"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

“Almaniyada oğurlanan 7 avtomobil Azərbaycanda aşkarlanıb”

23 Sentyabr 2014 - 23:35
in HADİSƏ, MARAQLI
FacebookVatsap

Kamran Əliyev oğurluq avtomobillərin ölkəmizdə necə aşkar olunmasının detallarını açıqladıimg1640302

Bunu da oxuyun

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Narkotikin təsiri altında olan sürücü həbs edilib

“Bu ilin 8 ayı ərzində Dövlət Yol Polisi xarici ölkələrdə oğurlanaraq Azərbaycana gətirilən 7 avtomobil aşkar edilib”. Bu barədə “Yeni Müsavat”-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Şöbə rəisi bildirib ki, əgər maşın barəsində axtarış işi oğurlandığı vaxtdan az sonra elan olunursa, həmin nəqliyyat vasitəsi qısa zamanda müəyyən olunur: “Həmin maşınlar respublikamıza çatana qədər digər ölkələrin ərazisində aşkarlanır və saxlanır. Maşının oğurlanması haqda informasiyanın hüquq mühafizə orqanlarına gec ötürülməsi, İnterpola məlumatları gec verilməsi kimi səbəblərdən Avropada oğurlanan avtomobillər ölkəmizə və digər ölkələrin ərazisinə daxil ola bilir. Bəzən identifikasiya, ban nömrəsində saxtakarlıq əlamətləri aşkar olunur. Belə hallar olanda ekspertizanın rəyi alınır və müvafiq qərar verilir. DYP belə halların aşkarlanmasına məsul qurumdur. DYP tərəfindən aşkarlanan 7 avtomobil Almaniyadan oğurlanaraq ölkəmizə gətirilmiş nəqliyyat vasitələridir. Həmin avtomobillərin aşkar olunması Azərbaycan DYP-nin Almaniya hüquq mühafizə orqanlarına müvafiq sorğusu nəticəsində mümkün olub”.
K.Əliyev avtomobil oğrularının niyə məhz Almaniyanı seçmələri haqda suala belə cavab verdi: “Bunu səbəbini dəqiq deyə bilmərəm. Bunu oğrular daha çox bilər. Oğrulanan avtomobillər daha çox Avropa dövlətlərinə aparılır. Bilirsiniz ki, Avropa dövlətləri arasında sərhəd  yoxdur. Almaniyadan sonra İtaliyadan da çoxlu avtomobil oğurlanır. Biz Almaniyada ezamiyyətdə olarkən maraqlanırdıq ki, xarici dövlətlərdə oğurlanan avtomobillərin müəyyən edilməsi necə həyata keçirilir. Bizə məlumat vermişdilər ki, bir axşam Avropa dövlətində oğurlanan avtomobil 2-3 Avropa dövlətinin ərazisindən keçməklə 4-cü dövlətdə müəyyən edilib. Orada isə avtomobilin ban, mühərrik nömrəsi dəyişdirilir”.
K.Əliyev bildirib ki, avtomobil oğurluğu dünyada problemə çevrilmiş məsələdir: “Azərbaycanda avtomobilin oğurlanması, qaçırılması ilə bağlı vəziyyət deyərdim ki, təkcə MDB məkanında deyil, Avropa dövlətlərindən də qat-qat daha yaxşıdır. Azərbaycanda daha çox qaçırılma ilə bağlı məlumatlar olur, lakin araşdırılanda aydınlaşır ki, avtomobil sahibinin qohumu və ya oğlu ondan icazəsiz nəqliyyat vasitəsini götürüb gedib”.
“Rossia Today” telekanalı Avropa ölkələrindən oğurlanan avtomobillərin Azərbaycan da daxil olmaqla bəzi keçmiş sovet respublikalarına daşınmasından bəhs edən reportaj yayıb. Həmin reportajda Avropa İttifaqına üzv ölkələrin öz aralarında sərhədləri açması insanların sərbəst hərəkətinə imkan yaratmaqla bərabər oğruların da əl-qolunu açdığı vurğulanlırdı.
Telekanala müsahibə vermiş Almaniyanın Polşa ilə sərhədinə yaxın bölgədə ferması olan Folker Naşke deyib ki, onun traktorunu və 13 danasını oğurlayıblar: “Oğrular mütəşəkkil şəkildə hərəkət edirlər və əllərinə nə keçdi oğurlayırlar. Onlar bilirlər ki, nə üçün gəliblər”.
“Əsas problem odur ki, dövlət sərhədləri cinayətkarların qarşısını kəsmir. Biz polislər isə ancaq öz ölkəmizin sərhədləri daxilində hərəkət edə bilərik” – deyə alman polis komissarı Yens Ştariqk bildirib. Polis komissarı deyir ki, ən mürəkkəb vəziyyət avtomobil oğurluğu ilə bağlıdır. Hər gün alman polisi oğurluq avtomobillərlə Polşaya getmək istəyənlərlə mübarizə aparmalı olur.
Oğrular GPS avadanlıqları ilə təchiz olunmuş bahalı avtomobilləri də oğurlamaqdan çəkinmirlər. Bunun üçün onlar GPS siqnallarını pozan xüsusi qurğudan istifadə edirlər. Avtomobil oğurluğu iri beynəlxalq biznesdir. Bu işlə məşğul olanlar nə üçün risk etdiklərini yaxşı bilirlər.
“Biz mütəşəkkil qruplaşma halında fəaliyyət göstərən peşəkarlarla və oğurlanan avtomobillərin geniş bazarı ilə üzləşmişik. Oğurlanmış bahalı avtomobillər Rusiya, Azərbaycan, Qazaxıstan, hətta Çində satılır. Bu problem bütün Avropa üçün xarakterikdir” – deyə polis komissarı Yens Ştariqk bildirir. O əlavə edir ki, Avropa polisi üçün oğurlanmış avtomobillərin satıldığı ölkələrin sərhədlərini keçmək mümkün deyil.

 

Previous Post

“Almaniyada oğurlanan 7 avtomobil Azərbaycanda aşkarlanıb”

Next Post

Bürclər (24 sentyabr)

Bənzər yazılar

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27

Ali Məhkəmə qanunsuz məqsədlə verilən pullarla bağlı vətəndaşlara xəbərdarlıq edib. Bu barədə Ali Məhkəmədən bildirilib. "Məhkəmə praktikasından görünür ki, bəzən...

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42

Dövlət Sərhəd Xidməti tərəfindən may ayı ərzində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 609 min 617...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Next Post

Bürclər (24 sentyabr)

Bürclər (24 sentyabr)

Son xəbərlər

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.