"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Əhməd Davudoğlu: “Qafqaz və Balkanları sülh bölgələri olaraq, bir-birinə bağlayacağıq” – FOTOLAR

19 Sentyabr 2014 - 20:48
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

“Öz vətənimdə, evimdə yenidən olduğum üçün çox xoşbəxtəm. Hansı vəzifədə olmağımızdan asılı img1637916olmayaraq, Türkiyə və Azərbaycan arasında fərq qoymarıq. Bizim üçün Türkiyəyə xidmət Azərbaycana xidmət, Azərbaycana xidmət Türkiyəyə xidmət deməkdir”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra mətbuata verdiyi açıqlamada Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib.
 
O, bildirib ki, əvvəl xarici işlər naziri, indi isə baş nazir kimi Azərbaycanı öz vətəni bilir: “Dəyərli dostum prezident İlham Əliyevə dediyim kimi, həmişə Türkiyə üçün çalışdığımız qədər Azərbaycan üçün də çalışacağıq. Bizim olduğumuz yerdə Azərbaycan var, ilham Əliyevin olduğu yerdə də Türkiyə var. Birimizin olmadığı yerdə digərimizin onu necə müdafiə etdiyini bütün dünya bilir. Azərbaycan bizim üçün eşqdir, sevdadır, məhəbbətdir. Bu mənəvi bağı baş nazir kimi genişləndirmək, dərinləşdirmək mənim borcumdur. Türkiyə və Azərbaycanda gözəl bir adət var, ilk səfərlər qarşılıqlı olaraq həyata keçirilir. Bu gün bu borcu ödəmək də mənim üçün şərəfdir”.
Türkiyənin baş naziri iki ölkə arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. Onun sözlərinə görə, son illər ərzində Orta Şərqə, Qafqaza, Balkanlara, hətta Avrasiyaya baxılsa, ən uğurlu layihələrə Azərbaycan və Türkiyə imza atıb: “Bu, çiyin-çiyinə hərəkət edən iki qardaşın uğur hekayəsidir. Bir çox yerlərdə qeyri-sabitlik, daxili çəkişmələr, ciddi iqtisadi böhran yaşandığı halda, son 10-12 il içərisində Azərbaycan və Türkiyə böyük irəliləyişə nail olub, iqtisadi cəhətdən çox böyük layihələrə imza atıb. Biz hər zaman bunu düşündük. Dəyərli dostum prezident İlham Əliyevlə görüşdə də qeyd etdik ki, əgər Türkiyə nailiyyət əldə edibsə, Azərbaycanın uğuru da artacaq və ya əksinə. Bizə maraqlı olan layihələrə baxdıqda, onlar tək Azərbaycan və Türkiyəyə deyil, bütün bölgə ölkələrinə sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Qafqazı Aralıq dənizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Qafqazı Anadoluya, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Mərmərə layihəsi həyata keçirildiyi halda isə Pekini Londona bağlayırıq. TANAP layihəsi və Cənubi Qaz dəhlizi ilə də Anadolu vasitəsilə Qafqazı Balkanlara bağlayacağıq. 1990-cı illərdə Qafqaz və Balkan gərgin, mənfi hadisələrlə anılıb. İndi Azərbaycanla Türkiyənin uğur hekayələri olaraq Qafqaz və Balkanları sülh bölgələri olaraq bir-birinə bağlayacağıq”.
Ə.Davudoğlu Anadolu coğrafiyasının Xəzər dənizi ilə Adriatik dənizi arasında keçid coğrafiyası olacağını vurğulayıb: “Əgər Azərbaycanda bu qüdrət, xalqın gələcəyini düşünən liderlik olmasaydı, hər iki ölkənin qüdrəti olmasaydı, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” kəlməsi kağız üzərində qalardı. Amma indi sözün əsl mənasında qüdrətli Azərbaycanla qüdrətli Türkiyə ilə birləşəndə, bütünləşəndə, əl-ələ, çiyin-çiyinə olanda qazanan təkcə Türkiyə və Azərbaycan olmur. Bütün Qafqaz, Balkanlar, hətta Avropa və Asiya qazanır. Bu baxımdan bu layihə həqiqətən əsrin layihəsidir. Sabah bu layihəyə töhfə vermək, onun təməlatma mərasimində iştirak etmək, bundan sonrakı mərhələsinə qatılmaq qürur verir. İnşallah, prezident İlham Əliyevlə martın 17-18-də TANAP-ın Anadolu qolunun təməlatma mərasimində də birlikdə olacağıq. Beləliklə, birlik və sülh layihəsi gerçəkləşəcək. Biz bu gün axşam və sabah Yunanıstan, Monteneqro, Bolqarıstandan olan liderlərlə bir arada olacağıq. Qafqazla Balkanlar bir-birinə belə bağlanacaq”.
Türkiyənin baş naziri Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümü olduğunu da xatırladıb: “Bu gün səhər mərhum prezident Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdik. Qarabağ şəhidləri ilə 20 Yanvar şəhidlərinin məzarlarını Qafqaz şəhidlərinin məzarları ilə birlikdə gördük. Onlar müstəqil Azərbaycan uğrunda necə  birlikdə, çiyin-çiyinə olublarsa, indi də biz sülhü gerçəkləşdirmək üçün bir aradayıq”.
Tags: SAVAŞ
Previous Post

Əhməd Davudoğlu: “Qafqaz və Balkanları sülh bölgələri olaraq, bir-birinə bağlayacağıq” – FOTOLAR

Next Post

İran prezidenti: “ABŞ-la düşmənçilik qiyamətə qədər davam edəsi deyil”

Bənzər yazılar

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksələcək. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb....

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44

Milli Hidrometeorologiya Xidməti iyulun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06

Ölkə ərazisində hava şəraiti yağmursuz keçib. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 10:00-a olan...

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

Britaniyadan İrana mesaj: Özümüzü müdafiə etməyə hazırıq

24 İyul 2026 - 11:16

İranın ABŞ tərəfindən istifadə edilən Britaniya bazalarını "qanuni hədəf" hesab etdiyini açıqlamasından sonra, Britaniya hökuməti özünü 24 saat müdafiə etməyə...

Next Post

İran prezidenti: "ABŞ-la düşmənçilik qiyamətə qədər davam edəsi deyil"

İran prezidenti: "ABŞ-la düşmənçilik qiyamətə qədər davam edəsi deyil"

Son xəbərlər

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

Antalyada avtomobil dərəyə aşıb, beş nəfər ölüb

26 İyul 2026 - 15:49
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

26 İyul 2026 - 15:46
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

26 İyul 2026 - 15:44
Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

Rumıniya Rusiyanı öz hava məkanını pozmaqda ittiham edib

26 İyul 2026 - 15:41
Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

Şəkidə avtomobilin vurduğu piyadalardan biri ölüb

26 İyul 2026 - 11:13
Coratda 26 yaşlı gənc dənizdə boğulub

Coratda 26 yaşlı gənc dənizdə boğulub

26 İyul 2026 - 11:11
Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub

26 İyul 2026 - 11:09
FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

FAKTİKİ HAVA: Aran rayonlarında 39 dərəcə isti qeydə alınıb

26 İyul 2026 - 11:06
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər

25 İyul 2026 - 19:15
Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

Tokayev: Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya-Ukrayna münaqişənin mahiyyəti bizim üçün tam aydın deyil

25 İyul 2026 - 18:54
Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

Rusiya benzin ixracına qadağanı ilin sonunadək uzadacaq

25 İyul 2026 - 18:50
Putin Tokayevlə görüşüb

Putin Tokayevlə görüşüb

25 İyul 2026 - 18:17
Təyyarə evin damına çırpıldı: ölən var – Video

Təyyarə evin damına çırpıldı: ölən var – Video

25 İyul 2026 - 17:57
Ağdamın daha 2 kəndində yanğın başladı

Ağdamın daha 2 kəndində yanğın başladı

25 İyul 2026 - 17:45
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq – XƏBƏRDARLIQ

25 İyul 2026 - 17:31
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.