"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Goranboydakı qətliamın tükürpədən təfərrüatları

02 Oktyabr 2014 - 09:28
in Banner, CƏMİYYƏT, GÜNDƏM
FacebookVatsap

Ölkəni şoka salan cinayətin sensasion detalları; Qayınatasının evinə gecəyarı qumbara atıb 7 qohumunu img1645429öldürən Rafiq Hüseynovu bu cinayətə sövq edən səbəblər üzə çıxır; “Yeni Müsavat”ın əməkdaşları qan gölünə dönən evdən yazır…

Bunu da oxuyun

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Oktyabrın 1-i, sübh saat 4:00 radələrində Goranboyda dəhşətli qətliam baş verib. Rayonun Səfikürd kəndində yerli sakin Rafiq Hüseynov əl qumbarası və odlu silahla qayınatasının evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Bu tükürpədici cinayət ailədaxili münaqişə zəminində baş verib, öldürülənlər arasında həyat yoldaşı Südabə Hüseynova da var.

*   *   *

Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları bunlardır: 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov.

Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub. “Yeni Müsavat”ın reportyor qrupu dərhal kəndə yollanıb və hadisənin təfərrüatlarını araşdırıb.

“Hamınızı yer üzündən siləcəyəm” – qatilin son sözü

***

…Səfikürd kəndində hər kəs bu terrorun şokunu yaşayır. Hadisənin baş verdiyi mənzildə otaqların altı üstünə çevrilib. Qatilin evə əl qumbarası atması nəticəsində 5 nəfər bir otaqda tələf olub, digər otaqda olan iki nəfəri isə əlindəki tüfənglə öldürüb. Natiq isə ona müqavimət göstərərək yaralı vəziyyətdə evdən çıxarıb.

Bununla qane olmayan R.Hüseynov üç yaşlı körpənin də başından güllə ilə vurub öldürüb. Otaqların döşəməsi qan gölməçəsinə dönüb, güllələr pəncərələrin şüşələrini çilik-çilik edib, otaqlarda yorğan-döşək dağılıb tökülüb.

Hadisə baş verən evin həyətində isə qohum-qonşu toplaşıb, qətliamın səbəblərini danışırlar. Hadisə baş verən yerə çatan qonşulardan biri elə zənn edib ki, qaz partlayıb. Evə girəndə hər yerdə cəsəd, qan gölü görüb.

Kənd sakinlərinin sözlərinə görə, qatil hadisədən qabaq qayınatası evinə zəng edərək “hamınızı yer üzündən siləcəyəm” deyərək təhdid edib.

Səfikürd sakinləri deyirlər ki, Rafiq qaraqabaq bir adam olub, ayaqqabı tikməklə məşğul imiş. Bu, onun həyatında ikinci evliliyidir. İlk ailəsi ilə cəmi 8 ay yaşayıb. Öldürdüyü həyat yoldaşı ilə 1 ay 4 gün əvvəl nikaha girib.

Camaatın dediyinə görə, arvadı ilə arasında mübahisə olub. Səbəb isə arvadının onun istədiyi ayaqqabını səhv gətirməsi olub. İkinci mülahizə isə onların evinə arvadının əmisi oğlunun gəlməsidir.

R.Hüseynovun arvadı evə qonaq gələn əmisi oğlu ilə öpüşüb-görüşüb.

Bu da onun xoşuna gəlməyib və arvadının qohumunu döyüb. Sonra isə arvadını vəhşicəsinə döyməyə başlayıb. Südabə Hüseynova ölümünə döyüldükdən sonra atası evinə qaçıb. Burada isə onun qohumları da olublar. Rafiq “hamınızı yer üzündən siləcəyəm” dedikdən sonra gecəyarısı qayınatası evinə gələrək kütləvi qətl törədib.

*   *   *

Yas məclisi qurulan həyətə də baş çəkib, hadisənin detallarını öyrənirik. S.Hüseynovanın qohumu olan Allahverdi Allahquliyev deyir ki, Rafiqin etdiyi cinayət ağlasığmazdır: “Südabəni başından vurub, sonra qaynı Namiqi öldürüb.

Uşağın gözünə qəlpə girib, özüm gördüm. Yaralıların da vəziyyəti çox pisdir. Bu manyak üç ailəni məhv etdi. Üç ailəni gülləbaran etmək nə deməkdir? Adam, deməli, hazırlıqlı gəlib”.

A.Allahquliyev bildirdi ki, ailədə kimsə qalmayıb, yas məclisini rayon icra hakimiyyəti təşkil edib: “Gör necə qəddar adamdır ki, körpəni də vurub. Bütün nəsli məhv etdi. Heç kim ailədə qalmadı. Bir ailədən dördü ölüb, biri yaralıdır”.

Onu da deyək ki, yas yerində kənd icra nümayəndəsi Eldəniz Həsənəliyev də var idi, məclisin təşkilinə rəhbərlik edirdi. Yas mərasimində rayonun icra başçısı, polis rəisi iştirak ediblər, köməklik göstəriləcəyini bildiriblər. Bakıdan istintaq qrupu da kəndə gəlib, qatilin yaşadığı evin önündə polis postu qoyulub.

*   *   *

R.Hüseynov 7 nəfəri öldürdükdən sonra qonşusuna da hücum çəkib, ona güllə atıb. Xoşbəxtlikdən güllə qonşusu Aydın Yusifovdan yan keçib: “5-6 ay qabaq onun atası ilə aramızda məhkəmə çəkişməsi vardı. Guya onların yoluna çəpər çəkmişəm, yolu bağlamışam. Özü ilə heç bir əlaqəm yox idi. Deməli, 7 nəfəri öldürüb, ikisini ağır yaralayıb, hirsi soyumayıb. Əvvəlcə gəlib qardaşımı çağırıb, deyib xəstə uşaq var, təcili həkimə çatdırmaq üçün maşın istəyib. Qardaşım deyib ki, maşın texniki baxışdan keçməyib. O da gəlib məni çağırdı. Sübh saat 5-in yarısı idi, qapını döydü. Yuxulu vəziyyətdə oyandım, bayıra çıxdım, dedi ki, uşaq xəstədi, maşın lazımdı, elə bunu deməklə güllə atmağı bir oldu. Güllə yanımdan keçib, darvazaya dəydi. Tez içəri qaçdım, qapını arxadan bağladım.

Başladı qapını təpikləməyə. Sonra gedib qardaşımın həyətinə güllə atdı. Yəqin fikirləşib ki, həbs olunacaq, birdəfəlik bizimlə də haqq-hesab çəkmək istəyib. Allah üzümə baxdı ki, güllə yan keçdi. Əgər qardaşımı və məni də vursaydı, o yaralı iki nəfər də ölsəydi, bir gecəyə 11 adam öldürmüş olacaqdı”.

 

*   *   *

Qatilin birinci qayınatası, Aydının qardaşı Raqif Muxtarov keçmiş kürəkəni haqda bunları danışdı: “Mənim qızımla 2007-ci ildə ailə qurmuşdu. Haradasa 8 ay evli olublar. Bu müddətdə mən rayonda olmamışam. Sonra öyrəndik ki, qızıma işgəncə verib, döyürmüş, əlini isti suya salırmış, başına vururmuş. Mən bunları bilmirdim. Ondan sonra qızımı ayırdım.

Adam deyil, psixdir, xəstədir. Mən bu işgəncələrdən xəbər tutanda Rafiq Moskvaya qaçdı. Biz onlarla qohumuq, əmi oğlu sayılırıq. Ağlı başına adam bunları etməz. Mənim qızıma olmazın işgəncələr verib. İndi bir aydır ki, evlənmişdi, üç ailənin həyatına qəsd etdi. Cinayəti eləyəndən sonra təslim olmaq istəməyib. Evə gələndə qardaşı əlindən silahı alıb, polisə aparıb”.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

“Yeni Müsavat”ın

Reportyor Qrupu

Goranboy, Səfikürd

Previous Post

Goranboydakı qətliamın tükürpədən təfərrüatları

Next Post

“Xəzər dənizi heç vaxt ədalətli bölünməyəcək”

Bənzər yazılar

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18

Qaradağ rayonunun Ələt və Səngəçal qəsəbələrində noyabrın 5-i saat 08:00-dan etibarən təmir işlərinə başlanılacaq. Elchi.az bu barədə Azərbaycan Avtomobil Yolları...

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək. Elchi.az xəbər verir ki,...

Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23

Bakıda yollardakı vəziyyət açıqlanıb. Elchi.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, hazırda 1. Bakı-Sumqayıt şosesi, “Xırdalan” dairəsi istiqamətində;...

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərin...

Next Post

“Xəzər dənizi heç vaxt ədalətli bölünməyəcək”

“Xəzər dənizi heç vaxt ədalətli bölünməyəcək”

Son xəbərlər

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

Qaradağın iki qəsəbəsinin yollarında hərəkət qismən məhdudlaşdırılacaq

04 Noyabr 2026 - 22:18
Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

Avropa Komissiyası Aİ-yə üzvlüyə namizəd ölkələrin irəliləyişini qiymətləndirib

04 Noyabr 2026 - 22:17
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər

04 Noyabr 2026 - 22:15
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar

04 Noyabr 2026 - 20:33
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq

04 Noyabr 2026 - 20:31
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər

04 Noyabr 2026 - 20:30
Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

Tallində Estoniya–Azərbaycan Hökumətlərarası Komissiyasının iclası keçirilib

04 Noyabr 2026 - 19:22
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevi təbrik edib

04 Noyabr 2026 - 19:04
Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

Estoniya XİN rəhbəri bu ayın sonunda Azərbaycana səfər edəcəyini bildirib

04 Noyabr 2026 - 18:44
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04 Noyabr 2026 - 18:31
Bakıda sıxlıq olan yollar açıqlanıb

Bakıda sıxlıq olan yollar açıqlanıb

04 Noyabr 2026 - 18:23
Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

Tbilisidə müxalif “Formula” telekanalının ofisində yanğın baş verib

04 Noyabr 2026 - 18:19
Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

Agentlik soyutma avadanlıqlarına kiberhücum riskləri barədə xəbərdarlıq edib

04 Noyabr 2026 - 17:59
BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

BŞTİ: Müəllimlərin vakant yerə seçilməsi MİQ-də topladıqları balların ardıcıllığı üzrə təmin ediləcək

04 Noyabr 2026 - 17:46
Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

04 Noyabr 2026 - 17:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.