mənim ünvanıma növbəti dəfə böhtan atıb. İfadəni olduğu kimi yazıram. “…Nüşabə Sadıqlı bildirdi ki, heç bir partiyanın Məclisində Müsavat Məclisindəki qədər alim, ziyalı yoxdur. Əvvəlki ziyalılar bir-iki nəfər istisna olmaqla, hamısı yenidən seçilib. Qubad bəy özü namizədliyini versə, seçilər. Adil Qeybullanın seçilməməsi Məclisə savadlı adamların seçilməməsi demək deyil. Elmlər doktoru Almaz Əliqızı, elmlər doktoru Nəsiman Yaqublu, elmlər namizədi Sabir Məmmədli, elmlər namizədi Məlahət Mürşüdlü, elmlər namizədi Gülağa Aslanlı, elmlər namizədi Hikmət Hacızadə, elmlər namizədi Vurğun Əyyub Məclis üzvü seçiliblər. Mən özüm də elmlər namizədiyəm. Hələ bunlar mənim bildiklərimdir…”
Sonra isə bildirir: “…Mən baxıram ki, bir sıra adamlar elə bil kiminsə göstərişi ilə Müsavatı dağıtmaq istəyirlər. Ancaq belələri bilməlidirlər ki, Müsavatı dağıtmaq gücündə deyillər”.
Diqqət edin, “belələri” ifadəsi Nüşabə Sadıxlı ilə bir fikirdə olmayanlarn ümumiləşdirilmiş ifadəsidir, 20 illik münasibətin son dəyəridir. Baxın, həftədə bir dəfə partiyanın iclasına gələn orta səviyyəli universitet müəllimi müsavatçıların 20 illik həbsxana həyatlarının, fədakarlıqlarının, məhrumiyyətlərinin dəyərini bu cür ifadə edə bilər, artığını gözləmək əbəsdir. İlk başdan bəyan edirəm ki, mən qurultaya qədər və sonra Müsavat Məclisinə üzv olmaq üçün ərizə verməmişəm, belə bir fikrim olmayıb və yoxdur. N.Sadıqlı mənim adımı qərəzli şəkildə çəkir. Bütün bunlara nə ad verəsən və burada məqsəd nədir?!
İndi düşünək və eyforiyasız özümüzə kənardan tənqidi yanaşmağı bacaraq: Bu tipli adamların birinci istiqlal dövrünün Müsavatının varisi olmaq, böyük Rəsulzadənin adından danışmaq, tarixi Müsavatın siyasi kapitalını və reytinqini xərcləmək haqqı varmı? Cavabı sizin öhdənizə buraxıram”.
Nüşabə Sadıqlı 
Yazıda adı çəkilən Nüşabə Sadıqlı da professorun yazdıqlarına rəy bildirib.
O, musavat.com-a açıqlamasında deyib ki, Adil Qeybullaya heç bir cavab vermək istəmir: “Çünki bilirəm ki, məndən acıqlıdır və mənə qarşı qərəzlidir. Vaxtı ilə Məclis sədrliyinə seçkidə mən ona mane olmuşam, ona görə də hələ də hirslidir”.
N.Sadıqlı dörd il əvvəl keçirilən seçkini xatırlayıb və deyib ki, A.Qeybulla 2010-cu ildə Məclisə keçirilən seçkilərdə də onu ittiham edirdi: “Deyirdi ki, mən heç bir siyasi proseslərə yön verə bilmirəm. Amma zaman göstərdi ki, yaxşı ki, onu Məclis sədrliyindən uzaqlaşdırmağı bacardım. Onun mənə münasibəti bundan irəli gəlir. Mən yazımda onun adını çəkməklə onu müqayisə etmək istəyirdim ki, bir-iki alimin düşməməyi o demək deyil ki, indiki Məclisin səviyyəsi aşağıdır. Həqiqətən də Müsavatdakı indiki durum bir çox müsavatçıları məyus etdiyi kimi, məni də məyus edir. Ancaq Müsavatı heç kim dağıda bilməz, mümkün deyil. Təməli elə qoyulub ki, onu qoruyacaq və bunun üçün canlarından keçəcək adamlar var. Adil Qeybulla bir kəlmə sözü təhqir hesab edirsə, Müsavatın bərpaçılarından olan və ömrünü bu yola həsr etmiş, hər cür məşəqqətə dözmüş İsa bəyə atılan çamurlara cavab versin. O, özünə qarşı olan fikri partiyadakı fədakar adamlara olan təhqir kimi qəbul edir. Bir daha öz fikrimdə dururam ki, kənardan bütün bu proseslər kiminsə idarəçiliyi ilə aparılan proseslər kimi görünür. Bu, təkcə mənim subyektiv fikrim deyil, bir çoxları bu prosesi belə görürlər. Buna başqa cür də ad vermək olmaz. Bir seçki keçirdik, nəinki öz ölkəmiz, digər ölkələr üçün də “demokratik seçki nədir” nümunəsini ortaya qoymaq istədik. Ancaq seçkini və seçilənləri qeyri-legitim adlandırırlar. Bu da onu düşünməyə əsas verir ki, proses kimlərsə tərəfindən, kənardan idarə olunur”.
Röya RƏFİYEVA

 

Bunu da oxuyun

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Previous Post

Müsavatda başqanlıq və Məclis seçkisi ilə bağlı narazılıq səngimir

Next Post

“Sən hansı əxlaqdan danışırsan axı?”

Bənzər yazılar

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48

Bakıda və Abşeron yarımadasında oktyabrın 25-də bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib....

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40

Sabah Azərbaycanda hava necə olacaq? Oktyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Next Post

“Sən hansı əxlaqdan danışırsan axı?”

“Sən hansı əxlaqdan danışırsan axı?”

Son xəbərlər

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.